Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

 
66 
7.6. Nəzəri sikllər 
 
Yuxarıda qeyd edildiyi kimi, nəzəri sikl idealdan real siklə yaxınlaşma pilləsi rolunu oynayır. 
Bu  sikl  açıq,  dönməyən,  periodik  sikldir.  İdeal  sikllər  əsasında  təsəvvür  olunan  nəzəri  sikllər  də 
aşağıdakı  adları  daşıyır:  a)  yanma  prosesi  sabit  həcmdə  gedən  sikl,  yaxud  sürətli  yanma  sikli;  b) 
yanma prosesi sabit təzyiqdə gedən sikl, yaxud tədrici yanma sikli; v) qarışıq sikl. 
Nəzəri sikllərin əsas xüsusiyyətləri aşağıdakılardır: 
1. İşçi cisim real qaz qarışığından ibarət olub miqdarı, tərkibi və istilik tutumu dəyişəndir. 
2. Yanacaq tam yanır. Şərti olaraq hesab edilir ki, yanma ya  sabit həcmdə, ya sabit təzyiqdə, ya 
da qismən sabit həcmdə və qismən də sabit təzyiqdə gedir. 
3.  Sıxma  və  genişlənmə  prosesləri  adiabatikdir  və  bu  proseslər  vaxtı  işçi  cismin  miqdarı 
dəyişmir (qaz sızmaları nəzərə alınmır). 
4.  Silindrə  təzə  işçi  cisim  xüsusi  doldurma  prosesi  vasitəsilə  verilir.  Doldurma  sabit  atmosfer 
təzyiqində gedir. 
5.  İstiliyin  soyuq  mənbəyə  qaytarılması  prosesi  genişlənmənin  sonunda  işlənmiş  qazların 
atmosferə buraxılması ilə əvəz olunur. 
İstiliyin soyuq mənbəyə qaytarılması prosesinin sonunda silindrin bütün həcmini tutan və siklin 
başlanğıc hal parametrlərinə malik olan işlənmiş qazların qalan hissəsi, porşenin a.ö.n.-dən y.ö.n.-ə 
qədər hərəkəti vasitəsi ilə yerinə yetirilən xaricetmə prosesi nəticəsində silindrdən kənar olunur. Bu 
proses  də  doldurma  prosesi  kimi  sabit  atmosfer  təzyiqində  gedir.  Deməli,  həqiqi  sikldən  fərqli 
olaraq,  nəzəri  sikldə  doldurma  və  xaricetmə  prosesləri  qazodinamik  müqavimətlərin  olmadığı 
şəraitdə gedir. 
 
 
YOXLAMA SUALLAR 
 
1. DYM-nin ideal siklləri hansılardır? 
2. Qarışıq ideal sikl necə baş verir? Onun termodinamik f.i.ə. və orta təzyiqi hansı düsturlarla 
təyin olunur?  
3.  İstiliyi  sabit  həcmdə  verilən  ideal  sikl  necə  baş  verir?  Onun  termodinamik  f.i.ə.  və  orta 
təzyiqi hansı düsturlarla təyin olunur?  
4.  İstiliyi  sabit  təzyiqdə  verilən  ideal  sikl  necə  baş  verir?  Onun  termodinamik  f.i.ə.  və  orta 
təzyiqi hansı düsturlarla təyin olunur?  
5. DYM-nin ideal siklləri necə müqayisə olunur? 
6. DYM-nin nəzəri siklləri və onların fərqli xüsusiyyətləri hansılardır? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
67 
Mühazirə 8 
Həqiqi sikllər. 
İkitaktlı və dördtaktlı daxili yanma mühərrikləri. 
 
8.1. İkitaktlı qığılcımla alışdırmalı mühərrikin indikator diaqramı və iş prinsipi. 
 
İkitaktlı mühərrikdə iş sikli porşenin iki gedişində və  ya dirsəkli valın bir tam dövründə başa 
gəlir.  Sıxma,  yanma  və  genişlənmə  prosesləri  dördtaktlı  mühərrikdəki  kimidir.  Silindrin  işlənmiş 
qazlardan  təmizlənməsi  və  yeni  yanıcı  qarışıqla  doldurulması  prosesləri,  porşenin  AÖN 
yaxınlığında hərəkətinin bir hissəsindən istifadə edilərək icra olunur. İki taktdan biri sıxma, ikincisi 
isə  iş  taktı  adlanır.  İş  taktının  sonuna  yaxın,  porşen  xaricetmə  pəncərəsini  açır  (b  nöqtəsi)  və 
işlənmiş  qazlar  atmosferə  xaric  olunmağa  başlayır.  Porşenin  həmin  istiqamətdə  bir  qədər 
hərəkətindən sonra üfürmə pəncərəsi açılır. (m nöqtəsi) və bu pəncərə vasitəsi ilə karterdən üfürmə 
kanalına  porşen  tərəfindən  sıxışdırılan    yeni  yanıcı  qarışıq  (birbaşa  benzin  püskürməli 
mühərriklərdə hava) silindrə daxil olmağa başlayır (şək.8.1, şək.8.2). Porşen AÖN-də olduqda həm 
xaricetmə, həm də üfürmə pəncərələri tam açıq vəziyyətdə olur. Porşenin YÖN-yə hərəkəti zamanı 
da  silindrə  yeni  yanıcı  qarışığın  (havanın)  daxil  olması  və  işlənmiş  qazların  xaric  olması  davam 
edir. Porşenin müəyyən vəziyyətlərində əvvəlcə üfürmə (q nöqtəsi), sonra isə xaricetmə (a nöqtəsi) 
pəncərələri bağlanır. Bundan sonra sıxma prosesi başlanır və s. Xaricetmə pəncərəsinin açılma anı 
elə  seçilir  ki,  üfürmə  pəncərəsi  açılan  ana  qədər  silindrdəki  təzyiq  mühərrikin  yağ  çənbərində 
sıxılmış  yeni  yanıcı  qarışığın  təzyiqindən  az  olsun.  Əks  halda  qarışığın  (havanın)  silindrə 
üfürülməsi mümkün olmaz. 
Beləliklə,  indikator  diaqramının  bmnqa  məntəqəsi  xaricetmə,  mna  məntəqəsi  isə  üfürmə 
proseslərinə müvafiqdir. Deməli,  porşenin  gedişinin 
b
h

  hissəsi  xaricetmə  və  üfürmə  prosesləri 
üçün istifadə olunur. Burada S – porşenin gedişi, 
b
 isə gediş və ya işçi həcmin xaricetmə prosesi 
üçün istifadə olunan hissəsidir. 
Porşen  YÖN-yə  hərəkət  etdikdə  silindrdə  sıxma,  yağ  çənbərində  isə  genişlənmə  baş  verir. 
Çənbərdəki  seyrəklikdən  yeni  yanıcı  qarışıq  (hava)  hazırlamaq  və  onu  çənbərə  doldurmaq  üçün 
istifadə olunur. Porşen YÖN-yə gedərkən doldurma pəncərəsini açır (yağ çənbəri tərəfə). Bu vaxt 
doldurma  borusunda  yerləşdirilmiş  karbüratorda  hazırlanan  yanıcı  qarışıq  (atmosferdən  sorulan 
hava) mühərrikin çənbərinə sorulur. 
Porşen  YÖN-dən  AÖN-yə  hərəkət  edərkən  silindrdə  genişlənmə  (iş),  çənbərdə  isə  sıxma 
prosesi gedir. Bu vaxt doldurma pəncərəsi bağlanır və çənbərdə sıxılan qarışıq (hava) üfürmə kanalı 
vasitəsi ilə silindrə doldurulur. Belə üfürmə üsuluna dirsək-kamer üfürməsi deyilir.  
V
c
V
h
P
o
V
a
z
c
b
a
V
P
S
YON
AON
h
b
V
h
q
m
c
?
z
h
n
        
 
Şək.8.1. Karbüratorlu qığılcımla alışdırmalı               Şək.8.2. Silindrə birbaşa benzin püskürməli  
ikitaktlı mühərrikin sxemi və indikator                       qığılcımla alışdırmalı ikitaktlı mühərrikin  
diaqramı.                                                                      sxemi və indikator diaqramı. 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə