32
Şək.6.6. «D-Jetronic» benzin püskürmə sisteminin sxemi:
1-soyuducu mayenin temperatur sensoru; 2-işəsalma injektorunun temperatur relesi; 3-injektor;
4-işəsalma injektoru; 5-yanacaq tənzimləyicisinin tənzimləyicisi; 6-akkumulyator batareyası; 7-
alışdırma sisteminin qırıcı-paylayıcısında yanacaq püskürülməsinin sinxronlaşdırma kontaktları;
8-yanacaq çəni; 9-elektrik mühərriki ilə birlikdə yanacaq nasosu; 10-yanacaq süzgəci; 11-sorma
borusundakı təzyiq sensoru; 12-əlavə hava klapanı; 13-drossel qapağının dönmə bucağı sensoru;
14-elektron
idarəetmə bloku; 15-hava temperaturu sensoru.
Şək.6.7. «K-Jetronic» benzin püskürmə sistemi:
1-yanacaq çəni; 2-elektrik mühərrikili benzin nasosu; 3-yanacaq akkumulyatoru; 4-yanacaq
süzgəci; 5-yanıcı qarışıq tərkibinin zənginləşdiricisi; 6-injektor; 7-sorma borusu; 8-işəsalma
injektoru; 9-yanacaq dozatoru; 10-hava sərfölçəni; 11-tezlik tənzimləyicisi; 12- lambda-zond;
13-termorele; 14-alışdırma sisteminin paylayıcısı; 15-əlavə hava vermə qurğusu; 16-drossel
qapağı vəziyyətinin sensoru; 17-elektron idarəetmə bloku (lambda tənzimləməli variant üçün);
18-alışdırma açarı; 19-akkumulyator batareyası.
33
L-Jetronic sisteminin LE-Jetronic adlanan modifikasiyası da istifadə edilir. Buradakı «E»
hərfi xaric qazların zəhərliliyinə qoyulan Avropa normalarına cavab verməsini işarə edir («E»-
Evrope). LE-Jetronic sistemi əvvəlki sistemlərdən elektrik dövrəsində bəzi dəyişikliklərin
edilməsi və injektorların elektromaqnit dolaqlarının elektrik müqavimətinin 2.5
Om-dan 16.2
Om-a qədər artırılması ilə fərqlənir.
Şək.6.10-da «LH-Jetronic» benzin püskürmə sisteminin sxemi verilmişdir. Sistemin
adındakı «LH» hərfləri alman dilində Luftmasse-Hitzdraht (hava kütləsi-termoanemometr)
sözlərindən götürülmüşdür. «LH-Jetronic» sisteminin «LE-Jetronic» sistemindən əsas fərqi də
havanın saniyəlik kütlə sərfinin daha dəqiq termoanemometrik üsulla ölçülməsidir.
Şək.6.8. «KE-Jetronic» benzin püskürmə sisteminin sxemi:
1-yanacaq çəni; 2-elektrik mühərrikli benzin nasosu; 3-yanacaq akkumulyatoru; 4-yanacaq
süzgəci; 5-nasosun çıxışındakı yanacaq təzyiqinin tənzimləyicisi; 6-injektor; 7-sorma borusu; 8-
işəsalma injektoru; 9-yanacaq dozatoru; 10-hava sərfölçəni; 11-elektrohidravlik tezlik
tənzimləyicisi; 12-lambda-zond; 13-termorele; 14-mühərrikin temperatur sensoru; 15-alışdırma
sisteminin paylayıcısı; 16-əlavə hava vermə qurğusu; 17-drossel qapağı
vəziyyətinin sensoru; 18-
elektron idarəetmə bloku; 19-alışdırma açarı; 20-akkumulyator batareyası; 21-rele.
35
Sorma borusuna benzin püskürməli mühərriklərdə yanacaqla qidalanma sisteminin müxtəlif
sxemləri tətbiq edilə bilər: sirkulyasiyalı, sirkulyasiyasız və məhsuldarlığı tənzimlənən sxem.
Yanacağın sirkulyasiyası sistemdə yüksək temperatur şəraitində benzinin buxarlanaraq,
buxar tıxacları əmələ gəlməsinin qarşısını alır (şək.6.11,a). Nəticədə, çəndə yanacağın
temperaturu tədricən yüksəlir və çəndəki maye benzinin səthindən buxarlanmanın miqdarı artır.
Buna görə də belə sistemlərdə yanacaq buxarlarının atmosferə çıxaraq, ətraf mühiti
zəhərləməsinin qarşısını almaq üçün çənin kömür adsorberli ventilyasiya sistemi tətbiq edilir.
Sirkulyasiyasız sistemdə yanacağın artıq hissəsi yanacaq magistralına verilmədən, dərhal
geriyə — çənə qaytarılır (şək.6.11, b). Bunun nəticəsində, çəndə yanacağın temperaturu 10°
C-yə
qədər azalır. Bu da maye benzinin səthindən buxarlanmanı azaldır. Bu halda benzin buxarlarının
absorberlə təmizlənməsi tətbiq edilməyə də bilər.
Məhsuldarlığı tənzimlənən qidalanma sistemində benzin çəninin daxilində yanacaq
nasosunun da daxil olduğu yanacaq vuran modulda yerləşən tənzimləyici klapanın elektron blok
vasitəsi ilə dəqiq idarə olunması modulun məhsuldarlığını elə tənzimləyir ki, onun məhsuldarlığı
mühərrikin yanacaq sərfinə uyğunlaşır. Bu zaman modulun çıxışında təzyiq sabit qalır.
Bu proses
çəndə yanacağın temperaturunu daha da aşağı salmağa imkan verir (şək.6.12).
Şək.6.11. Sorma borusuna benzin püskürməli mühərriklərin
qidalanma sistemlərinin
sxemləri:
a-sirkulyasiyalı sxem; b-sirkulyasiyasız sxem; 1-yanacaq çəni; 2-elektrik mühərriki ilə
birlikdə yanacaq nasosu; 3-yanacaq süzgəci; 4-vurma borusu; 5-təzyiq tənzimləyicisi;
6-injektorlar; 7, 9-yanacaq magistralı; 8-sirkulyasiya borusu.
Şək.6.12. Məhsuldarlığı tənzimlənən
qidalanma sisteminin sxemi:
1-elektrik
mühərriki
ilə
birlikdə
yanacaq nasosu; 2-təzyiq sensoru və
yüksüzləşdirici
klapan;
3-tənzimləyici
modul; 4-injektorlar; 5-yanacaq magistralı.