Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə79/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   75   76   77   78   79   80   81   82   ...   91

 
266 
Nəvai Avşar 
 
Nəvai  Avşar haqqında olduqca az məlumat var. Avşar elinin 
şairləri içərisində adı sadalanır. 
 
 
Nizam Mirzə Həbib Avşar 
 
Mirzə Həbib Urmiyanın Qaraağac kəndində anadan olmuşdu. 
Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf 
Məhəmmədəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında 
yazır:  «Hünər  sahiblərinin  başçısı,  xəttat  və  münşi  olmuşdur.  O, 
naxuni xətti yazmaqda, kağızdan və buluddan kəsilmiş hərflərlə xətt 
yazmaqda, eləcə də bafta eşmək və digər bu kimi incəsənət işlərində 
tanınmış  ustad  olunmuş,  bunlardan  əlavə,  həcv  və  məzəli  şeirlər 
qoşmaqda məharətli idi. Mirzə Həbib Hicri qəməri XIV (XX) əsrin 
əvvələrində vəfat etmişdir. O öz yazılarında qeyd edir ki, onun əsli 
Urmiyənin  Qaraağac  kəndindəndir.  Bu  kənd  Urmiyənin  bir 
ağaclığında  (təqribən  yeddi  kilometrliyində-mütərcim)  yerləşir. 
Onun «Məğvim» adlı bir əsəri vardır ki, bu söz («təqvim» sözünün 
çevrilmişidir).  Mirzə  Həbib  Əbu  Nəsr  Fərahinin  «Nisabussibyan» 
əsərini təzvim etmişdir. Aşağıdakı beyt bu əsərdəndir: 
 
Yaxşı olar sən damdan düşəsən, sınsın sənin, 
Çeyb-boynun, rükbə-dizin, sədr-sinən, rəs də başın. 
 
 
Nişat Avşar 
 
Məhəmmədhüseyn  Urmiya  şəhərində  dünyaya  gəlmişdi.  Şair 
idi.  Fars  şeirində  Sədinin  davamçılarından  hesab  olunur.  Türk  və 
fars  dillərində  yazıb  yaratmışdı.  Bütün  şeir  növlərində  qələmini 
sınamağı bacarsa da, qəzələ üstünlük vermişdi. 


 
267 
Şeirlərindən bir yarpaq: 
 
Ey müstəqim əlif kimi, can içrə qaməti, 
Bir cilvə qıl, qiyam ilə göstər qiyaməti. 
Təlim eşq dedi: qəddəmət to əssəlavat, 
Gördü imami-şəhr çu əvvəl qəddi-qaməti. 
Bərpa edir qiyaməti baği, behişt ara, 
Tuba görə bu qaməti, bu istiqaməti. 
Müştaqam elm əlamətinə, çün əzəl günü, 
Nuş etmişdim, riza ilə zəhri-məlaməti. 
 
 
Nəşəti Avşar 
 
Urmiya  avşarlarındandır.  Urmiyada  anadan  olmuşdır.  Adı 
Məhəmməd  Hüseyn,  təxəllüsü  Nəşatidir.  Peşəsi  misgərlikvə  mis 
alveri olub.  Ahəngli təbə malik  olan şair olub. Yaxşı  şeirlər deyər-
miş. Qəzəl, məsnəvi, qəsidədən geniş biliyi və məlumatı vardı. Türk 
və fars dilində, azəri ləhcəsində çoxlu şeirlər söyləyib, deyib və sə-
diyə marağı olub. 
Məhəmməd Hüseyn Nəşati 1297-ci ildəki ümumi qiyamda hə-
yatdan köçüb. Onun şeirləri çap olunmayıb və toplanmayıb. Əksəri 
parakəndə vərəqlərdən ibarət şeirlərinin bir qismi qalıb. Onun azəri 
ləhcəsində olan bir qəzəli: 
 
Ey müstəqil əlif kimi can icrə qaməti. 
Bər cilvə qili-qiyamə göstər qiyaməti. 
Bərpa edər qiyaməti bağı-bəhişt ara, 
Tuba görə bu qaməti, bu eşteqaməti, 
Cari edər bu nəxli-məlahət əyağına. 
Giryan gözüm bulağı serşk nədaməti: 
 
 


 
268 
Niyaz Mirzə Ələkbər Avşar 
 
Niyaz Avşar haqqında olduqca az məlumat var. Avşar elinin 
şairləri içərisində adı sadalanır. 
 
 
Rəcəb Avşar 
 
Rəcəb Avşar haqqında olduqca az məlumat var. Avşar elinin 
şairləri içərisində adı sadalanır. 
 
 
Çakər Hüseynqulu xan Avşar 
 
Ünlü ədəbiyyatşünas və bioqraf Mirzə Məhəmmədəli Tərbiyət 
«Danişməndani-Azərbaycan»  kitabında  yazır:  «Hüseynqulu  xan, 
keçmişdə Xəmsədə hakim olan Zülfüqar xan Avşarın sülaləsindən-
dir. O, sədaqətli, vüqarlı, xoş söhbətli və mülayim rəftarlı gənc idi. 
Şah (Fətəli şah Qovanlı-Qacar-Ə. Ç.) onu gənclikdə vəliəhdin xüsu-
si qulluqçusu vəzifəsinə təyin etmişdir, buna görə də onun təxəllüsü 
Çakər olmuşdu. Bir müddət sonra vəliəhd onun işgüzarlığına görüb, 
onu  Nəvvab  Məhəmməd  mirzə  əmirin  yanına  göndərmişdi.  Onun 
fars və türk dillərində şeirləri vardır. Aşağıdakı şeir ondandır: 
 
Ey şahım, əzəldən qiyamət gününədək 
Fələk qulun, günəş sənə xidmət edəcək. 
Bilirsənmi günəş təpə üstə nə üçün, 
Gözləmişdir səni səhərdən axşamadək? 
Gözləyir ki, biri dostlarından gələndə. 
Ayağı önündə hörmətlə baş əyəcək!» 
 
 


 
269 
Cahangiri 
 
O, 1868 (1247)-ci ildə Urmiyada anadan olmuşdur. Cahangi-
rin  əsl  adı  Hüseyn  xandır.  Təhsilini  bitirdikdən  sonra  hərbi  xid-
mətdə olan Hüseyn öz əcdadlarının yolunu davam etdirmişdir. Belə 
ki, onun əcdadlarının bir neçəsi Səfəvi və Qacar hökmdarlarının ad-
lı-sanlı və məşhur sərkərdələrindən olub. Hüseyn xanın ləqəbi «Ete-
zade-nezam»  idi.  O,  hərbi  xidmətdə  general  rübbəsinə  layiq  görül-
müş  və  dünya  müharibəsi  dövründə  Urmiyanın  bələdiyyə  rəisi  və 
həmin ildə polis rəisi təyin olunmuşdur. 
Hüseyn  xan  dəfələrlə  şəhər  məclisinin  üzvü,  rəisi,  seçki  ko-
missiyasının  üzvü  seçilmiş  və  sonra  Urmiya  Qızıl  Aypara  cəmiy-
yətinin  rəisi  kimi  vəzifələrdə  çalışmışdı.  O,  həmişə  ictimai  işlərdə 
fəal iştirak etmiş və xalq üçün dəyərli xidmətlər göstərmişdir. 
Mərhum  Hüseyn  xan  şair  idi.  Yaxşı  şeirlər  yazardı  və  çox 
vaxt  da  öz  övladları  ilə  şeirləşərmiş.  Onun  şeirlərində  «Pərvin»  və 
ya «Cahangir» və «Rəhi» təxəllüsünə rast olunur. Onun Azərbaycan 
dilində yazdığı ilə bir qəzəlini oxucularımıza təqdim edirik. 
 
Suzi-ahimnən yanar hər ləhzə min pərvanələr, 
Eşq odu yapmış əcəb sinəmdə atəşxanələr. 
Gər sevər divanələr divanəni, amma nədir
Bu canuni-eşqdən yeksər qaçar divanələr. 
Rönəq yaquti ol bəli-ləbün gözdən salıb, 
Əqdi-mirvaridi həm ağzundəki dürdanələr. 
Gül gülüstan içrə bir rəftareyi-can mayəsi, 
Ta səni görməklə can tapsın hamı cananələr. 
 
 
Məryəm Cahangiri 
 
Hüseyn xan bəylərbəyinin qızıdır. 1895-ci ildə Urmiyada ana-
dan olmuş və təhsilini bu şəhərdə tamamlamışdır. Urmiya şəhərinin 
mədəniyyət  idarəsində  və  daha  sonralar  kənd  təsərrüfatı  bankında 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə