Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

 
71 
Aşur xan Babalı-Avşar 
 
Aşur  bəy  Xorasan  ətrafındakı  Quzğan  qalasının  hakimi  idi. 
Nadirqulu  xana  tabe  olmaqdan  imtina  edib,  qiyam  qaldırdı.  Nadir-
qulu  xan bir məharətli  hücumla öncə Xursənd, sonra Quzğan qala-
sını  tutdu.  Aşur  bəy  əlacsız  qalıb,  təslim  oldu.  Mirzə  Mehdi  xan 
Astarabadi yazır: «Avşarların sahibləndiyi qalalardan Kurqan qalası 
Aşur  bəy  Babalının  idi.  Həmin  vaxta  qədər  bu  qalanın  mühasirəsi 
təxirə salınmışdı. Baxmayaraq ki, bu Aşur bəy Nadirin soyuna mən-
sub  idi,  amma  "qəlbinin  şumunda  itaətsizlik  toxumu"  əkmişdi  və 
qohumluq  əlaqələrini  heçə  sayırdı.  Xabuşanın  və  Çemişkəzək 
əşirətinin  başçısı  Cəfərqulu  bəy  Şadlı  da  Nadirə  qarşı  çıxıb  Aşur 
bəy  Babalıya  yardım  etmək  üçün  gəldi.  Buna  görə  Nadir  zəfər 
bayrağını  qaldırıb  Kurqan  qalasına  yönəldi  və  qalanın  qarşısında 
möhkəm qüllələr tikdirdi. Əvvəlcə Cəfərqulu bəy aman istədi. Nadir 
onu əhf edib, tayfası ilə bərabər ordan uzaqlaşmasına imkan verdi". 
Nadirqulu xan Aşur bəyi bağışlayıb, sərkərdələri sırasına da-
xil etdi. Sonra, 1734-cü ildə ona xan ünvanı verib, Urmiyaya hakim 
təyin etdi. Urmiya hakimi olan qaynı Pero xanı saraya çağırdı. 
Aşur xan Babalı-Avşar 1734-cü ildə Nadir şahın əmri ilə av-
şarlardan 3 min ailəni Xorasana köçürdü
33

Aşur xan 1743-cü ildə 60 minlik ordu ilə Nadir şahın əmrinə 
müntəzəm Təbrizdə dayanmışdı. Sonra tərpənib Mərivana tərəf hə-
rəkət etmişdi. 
Aşur  xan  elə  həmin  ildə  İrəvana  gəlmişdi.  Ordan  Gəncəyə 
yollanmışdı. Oranın hakimi Hacıxan bəy Çəmişkəzəkini də götürüb 
Məhəmmədəli xan Qırxlı-Avşara köməyə gəldilər. 
1744-cü ildə Fətəli xan Araşlı-Avşar və Aşur xan Babalı-Av-
şar üsyançıların üzərinə hücuma keçdilər. Onlar qələbə çalıb üsyan-
çıların  mərkəzi  Ağsu  qalasını  tutdular.  Orda  olan  ləzgi  qarnizonu-
nun əsgərlərini əsir etdilər. 
                                                 
33 
Məhəmmədhüseyn Qüddusi, Nadir şah, Bakı, 1999, səh.123. 


 
72 
Məzh  Nadir  şahın  dövründə  Aşur  xan  Cənubi  Azərbaycanın 
Təbriz şəhərinin hakimi (1742-43-cü illər) və Azərbaycanın sərdarı 
olmuşdur.  
Aşur xan 1743-cü ildə yalandan Səfəvilər nəslindən olduğunu 
bəyan edən, Qazıqumuxlu Surxay xanın oğlu Məhəmməd tərəfindan  
dəstəklənən  fırıldaqçı  Sam mirzənin qiyamını yatırmışdır. Belə ki, 
bu qiyam  Ağsudan Dərbəndədək böyük bir  ərazini əhatə edirdi və 
dövlət  üçün  ciddi  təhlükə    yaradırdı.  Xüsusilə  şahın  bu  yerlərdə 
hərbi qüvvələrindən hesab edilən Dərbənd qarnizonunun bir hissəsi 
və şəhər əhalisi də bu qiyamçılara qoşulduğundan bu təhlükə daha 
da  artırdı.  Qiyamçılar  Şabran  şəhərini  ələ  keçirmək  üçün  başda 
qarnizonun rəisi Əbdul  xan Ustaclı olmaqla bütün qarnizonu məhv 
etmişdir. Aşur xan bu xəbəri  İrəvanda  eşitmişdir.  O dərhal heç bir 
əmr  gözləmədən  öz  ordusu  ilə  Şirvana  doğru  irəliləmişdir.  Onun 
qoşunları  Kür  çayını  keçərək,  burada  köməyə  göndərilmiş  Fətəli 
xan  Avşarın  ordusu  ilə  birləşərək  öz  hərəkətini  davam  etdirmişdir. 
24 dekabr 1155-ci ildə (1743-cü ildə) o, qiyamçıları darmadağın et-
mişdir. 1000 nəfər qiyamcı məhv edilmiş, ağır yaralanmış Məhəm-
məd Dağıstana, Sam mirzə isə Gürcüstana qaçmışdır. Nadir şah bu 
qələbəyə görə Aşur xan Avşara Bakının Sabunçu, Zabrat və Keşlə 
kəndləri daxil olan Abşeron torpaqlarını hədiyyə etmişdir. Aşur xan 
Avşar bu torpaqlarda öz tayfasının nümayəndələrini yerləşdirmiş və 
burada  nəslinin  əsasını  qoymuşdur.  Sonralar  bu  yerlərdə  tapılan 
zəngin  neft  yataqları  (XX əsrin əvvəllərində Sabunçu rayonu  Bakı 
neftinin 35%-ni verirdi) bu nəslin nümayəndələrinin iqtisadi hökm-
ranlığının əsasını qoymuşdur. 
 
Aşur xanın beş oğlu olmuşdur – Hacı İmamverdi bəy, Allah-
verdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy.  
Ünlü  tarixşünas  professor,  Aşur  xanın  nəslindən  olan  Sara 
xanım  Aşurbəyli  Aşur  xan  Avşarın  geneloji  səcərəsini  tərtib  et-
mişdir. Həmin səcərə “Avşarlar” kitabında öz əksini tapmışdır. 
 
 


 
73 
İsgəndər xan İmanlı-Avşar 
 
İsgəndər xan I Şah Abbasın lütfünə səbəb olmuşdu. Onun Şah 
Sultan  Məhəmməd  Xudabəndəyə  sədaqətlə  xidmət  etməsi  şahın 
xoşuna gəlmişdi. Qəzvinə hakim təyin edilmişdi. 
 
 
Əlimurad xan İmanlı-Avşar 
 
Əlimurad xan I Şah Abbasın hakimiyyəti dönəmində Urmiya-
nın hakimi olmuşdu. Əvvəlcə İraq cəbhəsində osmanlılara qarşı vu-
ruşmuşdu.  Urmiyaya  gələndən  sonra  ilk  işi  sərhədləri  möhkə-
ləndirmək oldu. Etibar etdiyi oymaqları sərhəd boyunca yerləşdirib 
keçilməz sədd yaratdı. 
 
 
Təhmasib sultan İmanlı-Avşar 
 
Təhmasib  sultan  I  Şah  Abbasın  hakimiyyəti  dönəmində  xan 
ünvanı  almışdı.  Mosul  şəhərinin  hakimi  olmuşdu.  O,  Əlişəkkər 
bölgəsinə nəzarət etmişdi. 
Təhmasib sultanın Qasım bəy adlı oğlu vardı. 
 
 
Qasım xan İmanlı-Avşar 
 
Qasım bəy Təhmasib sultan oğlunun adı 1593-cü il hadisələ-
rində  çəkilir.  Sultan  ünvanı  ilə  Avşar  oymağının  başında  Həmə-
danda yerləşmiş, bu bölgəyə hakim təyin edilmişdi. O, 1610-cu ildə 
və sonrakı illərdə Həmədanda hakimlik etdikdən sonra, 1032-ci ildə 
(1623) Mosulun fəth olunmasında iştirak etmiş və xan ünvanı ilə bu 
şəhərin valisi vəzifəsinə təyin olunmuşdu. O, Mosula gələrkən 800 
atlısı vardı. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə