36
6.1.6. Silindrə birbaşa benzin püskürməli injektorlu mühərrikin qidalanma sistemi və
hissələri.
Silindrə birbaşa benzin püskürməli injektorlu mühərrikin qidalanma sisteminin (şək.6.13)
fərqli cəhəti injektorun silindrdə yerləşməsi, püskürmə təzyiqinin yuxarı hədlərdə olmasıdır. Bu
tip mühərriklərdə yanacaq silindrə mühərrikin iş siklindən asılı olaraq həm sorma prosesi, hə də
sıxma prosesi zamanı püskürülür. Silindrə birbaşa benzin püskürmə sisteminə misal olaraq DI-
motronic (Bosch) sistemini göstərmək olar (şək.6.14) . «DI» hərfləri ingilis dilində «Direct
İnjection» (birbaşa püskürmə), «Motronic» isə «Motor» və «Electronic» sözlərindən
götürülmüşdür.
Şək.6.13. Silindrə birbaşa benzin püskürmə sisteminin sxemi.
Silindrə birbaşa benzin püskürməli mühərriklərin qidalanma sistemləri də iki növ sxem üzrə
işləyə bilər: sabit məhsuldarlıqlı sxem və məhsuldarlığı tənzimlənən sxem. Sabit məhsuldarlıqlı
sistemdə (şək.6.15,a) mühərrikin qazpaylama valından mexaniki yolla hərəkət alan plunjerli
nasos 1 yanacağı sabit məhsuldarlıqla magistrala vurur, nasosun məhsuldarlığı mühərrikin
maksimum yanacaq sərfindən də çox olur. Elektron idarəetmə sistemi sensor 2 vasitəsilə
magistraldakı təzyiqi ölçür və elektromaqnit idarəetməli 4 klapanının vasitəsilə artıq yanacağı
yüksək təzyiq nasosunun girişinə qaytarmaqla magistralda 3 təzyiqi sabit qiymətdə saxlayır.
Belə sxemin mənfi cəhəti ondan ibarətdir ki, mühərrikin kiçik yük rejimlərində də yüksək
təzyiqli nasos artıq yanacaq vurduğundan, böyük güc sərf edir və mühərrikin f.i.ə.-nı azaldır.
Digər
tərəfdən, böyük miqdarda sirkulyasiya edən yanacaq onun çox qızmasına səbəb olur.