Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

 
36 
6.1.6. Silindrə birbaşa benzin püskürməli injektorlu mühərrikin qidalanma sistemi və 
hissələri. 
 
Silindrə  birbaşa  benzin  püskürməli  injektorlu  mühərrikin  qidalanma  sisteminin  (şək.6.13) 
fərqli cəhəti injektorun silindrdə yerləşməsi, püskürmə təzyiqinin yuxarı hədlərdə olmasıdır. Bu 
tip mühərriklərdə yanacaq silindrə mühərrikin iş siklindən asılı olaraq həm sorma prosesi, hə də 
sıxma prosesi zamanı püskürülür. Silindrə birbaşa benzin püskürmə sisteminə misal olaraq DI-
motronic  (Bosch)  sistemini  göstərmək  olar  (şək.6.14)  .  «DI»  hərfləri  ingilis  dilində  «Direct 
İnjection»  (birbaşa  püskürmə),  «Motronic»  isə  «Motor»  və  «Electronic»  sözlərindən 
götürülmüşdür. 
 
Şək.6.13. Silindrə birbaşa benzin püskürmə sisteminin sxemi. 
 
Silindrə birbaşa benzin püskürməli mühərriklərin qidalanma sistemləri də iki növ sxem üzrə 
işləyə bilər: sabit məhsuldarlıqlı sxem və məhsuldarlığı tənzimlənən sxem. Sabit məhsuldarlıqlı 
sistemdə  (şək.6.15,a)  mühərrikin  qazpaylama  valından  mexaniki  yolla  hərəkət  alan  plunjerli 
nasos  1  yanacağı  sabit  məhsuldarlıqla  magistrala  vurur,  nasosun  məhsuldarlığı  mühərrikin 
maksimum  yanacaq  sərfindən  də  çox  olur.  Elektron  idarəetmə  sistemi  sensor  2  vasitəsilə 
magistraldakı  təzyiqi  ölçür  və  elektromaqnit  idarəetməli  4  klapanının  vasitəsilə  artıq  yanacağı 
yüksək təzyiq nasosunun girişinə qaytarmaqla magistralda 3 təzyiqi sabit qiymətdə saxlayır.  
Belə  sxemin  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  mühərrikin  kiçik  yük  rejimlərində  də  yüksək 
təzyiqli  nasos  artıq  yanacaq  vurduğundan,  böyük  güc  sərf  edir  və  mühərrikin  f.i.ə.-nı  azaldır. 
Digər tərəfdən, böyük miqdarda sirkulyasiya edən yanacaq onun çox qızmasına səbəb olur. 
 


 
37 
 
Şək.6.14. DI-Motronic silindrə birbaşa benzin püskürmə sisteminin sxemi: 
1-termoanemometrik  hava  sərfölçəni;  2-drossel  qapağı  və  onun  vəziyyətini  idarə  edən  elektrik 
mühərriki;  3-sorma  borusundakı  təzyiq  sensoru;  4-yüksək  təzyiqli  yanacaq  nasosu;  5-sorma 
kanalında  hava  axınının  istiqamətini  idarə  edən  hava  qapağı;  6-yanacaq  magistralı  və  yüksək 
təzyiq  injektoru;  7-yumruqlu  valın  vəziyyətinin  tənzimləyicisi;  8-alışdırma  transformatoru  ilə 
birlikdə elektrik şamı; 9-yumruqlu valın dönmə bucağının sensoru; 10-birinci lambda-zond; 11-
əsas katalitik neytralizator; 12-ikinci lambda zond; 13-xaric qazların temperatur zondu; 14-azot 
oksidlərinin  (NO
x
)  akkumulyator  tipli  neytralizatoru;  15-üçüncü  lambda  zond;  16-detonasiya 
sensoru;  17-mühərrik  temperaturunun  sensoru;  18-dirsəkli  valın  fırlanma  tezliyi  sensoru;  19-
elekrik  intiqallı  alçaq  təzyiqli  yanacaq  nasosu  ilə  birlikdə  yanacaqvurma  modulu;  20-elektron 
idarəetmə bloku; 21-mühərrikin idarəetmə pedalı.   
 
Məhsuldarlığı  tənzimlənən  sxem  (şək.6.15,b)  üzrə  işləyən  qidalanma  sistemi  həmin 
nöqsanlardan  azaddır.  Nasos  mühərrikin  qazpaylama  valından  hərəkət  alır.  Elektron  blok 
magistraldakı 3 təzyiqə sensor 2 vasitəsi ilə nəzarət etməklə, yanacaq nasosunun məhsuldarlığını 
elə  idarə  edir  ki,  həmin  məhsuldarlıq  mühərrikin  yanacaq  sərfinə  dəqiq  uyğun  gəlsin.  Yüksək 
təzyiqli nasos yanacağın artığını çənə geri qaytarır və onun təzyiqinin yüksəldilməsinə güc sərf 
etmir.  Bu  sistemdə  mexaniki  klapan  4  təzyiq  məhdudlandırıcısı  vəzifəsini  yerinə  yetirir  və 
qoruyucu  funksiyaya  malikdir.  Bu  sistemdə  keçid  rejimlərində  yanacaq  magistralında  təzyiqin 
sabit saxlanıla bilməsi üçün magistral 3 əvvəlki sxemdəkinə nisbətən daha böyük həcmə malik 
olmalıdır. 
 
                                               a)                                                                        b) 
Şək.6.15. Silindrə birbaşa benzin püskürməli mühərriklərin qidalanma sisteminin sxemi: 
a-sabit məhsuldarlıqlı sxem; b-məhsuldarlığı tənzimlənən sxem; 1-yüksək təzyiqli yanacaq 
nasosu;  2-yüksək  təzyiq  sensoru;  3-yanacaq  magistralı;  4-təzyiq  tənzimləyici  klapan;  5-
injektorlar; 6-alçaq təzyiqli yanacaq nasosu ilə birlikdə yanacaq vuran modul və çən. 
 
 
 


 
38 
6.1.7. Yüksək təzyiqli yanacaq nasosları. 
 
Yüksək  təzyiqli  yanacaq  nasosları  silindrə  birbaşa  benzin  püskürməli  mühərriklərdə  tətbiq 
edilir. Yüksək təzyiqli nasos alçaq təzyiqli nasosun 0.3-0.5 MPa təzyiqlə verdiyi yanacağı qəbul 
edərək,  5-12  MPa  təzyiqlə  yanacaq  magistralına  vurur.  Adətən  yüksək  təzyiqli  yanacaq 
nasosunun valı mühərrikdən mexaniki yolla hərəkət alaraq fırladılır (şək.6.16, şək.6.17). 
 
                                                      a)                                                   b) 
 
Şək.6.16. HDP1 markalı üçplunjerli yüksək təzyiqli benzin nasosu: 
a-yandan  görünüş; b-öndən görünüş; 1-ekssentrik;  2-itələyici;  3-giliz;  4-plunjer; 5-qapayıcı 
kürəcikli klapan; 6-xaric klapanı; 7-doldurma klapanı; 8-yanacaq magistralına gedən çıxış; 
9-alçaq  təzyiq  nasosundan  daxil  olan  yanacaq;  10-yumruqlu  şayba;  11-valın  boynunu 
kipləşdirən halqa; 12-hərəkətsiz araqatı; 13-val.  
 
 
Şək.6.17. HDP2 markalı birplunjerli yüksək təzyiqli benzin nasosu: 
1-alçaq təzyiq nasosundan daxil olan yanacaq; 2-yanacaq magistralına gedən çıxış; 3-sızan 
yanacağın  geri  qaytarılması;  4-xaric  klapanı;  5-doldurma  klapanı;  6-plunjer;  7-plunjerin 
kipləşdirici  halqası;  8-giliz;  9-vurulan  yanacaq  miqdarını  tənzimləyən  klapan;  10-təzyiq 
dempferi. 
 
 
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə