Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə9/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

 
27 
əmirlərin də ona qoşulması ilə qüdrəti artan Məlik şah xəlifədən öz 
adına xütbə oxunmasını xahiş etdi. Ancaq bir müddət sonra o, za-
hərlənərək öldü. Onun zəhərlənməsində xəlifənin əli olduğu ehtimal 
edilsə də, gərək ki, bu doğru deyil. 
555-ci  ildə  səlcuq  taxtına  Arslan  şah  çıxdı.  Ancaq  bu  iqtidar 
onu  taxta  çıxaran  Eldənizin  əlində  idi.  Əvvəlcə  Rey  hakimi  olan 
əmir İnanc bu işə narazılığını bildirdi və çox keçmədən bir sui-qəsd 
nəticəsində  ortadan  götürüldü.  Şumla  Fars  hakimi  Zəngi  kimi 
Arslan şaha tabe olduğunu bildirən və Məlik şahın oğlunun atabəyi 
oldu.  561-ci  ildə  (1166)  Şumlanın  qardaşı  oğlu,  yəni  Şənka  oğlu 
qudası-Bəsra  valisi  Məngü-barsın  xəlifə  tərəfindən  öldürüldüyünə 
hirsələnərək həm Bəsrəni, Həm də Vasit valisi tərəflərini yağmala-
dı. Buna cavab olaraq xəlifənin Vasit valisi, Hutlu-Bars qoşun top-
layaraq, Şənka oğluna qarşı çıxsa da vuruşmada məğlubiyyətə uğra-
yıb öldürüldü. Həmin il Şumla da hərəkətə keçərək Bağdadın ətra-
fındakı  əl-Mahkiyə  gəldi  və  xəlifədən  xeyli  torpaq  tələbində  bu-
lundu.  Şumla  xəlifəyə  Vasit  və  Bəsrənin  Sultan  Arslan  şah  tərə-
findən Məlik şahın oğluna iqta olaraq verildiyini və özünün həmin 
şahzadənin  atabəyi  sifətilə  hərəkətə  keçdiyini  bildirtdi.  Ancaq 
qardaşı oğlu Qılıncın xəlifə ordusu ilə vuruşmada məğlub olduğunu 
və əsir düşdüyünü öyrənən Şumla Xuzistana qayıtdı. 
504-cü  ildə  (1169)  Fars  hakimi  salqurlu  Zənginin  əsgərləri 
Şumlanı Farsa dəvət etdilər. Bunun səbəbi Zənginin əsgərlərə qarşı 
pis rəftarı idi. Farsa gələn Şumla vuruşmada əsgərlərinin xəyanətinə 
uğrayan Zəngini asanlıqla məğlub etdi. Zəngi Şabankarə kürdlərinə 
sığındı.  Onlar  Zəngiyə  əsil  qonaqsevərlik  göstərdilər.  Şumlaya  gə-
lincə, onun xalqa qarşı pis rəftarı bir yana, üstəlik, qardaşı oğlu Şən-
ka  oğlu  da  ölkəni  yağmalamışdı.  Buna  görə  də  əsgərlər  onu  çağır-
dıqlarına çox peşman olmuşdular. Nəticədə Zəngi Şabankarədən gə-
lərək öz ölkəsinə asanlıqla hakim oldu. Çox gözəl bir fürsəti əlindən 
qaçıran Şumla isə Xuzistana qayıtdı. 
Şumla təkcə Xuzistanı deyil, ona qonşu olan Əhvaz bölgəsini 
də əlində tuturdu. Ancaq o bunlarla kifayətlənmir, Nihavəndi da öl-
kəsinə  qatmaq  istəyirdi.  Bu  məqsədlə  atabəy  Eldənizdən  dəfələrlə 


 
28 
böyük məbləğ əvəzində Nihavəndi istəsə də, məqsədinə nail ola bil-
məmişdi. Ancaq 571-ci ildə (1176) Eldəniz öldükdə bunu gözəl bir 
fürsət hesab edən Şumla qardaşı oğlu Şənka oğlunu göndərərək şə-
həri ələ keçirdi. Bir il sonra Şənka oğlu Bağdada bağlı əl-Mahki yö-
rəsində  bir  qala  tikdirməyə  girişmişdi.  Ancaq  xəlifənin  göndərdiyi 
qoşunla  müharibədə  öldürüldü  və  başı  Bağdada  aparıldı.  İgid  bir 
savaşçı  olan  Şənka  oğlunun  ölümü  Şumlanı  qüvvətli  bir  kömək-
çidən məhrum etmişdi. Əslində bundan sonra özü də çox yaşamadı; 
571-ci  ildə  onun  tabeliyi  altında  olmayan  bir  türkmən  elatının 
üstünə  hücum  etdi  və  heç  gözləmədiyi  halda  atabəy  Məhəmməd 
Cahan Pəhləvanın ordusu ilə qarşılaşdı. Sən demə, onun məqsədini 
sezmiş türkmənlər atabəydən kömək istəmiş, bəzi səbəblər üzündən 
avşar bəyini sevəməyən Pəhləvan da bir ordu göndəribmiş. Vuruş-
ma zamanı Şumla atılan  bir oxla ağır  yaralanıb  əsir alındı. Qardaşı 
və  qardaşı  oğlu  da  əsir  düşdülər.  Özü  isə  iki  gün  sonra  aldığı  ya-
radan öldü. 
Əmir  Şumla  cəsur,  zəki  və  ağıllı  bir  şəxsiyyət  idi.  Sırf  bu 
məziyyətləri sayəsində Xuzistanı və bəzi qonşu yörələri əhatə edən 
bir  bəylik  qurmuşdu.  Şumlanın  yerinə  oğullarından  biri  –  Şərəfəd-
din  Əmiran  keçdi.  Səlcuq  hökmdarı  Arslan  şah  572-ci  ildə  (1177) 
öldükdən sonra onun qardaşı (o, Xuzistanda Şumlanın oğlu Şərəfəd-
din Əmiranın  yanında idi)  Məhəmməd  səltənəti  ələ  keçirmək  məq-
sədilə  Şumlanın  oğlunun  tövsiyəsinə  uyaraq  İsfahana  gəldi.  Orada 
Kaymaz oğlu Kavşut və bəzi əmirlər Məhəmmədin ətrafına yığışdı-
lar. Ancaq Pəhləvan sürətlə özünü yetirib onu məğlubiyyətə uğratdı. 
Məhəmməd  Xuzistana  qaçsa  da,  Şumlanın  oğlu  Pəhləvandan 
qorxduğu  üçün  onu  öz  ölkəsinə  buraxmadı.  Məhəmməd  məcburən 
Vasit  tərəflərə  getdi.  Bu  əhvalatdan  sonra  əsərlərdə  uzun  müddət 
Şumlanın oğulları haqda hər hansı bir qeydə təsadüf edilmir. Zənni-
mizcə,  Şərəfəddin  Əmiranın  bizə  məlum  olmayan  bir  tarixdə  ölü-
mündən  sonra  qardaşı  Müzəffərəddin  Sü-Sıyan  onun  yerinə  keç-
mişdir.  Sü-Sıyan  özü  590-cı  ildə  (1194)  öldükdə  oğulları  arasında 
münaqişə  düşdü.  Onlardan  biri  Bağdad  xəlifəsindən  kömək  istədi. 
İllərdən bəri Xuzistanı ələ keçirməyi arzulayan Abbasi xəlifəsi ən-


 
29 
Nasir li-dinillah vəziri ibn ül-Qəssabın sərkərdəliyi altında bir ordu 
göndərdi. İbn ül-Qəssab 591-ci ilin məhərrəm ayında (dekabr, 1194) 
Xuzistanın paytaxtı Tüstəri (Şüstər) və bir çox qalaları zəbt etdikdən 
sonra Şumlanın ailəsini yığıb Bağdada apardı. Beləliklə, Xuzistanda 
əfşar Şumla və oğullarının hakimiyyəti sona yetdi, ölkə isə xəlifənin 
torpaqları sırasına qarışdı. 
Əlimizdəki  məlumatlara  görə  Şumla  və  oğullarının  şəcərəsi 
bu şəkildədir: 
  _____________________________________________  
   1                                       1                                              1         
Küş   (Güc) – Doğan            qardaşı                                   Şənka 
                     1                                                                    _______    
    Şumla  (Ay – Doğdu)                                                      1            1 
                                                                                                oğlu         
                                                                                          (Ibn-Şənka) 
 
 
İsmayıl xan Alplı-Avşar 
 
İsmayıl  xan  1589-cu  ildə  I  Şah  Abbasın  göstərişi  ilə  Yusif 
xanı vəzifəsindən kənarlaşdırıb, Vəli xanla birgə Kermanı idarə et-
məyə  başladı.  O,  1592-ci  ilədək  Kerman  əyalətinə  başçılıq  etdi.        
I Şah Abbas 1602-ci ildə onu Kerman əyaləti bəylərbəyiliyindən çı-
xarıb  Fərəh  vilayətinə  hakim  göndərdi.  İsmayıl  xan  1605-ci  ilədək 
Fərəhin hakimi olmuşdu. 
İsmayıl  xan  1003-cü  ildə  (1614\1615)  Kazerun  hakimi  təyin 
edilmişdi. 
 
 
Ərdoğdu xan Alplı-Avşar 
 
Ərdoğdu xan Avşar elinin tanınmış əmirlərindən biri sayılırdı. 
Onun I Şah Təhmasibin hakimiyyətinin son illərində ortaya çıxdığı 
məlumdur. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə