Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
1   2   3   4   5   6   7   8   9



CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

Maddə 2 – Ayrı-seçkiliyə yol verilməməsi prinsipi 

 

 



 

Tərəflərin hazırkı Konvensiyanın müddəalarını yerinə yetirmələri, xüsusilə də qurbanların 

hüquqlarının  müdafiə  edilməsi  üzrə  tədbirlərin  qəbul  edilməsi,    cins,  irq,  rəng,  dil,  din, 

siyasi  və  ya  digər  baxışlar,  milli  və  sosial  mənsubiyyət,  hər  hansı  milli  azlıqlara  aidolma, 

əmlak, doğum, seksual oriyentasiya, sağlamlıq durumu, əlillik və ya digər vəziyyətlər kimi 

əlamətlərə görə ayrı-seçkilik olmadan təmin edilir.  

 

 

 



Maddə 3 – Anlayışlar  

 

 



 

Hazırkı Konvensiyanın məqsədləri üçün: 

 

 

 



a

 

“uşaq” 18 yaşından aşağı istənilən şəxsi bildirir;   



 

 

 



b

 

“uşaqların cinsi istismarı və seksual xarakterli hərəkətlər” hazırkı Konvensiyanın 18 – 



23-cü maddələrində izah edilən davranışı bildirir;   

 

 



 

c

 



“qurban” cinsi istismar və seksual xarakterli hərəkətlərə  məruz qalmış uşağı bildirir.  

 

Fəsil II – Qabaqlayıcı tədbirlər 



 

 

 

Maddə 4 – Prinsiplər 

 

 



 

Uşaqların cinsi istismarı və onlara qarşı seksual xarakterli hərəkətlərin  bütün formalarının 

qarşısını  almaq  və  uşaqları  qorumaq  üçün  hər  bir  Tərəf  lazımi  qanunvericilik  və  ya  digər 

tədbirləri  görür. 

 

 

 

Maddə 5 – 

Uşaqlarla  çalışan  şəxslərin  işə  götürülməsi,  təlimi  və  məlumatlılıq 

səviyyəsinin artırılması  

 

 



1

 

Hər bir Tərəf təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə və hüquq-mühafizə sektorlarında və 



idman, mədəniyyət və istirahət fəaliyyətləri sahələrində uşaqlarla müntəzəm təmasda olan 

şəxslər arasında uşaqların müdafiəsi və onların hüquqları haqda məlumatlılığın artırılması 

üçün lazımi qanunvericilik və ya digər tədbirləri  görür.  

 

 



2

 

Hər  bir  Tərəf  1-ci  bənddə  istinad  edilən  şəxslərin  uşaqların  cinsi  istismarı  və  seksual 



xarakterli  hərəkətlərə    məruz  qalması,  və  12-ci  maddənin  1-ci  bəndində  göstərilən  bu  cür 

qanun pozuntularının aşkar edilməsi vasitələri haqda adekvat biliyə malik olmalarını təmin 

etmək üçün lazımi qanunvericilik və ya digər tədbirləri  görür.  

 

 



3

 

Hər  bir  Tərəf  öz  daxili  hüququna    uyğun  olaraq,    uşaqlarla  müntəzəm  təmasda  olmağı 



nəzərdə  tutan  peşələr  üçün    nəzərdə  tutulan  şərtlərin  bu  peşə  sahiblərinin  uşaqların  cinsi 

istismarı  və  ya  seksual  xarakterli  hərəkətlərə  görə    mühakimə  edilməyən  şəxslər  olmasını 

təmin etmələri üçün bütün lazımi qanunvericilik və ya digər tədbirləri  görür. 





CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

 

Maddə 6 – Uşaqların təhsili 

 

 



 

Hər  bir  Tərəf  uşaqların  ibtidai  və  orta  təhsil  aldıqları  dövrdə  cinsi  istismar  və  seksual 

xarakterli hərəkətlər, eləcə də onların yaşına uyğun özlərini müdafiə etmək vasitələri barədə 

məlumat  almalarını  təmin  etmək  üçün  bütün  lazımi  qanunvericilik  və  ya  digər  tədbirləri  

görür.  Valideynləri  ilə  birgə  təqdim  edilən  bu  məlumat  vəziyyətdən  asılı  olaraq,  cinsi 

tərbiyə haqda informasiyanın daha ümumi konteksti daxilində verilir və riskli vəziyyətlərə, 

xüsusilə də yeni informasiya  və kommunikasiya  texnologiyalarından istifadəni əhatə edən 

vəziyyətlərə xüsusi diqqət yetirilir.  

 

 

 

Maddə 7 - Qabaqlayıcı müdaxilə proqramları və ya tədbirləri  

 

 



 

Hər bir Tərəf  hazırkı Konvensiyaya uyğun olaraq müəyyən edilmiş hər hansı  əməli  törədə 

biləcəklərindən  ehtiyatlanan  şəxslərin,  vəziyyətdən  asılı  olaraq,  əməlin  törədilmə  riskinin 

qiymətləndirilməsi  və  ya  qarşısının  alınması  üçün  nəzərdə  tutulmuş  səmərəli  müdaxilə 

proqramları və ya tədbirlərindən istifadə edə bilmələrini təmin edir.  

 

 



 

Maddə  8 – Geniş ictimaiyyət üçün nəzərdə tutulmuş tədbirlər 

 

 

1



 

Hər  bir  Tərəf  geniş  ictimaiyyətə  ünvanlanan  və  uşaqların  cinsi  istismarı  və  seksual 

xarakterli  hərəkətlər  ı  halları  ilə  və  ya  görülə  biləcək  qabaqlayıcı  tədbirlərlə  bağlı 

məlumatları  təqdim  edən  məlumatlılığın  artırılması  kampaniyalarına  dəstək  olur  və  ya 

keçirir.  

 

 



2

 

Hər bir Tərəf hazırkı Konvensiyaya uyğun müəyyən edilmiş cinayət əməllərini təbliğ edən 



materialların  yayılmasının  qarşısını  almaq  və  ya  qadağan  etmək  üçün  bütün  lazımi 

qanunvericilik və ya digər tədbirləri görür. 

 

 

 

Maddə 9 – Uşaqların, özəl sektorun, media və vətəndaş cəmiyyətinin iştirakı   

 

 



1

 

Hər  bir  Tərəf  uşaqların  cinsi  istismarı  və  seksual  xarakterli  hərəkətlərə    qarşı  mübarizə  ilə 



bağlı dövlət siyasətləri, proqramları və ya digər təşəbbüslərin işlənib hazırlanması və həyata 

keçirilməsində inkişaf səviyyələrinə uyğun olaraq uşaqların iştirakını dəstəkləyir.  

 

 

2



 

Hər  bir  Tərəf  özəl  sektoru,  xüsusilə  də  informasiya  və  kommunikasiya  texnologiyası 

sektorunu, turizm və səyahət sənayesini və bank və maliyyə sektorlarını , eləcə də vətəndaş 

cəmiyyətini  uşaqların  cinsi  istismarı  və  seksual  xarakterli  hərəkətlərin    qarşısının  alınması 

və özünütənzimləmə və ya birgə tənzimləmə əsasında daxili normaların həyata keçirilməsi  

məqsədilə  siyasətlərin  qiymətləndirilməsi  və  həyata  keçirilməsi  prosesində  iştirak  etməyə 

sövqləndirir.  

 

 



3

 

Hər  bir  Tərəf  kütləvi  informasiya  vasitələrini  KİV  müstəqilliyinə  və  mətbuat  azadlığına 



lazımi  hörmət  etməklə  uşaqların  cinsi  istismarı  və  seksual  xarakterli  hərəkətlərin    bütün 

aspektləri ilə bağlı müvafiq  məlumatları  yaymağa sövq edir.  

 

 

4



 

Hər  bir  Tərəf  uşaqların  cinsi  istismar  və  onlara  qarşı  seksual  xarakterli  hərəkətlərin 

qarşısının  alınması  və  uşaqların  müdafiəsi  məqsədi  güdən  vətəndaş  cəmiyyəti  tərəfindən 

həyata keçirilən layihə  və  proqramları maliyyələşdirməyə,  habelə  vəziyyətdən  asılı olaraq, 

fondlar yaratmağa sövq edir.  



Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə