Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə84/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   80   81   82   83   84   85   86   87   ...   91

 
285 
Nurəddin Mehdixanlı 
 
Quliyev Nurəddin Əzulla oğlu 
(Nurəddin Mehdixanlı) (06.10.1956) 
1956-cı  il  oktyabr  ayının  6-da  Cəli-
labad  rayonunun  Tahirli  kəndində 
doğulub. 
1974-cü  ildə  M.  Əliyev  adına 
Azərbaycan  Dövlət  İncəsənət  İnsti-
tutunun dram və kino aktyorluğu fa-
kültəsinə  daxil  olub.  Dahi  rejissor 
Adil  İsgəndərovun  rəhbərlik  etdiyi 
kursu  1978-ci  ildə  başa  vurub  təyi-
natla Akademik Milli Dram Teatrına 
göndərilərək  sentyabr  ayının  1-dən 
aktyor truppasına işə götürülüb. 
Romantik  pafosa,  coşqun  daxili  temperamentə,  gözəgəlimli 
səhnə görkəminə malik aktyordur. 
Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, 
faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə 
yarada  bilir.  Onun  Akademik  teatrın  səhnəsində  oynadığı  rolların 
siyahısını aşağıdakı görümdə ümumiləşdirmək olar: 

 
Mehdi və İkinci reportyor ("Səhra yuxuları", Anar), 

 
Muxtar ("Təhminə və Zaur", Anar), 

 
Xasay və Hidayət xan ("Xurşidbanu Natəvan", İlyas Əfəndi-
yev), 

 
Kamran ("Unuda bilmirəm", İlyas Əfəndiyev), 

 
Təbriz ("Büllur sarayda", İlyas Əfəndiyev), 

 
Böyük bəy ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), 

 
Məşədi Təhməz ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), 

 
Ayaz  Turan  ("Sevgililərin  cəhənnəmdə  vüsalı", İlyas  Əfən-
diyev), 

 
Eldar və Vaqif ("Vaqif", Səməd Vurğun), 

 
Ross ("Maqbet", Uilyam Şekspir), 


 
286 

 
Aydın ("Aydın", Cəfər Cabbarlı), 

 
Əbu Übeyd ("Od gəlini", Cəfər Cabbarlı), 

 
Ərtoğrul ("Afət", Hüseyn Cavid), 

 
Elxan ("İblis", Hüseyn Cavid), 

 
Şair ("Fəryad" Bəxtiyar Vahabzadə), 

 
Şahin ("Rəqabət" Bəxtiyar Vahabzadə), 

 
Gur Şad ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 

 
Yaralı əsgər ("Hələ "sevirəm" deməmişdilər…", R. Novruz), 

 
İppolit ("Fedra", J.Rasin), 

 
Rəşid Axundov ("Brüsseldən məktudlar", Həsən Həsənov), 

 
Bəbir bəy ("Dirilən adam", Mir Cəlal), 

 
Şəmistan  ağa  ("Ölüləri  qəbiristanlıqda  basdırın", İsmayıl 
Şıxlı), 

 
Nemət Həsənzadə ("Bu dünyanın adamları", Hidəyət), 

 
Vətən ("Xəcalət", Hüseynbala Mirələmov), 

 
Tağıyev ("Mesenat", Əli Əmirli), 

 
Xan ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov), 

 
Əmir Teymur ("Əmir Teymur", Hüseyn Cavid). 
Aktyor Azərbaycan Dövlət Televiziyasında: 

 
Ə. Əhmədovanın "Pəncərədə işıq" (Toğrul), 

 
C.Cabbarlının "Solğun çiçəklər" (Bəhram), 

 
N.Həsənzadənin "Kimin sualı var?" (İlham), 

 
B.Vahabzadənin  "Vicdanla  üz-üzə"  (Hakim)  teletamaşala-
rında iştirak edib. 
"Dədəm Qorqudun kitabı" dastanın motivləri əsasında "Dədə 
Qorqud"  çoxseriyalı  televiziya  filmində  Bayandur  xan,  "Bəyaz 
həyat"da Vüqar Quliyev rollarına çəkilib. 
Nurəddin Əzulla oğlu Quliyev 23 iyun 1986-cı ildə Naxçıvan 
Muxtar  Respublikasının  əməkdar  artisti,  1998-ci  ildə  Azərbaycan 
Respublikasının Əməkdar Artisti, 2002-ci ildə Xalq Artisti fəxri ad-
larına  layiq  görülüb.  Prezident  təqaüdçüsüdür.  1992-ci  il-
dən Vətəndaş  Həmrəyliyi  Partiyasının  üzvü,  1995-ci  il-
dən VHP sədrinin müavinidir. 9 may 2012-ci ildə və 30 aprel 2014-
cü ildə Prezident Mükafatına layiq görülmüşdür. 


 
287 

 
Xalq artisti Qabil Mehdixanlının kiçik qardaşıdır. 

 
Absurdistan (film, 2008)(tammetrajlı bədii film)-arıçı 

 
Araqarışdıran (film, 1987) 

 
Azərbaycan  xanlıqları.  Naxçıvan  və  İrəvan  xanlıqları.  5-ci 
film (film, 2003) 

 
Bəyaz həyat (film, 2003) 

 
Bizim qəribə taleyimiz (film, 2005) 

 
Cavad xan (film, 2009) 

 
Cavad xan. Filmin filmi. 5-ci veriliş (film, 2007) 

 
Cavad xan. Filmin filmi. Ölümün zirvəsi.  1-ci veriliş (film, 
2007) 

 
Cavid ömrü (film, 2007) 

 
Doğan Günəş (film, 2002) 

 
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) 

 
Ərazi (film, 2005) 

 
Güllələnmiş heykəllər (film, 2002) 

 
Gürzə (2008) 

 
Həkimlər 

 
İlahi məxluq (film, 2011) 

 
İşarəni dənizdən gözləyin (film, 1986) 

 
Kimin Sualı var? (İlham) 

 
Qafqaz (film, 2007) 

 
Məhkumlar (film, 2007) 

 
Pəncərədə işıq (film, 1987) 

 
Səni axtarırıq... (film, 2013) 

 
Solğun çiçəklər (film, 1987)-Bəhram 

 
Son arzu (film, 2003) 

 
Təlatüm (film, 2006) 

 
Vicdanla Üz-Üzə (Hakim) 
 
 


 
288 
Saleh Əmir Nəzmi Avşar 
 
Saleh  Əmir  tuman  oğlu  Urmiya  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Urmiya  təhsil  idarələrində 
müfəttiş vəzifəsində çalışmışdı. Bir müddət «Şiri-Xurşid» idarəsinə 
başçılıq etmişdi. 
 
 
Məhəmmədbağır Nəzmi Avşar 
 
Məhəmmədbağır  Əmir  tuman  oğlu  1904-cü  ildə  Urmiya 
şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ur-
miyada  açılan  ilk  kollecə  rəhbərlik  etmişdi.  Şəhərin  bələdiyyəsinə 
və bir rayonuna başçı olmuşdu. 
Məhəmmədbağır Nəzmi Avşar 1981-ci ildə vəfat edib. 
 
 
İskəndər Heşmət Avşar 
 
İskəndər Heşmət Urmiya şəhərində anadan olmuşdu. Mükəm-
məl mədrəsə təhsili almışdı. 
İskəndər  Heşmət  Urmiyanın  tanınmış  maarif  xadimlərin-
dəndir.  Xoyda  orta  məktəblər  yaratmışdı.  Urmiyanın  «Pəhləvi» 
məktəbində  direktor  müavini,  «Bədr»,  «Firdovsi»  məktəblərində 
direktor vəzifələrində çalışmışdı. Kollecə başçılıq etmişdi. 
 
 
Cəmal xan Avşar 
 
Camal İsfəndiyar xan oğlu (Zərğamülmülkün nəvəsi) Urmiya 
şəhərində  doğulmuşdu.  Avşar  elinin  Qasımlı  oymağındandır.  Bu 
şəhərdə  ibtidai  təhsilini  alandan  sonra  Tehrana  yollanmışdı.  Orta 
təhsilini  paytaxtda  almışdı.  Ordan  Avropaya  getmiş,  ali  savada 
yiyələnmişdi.  Riyaziyyat  sahəsində  Fransada  oxuyandan  sonra 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə