Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

 
49 
Fərdi yanacaq nasosları. Fərdi yanacaq nasoslarında yanacaq nasosunun hər seksiyası ayrıca 
gövdədə  —  fərdi  birseksiyalı  nasos  şəklində  hazırlanır  və  silindrlər  blokunda  xüsusi  yuvada 
yerləşdirilir (şək.6.40). Bu, nasos seksiyalarını hər injektora maksimum dərəcədə yaxınlaşdırmağa
  
Şək.6.40. 
 
və yüksək təzyiq borusunun uzunluğunu minimuma 
endirməyə  imkan  verir.  nəticədə,  nasosun 
gövdəsinin  sərtliyi  artdığından  və  yüksək  təzyiq 
sisteminin  yanacaqla  dolu  həcmləri  azaldığından, 
püskürmə  təzyiqlərini  150÷200  MPa-a  qədər 
yüksəltmək  mümkün  olur.  Bundan  əlavə  yüksək 
təzyiq  borusunun  uzunluğu  azaldığından,  borudakı 
dalğa  proseslərinin  püskürmə  xarakteristikalarına 
mənfi  təsiri  də  azalmış  olur.  Beləliklə,  mühərrikin 
nominal sürət rejimini yüksəltmək imkanı yaranır.  
 
 
 
  
 
 
Şək.6.41.  Bosch  şirkətinin  fərdi 
yanacaq  nasosunun  injektor  ilə 
birlikdə sxemi və xarici görünüşü: 
 
1-injektor; 
2-ştuser; 
3-yüksək 
təzyiq borusu; 4-qayka; 5-klapanın 
məhdudlandırıcısı;  6-klapan;  7-
qapaq;  8-gövdə  (giliz);  9-vurma 
həcmi;  10-plunjer;  11-mühərrikin 
silindr  bloku;  12-diyircəyin  oxu; 
13-yumruq;  14-yayın  yəhəri;  15-
elektromaqnit  klapanın  yayı;  16-
elektromaqnitin 
gövdəsi; 
17-
lövbərin  lövhəsi;  18-aralıq  lövhə; 
19-kipləşdirici; 
20-yanacağın 
girişi;  21-alçaq  təzyiqli  yanacağın 
qayıtması; 22-plunjerin kipləşdirici 
qurşağı;  23-itələyicinin  yayı;  24-
itələyicinin 
istiqamətləndiricisi; 
25-yayın 
yəhəri; 
26-diyircəkli 
itələyici; 27-itələyicinin diyircəyi.   


 
50 
   
Şək.6.42. 
Nasos-injektor.  Nasos-injektor  —  injektor  ilə  bir  qovşaqda 
hazırlanmış  nasosdur.  Nasosun  plunjer  və  gilizdən  ibarət  işçi 
hissələri  injektor  ilə  birlikdə  hazırlanıb  mühərrik  blokunun 
başlığında  yerləşdirilir  (şək.6.42).  Elektron  idarəetməli  nasos-
injektorlar  fərdi  yanacaq  nasoslarının  qeyd  olunan  üstünlüklərinə 
malik  olmaqla  yanaşı,  bir  sıra  əlavə  müsbət  cəhətlərə  də  malikdir. 
Yüksək  təzyiq  sistemində  yanacaq  borusunun  ləğv  edilməsi  və 
nasosla  injektorun  bir  gövdədə  yerləşdirilməsi  nəticəsində  yüksək 
təzyiq sistemində yanacaqla dolu həcm minimuma qədər azaldılır ki, 
bunun  da  nəticəsində  püskürmə  təzyiqi  xeyli  artır,  injektorda 
yanacaq  püskürməsinin  nasosda  yanacaq  verilişinə  nisbətən 
gecikməsi  demək  olar  ki,  aradan  qaldırılır,  yanacaq  püskürülməsi
prosesi  daha  çox  idarəolunan  olur  və  püskürmə  xarakteristikası  yumruğun  profilindən  daha  çox 
asılı  olur.  Göstərilən  faktorların  birlikdə  təsiri  nəticəsində  isə  mühərrikin  nominal  sürət  rejimini 
yüksəltmək mümkün olur, daha kiçik yanacaq dozalarını sabit püskürmə imkanı yaranır (2-3
3
mm
). 
Elektron  idarəetməli  klapanın  tətbiqi  nəticəsində  bir  neçə  pilləli  püskürmə  həyata  keçirmək 
mümkün olur. 
       
                                                 
 
       Şək.6.43. Lucas firmasının dizel                  Şək.6.44. 1-tənzimləyici, 2-tamasa, 3-doldurma   
                       nasos-injektoru                              kanalı, 4-yay örtüyü, 5-injektor, 6-nimçə,   
                                                                             7- injektor yayı, 8-xaricetmə pəncərəsi, 
                                                                             9-dişli çarx, 10-giliz, 11-plunjer, 12-araqatı, 
                                                                             13- itələyici, 14-yay, 15-itələyici başlığı, 
                                                                             16- yumruqcuq 


 
51 
 
Şək.6.45. Delphi firmasının nasos-forsunka hissələri 
 
Akkumulyatorlu püskürmə sisteminin (Common Rail). Akkumulyatorlu yanacaq püskürmə 
sistemlərində  yüksək  təzyiqli  yanacaq  nasosunun  vurduğu  yanacaq  təzyiq  akkumulyatoru  və  ya 
sadəcə  olaraq,  akkumulyator  adlanan  həcmə  (ressiverə)  vurulur  və  həmin  həcmdə  sabit  təzyiq 
altında  saxlanılır.  Silindr  injektorları  isə  akkumulyatora  qoşulur  (şək.6.46).  Akkumulyatorla 
injektorlar  arasında,  ya  da  bilavasitə  injektorun  gövdəsində  yanacaq  verilişini  idarə  edən  qurğu 
yerləşdirilir. İdarəedici qurğu mexaniki, hidravlik və ya elektrik idarəetmə prinsipi ilə işləyə bilər. 
Elektron  idarəetməli  akkumulyatorlu  yanacaq  püskürmə  sistemləri  digər  sistemlərlə 
müqayisədə əsas üstünlüklərə malikdir: 
-yanacaq  püskürülməsi  xarakteristikaları  və  xüsusən,  püskürmə  təzyiqi  mühərrikin  iş 
rejimindən asılı deyil, yəni mühərrikin aşağı sürət və yük rejimində də yüksək püskürmə təzyiqləri 
almaq mümkündür
-  püskürmə  prosesi  bütün  püskürmə  müddətində  sabit  yüksək  təzyiqlə  davam  edərək, 
keyfiyyətli yanıcı qarışıq hazırlamaq imkanı yaradır; 
-  akkumulyatordakı  təzyiqi  mühərrikin  iş  rejimindən  asılı  olaraq,  tələb  olunan  qiymətə  qədər 
cəld dəyişdirmək imkanı yaradır; 
-  çoxmərhələli  və  çoxfazalı  püskürmə  tətbiq  etmək,  beləliklə  də  mühərrikin  səsini,  yanma 
prosesinin sərtliyini azaltmaq, xaric qazların tərkibindəki zəhərli maddələrin miqdarını, tüstülülüyü 
azaltmaq, yanacaq qənaətliliyini və mühərrikin litr gücünü yüksəltmək mümkün olur
-YTYN-nun  quruluşu  xeyli  sadələşir,  onun  xarakteristikalarına  tələbat  azalır,  onun 
elementlərində mexaniki gərginliklər xeyli azaldığından, xidmət müddəti artır. İstismar prosesində 
nasosun xarakteristikalarının dəyişməsi püskürmə xarakteristikalarına mənfi təsir göstərmir: 
-  elektron  idarəetmənin  tətbiqi  ətraf  mühitin  və  mühərrikin  daha  çox  parametrlərini  nəzərə 
almaqla, optimal idarəetməyə şərait yaradır. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə