Avropa Şurası Sazişinin seriya nömrəsi: 201



Yüklə 304,85 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix19.11.2017
ölçüsü304,85 Kb.
#11196
  1   2   3   4   5   6   7   8   9


 

 

 

 

 

Avropa Şurası Sazişinin seriya nömrəsi: 201 

 

 

 

 

 

 



 

 

Uşaqların 



Cinsi İstismar və Seksual Xarakterli 

Hərəkətlərdən    

Müdafiəsinə dair  

Avropa Şurası Konvensiyası  

 

 

 



 

 

 

Lanzarote, 25.X.2007 



 

 

 

 

 

 




CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

 



 

Preambula 

 

 



 

Avropa Şurasının üzv Dövlətləri və hazırkı Konvensiyanı imzalayandigər tərəflər;  

 

 

 



Avropa  Şurasının  məqsədinin  üzvləri  arasında  daha  böyük  birliyə  nail  olmaq  olduğunu 

nəzərə alaraq;  

 

 

 



Hər bir uşağın yetkinlik  yaşına çatmaması baxımından statusunun tələb etdiyi kimi ailəsi, 

cəmiyyət və Dövlət tərəfindən bu cür müdafiə tədbirlərindən yararlanmaq hüququna malik 

olduğunu nəzərə alaraq 

 

 



 

uşaqların cinsi istismarının, xüsusilə də uşaq fahişəliyinin və seksual xarakterli  hərəkətlərin 

bütün  formalarının,  habelə  xaricdə  törədilən  hərəkətlərin  uşaqların  sağlamlığına  və  psixi-

sosial inkişafına məhvedici təsir göstərdiyini müşahidə edərək; 

 

 

 



uşaqlara  qarşı  cinsi  istismarın  və  seksual  xarakterli  hərəkətlərin    həm  milli,  həm  də 

beynəlxalq səviyyədə  narahatlıq yaradan miqyasa çatdığını və, xüsusilə də həm uşaqların, 

həm  də  qanun  pozucularının  məlumat  və  kommunikasiya  texnologiyalarından  (İKT-lər) 

istifadə  imkanlarının  genişlənməsi  və  uşaqların  cinsi  istismarı  və  seksual  xarakterli 

hərəkətlərin  qarşısının  alınması  və  onlarla  mübarizənin  beynəlxalq  əməkdaşlıq  tələb 

etdiyini qeyd edərək;   

 

 

 



uşaqların  rifahının  və  maraqlarının  bütün  üzv  Dövlətlərin  qəbul  etdikləri  fundamental 

dəyərlər olduğunu və bu dəyərlərin heç bir ayrı-seçkiliyə yol vermədən qorunmalı olmasını 

nəzərə alaraq;  

 

 



 

Avropa Şurasının Dövlət və Hökumət Rəhbərlərinin 3-cü Sammitində (Varşava, 16-17 may 

2005-ci  il)  qəbul  eidlmiş  və  uşaqların  cinsi  istismarının  qarşısının  alınmasına  çağıran 

Fəaliyyət Planına istinad edərək;  

 

 

 



Xüsusilə  də,  uşaqların  və  gənclərin  cinsi  istismarına,  onların  iştirakı  ilə  pornoqrafiyaya, 

onların  fahişəliyə  cəlb  edilməsinə  və  alverinə  dair  Nazirlər  Komitəsinin  R  (91)  11  saylı 

Tövsiyəsinə, uşaqların cinsi istismardan müdafiəsinə dair Rec (2001) 16 saylı Tövsiyəyə, və 

Kibernetik cinayətə dair Konvensiyaya (ETS # 185), xüsusilə də onun 9-cu maddəsinə, eləcə 

də    Avropa  Şurasının  İnsan  Alverinə  qarşı  Mübarizəyə  dair  Konvensiyaya  (CETS  #  197) 

istinad edərək;  

 

 

 



İnsan  Hüquqları  və  Fundamental  Azadlıqların  Müdafiəsinə  dair  Konvensiyanı  (1950,  ETS 

#5),  yenidən  nəzərdən  keçirilmiş  Avropanın  Sosial  Xartiyasını  (1996,  ETS  #  163)  və 

Avropanın  Uşaqların  Hüquqlarının  Yerinə  yetirilməsinə  dair  Konvensiyasını  (1996,  ETS  # 

160) nəzərə alaraq; 

 

 

 



Eləcə də, Birləşmiş Millətlər Təşkilatının Uşaa Hüquqları haqqında Konvensiyasını, xüsusilə 

də  onun  34-cü  maddəsini,  uşaq  alverinə,  uşaq  fahişəliyinə  və  uşaq  pornoqrafiyasına  dair 

Fakültativ  Protokolu,  Birləşmiş  Millətlər  Təşkilatı  Konvensiyasına  əlavə  olaraq  İnsan, 

xüsusilə də Qadın və Uşaq Alverinin Qarşısının alınması ilə bağlı millətlərarası mütəşəkkil 

cinayətlərin  qarşısının  alınmasına  dair  Protokolu,  eləcə  də  Uşaq  Əməyinin  Ən  Pis 

Formalarının Qadağan edilməsi və Onların Aradan qaldırılması ilə bağlı Beynəlxalq Əmək 

Təşkilatı Konvensiyasını nəzərə alaraq;  

 





CETS 201 – Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi, 25.X.2007 

_________________________________________________________________________________________ 

 

Avropa Birliyi Şurasının uşaqların cinsi istismarına və uzaq pornoqrafiyasına qarşı Mübarizəyə dair  



Çərçivə  Qərarını  (2004/68/JHA),  Avropa  Birliyi  Şurasının  cinayət  prosesində  qurbanların 

statusuna dair  Çərçivə Qərarını (2001/220/JHA)  və Avropa Birliyi Şurasının insan alverinə 

qarşı mübarizəyə dair Çərçivə Qərarını (2002/629/JHA) nəzərə alaraq;  

 

 



Bu  sahə  üzrə  digər  müvafiq  beynəlxalq  sənəd  və  proqramları,  xüsusilə  də  Uşaqların 

Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 1-ci Ümumdünya Konqresində (27-31 avqust 

1996-cı  il)  qəbul  edilmiş    Stokholm  bəyannaməsini  və  Fəaliyyət  Planını,  Uşaqların 

Kommersiya məqsədilə Cinsi İstismarına qarşı 2-ci Ümumdünya Konqresində (17-20 dekabr 

2001-ci  il)  qəbul  edilmiş  Yokohama  Qlobal  Öhdəliyini,    Uşaqların  Kommersiya  məqsədilə 

Cinsi  İstismarına  qarşı  2-ci  Ümumdünya  Konqresinə  hazırlıq  Konfransında  (20-21  noyabr 

2011-ci  il)  qəbul  edilmiş  Budapeşt  Öhdəliyi  və  Fəaliyyət  Planını,  Birləşmiş  Millətlər 

Təşkilatının Baş Assambleyasının “Uşaqlar üçün yararlı dünya” adlı S-27/2 saylı qərarını və 

3-cü  Sammitdən  sonra  qəbul  edilmiş  və  Mərakeş  Konfransında  (4-5  aprel  2006-cı  il)  işə 

başlamış  “Avropanı  uşaqlar  üçün  və  uşaqlarla  qurmaq”  adlı  üç-illik  proqramını    lazımi 

qaydada nəzərə alaraq; 

 

 



 

Cinayətkarların  kimliyindən asılı olmayaraq uşaqları cinsi istismardan və seksual xarakterli 

hərəkətlərdən  müdafiəsi  və  qurbanlara  yardım  etmək  kimi  ümumi  məqsədə  səmərəli 

şəkildə töhfə verilməsinə qərarlı olaraq; 

 

 

 



uşaqların  cinsi  istismarı  və  onlara  qarşı  seksual  xarakterli  hərəkətlərin  bütün  formalarına 

qarşı  mübarizənin  qabaqlayıcı,  müdafiəedici  və  cinayət-hüquqi  aspektlərinə  yönələn 

hərtərəfli  beynəlxalq  sənədin  hazırlanmasına  və  xüsusi  monitorinq  mexanizmlərinin 

yaradılmasına olan ehtiyacı nəzərə alaraq  

 

 

 



Aşağıdakılar üzrə razılığa gəlmişlər:  

 

Fəsil I – Məqsədlər, ayrı-seçkiliyə yol verməmək prinsipi və təriflər   



 

 

 

Maddə 1 – Məqsədlər  

 

 



1

 

Hazırkı Konvensiyanın məqsədi bunlardır:   



 

 

 



a

 

uşaqların  cinsi  istismarının  və  onlara  qarşı  seksual  xarakterli  hərəkətlərin  qarşısının 



alınması və buna qarşı mübarizə aparılması;    

 

 



 

b

 



cinsi  istismarın  və  seksual  xarakterli  hərəkətlərin    qurbanı  olan  uşağın  hüquqlarının 

müdafiə edilməsi;   

 

 

 



c

 

uşaqların  cinsi  istismar  və  seksual  xarakterli  hərəkətlərə    qarşı  milli  və  beynəlxalq 



əməkdaşlığın dəstəklənməsi;  

 

 



2

 

Tərəflərin  Konvensiyanın  müddəalarını  səmərəli  surətdə  həyata  keçirmələri  məqsədilə, 



hazırkı Konvensiya xüsusi monitorinq mexanizmi yaradır.  


Yüklə 304,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə