Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə10/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

 
30 
Ərdoğdu  xan  I  Şah  Abbasın  hakimiyyəti  dönəmində  Sistan, 
Fərəh və İsfizarın valisi olmuşdu. Mənbələr onun cəsur və qeyrətli 
bir şəxs olduğunu qeyd edirlər. 
 
 
Mənsur bəy Araşlı-Avşar 
 
Faruq Sümer onun haqqında yazır: «Mənsur bəy Uzun Həsən 
bəyin  hələ  ağqoyunluların  başçısı  olmazdan  əvvəl  onun  yaxın 
nökərləri (yoldaş) arasında idi. Qüvvətli bir ehtimala görə, Mənsur 
bəy  Suriya  avşarlarına  mənsub  idi.  Həsən  bəyə  sədaqətlə  xidmət 
etdikdən  sonra,  İran  fəth  olunanda  tabeliyindəki  avşarlarla  bu 
ölkəyə gəlmiş və Kuhgiluyə valisi təyin olunmuşdu. 
Uzun Həsən bəyin oğlu Fars valisi Xəlil mirzənin 1467-ci ildə 
təşkil etdiyi rəsmi keçiddə (yasalda) Mənsur bəy də öz əsgəri birliyi 
ilə  iştirak  eləmişdi.  Mənsur  bəyin  Otluqbeli  (paytaxt)  müharibə-
sində  iştirakına  dair  Rumlu  Həsən  bəyin  sözlərinə  inanmaq 
müşküldür. 1497-ci ildə ağqoyunlu taxtını ələ keçirmək üçün hərə-
kətə  keçən  Məhəmməd  mirzə  Şirazı  Pörnək  Qasım  bəyin  əlindən 
alaraq Mənsur bəyə vermişdi. Pörnək Qasım bəy Azərbaycan haki-
mi  ağqoyunlu  Əlvənd  və  onun  bəylərbəyisi  İbə  sultan  tərəfindən 
Farsa  göndərilsə  də,  avşarlar  onu  məğlub  etmiş,  hətta  Qasım  bəyi 
əsir almışdılar. 
Mənsur bəyin Həsən bəy adlı oğlu vardı. 
 
 
Həsən sultan Araşlı-Avşar 
 
Həsən bəy Mənsur bəy oğlu Kuhgiluyə vilayətində doğulmuş-
du. Atasının  yanında hərbi  xidmətdə olmuşdu.  I  Şah Təhmasibdən 
sultan ünvanı almışdı. 
Həsən sultan şahın qızı ilə evlənmişdi. Məhəmməd mirzə adlı 
oğlu vardı. 
 


 
31 
Şahrux xan Araşlı-Avşar 
 
Əsl  adının  Məhəmməd  mirzə  olduğu  bilinir.  Həsən  sultanın 
oğlu,  Mənsur  bəyin  nəvəsidir.  Anası  tərəfdən  Səfəvi  şahlarına 
mənsubdu. 1534-cü ildə Əlvənd xandan sonra Kuhgiluyənin hakimi 
olmuşdu. Şahrux xan adı ilə hakimliyə təyin olunmuşdu. 
Şahrux xan 1557-ci ildə hakimlikdən çıxmışdı. 
 
 
Xəlil xan Araşlı-Avşar 
 
Xəlil  xan  Kuhgiluyə  civarında  yaşayırdı.  I  Şah  Təhmasibə 
xidmət etmişdi. 
1577-ci  ildə  II  Şah  İsmayıl  vəfat  etdi.  Əmirlər  ayaqlandılar. 
Araya girən Xəlil xan Avşar qızılbaşları sakitləşdirdi. 
Xəlil  xan  1580-ci  ildə  Düzməcə  (yalançı)  İsmayıl  mirzə 
tərəfindən öldürüldü. 
Xəlil xanın Rüstəm bəy, Şahqulu bəy adlı oğlanları vardı. 
 
 
Rüstəm bəy Araşlı-Avşar 
 
Rüstəm  bəy  Xəlil  xanın  oğludur.  I  Şah  Təhmasibin,  II  Şah 
İsmayılın  və  Sultan  Məhəmməd  Xudabəndənin  hakimiyyəti  dönə-
mində orduda xidmət etmişdir. 
Rüstəm bəy atası ilə birlikdə 1580-ci ildə Düzməcə (yalançı) 
İsmayıl mirzə tərəfindən öldürüldü. 
 
 
Şahqulu xan Araşlı-Avşar 
 
Şahqulu  bəy  Xəlil  xanın  oğludur.  Əmisioğlu  İsgəndər  xanı 
öldürüb Kuhgiluyə əyalətində hakim oldu. Şahdan xan ünvanı aldı. 
Bəylərbəyi  vəzifəsi  ona  düşmədi.  Əmisi  oğlunun  aqibəti  onun  da 


 
32 
başına gəldi. Şahqulu xan da öz qohumu Əbdüllətif bəy oğlu Həsən 
bəyin  müxalifəti  ilə  qarşılandı.  Bir  müddət  hər  ikisi  Kuhgiluyədə 
düşmən kimi yaşadı, nəhayət Şahqulu xan hicri tarixi ilə 998-ci ildə 
Şirazda Həsən xan tərəfindən qətlə yetirildi. 
 
 
Əbülfət bəy Araşlı-Avşar 
 
Əbülfət  bəy  Kuhgiluyə  ətrafında  doğulmuşdu.  Mənsur  bəyin 
nəvəsidir. Avşarlar Əmir xanı qovaraq onu özlərinə hakim seçdilər. 
Bir çox döyüşlərə qatılmışdı. Sərkərdə kimi Qızılbaş ordusunda ad 
çıxarmışdır. 
Əbülfət bəyin ölüm tarixi bəlli deyil. 
 
 
İsgəndər xan Araşlı-Avşar 
 
İsgəndər  xan  Kuhgiluyə  yörəsində  yaşayırdı.  Xəlil  xanın 
qardaşıoğludur. 1580-ci ildə Kuhgiluyə hakimi təyin olundu. 
İsgəndər xan əmisioğlu Şahqulu xan tərəfindən öldürüldü. 
 
 
Bədr xan Araşlı-Avşar 
 
Bədr  xan  İsgəndər  xanın  qardaşıdır.  Sultan  Məhəmməd  Xu-
dabəndəyə  xidmət  etmişdir.  Bir  müddət  Astarabadı  idarə  etmişdir. 
Özbəklərə  qarşı  vuruşmalara  qatılmışdır.  Meydan  müharibələrində 
ad çıxarmış, şah tərəfindən ödüllənmişdir. 
 
 


 
33 
Əbdüllətif bəy Araşlı-Avşar 
 
Əbdüllətif  bəy  Kuhgiluyənin  adlı  əmirlərindən  idi.  Bölgənin 
ictimai-siyasi yaşamında önəmli rol oynamışdı. 
Əbdüllətif bəyin Həsən bəy adlı oğlu vardı. 
 
 
Həsən xan Araşlı-Avşar 
 
Həsən  xan  Əbdüllətif  bəyin  oğludur.  Şahqulu  xanı  öldürüb, 
Kuhgiluyə hakimi olmuşdur. 
Müzəffər  bəy  Qaradağlının  qalabaşılığı  dönəmində  Qəhqəhə 
qalasında yatan dustaqlar qaçmaq qərarına gəlirlər. Qaçmağa hazır-
laşanların  arasında  osmanlı  böyükləri  Mustafa  paşa,  Əhməd  paşa, 
kürd  əmirləri  Şahqulu  bəy  və  Xalid  bəy  də  vardı.  Onlar  sözü  bir 
yerə qoyub qalabaşı Müzəffər bəyi öldürdülər. Bir müddət içəridən 
qalanı  idarə  etməyə  başladılar.  Osmanlı  paşaları  və  kürd  ağaları 
özlərini  ədəbsiz  apardıqlarına  görə  dustaqlardan  biri,  keçmiş  Kuh-
giluyə bəylərbəyi Həsən xan Avşar inciyib, aralandı. Qardaşları və 
övladları  ilə  birgə  osmanlı  paşalarını  və  kürd  ağalarını  qılıncdan 
keçirdilər… 
 
 
Vəli xan Araşlı-Avşar 
 
Vəli bəy öncə qorçu kimi I Şah Təhmasibin sarayında xidmət 
etmişdir.  1576-cı  ildə  I  Şah  Təhmasib  yenidən  yorğan-döşəyə 
düşdü.  Ədavət  yenidən  qızışdı.  Hər  kəs  öz  namizədini  dəstəklədi. 
Şah  vəfat  etdi.  Sarayın  mühafizəsini,  dərgahın  keşiyini  hərəmxana 
yüzbaşısı  Vəli  bəy  Avşarın  başçılığı  ilə  avşar,  rumlu,  qacar,  bayat 
və  varsaq  tayfalarından  olan  qorçular  çəkirdilər.  Vəli  bəy  qapını 
bağlayıb, heç kimi içəridən çölə, bayırdan daxilə buraxmadı. 
Bu tayfalar, eləcə də Vəli bəy çalışırdı ki, taxta İsmayıl mirzə 
əyləşsin.  İsgəndər  bəy  Türkman  Vəli  bəyini  sözləri  ilə  deyir  ki, 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə