50
Camal bəy Cavanşir yazır: «Elçilər qayıdıb (yerlərinə) çatdıqdan
sonra Fətəli xan, Azərbaycan, Urmiya və başqa vilayətlərin əhali-
sindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı ələ keçirmək və
Pənah xanı aradan qaldırmaq məqsədilə Şuşa qalasına gəlib qalanın
bir ağaclığında düşərgə qurdu»
25
.
Mirzə Məhəmmədcəfər İmanlı qayıdıb əhvalatı Azərbaycan
hakiminə bildirdi. 1759-cu ildə Fətəli xan Araşlı-Avşar çoxsaylı
qoşunla Pənahəli xanın üstünə gəldi. Öncə bir neçə mahalı ələ
keçirdi. Qiyamçı məliklər, Çiləbörd məliyi Məlik Hətəm və Talış
məliyi Məlik Yusif Fətəli xanla birləşdilər. Fətəli xanın qoşunu
Şuşaya yaxınlaşdı. Gecə basqınlarından qorunmaq və qəfil hücum-
lardan müdafiə olunmaq üçün səngər-sipər hazırladılar. Tarixçi
Hüseyn Dəlili yazır: «Şəhər əhalisinin qəhrəmancasına müqavimət
göstərməsinə baxmayaraq, Fətəli xanın qoşunları gündən-günə
qalaya doğru irəliləyirdilər. Şuşaya gedən yollar bağlandığı üçün
orada azuqə, hərbi sursat get-gedə azalır və yeni-yeni çətinliklər
meydana çıxırdı. Müharibənin son günlərində Avşar döyüşçüləri
artıq qala divarı ətrafında döyüşürdülər.
Şəhər süqut etmək təhlükəsi
qarşısında idi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Pənahəli xan
Fətəli xanla zahiri olsa da sazişə gəlməyə məcbur oldu
26
.
Qarabağda son dövrə kimi «Fətəlixan səngəri» adlı yer vardı.
Bu yer qəhrəman avşar oğlunun nişanəsidir.
Qarabağ qoşunları Fətəli xanın ordusuna qarşı yaxşı vuruşsa,
da nəticə effektli olmadı. Mirzə Camal bəy qələbənin Qarabağ tərəf-
də olduğunu yazır. Bildirir ki, Fətəli xan İbrahimxəlil ağanı barışıq
bağlamağa gələrkən xaincəsinə aparıbmış. Tarixçi yazır: «Bu hadi-
sədən sonra Fətəli xan Avşar, qoşunun məğlub olması və qış fəsli-
nin yaxınlaşmasına görə, sülh və barışıq təklif etdi. Mahir elçilər
göndərib, and-aman içərək belə vədə verdi: «Əgər Pənah xan, qoşu-
numdan aldığı əsirləri geri qaytarsa, mənlə ittifaq və dostuq etsə,
qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm.
Beləliklə də biz əbədi qohum və dost olacağıq. Bir şərtlə ki,
25
Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yazıçı», 1989, səh.117.
26
H.Ə.Dəlili. Azərbaycanın cənub xanlıqları. Bakı. 1979. səh.118.