Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   34   35   36   37   38   39   40   41   42

Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   155
yiyələnirlər.
Bu həqiqətlərə diqqət yetirməyən belə  şəxslər 
ictimai aləmdəki uğursuzluqlarının günahını  bəxt və 
təsadüf kimi fərzi amillərin üstünə atır. Əgər biz bəxti 
“bu üsullarla tanışlıq” kimi adlandırsaq, həqiqətə daha 
yaxındır. Hər şeydən öncə burada neçə məsələni qeyd 
etməliyik:
1.  İnsan ictimai həyatın bir nümayəndəsi kimi 
başqalarına təsir göstərən üsullardan xəbərdar olmalı, 
onları ictimai həyatın tələbi sayılan həmkarlığa cəlb 
etməlidir. Burada heç kimi müstəsna deyil. Vəzifəsindən 
asılı olmayaraq hər hansı qrup və ya kütləyə rəhbərlik 
edən  şəxsin, xüsusilə, ruhi-mənəvi dəyərləri aşılayan 
ruhanilər və din təbliğatçılarının bu sahə üzrə təcrübəsinə 
ehtiyac hamıdan artıq hiss olunur. Bununla belə, ictimai 
əxlaqın bu şöbəsi müəyyən dəstəyə xas deyil, ümumi 
yönə malikdir.
2. Digər əhəmiyyətli məsələ odur ki, əgər başqalarına 
təsiri biz insanın hər  şey haqda geniş  məlumatı, 
inkaredilməz dəlillərlə hazırcavablığı, yaxud nəzərdə 
tutulan hər hansı mövzunun predmetlərinə dair 
dəqiq izahedəbilmə bacarığı ilə bitmiş hesab edəriksə, 
doğrudan da yanılarıq. Çünki dəlil və sübut nə qədər 
güclü və məntiqli olsa belə, yalnız şüurun “agah” səthinə 
təsir edə bilir. Amma “nagah” və “yarımgah” səth və 
dərinlikləri də vardır ki, dəlil və sübut ora nüfuz edə 
bilmir.
1
 Adətən, məntiqli söhbət və danışıqlardakı təsir 
1 . Psixoloqlar şüurun fəaliyyət dairəsini üç səthə bölmüşlər: 
1. “Agahlıq” mərhələsi: Bura zehnin təbii, riyazi, həndəsi, məntiqi ölçü 
və hadisələr, müqayisə və müşahidələrin nəticəsini qavrayan sahəsidir. 
Onda gedən proseslər insana tam aydındır. Başqa sözlə, “agahlıq” 
şüurun əhatəsindədir.


156                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
qüvvəsi həmin üsullara riayətin nəticəsidir. Məsələn, 
bir ideoloqun özünə tərəfdar toplaması üçün fərdlərin 
yalnız şüur və düşüncələrini qane etməsi kifayət deyil 
və onların duyğularını da istənilən məqsədə yönəltmək 
üçün deyilən üsullar zərurət kəsb edir.
3. Bu sadə  təcrübədə  məqsəd, yalnız başqalarını 
ram etmək, onların qəlblərinə nüfuz edərək qüvvə və 
istedadlarını  mənimsəməkdirsə,  şübhəsiz, xəyanət və 
istismarın real nümunəsi olacaq, amma məqsəd onların 
ictimai formalaşması, hər hansı islah və tərbiyəsidirsə, 
bu özü idarə və rəhbərliyin ilkin şərtlərindəndir.
Buradan məlum olur ki, əməl və  rəftarda  əxlaqi 
üsullar, təqribən, istənilən nəticəni verdiyi halda, 
məqsədlər tamamilə fərqli ola bilər.
4. Başqalarına düzgün təsir göstərmək üçün hər 
şeydən öncə psixoloji üsullardan xəbərdar olmalı, 
nəzərdə tutulan hər hansı  fərdin ruhi yönlərinə 
əhəmiyyət vermək lazımdır. Bəziləri zatən belə istedada 
malik olduqları halda, bəziləri də bunu tərcübə ilə 
qazanır, çoxları isə bu üsullarla tanış deyildir.
5. Burada başqalarına təsir yolları ilə tanışlıq kifayət 
deyildir. Çoxları kifayət qədər məlumat topladıqları 
halda, onların istifadə yönünü bilmirlər. Halbuki 
2. “Nisbi agahlıq” mərhələsi: Bura qərizəvi,  şəfqəti və s. hisslərdən 
doğan və tam aydın olmayan məlumatlar daxildir. Başqa sözlə, bura 
insanın hiss və duyğularının mərkəzidir ki, əsasən onun xasiyyəti məchul 
və qeyri-müəyyəndir.
3. “Şüuraltı” mərhələ: Bura zehnin qaranlıq və fəaliyyət dairəsindən 
kənar sahəsidir ki, adi halda onun möhtəvası məlum deyil. İnsanın xarici 
və batinində gündəlik baş verən bütün meyil, istək, hadisə və “agahlıq” 
mərhələsindən silinən hər hansı  məsələ bura toplanır və onların yada 
düşüb-düşməsi insandan asılı deyil.


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   157
bunlar təcrübi hazırlıq tələb edir və qaneedici nəticə 
almaq üçün mütləq “əxlaqi xassə” və adət formasına 
düşməlidir.
6. Burada bizə peyğəmbərlərin, xüsusilə  İslam 
Peyğəmbəri (s) və  Əhli-beytin tərcümeyi-halı, həyat 
tərzi və  tərbiyəvi məqsədləri örnək ola bilər. Onların 
rəftar və davranışları yüksək təlim-təsir üsullarını əhatə 
edir. Bəziləri bütün bu işləri möcüzə ilə əlaqələndirmək 
istəsələr də, halbuki belə deyildir. Qurani-Kərimdə 
İslam Peyğəmbəri (s) haqda belə buyurulur:
{ْﻢُﻜﱠﻟ ٍ ْيرَﺧ ُنُذُأ  ْﻞُﻗ ٌنُذُأ َﻮُﻫ َنﻮُﻟﻮُﻘَﻳَو}
“Deyirlər ki, O, tez inanandır. De: “Onun tez inanan 
olması sizin xeyrinizədir!”
1
Başqa bir ayədə belə buyurulur:
{َﻚِﻟْﻮَﺣ ْﻦِﻣ ْاﻮ ﱡﻀَﻔﻧَﻻ  ِﺐْﻠَﻘْﻟا َﻆﻴِﻠَﻏ ﺎٍّﻈَﻓ  َﺖﻨُﻛ ْﻮَﻟَو ْﻢُﻬَﻟ  َﺖﻨِﻟ ِﻪّﻠﻟا َﻦﱢﻣ ٍﺔَﻤْﺣَر  َماِﺒَﻓ}
“Allahın rəhməti sayəsində  sən onlara qarşı 
mülayimsən!  Əgər qəzəbli və daşürəkli olsaydın, 
əlbə ə, onlar ətrafından dağılardılar.”
2
Həmçinin buyurulur:
 و ﻢُﻜْﻴَﻠَﻋ  ٌﺺﻳِﺮَﺣ ْﻢﱡﺘِﻨَﻋ ﺎَﻣ ِﻪْﻴَﻠَﻋ ٌﺰﻳِﺰَﻋ ْﻢُﻜ ِﺴُﻔﻧَأ ْﻦﱢﻣ  ٌلﻮُﺳَر ْﻢُﻛءﺎَﺟ ْﺪَﻘَﻟ}
{ٌﻢﻴِﺣﱠر ٌفوُؤَر َينِﻨِﻣْﺆُﻤْﻟﺎِﺑ
“Şübhəsiz, sizə özünüzdən bir peyğəmbər gəldi 
ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, sizin 
hidayətiniz üçün heç nəyini  əsirgəmir və möminlərə 
1 . “Tövbə” surəsi, ayə 61.
2 . “Ali-İmran” surəsi, ayə 159.


158                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
qarşı şəfqətli və mehribandır.”
1
Çəkilən misalların içərisində birinci ayədə Peyğəmbər 
(s) hər kəsin sözünü doğru qəbul edən  şəxs kimi 
göstərilir. Bunun mənası başqalarının sözlərinə ehtiram 
qoymaq, səbəbsiz yerə etimadsızlığa qapılmamaq, 
yumşaqlıq, mülayimlik, mehribanlıq, ürəkyandırmaq 
və  çətinliklərini duymaq kimi hər kəsin düşüncəsində 
dərin təsir qoyan səciyyənin təzahürləri deməkdir?! 
Peyğəmbəri-Əkrəmin (s) davranışlarındakı  əlamətdar 
ülgülərdən bir neçəsini qeyd edirik. “Görüşərkən 
hamıdan əvvəl salam verərmiş, kimsə onu yubatsaydı, 
heç vaxt səbirsizlik etməzmiş, biri ilə əl verib görüşdükdə, 
qarşı  tərəf ayrılmayınca,  əlini buraxmazmış, hətta 
uşaqları belə “künyə” (ərəblərdə ehtiramla müraciət) 
ilə çağırarmış və heç vaxt səhabələrinin yanında özünü 
üstün göstərən bir yerdə oturmazmış...”
2
Həqiqəti aramalı, yoxsa münaqişə 
salmalı?
Demək olar, hamı mübahisə zamanı  aşağıdakı 
halları dəfələrlə müşahidə edib:
1. Neçə saat çəkən müzakirə və mübahisədən sonra heç 
bir müvəffəqiyyət görünmədiyi və məsələ tamamilə aydın 
olduğu halda, yenə  də qarşı  tərəfi razı salmaq mümkün 
olmur.
2.  Əksər mübahisədən sonra qarşı  tərəf  əqidəsinə 
daha da möhkəm bağlanaraq, təəssübkeşliyindən  əl 
çəkmir.
3. Uzun-uzadı mübahisələrdən sonra qəlbimizdə 
1 . “Tövbə” surəsi, ayə 128.
2 . “Ehyaül-ülum”, 2-ci cild, səh.365-367.


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə