AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
20
təqdir, yazı səbəbindən mümkün olmadı ki, öz polad iradələrini
göstərsinlər. O vaxt sinələrini qübar tutdu, sıxıldılar, indiyədək də
belədirlər. Ona görə ricət dövrünü gözləyirlər ki, ürəklərinin qübarını
dağıtsınlar. Döyüş paltarı kimi görünən həmin dərddir, amma sən
onu hiss etmisən.
Birdən durub getdilər. Hadi ilə tək qaldıq. Hücrə əvvəlki tək kiçildi,
daraldı. Hadiyə dedim ki, mən bir də ailə və övladlarımın yanına
getmərəm. Çünki onların xeyirxahlığından əlimi üzmüşəm. Mənim
adıma bir iş görsələr də, əməllərinin canı öz dünyaları üçündür.
Mənə qəm artırmaqdan başqa bir nəticəsi yoxdur. Olanlarıma qənaət
edər, çatdığım xətərlərdə bu əzəmətli şəxslərin mərhəmətini
gözləyərəm, intizarı asan qəbul edərəm.
Hadi dedi… İndi sənin bir şeyə ehtiyacın qalmayıb. Yetkinliyin ilk üç
ilinin məlumatlarına aid olan ilk üç mənzilin qorxusu yoxdur.
Yetkinliyin başlanğıcı olan on beş yaşdan (zəif əql, güclü şəhvət,
həvəslər səbəbindən vacib əmrlərə müxalifətdə, haramların tərkində)
ağıl qüvvələrinin inkişaf və möhkəmlənmə zamanı olan on yeddi
yaşadək cəza əhəmiyyətsizdir.
Həzrət Haqq əqli icad edərkən buyurdu… “Ey əql, sənə görə
cəzalandırıram, sənə görə mükafat verirəm.”
Mükafat və cəza üçün ölçü əql oldu. Bu səbəbdən axirət dünyasının
ilk üç mənzilində yetkinliyin başlanğıcındakı səhlənkarlıqlara görə
elə bir xətər yoxdur. Əgər olsa da, tezliklə bitər. Demək, mənə elə bir
ehtiyacın yoxdur. Mən əvvəlcədən dördüncü mənzilə gedib, orada
səni gözləyəcəyəm. Sabah yükünü dalına alıb, üzü qibləyə olan əsas
yolla hərəkət edərsən ki, mənə çatasan.
Dedim… Ey Hadi, sən özün bilirsən ki, sənin ayrılığın mənim üçün
çətindir. Bu yol düz, geniş, xətərsiz olsa da, təklik və yoldan
xəbərsizlik dərmansız bir dərddir.
Dedi… Bu üç mənzildə tək qalmağının çarəsi yoxdur. Axı dünyada
da mən həmin üç ildə səninlə olmamışam, sonra səndə doğulmuşam,
vücuda yetmişəm. Çünki mənim təbiətim illiyyindəndir ki, sənin
inkişaf, hidayətinə sərf olunub. Bu qüsur da özündəndir.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
21
“Məni yox, özünüzü danlayın.”
13
Sonra uçub getdi və mən tək qaldım. Onun sözlərini fikirləşdim və
gördüm ki, bütün dedikləri həqiqətdir. Yetkinliyin ilk üç ilində
işlənən heyvani bir ağıldır. İnsani ağıl isə təklikdə bir şüa kimidir.
Hikmət sahiblərinin təbirincə, demək olar ki, təkcə əql, ağlı qəbul
etmək istedadı, əqlin toxumudur. Əlbəttə, Hadisiz olmuşam.
Dediyim sözlərə, verdiyim vədələrə etinasız olmuşam, bivəfa
olmuşam. Təkəbbür, eqoistlik məndə hakim olub. Xüsusilə,
tələbəlikdə, elmin ilk mərhələsində bu barədə deyilib… Elm üç
mərhələdir, əvvəli təkəbbür. Belə ki, nə Hadi olub, nə Əbül-vəfa, nə
Əbu-turab. Tək olmuşam, tək də getməliyəm.
“Sən Allahın qanunlarında əsla dəyişiklik tapa bilməzsən!”
14
Birini anladın, o biri də belədir. “Nə üçün”, “niyə” isə anlamazlıq
dəlilidir.
ZƏHMLİ ƏBÜL-HÖVL
Qalxdım, torbamı dalıma atıb, yenidən yola düşdüm. Yol tər-təmiz,
daşsız-kəsəksiz idi. Hava yaz havası tək, mən də qüvvəli və təravətli!
Böyük şövqlə məhbubum gülüzlü, vəfalı Hadinin görüşünə
tələsirdim. Günün yarısınadək sürətlə getdim. Hava yavaş-yavaş
istiləşdi. Yorğunluq, susuzluq başladı. Yol da daraldı, tikanlı, kol-
koslu oldu. Dağın ətəyi ilə yuxarı qalxırdım. Öz tənhalığımdan
üşənirdim. Qəfildən arxaya çevrilib, kiminsə mənə tərəf gəldiyini
gördüm. Əvvəlcə sevindim ki, əlhəmdulillah, tənha qalmadım.
Gəlib mənə çatanda gördüm ki, qara, uzun boylu, qalın dodaqlı, iri
dişləri bayırda, enli burunlu, heybətli və üfunətli bir şəxsdir. Mənə
salam verdi, amma “l” hərfini izhar etmədi. Eləcə də “sam əleykə”.
“Sam əleykə” düşmənçilik bildirdiyindən mən şəkkə düşdüm.
Eybəcər qiyafəsindən də ədavətli olduğu duyulurdu. O da ola bilərdi
13“İrahim” surəsi, ayə 22.
14“Əzhab”, surəsi, ayə 62.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
22
ki, “l” hərfinin tələffüzündə süstlük edib. Mən ehtiyat üçün “əleykə”
deməklə kifayətləndim. Soruşdum… Məqsədiniz hara getməkdir?
Dedi… Səninləyəm.
Hansı ki, mənimlə olmasına razı deyildim. Ondan bərk
qorxmuşdum. Soruşdum… Adın nədir?
Dedi… Səninlə bir doğulmuşam, adım cəhalətdir, ləqəbim pozğun,
ayamam Əbül-hövl (qorxu, təlatüm atası)! İşim fitnə-fəsad
törətməkdir.
Bu dəhşətli adların hər biri məni qorxutdu. Düşündüm ki, əcəb
yoldaş tapdım, heyf deyildimi tənhalıq. Soruşdum… İki yol ayrıcına
çatsaq, lazım olanını tanıyacaqsanmı?
Dedi… Bilmərəm.
Dedim… Mən susamışam, yaxınlıqda su varmı?
Dedi… Bilmərəm.
Dedim… Mənzilə çox qalıb, yoxsa az?
Dedi… Bilmərəm.
Dedim… Var olmaq bilməklə eynidir, nə üçün bilmirsən?
Dedi… Onu bilirəm ki, ömrünün əvvəlindən kölgə tək səninlə
gəzmişəm və Allahın tovfiqi, köməyi olmasa, səndən ayrılası
deyiləm.
Öz-özümə dedim… Deyəsən bu həmin şeytandır ki, vəsvəsələri,
yoldan azdıran pıçıltıları ilə xətalar etmişdim. Xudaya, əcəb
düşmənlə rastlaşdım, rəhm et!
Mən qabaqda gedirdim. O isə on addım aralı arxamca gəlirdi. Yol
üzüyuxarı idi. Dağın başına çatdım, istirahət üçün oturdum. Cəhalət
mənə çatıb dedi… Yorulmusan. İndi hər beş fərsəx (bir fərsəx altı
kilometrdir) yolu sənin üçün bir fərsəx edərəm ki, mənzilə tez
çatasan.
Dedim… Görünür, bu nadanlığınla yanaşı möcüzən də varmış.
Dedi… Gəl yolun ağlığına bax. Kaman tək qövs şəklindədir. Onun
uzunluğu beş fərsəxdir. Bu qövsün vətəri (qövsün uc nöqtələrini
birləşdirən parça) kamanın ipi yerindədir. Özün fikirləş ki, kamanın
ipi onun özündən nə qədər qısadır. Həndəsəyə görə qövs çevrənin
yarsından böyük olduqca vətər qısalır. Biz bu qövs şəklində olan
Dostları ilə paylaş: |