Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

 
71 
 
Bundan  başqa  dizel  mühərriklərində  sıxma  taktının  sonunda  forsunkadan  silindrə  yüksək 
təzyiq  altında,  toz  şəklində  yanacaq  püskürülür,  yanacaq  tozlarının  qızmış  hava  ilə  qarışması 
nəticəsində  yanıcı  qarışıq  əmələ  gəlir  və  işçi  qarışıq  məcburi  alışdırma  yolu  ilə  yox,  öz-özünə 
alışma hesabına yandırılır. Yanma prosesinin gedişi də qığılcımla alışdırmalı mühərriklərdəkindən 
fərqlənir. Belə ki, dizel mühərriklərində yanma prosesinin birinci mərhələsi, demək olar ki, sabit 
həcmdə baş verir və sürətli yanma mərhələsi adlanır. Yanma prosesinin ikinci mərhələsi isə y.ö.n-
in  yaxınlığında  təzyiqin  çox  az  dəyişməsi  (buna  səbəb  bu  mərhələdə  həcmin  az  da  olsa 
böyüməsidir) müddətində baş verir və tədrici yanma mərhələsi adlanır. 
Dizel  mühərriklərinin  karbüratorlu  və  benzin  püskürməli  mühərriklərə  nisbətən  aşağıdakı 
üstünlükləri vardır: 
1. Yüksək  yanacaq qənaətliliyinə malik olması. Belə ki, dizel mühərriklərinin xüsusi effektiv 
yanacaq sərfi, daha doğrusu, mühərrikin  vahid zamanda vahid güc almaq üçün sərf etdiyi yanacaq 
sərfi, qığılcımla alışdırmalı mühərriklərə nəzərən 25÷30% az olur. 
2. Yanğına qarşı daha təhlükəsiz olan yanacaqlarla işləyə bilməsi. 
3. Xaric qazların zəhərliliyinin nisbətən az olması. 
Lakin  qığılcımla  alışdırmalı  mühərriklərə  nisbətən  dizel  mühərriklərinin  xüsusi  kütləsi  çox 
olur, onların istehsalına daha çox xərc çəkilir və aşağı temperaturlarda işə düşməsi çətinləşir. 
 
 
8.5. Dördtaktlı üstəlik doldurulan dizel mühərrikinin indikator diaqramı və iş prinsipi. 
 
Bu  cür  mühərrikin  işçi  sikli  adi  dizelin  işçi  siklindən  əsasən  doldurma  və  xaricetmə 
proseslərinə  görə  fərqlənir  (şək.8.7).  Qeyd  etmək  lazımdır  ki,  üstəlik  doldurulan  mühərriklərdə 
silindrin  hava  ilə  doldurulması  xüsusi  üfürmə  aqreqatları  tərəfindən  həyata  keçirildiyinə  görə  bu 
proses  sorma  deyil,  doldurma  prosesi  adlanır.  Turbokompressor  adlanan  aqreqatın  turbin  və 
kompressor  çarxları  eyni  val  üzərində  oturdulur  və  turbin  çarxı  xaric  qazların  kinetik  enerjisi 
hesabına  işləyir  (şək.8.8).  Doldurma  prosesi  zamanı  silindrə  hava  atmosfer  təzyiqindən  yuxarı 
təzyiq  altında  verilir.  Odur  ki,  bu  mühərriklərdə  doldurma  prosesi  atmosfer  təzyiqindən  yuxarı 
(
0
), üstəlik üfürmə təzyiqindən(
k
) isə aşağı təzyiqlərdə gedir. 
            
 
 
Şək. 8.7. Dördtaktlı üstəlik doldurulan                           Şək.8.8. Dördtaktlı üstəlik doldurulan  
kompressorlu dizel mühərrikinin sxemi                          turbokompressorlu dizel mühərrikinin 
və indikator diaqramı.                                                     sxemi və  indikator diaqramı: 
                                                                                   I-kompressor; II-qaz turbini. 
 


 
72 
 
YOXLAMA SUALLAR 
 
1. İkitaktlı karbüratorlu qığılcımla alışdırmalı mühərrikin quruluşu və iş prinsipi necədir? 
2. Dirsək-kamer üfürməsi nə deməkdir? 
3. İkitaktlı injektorlu qığılcımla alışdırmalı mühərrikin quruluşu və iş prinsipi necədir? 
4. İkitaktlı dizel mühərrikinin quruluşu və iş prinsipi necədir? 
5. Həqiqi sıxma dərəcəsi ilə həndəsi sıxma dərəcəsi arasındakı fərqli xüsusiyyət hansıdır və 
onlar arasında hansı əlaqə var? 
6. Dördtaktlı qığılcımla alışdırmalı mühərrikin quruluşu və iş prinsipi necədir? 
7. Dördtaktlı üstəlik üfürməsiz dizel mühərrikinin quruluşu və iş prinsipi necədir? 
8. Dördtaktlı üstəlik doldurulan dizel mühərrikinin quruluşu və iş prinsipi necədir? 
9. İnjektorlu və dizel mühərriklərinin müsbət və mənfi xüsusiyyətləri hansılardır?  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
73 
Mühazirə 9 
Nəqliyyat mühərriklərində istifadə olunan yanacaqlar haqqında qısa məlumat. 
 
9.1. Yanacaqlar haqqında qısa məlumat. 
 
Nəqliyyat mühərriklərində istifadə olunan maye  yanacaqlar neftin emalı yolu ilə alınır. Xam 
neft  müxtəlif  karbohidrogen  birləşmələrinin  qarışığından  ibarətdir.  Karbohidrogenlər  öz  kimyəvi 
tərkibinə  görə  üç  qrupa  bölünür:  parafinlər  (alkanlar),  naftenlər  (sikloalkanlar)  və  aromatik 
karbohidrogenlər.  Bundan  başqa  neftin  tərkibinə,  az  miqdarda  olsa  da,  kükürd,  azot,  oksigen 
birləşməsi və digər elementlər də daxildir. 
DYM-də  işlədilən  maye  yanacaqlar  xam  neftdən  rektifikasiya,  termiki  və  katalitik  krekinq 
üsulları ilə alınır. 
Rektifikasiya  üsulunda  neft    buxarlanma  dərəcəsinə  görə  müxtəlif  növ  yanacaqlara  ayrılır. 
Bu  zaman  baş  verən  proses  distillə  prosesi  adlanır.  Distillə  prosesində  neftin  tez  buxarlanan 
komponentləri  distillat  şəklində  ayrılır  və  bu  distillatdan  açıq  rəngli  yanacaqlar  alınır.  Çətin 
buxarlanan komponentlər isə qalıq hesab olunur. Bu üsulla ayrılmış benzin distillatları avtomobil 
benzinləri,  qazoyl,  solyar  distillatları  isə  dizel  yanacaqları  hazırlamaq  üçün  istifadə  edilir.  Qalıq 
mazutdan  sürtgü  yağları  hasil  olunur.  Mazut  bəzən  ağır  motor  yanacağı  kimi  də  işlədilir  və  ya 
krekinq qurğularında təkrar emal olunur. 
Açıq  rəngli  məhsulların  hasilatını  artırmaq  və  daha  yüksək  keyfiyyətli  komponentlər  almaq 
məqsədi ilə krekinq üsulları daha geniş yayılmışdır. 
Termiki krekinq üsulunda yüksək molekullu karbohidrogenlərin yüksək temperatur hesabına 
parçalanması ilə distillənin ağır qalığından yüngül yanacaq komponentləri alınır. 
Katalitik  krekinq  prosesində  neftin  yüksək  molekullu  birləşmələri  katalizator  adlanan 
maddələrin köməyi ilə daha sürətlə yüngül komponentlərə ayrılır. 
 
 
9.2. Qığılcımla alışdırmalı mühərriklərin yanacaqları. 
 
Qığılcımla  alışdırmalı  karbüratorlu  və  benzin  püskürməli  mühərriklərdə benzinlərdən  istifadə 
olunur. 
Avtomobil  mühərriklərində  işlədilən  benzinlərin  fiziki-kimyəvi  xassələrini  xarakterizə  edən 
əsas göstəricilər cədvəl 9.1-də göstərilmişdir. 
Cədvəl 9.1 
Göstəricilər 
Benzin növləri 
A-66 
A-72 
A-76 
At-93 
At-98 
1. Fraksiya tərkibi: 
-buxarlanmanın başlanğıc temperaturu [°C
40 
35 
35 
35 
35 
-10% buxarlanma [°C
79 
75 
75 
75 
75 
-50% buxarlanma [°C
145 
135 
135 
135 
135 
-90% buxarlanma [°C
195 
180 
180 
180 
180 
-buxarlanmanın son temperaturu [°C
205 
195 
195 
195 
195 
2. 20°C-də sıxlıq 




3
m
kq
 
740 
740 
740 
740 
740 
3. 20°C-də kinematik özlülük [cSt
0.6÷1.0  0.6÷1.0  0.6÷1.0  0.6÷1.0  0.6÷1.0 
4. Kükürdün miqdarı [%] (ən çoxu) 
0.15 
0.15 
0.15 
0.15 
0.15 
5. Oktan ədədi: 
-motor üsulu ilə  
-tədqiqat üsulu ilə 
 
66 

 
72 

 
76 
80 
 
85 
93 
 
89 
98 
6. 1 kq benzində tetraetilqurğuşunun (TEQ) 
miqdarı [q
0.6 

0.41 
0.82 
0.82 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə