Avtomobil texnikasi


 Dizel yanacaq sistemlərinin quruluşu



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə15/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   11   12   13   14   15   16   17   18   ...   56

 
42 
6.2. Dizel yanacaq sistemlərinin quruluşu. 
 
Dizel mühərriklərinin yanacaq püskürmə sistemi aşağıdakı funksiyaları yerinə yetirməlidir: 
-  yanacaq  ehtiyatının  saxlanması,  onun  su  və  mexaniki  hissəciklərdən  təmizlənməsi 
(süzülməsi); 
-  yanacağın  dozalanması  və  mühərrikin  silindrlərinin  iş  qaydasına  uyğun  olaraq,  onun  lazımi 
təzyiqlə silindrlərə püskürülməsi; 
-  işçi  prosesin  xüsusiyyətlərindən  asılı  olaraq,  yanacağın  silindrə  tələb  olunan  anda 
püskürülməsi; 
-  işçi  prosesin  xüsusiyyətlərindən  asılı  olaraq,  yanacağın  yanma  kamerində  tələb  olunan 
qaydada paylanması. 
Dizel  yanacaq  püskürmə  sistemlərini  iki  böyük  qrupa  bölmək  olar:  bilavasitə  təsirli  və 
akkumulyatorlu (Common Rail) püskürmə sistemləri. Bilavasitə təsirli püskürmə sistemlərinin əsas 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  yanacaq  plunjerin  sıxışdırıcı  gedişinin  təsiri  ilə  yüksək  təzyiqlə 
forsunkaya vurularaq, püskürülür (şək.6.24). Akkumulyatorlu (ressiverli) püskürmə sistemlərində 
isə  nasosun  vurduğu  yanacaq  akkumulyator  adlanan  həcmdə  sabit  təzyiq  altında  saxlanılır. 
Ressiverdə  təzyiq  1600÷2500  Bar-a  (160÷250  MPa)  çatdırılır.  Akkumulyatora  qoşulmuş 
forsunkaların  klapanları  isə  tələb  olunan  anda  ya  mexaniki,  ya  da  elektrik  intiqalı  vasitəsi  ilə 
açılaraq, yanacaq püskürülməsini həyata keçirir. 
Bilavasitə  təsirli  püskürmə  sistemlərində  nasosla  dizel  injektoru  bir  qurğu  şəklində 
hazırlandıqda  nasos-injektor  adlanır  (şək.6.25).  Bölünmüş  tipli  sistemlər  isə  daha  geniş  tətbiq 
edilir.  Belə  sistemlərdə  yüksək  təzyiqli  yanacaq  nasosu  və  dizel  injektoru  ayrı-ayrı  qurğular 
şəklində hazırlanır və dizel injektoru nasosun çıxışına yüksək təzyiq borusu vasitəsi ilə qoşulur. 
 
Şək.6.24. Bilavasitə təsirli bölünmüş tipli dizel püskürmə sisteminin sxemi: 
1-kran;  2-yanacaq  qəbuledicisi;  3-boşaltma  karanı;  4-çənin  qapağı;  5-çənin  boğazlığı;  6-dizel 
injektorları; 7-yüksək təzyiq borusu; 8-yüksək təzyiqli  yanacaq nasosu; 9-narın  yanacaq süzgəci; 
10-kobud yanacaq süzgəci; 11, 13, 15-yanacaq qayıtma borusu; 12-alçaq təzyiqli yanacaq nasosu; 
14-yanacaq çəni.  
 
 


 
43 
 
Şək.6.25. Bilavasitə təsirli nasos-injektorlu dizel yanacaq sisteminin sxemi: 
1-yanacaq çəni; 2, 5, 7, 8, 10, 12-alçaq təzyiqli boru xətləri; 3-kobud yanacaq süzgəci; 
4-alçaq təzyiqli yanacaq nasosu (ATYN); 6-narın yanacaq süzgəci; 9-yanacaq səviyyəsi 
göstəricisi; 11-kalibrlənmiş yuvalı ştuser; 13-nasos-injektor. 
 
Alçaq  təzyiqli  yanacaq  nasosu  (ATYN).  Süzgəclərin  yaratdığı  müqaviməti  dəf    edərək, 
yanacağı çəndən sorub yüksək təzyiqli nasosa vermək üçün alçaq təzyiqli nasosdan istifadə edilir. 
Bu  nasos  yanacağı  müəyyən  izafi  təzyiqlə  (0.06÷0.3  MPa)  verir.  Yüngül  yanacaqlarla  işlədikdə, 
sistemdə buxarlanmanın qarşısını almaq üçün təzyiqi 0.7 MPa-dək götürmək lazımdır. Dişli çarxlı 
paylayıcılı  (zolotnikli)  dozalandırmalı  seksiya  tipli  yüksək  təzyiqli  yanacaq  nasoslarının  normal 
işini təmin etmək üçün isə alçaq təzyiq sistemində 
20
0
15
0
.
.

 MPa təzyiq kifayət edir. 
Əsasən porşenli və dişli çarxlı alçaq təzyiq yanacaq nasoslarından istifadə edilir. Porşenli alçaq 
təzyiqli yanacaq nasosu adətən yüksək təzyiqli yanacaq nasosunun yumruqcuqlu valından hərəkət 
alır (şək.6.26).   
 
      
Şək.6.26. Porşenli ATYN-nun quruluşu:                                            
1- kobud süzgəcinin; 2-sorma klapanı;  
3-əl  nasosu;  4-əl  nasosunun  porşeni;  5-
sorma  həcmi;  6-plunjer  yayı;  7-plunjer; 
8-diyircəkli 
itələyici; 
9-intiqal 
ekssentriki; 10-sıxma həcmi; 11-yanacaq 
vurma klapanı. 
 
 Şək.6.27. Seksiyalı yüksək təzyiqli yanacaq nasosu: 
1-kobud  süzgəc;  2-əl  nasosunun  porşeni;  3-  bolt;  4-
mufta;  5-yumruqcuqlu  val;  6-diyircəkli  itələyici;  7-
giliz;  8-ştuser;  9-tənzimləyici;  10-tənzimləyicinin 
dəstəyi; 11-yağ süzmək üçün bolt; alçaq təzyiqli boru 
xətti.
 
 


 
44 
      Dişli  çarx  tipli  ATYN-nın  əsas  üstünlüyü  nasosun  çıxışında  yanacağın  təzyiqinin  daha 
müntəzəm  olması və təzyiq rəqslərinin  az olmasıdır. Belə nasoslarda sistemdən havanı  çıxarmaq 
üçün dişli çarxlarla paralel qoşulmuş və əl ilə hərəkətə gətirilən porşenli nasos da olur. 
 
                                            a)                                                                b) 
 
Şək.6.28. Xarici (a) və daxili (b) ilişməli dişli çarx tipli yanacaq nasoslarının sxemləri: 
1-gövdə; 2-xarici (aparılan) dişli çarx; 3-aparan val; 4-daxili (aparan) dişli çarx; 5-oraqvari çıxıntı. 
 
Xarici ilişməli dişli çarxlı nasosda yanacaq dişlər arasındakı boşluqda gövdənin əmələ gətirdiyi 
həcmlərə  dolaraq,  çarxlar  fırlandıqca,  giriş  borusundan  çıxış  borusuna  doğru  hərəkət  etdirilir 
(şək.6.28, a). Daxili ilişməli dişli çarxlı nasoslarda çarxların dişlərinin sayı və çevrəvi sürəti böyük 
olduğundan, dişli çarxların qalınlığını 2-3 dəfə azaltmaq mümkün olur (şək.6.28, b). Bundan əlavə, 
dişli  çarxlar  da  bir-birinin  daxilində  yerləşdiyindən,  belə  nasoslar  ölçülərinin  kiçik  olması  ilə 
fərqlənir. Buna görə də daxili ilişməli dişli çarxlı nasoslar çox zaman paylayıcı tipli yüksək təzyiq 
nasoslarının  gövdəsi  daxilində  yerləşdirilir  və  yanacağı  yüksək  təzyiq  nasosunun  bilavasitə 
gövdəsi daxilinə vurur. 
 
 Şək.6.29. Sikloidal ilişməli rotorlu nasosun 
sxemi: 
1-aparan rotor;  2-  aparılan rotor;  3-gövdə;  4- 
aparıcı  val;  5-sorma  həcmi;  6-vurma  həcmi; 
O
1
,O
1
-aparan  və  aparılan  rotorların  fırlanma 
mərkəzləri. 
 
 
Müasir paylayıcı tipli YTYN-nın gövdəsi 
daxilində  spesifik  quruluşa  malik  başqa  tip 
nasoslar  da  yerləşdirilə  bilər.  Bu  məqsədlə 
rotorlu  quruluşa  malik  nasoslar  daha  çox 
tətbiq  edilir.  Belə  nasoslardan  biri  sikloidal 
ilişməli  rotorlu  nasosdur  (şək.6.29).  Belə 
nasoslarda  rotorlar  fırlanarkən  A  və  B 
həcmləri  getdikcə  genişlənir  və  həmin 
həcmlərə  sorma  həcmindən  5  yanacaq 
sorulur.  Fırlanma  nəticəsində  həmin  həcmlər 
vurma  həcminə  tərəf  getdikcə  kiçilir 
(məsələn,  C  həcmi)  və  nəticədə,  yanacaq 
sıxışdırılaraq, vurma həcminə 6 vurulur.  
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə