10
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
2
Hazırkı maddənin məqsədləri üçün , “uşaq pornoqrafiyası” termini real və ya qeyri-real
açıq-aydın seksual hərəkətlər edən uşağı göstərən, yaxud başlıca olaraq seksual məqsədlər
üçün uşağın cinsiyyət orqanlarını nümayiş etdirən istənilən materialı bildirir.
3
Hər bir Tərəf pornoqrafik materialın istehsalı və saxlanması ilə bağlı 1.a və e. bəndlərini tam
və ya qismən aşağıdakı hallarda tətbiq etməmək hüququnu özündə saxlaya bilər :
–
müstəsna olaraq mövcud olmayan uşağın qeyri-real və realistik təsvirlərindən ibarət
materiallar halında;
–
18-ci maddənin 2-ci bəndində müəyyən edilən yaşa çatmış uşaqların iştirakı və
təsvirlərin uşaqların razılığı ilə onların özləri tərəfindən və yalnız öz şəxsi istifadələri
üçün hazırlanması və sahib olunması halında.
4
Hər bir Tərəf 1.f bəndini tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlaya bilər.
Maddə 21 – Uşağın pornoqrafik hərəkətlərdə iştirakı ilə bağlı cinayət əməlləri
1
Hər bir Tərəf aşağıda göstərilən qəsdən törədilmiş cinayət əməlin görə cinayət
məsuliyyətini təmin etmək üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri görür:
a
uşağın pornoqrafik hərəkətlərdə iştiraka cəlb edilməsi və ya uşağın bu cür hərəkətlərə
sövq edilməsi;
b
uşağın pornoqrafik hərəkətlərdə iştiraka məcbur edilməsi və ya uşağın bu məqsədlə
başqa cür istismar edilməsi;
c
uşağın iştirak etdiyi pornoqrafik hərəkətlərdə qəsdən iştirak etmək.
2
Hər bir Tərəf 1.c bəndini uşaqların cəlb edilməsi və ya məcbur edilməsini əhatə edən 1.a və
ya b. bəndlərinə məhdudlaşdıra bilərlər.
Maddə 22 – Uşaqlara qarşı əxlaqsız hərəkətlər
Hər bir Tərəf 18-ci maddənin 2-ci bəndində müəyyən edilən yaş həddinə çatmamış uşağa
qarşı seksual xarakterli məqsədlər üçün qəsdən seksual xarakterli əxlaqsız hərəkətlər
edilməsi, yəni hətta uşaq bu hərəkətlərdə iştirak etməsə belə, seksual xarakterli səhnələri
müşahidə etməyə məcbur edilməsinə görə cinayət məsuliyyəti tətbiq edilməsi ilə bağlı
lazımi qanunvericilik və ya digər tədbirləri görür.
11
CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007
_________________________________________________________________________________________
Maddə 23 – Seksual xarakterli məqsədlər üçün uşaqların təqib edilməsi
Hər bir Tərəf yetkin şəxsin informasiya və kommunikasiya texnologiyaları vasitəsilə qəsdən
18-ci maddənin 2-ci bəndində müəyyən edilən yaş həddinə çatmamış uşağı ələ keçirmək
niyyətində olan, yaxud uşağa qarşı 18-ci maddənin 1.a bəndində, yaxud 20-ci maddənin 1-
ci bəndində müəyyən edilən cinayət əməllərinin istənilən birini törətmək məqsədi güdən
şəxslərə qarşı və bu cür təkliflər praktik olaraq bu cür görüşün baş tutmasına yönəldiyi
hallara qarşı cinayət məsuliyyəti tətbiq edilməsi ilə bağlı lazımi qanunvericilik və ya digər
tədbirləri görür.
Maddə 24 – Əlbirlik, yaxud təhriketmə və cəhd
1
Hər bir Tərəf cinayət əməlinin qəsdən, əlbir şəkildə, Konvensiyaya uyğun olaraq müəyyən
edilmiş cinayət əməllərinin istənilən birinə təhriketmə \ vəya ona cəhd olduğunu
müəyyən etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər görür.
2
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilən cinayət əməllərinin
qəsdən törədildiyini və ya törədilməsinə cəhd göstərildiyini müəyyən etmək üçün lazımi
qanunvericilik və ya digər tədbirlər görür.
3
Hər bir Tərəf 20-ci maddənin 1.b, d. e. və f. bəndlərinə,21-ci maddənin 1.c. bəndinə, 22-ci və
22-ci maddələrə uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinin tam və ya qismən 2-ci
bəndə tətbiq etməmək hüququnu özündə saxlayır.
Maddə 25 – Yurisdiksiya
1
Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş istənilən cinayət əməli
ilə əlaqədar yurisdiksiyanı müəyyən etmək üçün lazımi qanunvericilik və ya digər tədbirlər
görür, əgər bu cür cinayət əməlləri:
a
onun ərazisində baş veribsə; yaxud
b
həmin Tərəfin bayrağı altında uçan təyyarənin göyərtəsində baş veribsə; yaxud
c
həmin Tərəfin qanunları üzrə qeydiyyata alınmış hava gəmisinin göyərtəsində baş
veribsə; yaxud
d
öz vətəndaşlarının biri tərəfindən törədilibsə; yaxud
e
onun ərazisində daimi yaşayış yeri olan şəxs tərəfindən törədilibsə.
2
Hər bir Tərəf istənilən hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş və onun
vətəndaşlarından biri tərəfindən törədilmiş, yaxud onun ərazisində daimi yaşayış yeri olan
şəxs tərəfindən törədilmiş cinayət əməli ilə bağlı yurisdiksiyaya malik olmaq məqsədilə
lazımi qanunvericilik və ya digər tədbirlər görür.
3
Hər bir Tərəf imzalama və ya ratifikasiya, qəbuletmə, təsdiq və ya daxilolma sənədini təhvil
verən zaman Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə bəyan edə bilər ki,
hazırkı maddənin 1.e bəndində müəyyən edilən yurisdiksiya qaydalarını tətbiq etməmək və
ya konkret hallarda və ya şəraitlərdə tətbiq etmək hüququnu özündə saxlayır.