Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə18/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   14   15   16   17   18   19   20   21   ...   56

 
52 
 
Şək.6.46. Akkumulyatorlu püskürmə sisteminin (Common Rail) hissələri: 
1-yanacaq çəni; 2-sorma nasosu; 3-səviyyəölçən; 4-yanacağın qabaqcadan qızdırılması; 5-yanacaq 
süzgəci; 6-alçaq təzyiqli  yanacaq nasosu; 7-kəsmə klapanı; 8-yüksək təzyiqli  yanacaq nasosu; 9-
təzyiq  sensoru;  10-təzyiq  tənzimləyici  klapan;  11-yanacaq  soyuducusu;  12-ştiftli  közərmə  şamı; 
13-idarəetmə  bloku;  14-KW-sensor;  15-temperatur  sensoru;  16-NW-sensor.  17-.        18-        19-
itələyici mil, 20-iynə-klapan, 21-tozlandırıcı deşiyi. 
     
 
Şək.6.47. Bosch şirkətinin Common Rail sistemi üçün radial-plunjerli yüksək təzyiqli yanacaq 
nasosu: 
1-ekssentrik val; 2- dövr edən oymaq; 3-plunjer; 4-giriş klapanı; 5-giriş klapanının elektromaqniti; 
6-çıxış  klapanı;  7-təzyiq  tənzimləyici  klapanın  elektromaqniti;  8-tənzimləyici  klapan;  9-əks-
klapan. 


 
53 
                                        
 
a)
 
b) 
 
                                        
 
                              b)                                                                                         d) 
Şək.6.48. Yüngül minik avtomobilində Common Rail sisteminin yerləşdirilməsi: 
a-Common Rail sisteminin yerləşdirilməsi; b-YTYN, yanacaq akkumulyatoru və dizel injektorları; 
c-dizel injektorunun yerləşdirilməsi; d-dizel injektoru ilə püskürmə. 
 
   Yanacaq  süzgəcləri.  Nasos  və  injektorların  işçi  hissələrini  mexaniki  mikrohissəciklərdən 
təmizləmək üçün yanacaq süzgəcləri nəzərdə tutulur. Süzgəclər kobud və narın olmaqla iki tipdə 
olur. Kobud süzgəclər və ya süzgəc-çökdürücülər nisbətən böyük mexaniki hissəcikləri (0.06÷0.07 
mm-dən yuxarı) süzdüklərindən, müqaviməti aşağıdır (təzyiq düşküsü 0.015 MPa ÷ 0.03 MPa) və 
ATYN-dan qabaq  yerləşdirilir (şək.6.49, şək.6.50, şək.6.51). Narın süzgəc 0.06÷0.08 MPa təzyiq 


 
54 
düşküsü  yaradaraq  0.005÷0.025  mm-dən  böyük  ölçülü  mexaniki  hissəcikləri  buraxmamalıdır. 
(şək.6.52, şək.6.53, şək.6.54).  
     
                               
 
 Şək.6.49. Süzgəc-çökdürücü:                                      Şək.6.50. Süzgəc-çökdürücü: 
1-çıxıntılar, 2-deşiklər, 3-bürünc lövhələr,       1-dirək; 2-araqatı; 3-tor-süzgəc; 4-sakitləşdirici; 
4-yay, 5-mil, 6-tıxac.                                        5-gövdə; 6-axıtma tıxacı; 7-əksetdirici; 
                                                                    8-yanacaqvermə ştuseri; 9-yanacaq daxil olan ştuser.                                                                                  
 
 
 
                     
 
Şək.6.51. Kobud yanacaq süzgəci:                          Şək.6.52. Narın yanacaq süzgəci  ilə çökdürücü: 
1-yaylı şayba; 2-bolt; 3, 6-araqatı; 4-tıxac;          1-gövdə; 2-mil; 3, 17, 20 və 21-süzgəc elementi; 
5-qapaq; 7-gövdə; 8-süzücü element; 9-kran.      4 və 23-şayba, 9, 13 və 24-tıxac; 5, 11, 22- qayka; 
                                                                        6,  12-qapaq;  7  və  8-yanacaq  çıxan  boru;  10,  15-
yanacaq  daxil  olan  boru;  14-yuva;  16,  18  və  19-
araqatı. 


 
55 
 
Şək.6.53. Narın yanacaq süzgəcinin sxemi: 
1-süzgəcin  qapağı;  2-giriş  kanalı;  3-kağız 
süzücü 
element; 
4-gövdə; 
5-suyun 
(kondensatın)  separator  kameri;  6-suyun 
buraxılması üçün tıxac; 7-çıxış kanalı. 
 
 
Şək.6.54. Narın ynacaq süzgəci: 
1-kran; 2-yay; 3-şayba; 4, 15-rezin araqatı; 5-
süzücü  element;  6-gövdə;  7-metal  çubuq;  8-
paranit  araqtı;  9-qapaq;  10-hava  buraxıcı 
tıxac; 11, 14-araqatı; 12-buraxıcı jiklyor; 13-
bolt. 
 
Dizel injektorları. Dizel injektorlarının vəzifəsi yanacağı mühərrikin yanma kamerinə yüksək 
təzyiqlə püskürərək, onun tələb olunan narınlıqla tozlandırılmasını təmin etmək, yanma kamerində 
mühərrikin  işçi  prosesinin  tələblərinə  uyğun  forma  və  ölçülərdə  tozlandırılmış  yanacaq  şırnağı 
yaratmaqdır. 
Dizel  injektorları  açıq  və  qapalı  olmaqla  iki  tip  olur.  Açıq  tipli  injektorlar  yüksək  təzyiq 
borusunun  çıxış  ucuna  qoşulan  gövdə  və  tozlandırıcı  deşiklərdən  ibarət  olmaqla  sadə  quruluşa 
malikdir, hərəkət edən hissələri yoxdur (şək.6.55). Yüksək təzyiqlə verilıən yanacaq diametri 0.2-
0.3  mm  olan  tozlandırıcı  deşiklərdən  böyük  sürətlə  keçərək,  diametri  5÷20  mkm  olan  damcılara 
parçalanır və istiqamətlənmiş maye toz şırnağı şəklində püskürülütr. 
Yanacaq  damcılamasının,  yanma  zamanı  yüksək  təzyiq  və  temperaturlu  qazlar  injektorun 
həcminə  keçərək,  orada  qalmış  yanacağın  parçalanmasına  gətirib  çıxara  bilər.  Bunun  qarşısını 
almaq üçün bəzən açıq tipli injektorlar kiçik təzyiqlər fərqindən açılan kürəcik və ya müstəvi tipli 
sadə  klapanlarla  təchiz  edilir.  Klapanlı-ucluqlu  (soplolu)  adlanan  belə  injektorlardan  birinin 
quruluşu şək.6.56-də təsvir edilmişdir. 


 
56 
                         
 
Şək.6.55. Açıq tipli dizel injektoru (a) və                             Şək.6.56. Klapanlı-ucluqlu dizel  
onun hidravlik xarakteristikası (b):                                                       injektoru. 
1-gövdə; 2-tozlandırıcı deşiklər.                                                                            
 
Qapalı  tipli  injektorlarda  qapayıcı  orqan  —  klapan  injektor  həcmi  ilə  yanma  kamerinin 
əlaqəsini  kəsir.  Klapan  mexaniki,  hidravlik,  elektromaqnit  və  s.  təsirlə  yalnız  püskürmə 
müddətində açılır. Qapalı injektorlar da tozlandırıcı və klapanın quruluşuna görə iki növə bölünür: 
iynə klapanlı (şək.34, a)və ştiftli (şək.34, b) injektorlar.  
 
 
Şək.6.57. Dizel injektorların iynə klapanlı (a) və ştiftli (b) tozlandırıcıları: 
1-tozlandırıcının gövdəsi; 2-iynə; 3-ştift. 
 
Həm iynəli, həm də ştiftli injektorun tozlandırıcısında qapayıcı səth konus şəklində olur. Yayın 
təsiri  ilə  klapanın  konik  səthi  tozlandırıcının  daxili  konusuna  sıxılaraq,  yanacağın  çıxış  yolunu 
bağlayır. Yanacağın təzyiqinin təsiri ilə klapan yuxarı qalxaraq, yanacağı konik səthlərin arasından 
buraxır.  İynəli  injektorda  iynənin  ucunun  altında,  tozlandırıcı  deşikləri  arasındakı  həcm  quyu 
adlanır. Yanacaq həmin həcmə daxil olaraq, tozlandırıcı deşiklərdən yanma kamerinə püskürülür. 
Tozlandırıcı deşiklərin sayı müxtəlif mühərriklərdə 2÷8 arasında ola bilər. 
Ştiftli injektorun klapanının uc hissəsindəki çıxıntı ştift adlanır (şək.). ştift silindrik və ya konik 
şəkildə  olmaqla,  püskürülən  yanacaq  şırnağına  müəyyən  forma  verir.  Yanacaq  ştiftlə 
tozlandırıcının  gövdəsi  arasındakı halqa şəkilli keçid  sahəsindən püskürülür. Buna  görə də ştiftli 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə