Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə12/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

 
37 
çatdıqda  Bəktaş  xanın  canına  vəlvələ  düşdü,  Yəzddə  onunla  birgə 
olan ağsaqqallara [daha] heç bir etibarı qalmadı”
19
.  
Böyük tarixçi daha sonra yazır: “Amma, atasının orduda oldu-
ğunu və bu məsələ barədə ondan səs-soraq gəlmədiyini görən Bək-
taş  xan  bütün  bunların  Yaqub  xan  tərəfindən  uydurulduğunu  başa 
düşdü.  Məsələnin  həqiqətini  əfşar  ağsaqqalarına  söylədi,  yanında 
olan  beş  yüz  adamı  ilə  birlikdə  Yəzddən  Kermana  yollandı.  Onun 
gəlişini eşidən Abbas sultan həmin vilayətin avşar tör-töküntüsünü, 
sərdarlarını,  ərəb  və  həşəmini  topladı,  üç  min  süvari  ilə  Bəktaş 
xanla döyüşə hazırlaşdı. 
Bəktaş  xan  bundan  xəbər  tutdu,  amma  Avşar  tayfasından  və 
Kerman  camaatından  heç  kim  onun  yanına  gəlmədi.  O  tayfanın 
başbilənləri  və  Bəktaşın  yaxşılığını  istəyən  bəzi  şəxslər  ona 
xatırlatdılar: "Abbas sultanın təbiətinə xəsislik olduqca doğmadır və 
elə bir alış-verişi də yoxdur, bir halda ki, əfşar camaatı illər boyu bu 
tayfanın  duz-çörəyini  yeməkdədir,  fəqət  zərurət  üzündən  onun 
başına  toplaşıbdır.  Hələ  məlum  da  deyil  ki,  onlar  onun  xatirinə 
xanla mübarizə etməyə meylli olsunlar. Əgər dərhal yola düşməsək, 
bizim yubanmağımız qorxaqlığımıza, Abbas sultanın adamlarınınsa 
qorxmazlığına səbəb olar"
20
.
  
Bəktaş  xan  Sultan  Məhəmməd  Xudabəndənin  zəifliyindən 
istifadə edib müstəqil şəkildə əyaləti idarə etmək istəyirdi. Bu yolda 
hətta qohum-əqrabasına yamanlıq etməkdən də çəkinmirdi. 
İsgəndər bəy Münşi yazır: “Bəktaş xan əmisinin şərtlərini ya-
lan dolu imanla qəbul etdi. Onun zəif əhd-peymanına arxalanan Ab-
bas sultan, oğlanları və başqa adamları ilə belə razılaşmadan sonra 
qaladan çıxdılar. Amma Bəktaş xan əhd-peymana əməl etməyərək, 
elə həmin bir neçə gün ərzində əmisi və əmioğlanlarını tutub həbs 
etdi,  bunula  kifayətlənməyib  onları  cəzalandırmaq  qərarına  gəldi, 
atası yerində olan əmisini və əmioğlanlarını vəzirin və həmin süla-
lənin başqa üzvlərinin xəbəri olmadan aradan götürdü”
21
.  
                                                 
19
 İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-abbasi 
20 
İskəndər bəy Türkman, Tarixi-aləm-arayi-abbasi. 
21 
Göstərilən əsər. 


 
38 
Kərəm sultan Araşlı-Avşar 
 
Kərəm  sultan  Abbas  sultanın  oğludur.  1598-ci  ildə  Fars 
bəylərbəyi,  Şiraz  hakimi  Yaqub  xanla  bərabər  əmisi  oğlu  Bəktaş 
xanın  üstünə  getdi.  Barış  baş  tutdu.  Bəktaş  xan  and  içməsinə 
baxmayaraq, Kərəm sultanı və övladlarını öldürdü. 
 
 
Məhəmmədqulu xan Araşlı-Avşar 
 
Məhəmmədqulu  sultan  Vəli  xanın  əmisioğludur.  O,  1576-cı 
ildə  Kerman  əyalətinin  bəylərbəyi  təyin  edilmişdi.  II  Şah  İsmayıl 
onu bəylərbəyilikdən azad edib, saraya qorçubaşı gətirdi. 
II Şah İsmayıl ona xan ünvanı vermişdi. 
Şah  öləndən  sonra  məmləkəti  müvəqqəti  idarə  etmək  üçün 
«Ağsaqqalar  şurası»  yarandı.  Şuraya  Ustaclı  elindən,  Pirə  Məhəm-
məd  xan  Çavuşlu,  Türkman  elindən  Əmir  xan  Mosullu,  Şamlı 
elindən  Sultan  Hüseyn  xan  Bəydili,  Təkəli  elindən  Müseyib  xan 
Şərəfəddinli, Avşar elindən Məhəmmədqulu xan daxil idi. 
Əliqulu xan Fəthoğlu-Ustaclı şahzadənin beynini doldurdu ki, 
qorçubaşı  Məhəmmədqulu  xan  Avşar  Məhəmməd  xan  Türkmanla 
bərabər  ananın  ölümündə  iştirak  etmişdir.  Niyə  onlardan  qisasını 
almırsan?  Həmzə  mirzə  qorçubaşını  hədələməyə  başladı.  Məhəm-
mədqulu  xan  1585-ci  ildə  qardaşıoğlu  Cabbarqulu  bəylə  qaçıb 
osmanlılara qoşuldu. 
Məhəmmədqulu xanın Yusif xan adlı oğlu vardı. 
 
 
Yusif xan Araşlı-Avşar 
 
Yusif  xan  Məhəmmədqulu  xan  oğlu  Qızılbaşların  tanınmış 
simalarından  idi.  Bir  müddət  Əbərkuh  hakimi  olmuşdu.  Tez-tez 
Kerman hakimi Bəktaş xanla əlaqə saxlayırdı. Tarixçilər yazırlar ki, 
o, həlim, səxavətli, dərviştəbiətli adam idi, alimlərə və şairlərə iltifat 


 
39 
göstərirdi. Ağıllı adamlarla bir saatlıq söhbəti yüzillik hökmdarlığa 
bərabər tuturdu. Onun məclisində olanlar söhbətindən doymurdular. 
1588-ci  ildə  Bəktaş  xanın  ölümündən  sonra  Yaqub  xan  Zül-
qədərin xahişi ilə Kerman əyalətinin bəylərbəyi oldu. Bəktaş xanın 
tikdirdiyi dağ qalasını möhkəmləndirib, orda əyləşdi. Fərman veril-
mədən  hakim  olduğu  üçün  I  Şah  Abbasın  zavalına  gəldi.  İsmayıl 
xan Alplı-Avşar 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif xanı 
vəzifəsindən  kənarlaşdırıb,  qorçubaşı  Vəli  xanla  birgə  Kermanı 
idarə etməyə başladı. 
 
 
Cabbarqulu bəy Araşlı-Avşar 
 
Cabbarqulu bəy Məhəmmədqulu xanın qardışıoğludur. Saray-
da xidmət etmişdi. Həmzə mirzənin məkrli planından duyuq düşüb, 
xəbəri  əmisinə  çatdırmışdı.  Əmisi  ilə  birlikdə  osmanlı  tərəfə  qaç-
mışdı. 
 
 
Əmiraslan sultan Araşlı-Avşar 
 
Əmiraslan sultan Araşlı I Şah Təhmasibin hakimiyyəti dönə-
mində tanındı. Şahın oğullarından Sultan Əhməd mirzənin lələsi idi. 
1578-ci  il  hadisələrində  II  Şah  İsmayılın  (İsmayıl  mirzənin)  tərəf-
darlarından sayılırdı. 
Əmiraslan sultanın Təhmasibqulu bəy adlı oğlu vardı. 
 
 
Təhmasibqulu xan Araşlı-Avşar 
 
Təhmasibqulu  bəy  Əmiraslan  sultan  oğlu  II  Şah  İsmayıla  və 
Sultan Məhəmməd Xudabəndəyə xidmət etmişdi. Şahdan sultan ün-
vanı  almışdı.  1585-ci  ildə  qorçubaşı  Məhəmmədqulu  xan  osmanlı-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə