Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə15/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

 
47 
hücuma keçdi. Bir neçə gün davam edən qanlı döyüşdə hər iki tərəf-
dən çoxlu adam tələf oldu. Müharibənin uzanmasından və Məhəm-
mədhəsən  xanın  qalib  gələcəyini  ehtimal  edən  bir  sıra  sərkərdələr 
xəyanət edərək Fətəli xanı tərk etdilər. O cümlədən Azad xan Əfqan 
döyüşçüləri  ilə  birlikdə  Bağdada  qaçdı.  Şahbaz  xan  Dünbülü  Xoy 
qoşunları  ilə  düşmən  tərəfinə  keçdi.  Belə  bir  xəyanətkarlıq  Fətəli 
xanın  sarsılmasına  və  Məhəmmədhəsən  xan  Qacardan  asılı  vəziy-
yətə düşməsinə səbəb oldu. 
Urmiya hakimi Məhəmmədmusa xan Qasımlı-Avşar içəridən 
hələ  də  qalanı  müdafiə  edirdi.  Fətəli  xan  Məhəmmədhəsən  xana 
qalanın  alınmasını  ona  tapşırılmasını  xahiş  etdi.  Məhəmmədhəsən 
xan  razılaşdı.  Fətəli  xan  Məhəmmədmusa  xana  və  qalabəyi  Yusif 
bəy Hutəkiyə məktub yazıb, bildirdi ki, əgər siz qalanı xoşluqla təs-
lim etsəniz, mən Məhəmmədhəsən xandan aman alacağam. Məhəm-
mədmusa xan naçar qalıb, qalanı təslim etdi. 
Urmiya  şəhərinə  girən  Məhəmmədhəsən  xan  Qacar  illərdən 
bəri burada toplanan xəzinəni ələ keçirdi. Məhəmmədmusa xan və 
ailəsini həbs etdi. Ondan 5 min əşrəfi qızıl tələb edib, aldı. Daşın-
maz əmlakını zəbt etdi. Aldıqlarına qane olmayıb, Məhəmmədmusa 
xanı qətl etdirdi. 
Məhəmmədhəsən xan Qacar altı ay Urmiyada dayandı. Lakin 
o, Kərim xan Zəndlə qarşılaşmağa tələsdiyi üçün burada daha uzun 
müddət  qalmadı.  Məhəmmədhəsən  xan  Azərbaycan  xanlarını  və 
onlara mənsub olan qoşunları öz döyüşçüləri tərkibinə daxil edərək 
cənuba doğru yola düşdü. Fətəli xan da ona qoşuldu. 
Məhəmmədhəsən xan Qovanlı-Qacarın Azərbaycandakı qələ-
bəsini eşidən Kərim xan Zənd çox narahat oldu. Qardaşı Şıxəli xan 
və  sərkərdəsi  Məhəmməd  xanın  başçılığı  ilə  öhdəsindəki  bütün 
qoşunu Məhəmmədhəsən xana qarşı göndərdi. İki ordu İsfahan əya-
lətində  üz-üzə  gəldi.  Məhəmmədhəsən  xan  ordusunun  əsas  cinah-
larını avşar və qacar döyüşçüləri təşkil edirdi. Baş verən ilk müha-
ribədə Zənd qoşunları darmadağın edildi. 
Vəziyyəti belə görən Kərim xan artıq Məhəmmədhəsən xanla 
döyüşməyə  cəsarət  etmədi.  O,  Şiraza  çəkilərək  şəhər  darvazalarını 


 
48 
bağladı  və  müdafiəyə  hazırlaşdı.  Məhəmmədhəsən  xan  Qovanlı-
Qacar  və  Fətəli  xan  Şiraza  üz  tutdular.  Fətəli  xan  Şirazın  yaxınlı-
ğında Məhəmmədhəsən xanla mübahisə edib geri qayıtdı. Tək qalan 
Məhəmmədhəsən  xan  da  qayıdıb  Mazandaran  tərəfə  getdi.  Qəzvin 
ətrafında  onları  izləyən  Zənd  qoşunu  ilə  savaş  baş  verdi.  Sərkərdə 
Məhəmmədhəsən xan öldürüldü və Şıxəli xan çətinliklə xilas olaraq 
qaçdı. 
Fətəli xan Məhəmmədhəsən xanın ölümündən sonra dirçəldi. 
Təbrizə gəldi. Şəhəri aldıqdan sonra paytaxtını Urmiyadan Təbrizə 
köçürdü.  Top-tüfəng  tərtib  edib,  xeyli  qoşun  təşkil  etdi.  Qonşu 
xanlıqları təhdidə başladı. Elçi göndərib tabe olmaqlarını tələb etdi. 
Qaradağ  hakimi  Məhəmmədkazım xan  Fətəli  xanın  elçilərinə  rədd 
cavabı  verdi.  Bir  neçə  gündən  sonra  birləşmiş  Urmiya,  Xoy  və 
Təbriz qoşunları Qaradağa hücum etdi. Məhəmmədkazım xan Qara-
dağlı böyük ordunun önündə duruş gətirməyib tabeçiliyini bildirdi. 
Məhəmməd  xan  Əfqan  Azad  xanın  məğlubiyyətindən  sonra 
Şirvana qaçmışdı. Fətəli xan ona məktub yazıb, Təbrizə çağırdı. O 
da 500 nəfərlik qoşunla gəlib Fətəli xana qoşuldu. Ora-bura səpələ-
nən əfqanlar yavaş-yavaş onun başına yığışdılar. Dinc dayanmayan 
əfqanlar  Təbriz  əhalisinə  zülm  etməyə  başladılar.  Xalq  əfqan  zül-
mündən Fətəli xana şikayət etdi. Fətəli xan Təbrizdə saraya yerləş-
məmiş, «Tağı sultan» bağında oturaq etmişdi. Hay vurub, əfqanları 
həmin  bağın  bir  hissəsinə  topladı.  Təbrizin  ağsaqqalarına,  başçıla-
rına bildirdi ki, əli silah tutan adamları yığıb, əfqanları yuxuda ikən 
qırsınlar. Avşarlara da Təbriz əhlinə kömək etməyi tapşırdı. Təbriz 
əhli və avşar camaatı birləşib, zülmkar əfqanları qırdılar. 
Fətəli  xan  əfqanları  qırıb-tökəndən  sonra  xoylu  Şahbaz  xan 
Dünbilini  yanına  çağırdı.  Qoşuna  sərkərdə  təyin  etdi.  Mirzə  Mə-
həmmədcəfər İmanlını Urmiyadan özünə vəzir dəvət etdi. Avşar eli-
nin  böyüklərindən,  Araşlı  oymağının  qohumlarından  olan  Miran 
bəy Mahmudlu da gəlib, onunla birləşdi. Fətəli xan onun Nağı xan 
Qasımlı tərəfindən alınmış əmlak və əmvalını geri qaytardı. 
Azad xan Əfqan Fətəli xanın dirçəlişini eşidib, İraqdan Azər-
baycana gəlmək fikrinə düşdü. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra ya-


 
49 
zır:  «Hicri  qəməri  1174-cü  ildə  Azad  xan  Məhəmmədhəsən  xan 
tərəfindən məğlub olub, Bağdada qaçmışdı. Ordan İranda baş verən 
hadisələri izləyirdi. Kərim xan Zəndin Məhəmmədhəsən xana qələ-
bəsini eşidib, fürsəti münasib görüb, qohumlaşdığı Həkkari əşirətin-
dən yardım istədi. Onlar bu qohumluğa görə, 15 min nəfərlik ordu 
toplayıb, sevincək Təbriz şəhərinə yola düşdülər. Marağa şəhərinin 
iki  ağaclığındakı  Binab  şəhərinə  yetişdilər.  Marağa  hakimi  Hacı 
Əliməhəmməd  ağa  Müqəddəm  çox  huşlu-başlı  bir  adam  olduğun-
dan el və kənd əhli onun bir sözünü iki eləmirdi. O da elə arxalanıb, 
Azərbaycan hakiminə, Fətəli xana vergi verməkdən imtina etmişdi. 
Azad xan ordusunun Marağa ətrafına gəlməsinə narahat oldu. Naçar 
qalıb, Fətəli xanla dostlaşdı. Ona məktub yazıb yardım istədi. Fətəli 
xan  tabeliyində  olan  Şahbaz  xan  Nəcəfqulu  xan  oğlu  Dünbilini 
1000 nəfərlik qoşunla ona köməyə göndərdi. Yardım yetişincə Azad 
xan  Binab  şəhərini  odlayıb,  adlı-sanlı  adamları  öldürüb,  qalan  kişi 
və qadınları əsir götürdü. Bu xəbəri eşidən Fətəli xan əfqanların öz-
başınalıqlarından  səbri  tükəndi.  Tabeliyində  olan  qoşunu  götürüb, 
Marağaya  üz  tutdu.  Marağaya  yetişəndə  Hacı  Əliməhəmməd  ağa 
Müqəddəm də ona qoşuldu. 
Avşar ordusu, Xoylu Şahbaz xanın qoşunu və Marağalı Hacı 
Əliməhəmməd ağanın dəstəsi Fətəli xanla birlikdə düşmən ordusu-
na hücuma başladılar. Bir həmlədə əfqanları və həkkariləri darma-
dağın etdilər. Azad xan qaçıb Gürcüstana getdi»
24
.  
Fətəli  xan  xoylu  Şahbaz  xan  Dünbilinin  köməyi  ilə  qonşu 
xanlıqları birər-birər ələ keçirməyə başladı. 
Fətəli xan əlində olan ərazi ilə kifayətlənməyərək şahlığı dir-
çəltmək  qənaətinə  gəlmişdi.  Bu  məqsədlə  müraciətnamə  hazırladı. 
Müraciətnamələri  birər-birər  Azərbaycan  xanlarına  göndərdi.  Heç 
bir  xan  müsbət  cavab  vermədi.  Ona  görə  də  böyük  ordu  toplayıb, 
qonşu xanlıqların ərazisinə soxuldu. 
Fətəli xan belə müraciətnamələrdən birini də vəziri Mirzə Mə-
həmmədcəfər İmanlının başçılığı ilə Qarabağ xanlığına göndərmiş-
di. Pənahəli xan onun elçilərini acılayıb, qovmuşdu. Tarixçi Mirzə 
                                                 
24 
Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», səh 142-143, farsca. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə