270
xidmət göstərmişdir. O, şəmsi 1331-ci ildə qəflətən xəstələnmiş və
dünyasını dəyişmişdir.
Mehriban, şərəfli və səmimi bi insan olan Məryəm xanımın
musiqi təhsili də vardı. O, şeirlərinin bir qismini öz məlahətli səsi
ilə oxuyurmuş. Onun şeirlər dəftəri itmişdir. Yalnız şeirlərindən bir
qismi qardaşında qalmışdır ki, sonralar bu şeirlərdən ibarət olan
kiçik bir kitab ətraflı şərh əlavəsi ilə «Beyade-Məryəm» adı ilə çap
olunmuşdur. Onun şeirlərindən bir nümunə:
Gəl danışmağınan ol zülfi-pərişanə könül,
Səbr elə, döz bu qonaqlıq şəbi-hicranə könül.
Baxma nakəs kimi dilbərimin çöhrəsinə.
Yanma pərvanə kimi atəşi-nuranə könül.
Olma namərd və məhəbbət eləmə naəhlə,
Bağlamaz aqil olan ülfəti nadanə könül.
Vətən eşqində gərək əl çəkəsən canından,
Çün səməndər yanasan onların atəşi-suzanə könül.
Firqətə bais olandan alaram qani-qisas,
And olsun o gözəl pərcəmi-İranə könül.
Cidadi Nəsrulla mirzə Qırxlı-Avşar
Nəsrulla mirzə Nadir şahın oğludur. 1724-cü ildə anadan ol-
muşdu. Saray təhsili almışdı. Atası öldürüldükdən sonra Kəlatda idi.
Əmisi oğlu Əliqulu xanın göstərişi ilə Məşhəddə zindanda yatmışdı.
Zindanda yatarkən bu rübaini yazmışdı:
İlk gündə qəza divanı müstəfisi,
Bütün şadlıq və kədəri düzəltdi.
Sevinci bütün adamlara qismət etdi,
Kədər qaldı, dedi: «bu da sənin qismətin».
Nəsrulla mirzə Cidadi 1747-ci ildə əmisioğlu Əli şah Qırxlı-
Avşar tərəfindən öldürüldü.
271
Ağa Məhəmmədrəhim Naibüssədr Avşar
Ağa Məhəmmədrəhim Urmiya civarında anadan olmuşdu.
Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf
Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında
yazır: «Məşhur arif və ariflər rəhbəri olan Mirzə Nəsrulla Nəsr
Ərdəbilinin şagirdi olmuşdur. O, Mirzə Nəsrulla tərəfindən irfani
fikirləri xalq içərisində yaymaq üçün xüsusi göstəriş almışdır. Ağa
Məhəmmədrəhimin qəzəllər divani məşhurdur. O, hicri qəməri 1285
(1868)-ci ildə vəfat etmişdir. Oğlu Hacı Mirzə Naibüssədr də öz
dövrünün ariflərindən olmuş, şikəstə və nəstəliq xətlərin yazmaqda
çox mahir idi".
Hacı Mirzə Naibüssədr Avşar
Hacı Mirzə Ağa Məhəmmədrəhim oğlu Urmiya civarında
anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Mirzə Ağa Sahibqələm Avşar
Mirzə Ağa Urmiya civarında anadan olmuşdu. Mükəmməl
mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmə-
dəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «O,
İstambulda bir neçə kitab yazıb, çap etdirmişdir. Onlardan «Gü-
lüstan» kitabıdır ki, hicri qəməri 1291 (1874)-ci ildə rəvan dildə və
bədii qələmlə yazılmışdır».
Mirzə Ağa Sahibqələm Avşar Sultan Əbdülhəmid Osmanlının
sarayında katib kimi çalışıb.
272
Usta Allahverdi Avşar
Allahverdi Urmiya civarında anadan olmuşdu. Mükəmməl
mədrəsə təhsili almışdı. Dövrünün böyük rəssamlarından sayılırdı.
Usta Allahverdinin Əbülhəsən adlı oğlu vardı.
Usta Əliəşrəf Avşar
Əliəşrəf Urmiya civarında anadan olmuşdu. Mükəmməl məd-
rəsə təhsili almışdı. Rəssam idi.
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar
Əbülhəsən Allahverdi oğlu Urmiya civarında anadan olmuş-
du. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və
bioqraf Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kita-
bında yazır: «Onun rəssamlıq əsərləri və rəngli peyzajlarını əmisi,
məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi
miniatur və rəsmlərindən ayırd etmək mümkün deyildir. Əziz xan
Sərdar onun əsərlərini töhfə kimi Tehrandakı əyanlara göndərərdi.
Onun qələmdan üzərində çəkdiyi rəsmlər hələ sağlığında əlli
tümənə satılırdı.
Əbülhəsən hicri qəməri 1306 (1888)-cı ildə vəfat etmişdir.
(«Əl-məsair vəl-asar»-«Hünərlər və əsərlər»)
Mirzə Məhəmməd Münəccim Avşar
Mirzə Məhəmməd Urmiya civarında anadan olmuşdu. Mü-
kəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioloq
Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında
yazır: «Mirzə Məhəmməd Ağatağı Münəccim Avşarın qohumların-
273
dandır. O, nucum elmində böyük müvəffəqiyyət əldə etmiş və bu
barədə onun verdiyi hökmlər səhvsiz və xətasız olmuşdur. Məhəm-
məd neçə il vəfatından əvvəl öz vəfatı tarixini nücum vasitəsilə bir
səhifədə müəyyən etmişdi. Hal-hazırda (Hicri qəməri 1306/1888)
bu səhifə onun uşaqlarındandır. Bu tarix təmamilə düzgün çıxmış-
dır. («Əl-məasir vəl-asar»)
Ağa Tağı Münəccim Avşar
Ağa Tağı Hacı Ağa Əbülhəsən oğlu 1817-ci ildə Urmiyə şə-
hərində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.
Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət «Daniş-
məndani-Azərbaycan» kitabında yazır: «nücum elmində məharətli,
hikmət və digər biliklərdə orta səviyyəli olmuşdur. O, bir müddət
Ətabatda dini bilikləri öyrənmiş, sonra atası Hacı Ağa Əbülhəsənin
istədiyinə görə Urmiya şəhərinə qayıtmışdır. Atasının arzusu bu idi
ki, o, Urmiyada məscid və minbər sahibi olsun. Ancaq o, qəbul
etməmiş, guşənişin olub, hicri qəməri 1284 (1867)-ci ildə əlli ya-
şında vəfat etmişdir. O, ədad (sayların xüsusiyyətini aydınlaşdıran
elm) və ovfaq (ay, həftə, gün və illərin sayların xüsusiyyətini aydın-
laşdıran elm), eləcə də cəfr elmlərində məharət qazanmışdır. Mirzə
Məhəmməd Münəccim Avşar Urməvi onun qohumlarından olmuş,
o da nücum elmində məşhur olmuşdur. («Əl-məasir vəl-asar»)»
Molla Əli Münəccim Avşar
Əli Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə
təhsili almışdı. Münəccim olmaqla yanaşı müdərrislik də edirdi. Bir
çox tanınmış münəccimlərin müəllimidir.
Dostları ilə paylaş: |