Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə88/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   83   84   85   86   87   88   89   90   91

 
299 
 
Mirzə Tağı Avşar 
 
Tağı Hüseyn oğlu 1775-ci ildə Dəmirçihəsənli mahalının Av-
şar  obasında  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı. 
Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. 
Mirzə  Tağı  İbrahimxəlil  xanın  divanxanasında  vəzir  kimi 
çalışmışdı. Baba bəy Şakir yazırdı: 
 
Kişilər var idi xan əyyamında, 
Əyləşmişdi hər kəs öz məqamında, 
Beş yüz nəf olurdu hər kəlamında, 
Handa idi onda belə həşarat. 
 
O cümlədən biri Molla Kəlbəli, 
Düz yüyən Xanməmməd hər işdən halı, 
Avşar Mirzə Təqi, Şeyx Dünyamalı 
Məsləhət görərdi daimül-ovqat. 
 
 
Mirzə Pirəli bəy Avşar 
 
Pirəli bəy Avşar obasında anadan olmuşdu. Mükəmməl məd-
rəsə  təhsili  almışdı.  Savadlı  olduğundan  dolayı  mirzə  ünvanı  da-
şıyırdı.  Bir  müddət  obalarının  yüzbaşısı  olmuşdu.  Məhəmməd  bəy 
Cavanşirin yaxın dostlarından sayılırdı. 
Mirzə  Pirəli  bəy  Ağaməhəmməd  şahın  başını  Car-Balakənə 
İbrahimxəlil xana aparmışdı. 
Mirzə  Pirəli  bəyin  Kərim  bəy,  İsmayıl  bəy,  Ələsgər  bəy 
Həsənqulu bəy adlı oğulları vardı. 
 
 


 
300 
 
İsmayıl bəy Avşar 
 
İsmayıl  bəy  Mirzə  Pirəli  bəy  oğlu  1804-cü  ildə  Qarabağın 
Dəmirçihəsənli mahalının Avşar obasında doğulmuşdu. İlk təhsilini 
molla yanında almışdı. Sonra çar ordusunda xidmət etmişdi. 1838-ci 
ildə  iyul  ayının  12-də  gümüş  medal  almışdı.  1840-cı  ildə  oktyabr 
ayının 31-də praporşik hərbi rütbəsinə layiq görülmüşdü. 
 
 
Aşıq Fərhad Səlimoğlu 
 
Aşıq  Fərhad  Səlimoğlu  1894-cü 
ildə Urmunun Dol mahalında olan Sa-
mırtı  kəndində  dünyaya  göz  açmışdı. 
Öz  dövrünün  ən  adlım  aşığı  olan 
Fərhad,  ömrü  boyu  beş  səfər  Borçalı 
və  Tiflisə  getmişdir  və  elə  buna  görə 
də həyat yoldaşı Gürcüstandan idi. 
Aşıq Fərhad 1963-cü ilin yanvar 
ayının  22-ci  günündə  bu  dünyadan 
göz yumaraq, əbədi dünyaya köçmüş-
dü. 
Xatırlatmalıyıq,  aşıq  Fərhadın  səsi  indiyədək  yox  idi  və  o 
ustadın səsinin olmadığı düşünülürdü. Amma Urmiyanın ağsaqqal-
larından  o  ustadın  səsini  bir  dəfə  Tehrandan  gəlib  və  qədim  qra-
mafon səhifələrində zəbt etmişdilər sözünü duyduq. Elə bu söz bizi 
araşdırmağa  məcbur  etdı  və  nəhayət  neçə  müddət  axtarılan  səslər, 
Əhməd Əsədi tərəfindən Tehran radyosunun arxivindən bulundu və 
Urmiyada  bu  səslər  yayımlandı.  İki  havadan  təşkil  tapan  bu  səs, 
"Taciri" və "cəmşidi" havalarından ibarətdir. 
 


 
301 
Ağa Ələkbər Mükərrəməssəltənə 
 
Ağa Ələkbər Ağa Səməd oğlu 
Təbrizi (?-?) – diplomat. 
Ağa Ələkbər Ağa Səməd oğlu 
Təbriz  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl mədrəsə təhsili almışdı. 
O,  Nasirəddin  şah  Qacar  hakimiy-
yəti  dövrünun  ictimai  xadimləri 
icərisində öz bacarığı və nüfuzu ilə 
seçilən  səxsiyyət  idi.  Mükərrəməs-
səltənə ləqəbini daşıyırdı. 
Ağa 
Ələkbərin 
ailəsi 
Azərbaycanın 
tanınmış 
sulalələrindən  olub,  sonra  Mümtaz 
adlanırdı.  Atası  Ağa  Səməd  sərraf 
olsa da, savadı ilə seçilirdi. 
Xarici  İslər  nazirliyinin  əməkdaşı  idi  və  İranı  bir  sıra  xarici 
dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul 
olmuşdu. 
Ağa  Ələkbər  Təbrizi  sonra  Tehran  şəhərinə  dönmüş,  Xarici 
İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı. 
Ağa  Ələkbər  Təbrizi  İsmayıl  xan,  Səməd  xan  adlı  oğlanları 
vardı. 
 


 
302 
Səməd xan Mümtazəssəltənə 
 
Səməd  xan  Mümtazəssəltənə  –  
Qacarlar  və  Pəhləvilər  dönəmində  dip-
lomat, İranın baş naziri. 
Səməd  xan  Əliəkbər  xan  oğlu 
1869-cu  ildə  Təbriz  şəhərində  anadan 
olmuşdu. Mükəmməl mədrəsə təhsili al-
mışdı. Sonra Avropa oxumuşdu. Diplo-
matik fəaliyyətə Sultan Əhməd şah Qa-
carın  hakimiyyəti  illərində  başlamışdı. 
Sonra  şahın  xas  qvardiyasında  yüksək 
post tutmuşdu. 
Səməd  xan  1955-ci  ildə  Paris  şə-
hərində vəfat edib. 
 
 
Mirzə İsmayıl xan Mümtazəddövlə 
 
Mirzə  İsmayıl  xan  Əliəkbər  xan 
oğlu  Mümtazəddövlə  (1880-1933)  – 
İranın  dövlət  xadimi,  nazir,  hüquqşü-
nas,  tərcüməçi.  O,  əslən  Avşar  elin-
dəndir. 
Mirzə  İsmayıl  xan  Əliəkbər  xan 
oğlu 1880-ci ildə Təbriz şəhərində ana-
dan  olmuşdu.  İbtidai  təhsilini  doğma 
şəhərində,  ali  hüquq  təhsilini  İstanbul 
şəhərində  almışdı.  İran  Dövlət  Depar-
tamentində  işləmişdi.  Azərbaycan  De-
mokratik  Respublikasında  baş  konsul 
olmuşdu. Sonra İstanbul şəhərində İran 
dövlətini təmsil etmişdi. 


 
303 
Mirzə  İsmayıl  xan  Mümtazəddövlə  1906-cı  ildə  İran  Milli 
Məclisinə Cənubi Azərbaycandan nümayəndə seçilmişdi. O, bir ne-
çə kabinetdə mədəniyyət, maliyyə, təhsil və ədliyyə naziri postunu 
tutmuşdu. İran Konstitusiyasının müəllifi idi. Fransız dilini bilirdi. 
Mirzə İsmayıl xan Mümtazəddövlə 1933-cü ildə vəfat edib. 
 
 
Mahmud xan Avşar Tus 
 
Mahmud xan Həsən xan oğlu 1908-ci 
ildə  Tehran  şəhərində  doğulmuşdu.  Hərbi 
təhsil almışdı. General-mayor rütbəsinədək 
yüksəlmişdi.  Məhəmməd  Musəddiq  höku-
məti zamanı İran polisinə rəhbərlik etmişdi. 
Mahmud xan soylu bir ailəyə mənsub 
idi.  Atası  Həsən  xan  Şiblüssəltənə,  Əmir 
İsa xan Vəli Ehtişamüddövlənin altıncı oğ-
lu və Əmir Məhəmmədqasım xan Qovanlı-
Qacarın nəvəsi idi. Anası isə Fatimə Soltan 
xanım idi. 
Mahmud  xan  Avşar  Tus  24  aprel 
1953-cü ildə vəfat edib. 
 
 
Ələkbər xan Qasımlı-Avşar 
 
Ələkbər xan Məhəmmədhəsən xan oğlu  1883-cü ildə anadan 
olmuşdu. 
Ələkbər  xan  Seyf  Qasımlı  Avşar,  Seyfəssəltənə  ləqəbi  ilə 
Məhəmmədhəsən  xan  Sərdare  Kollun  oğlu
70 
və  ya  Hüseyn  Vəzir 
Nizam  oğlu  Dar-əl  Fünun  və  Rusiyanın  Sankt-Peterburq  şəhərinin 
hərbi məktəbində təhsil almışdı. Tədricən İran Kazak diviziyasında 
                                                 
70 
http://www.rasekhoon.net/mashahir/show-119440.aspx Rasexun saytı
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə