Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə83/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   79   80   81   82   83   84   85   86   ...   91

 
282 
köçürür.  O,  Bakıda  İçəri  şəhərdəki,  Qala  küçəsində  yarı  zirzəmi, iki 
otaqlı ev tutur, bir neçə aylıq kirayə haqqını ödəyir və həyat yoldaşı 
Sura ilə birlikdə geri Qarsa qayıdır. (Bu onların axırıncı görüşü olur). 
Bir  neçə  ay  burada  yaşadıqdan  sonra,  Həsən  Avşar  Bakı 
mühitinə  uyğunlaşa  bilmədiyindən,  həmçinin  yeni  qurulmuş  Sovet 
hökumətinin  insanların  başına  gətirdiyi  müsibətlər  və  ehtiyac  onu 
çox  çıxılmaz  vəziyyətə  gətirir.  Odur  ki,  bütün  olub  keçənlərə 
baxmayaraq köhnə erməni dostu ilə görüşmək üçün ailəsini Bakıda 
qoyub bir neçə günlük İrəvana qayıdır. 
Çətin  şərait  və  milli  münasibətlərin  həddən  artıq  gərgin 
olmasına  baxmayaraq,  erməni  dostu  aralarında  kəsilən  duz-çörəyə 
görə Həsən Avşarı qarşılayıb, onun dükanlarının haq-hesabını çəkir 
və dostunu qatara mindirib, Bakıya yola salır. 
Həsən Avşar qayıdarkən Tovuz və Gəncəyə baş çəkir. Gəncə 
xoşuna  gəldiyindən  əldə  etdiyi  pula  torpaq  sahəsi  alaraq,  ailəsini 
Bakıdan Gəncəyə köçürür və 1921-ci ildə dünyasını dəyişir. 
Bundan  sonra  ailə  Muxtar  Avşarın  babası  İsmayılın  himayə-
sinə  keçir.  O  babasını  belə  xatırlayır:  «Babam  savadsız  kişi  olub, 
amma  həqiqi  mənada  xalis  müsəlmana  xas  olan  qanun-qayda,  ən-
ənə,  böyük-kiçiklik  ləyaqətini  gözləyən,  xeyirxah  təmkinli  və  çox 
böyük dünya görüşə malik şəxsiyyət idi» 
1922-ci ildə Muxtar Avşarov Gəncədəki Dəmiryol məktəbinin 
ibtidai sinfində oxuyur. 
Bu zaman Sovet İttifaqında kollektivləşdirmə siyasəti başlayır 
və bunula da kolxozlar yaranır. O zamanlar kolxoza girmək istəmə-
yənləri «kulak» adlandırırdılar. «Kulak» siyasəti altında Rusiyadakı 
rus əhaləsini bir çox respublikalara (o  cümlədən  Azərbaycan ərazi-
sinə)  sürgün  edirdilər.  Öz  növbəsində  azərbaycanlıları  da  «qolço-
maq» adlandıraraq Rusiyanın şaxtalı-soyuq yerlərinə və Qazaxıstan 
qumsallı səhralarına sürgün edirlər... 
Bu  illərdə  imkan  düşdükcə  Muxtar  babası  ilə  Bakıya  böyük 
bacısı  Məsmə  xanımgilə  qonaq  gəlir.  1928-ci  ildə  C.  Cabbarlının 
«Od  gəlini»  əsəri  ilk  dəfə  olaraq  «Siyasi  Maarif  evi»  ndə  oynalır. 
(İçəri şəhərin Qoşa qala qapısı ilə üzbəüz bina.) 


 
283 
Teatr,  tamaşa  və  səhnə  haqda  maraqlanan  M.  Avşarov  bacı-
sından xahiş edir ki, onu da teatra aparsın. 
Lakin, o uşaq olduğuna görə, tamaşaçı zalına buraxılmır. 
Sonradan bacısının evində, bir neçə nəfər ziyalının əsəri necə 
müzakirə etmələrinin şahidi olur. 
M.  Avşar  doqquzillik  dəmiryol  məktəbini  Gəncədə  bitirdik-
dən  sonra,  babasının  təşəbbüsü  ilə  Bakıya  gələrək  Dəmiyolçuların 
sənət məktəbinə daxil olur. Bu illərdə böyük qardaşı Manaf Avşar 
Gəncə dəmiryol deposunda çilingər işləyirdi. 
M. Avşarın böyük bacısı Məsmə, həyat  yoldaşı Məmmədhü-
seyn  Münşizadə  ilə  Bakıda  yaşayırdılar.  Məmmədhüseyn  o  zaman 
«Kommunist» (1924-1932) qəzetində tərcüməçi işləyirdi və o, fars, 
türk  və  rus  dillərini  mükəmməl  bilirdi.  O,  bacısıgildə  yaşadığı 
vaxtlarda C. Məmmədquluzadə və H. Cavidin onlarla ailəvi dostluq 
etdiyinin şahidi olur. 
M.  Avşarovun  oxuduğu  sənət məktəbi  ilə  üz-üzə  Dəmiryolçu-
ların  klubu  yerləşirdi.  Hələ  məktəbli  vaxtlarında  incəsənətə,  teatra 
olan  həvəs onu  rahat  buraxmadığından  boş  vaxtlarında  həmin  kluba 
gedir və oradakı dram dərdəyinə üzv yazılaraq həvəskar aktyor kimi 
fəaliyyətə  başlayır.  Çox  keçmir  ki,  həmin  dərnəyə  görkəmli  aktyor 
Ülvi Rəcəb rəhbərlik etməyə başlayır və ilk olaraq A. Şirvanzadənin 
«Namus» pyesini tamaşaya qoyur. Pyesdəki Sumbat rolunu M. Avşa-
rova tapşırır. 
Onun  bacarığı  və  rolun  öhdəsindən  layiqincə  gəlməsi  Ülvi 
Rəcəblə Muxtar Avşarov arasında xoş münasibətə səbəb olur, belə-
liklə də onun teatra gedib gəlməsini şərait yaranır. 
O zamanlar Dram Teatrında «Topal Teymur», «1905-ci ildə», 
«Qara su», «Aydın», «Qorxu» və s. Əsərlər oynanılırdı. 
Bir  neçə  tamaşadan  sonra  «Topal  Teymur»  ictimai  və  siyasi 
baxışına görə qadağan olunub, repertuardan çıxarılırdı. 
1933-cü ildə sənət məktəbini bitirib Gəncəyə qayıdan M. Av-
şarov Dəmir yolunda «çilingər» işləməsi ilə bərabər, həm də Dəmir 
yolçuların  mədəniyyət  evində  həvəskar  aktyor  kimi  fəaliyyətini 
davam etdirir. 


 
284 
1935-ci  ildən  ölkədə  siyasi  şöbələr  «politodel»  yaranmağa 
başladı.  Bu  «politodel»in  adı  gələndə  adamların  qorxudan  bağrı 
yarılırdı, hətta NKVD bu təşkilatın yanında «şükürlü» idi. Gəncədə 
dəmiryol  üzrə  «politotdel»  in  naçalniki  Quliyev  idi.  O,  M.  Avşa-
rovun  aktiv  oğlan  olduğu  və  mədəni-kütləvi  tədbirlərdə  yaxından 
iştirak etdiyini nəzərə alıb Moskva Şuks məktəbinə göndərir. 
Oranı  müvəffəqiyyətlə  bitirib  qayıdan  M.  Avşarov  Gəncə 
Dəmiryol klubunda mədəni-maarif işçisi kimi fəaliyyətə başlayır. 
1937-ci  ildə  Dəmiryol  klubunun  müdiri  Məhərrəm  Əliyevin 
«politodel» tərəfindən guya siyasi fəaliyyətinə görə həbs edilməsi, M. 
Avşarovu  həddən  artıq  narahat  edir  və  öz  xahişi  ilə  azad  edilir.  O, 
bundan  sonra  Gəncə  Dövlət  Dram  Teatrında  aktyor  işləməyə 
başlayır. 
Bu  ağır  illərin  küləyi  M.Avşarova  da  toxunur.  Bir  müddət 
istintaq altında yatır. 
1953-cü ildə İ. V. Stalinin blümü ilə ölkədə yeni bir canlanma 
yaranır. Bundan sonra «represiya» dövrünə nəhayət ki, son qoyulur. 
Bu böyük ölkədə yaranan canlanma M. Avşarovun da həyatına təsir 
edir  və  o,  yenidən  C.  Cabbarlı  adına  Dram  Teatrına  qayıdır.  Çox 
keçmir ki, həyat  yoldaşı Fatma xanımı da teatra işə düzəldir. Onun 
teatra  qayıtması  ilə  əlaqədar  olaraq  S.S.  Axundovun  «Eşq  və 
intiqam» əsəri bərpa edilir və az bir vaxta oynanılır. Tamaşada əsas 
rollardan birini oynayan M. Avşarov yenidən Gəncə tamaşaçılarının 
sevimli şəxsiyyəti oldu. 
1958-ci ildə Gəncədə teatrı fəaliyyətinin 25 ili tamam olması 
münasibəti  ilə  Bakı  tamaşaçıları  qarşısında  yaradıcılıq  hesabatı 
vermək  üçün,  aprel  ayının  25-də  paytaxta  gələrək  A.  Ginzburqun 
«Qanq qızı» (rejissor H. Ağayev) tamaşası ilə açılış edir. Bu tamaşa 
da Bakı tamaşaçıları üçün sürpriz olur. 
Bu qastrol zamanı bir çox teatr əməkdaşları ilə bərabər Mux-
tar Həsən oğlu Avşarov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyə-
tinin Fəxri Fərmanı ilə təltif olunur. 
Muxtar  Fatma  xanımla  ailə  qurmuşdu.  Rza,  Rauf,  Nuri  adlı 
oğulları, Sevər adlı qızı var. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə