Axlaq sayesinde indd



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə34/42
tarix14.07.2018
ölçüsü1,69 Mb.
#55523
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

138                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
o cümlədən, onun ən ali formasını “həcc” mövsümü 
zamanı müşahidə edə bilərik. Cismən və ruhən bir-
birlərindən minlərlə  fərsəx fasiləsi olan müxtəlif 
millətlərin nümayəndələri bir məkana yığışıb, düşüncə 
və şüarlarında vəhdət təşkil edirlər. Yaradılış aləminə 
hakim kəsilən yeganə nizamın simasında cilvələnən bu 
izdihamın xüsusi şövkət və əzəməti vardır. Həqiqətdə, 
İslam ruhən varlıq və yaradılış aləmi ilə həmahəngdir. 
Əgər fərzi olaraq bir anlıq səmadan camaat namazlarının 
sıralarına nəzər salınsa, onların bir-birini əhatə edən 
dairələrini bir mərkəzə yönəlmiş surətdə, kamil 
vəhdətin nişanəsi kimi müşahidə edəcəyik. Hətta İslam 
bir sıra ölçüləri belə mümkün qədər – hər hansı tayfa 
və irqə  mənsub olmayan təbii parametrlərdən almış, 
“addım”, “qarış”, “ovucun içi” kimi hamının qavradığı 
terminlərlə üstünlük verilmişdir. İslamda aylar və illər 
ay və günəşin dövranı (daha düzgün desək, yerin 
günəş oxu ətrafında fırlanması) əsasında müəyyənləşir 
və bunu hamı  bərabər dərk edir. Hətta məntəqələr 
üzrə yaranan fərqlər də üfüqlərlə  əlaqədar olub, əsl 
hesaba xələl gətirmir. Amma bəzən özlərini “məzhəb” 
adlandıranlar həm ayın günlərini on doqquz gün, 
həm ayların sayını on doqquz hesablayaraq elə təqvim 
qondarmışlar ki, nə  təbii miqyaslarla uyğun gəlir, nə 
də dəqiq hesablamalarsız istifadəsi mümkündür.
1. Əxlaqi təkamül
Adətən, tez unudulan məsələlərdən biri də  əxlaq 
normalarına riayətdir və onsuz heç bir cəmiyyət rahatlıq 
üzü görməyəcəkdir. Qeyd etdiyimiz kimi, bütün 
dünyanı  əhatə edən böyükmiqyaslı icmanın təşkili 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   139
üçün  fikri-ideoloji inkişafdan  əlavə,  əxlaqi inkişafa 
da ehtiyac var. Əxlaqi inkişafsız heç kəs digərinin 
bütün fikir və rəftarları ilə həmişə razılaşa və çox vaxt 
qarşıya çıxan müxtəlif fikir ayrılıqlarını layiqincə həll 
edə bilməz. Bu qismin əhəmiyyəti peyğəmbərlərin 
təlimlərinə ehtiyacı bir daha artırır. Çünki yerində 
dediyimiz kimi, imandan qaynaqlanan əxlaqi zəmanət 
və ilahi etiqadsız digər klassik normalarda möhkəm 
dayaq yeri tapmaq çətindir və bir sıra qeyri-zəruri, çox 
da lazım olmayan tövsiyələri qabartmaqdan başqa bir 
şey gözə dəymir.
İslam insanda ictimai əxlaqın formalaşması, kütləvi 
həyata hazırlığı üçün əsaslı  təlim və proqramlar 
nəzərdə tutur ki, aşağıda onların bir hissəsini qeyd 
edəcəyik. Məsələn,
 
“ًاﺪَﺣَا ٌﺪَﺣَا ْﻢُﻠَﻳ ْﻢَﻟ  َﻖْﻠَﺨﻟا اﺬﻫ ُﻪﻠﻟا  َﻖَﻠَﺧ َﻒْﻴَﻛ  ُسﺎﻨﻟا َﻢِﻠَﻋ ﻮَﻟ”
(Əgər insanlar Allahın bu məxluqu necə yaratdığını 
bilsəydilər, heç kim digərini pisləməzdi!)
1
 və
 
“ِﺔ ﱠﻀِﻔْﻟاَو  ِﺐَﻫّﺬﻟا ِنِدﺎﻌَﻤَﻛ ٌنِدﺎﻌَﻣ  ُسﺎﻨﻟَا“
(İnsanlar qızıl-gümüş  mədənləri kimidir!)
2
  məşhur 
hədisləri xilqətdə olan fərqlərə, onların cismi və ruhi 
müxtəlifliklərinə toxunur.
İnsanların ruhi-psixoloji, milli-irqi və dünya görüş-
lərindəki hədsiz fərqləri düzgün qavradıqdan sonra 
onların rəftarlarındakı bir çox zahiri problemlər, 
ictimai təzadlar aradan qalxacaqdır. Məsələn, çox 
vaxt valideynlər uşağın (bir qabı  sındırması, yaxud 
1 . “Biharul-ənvar”, 70-ci cild, səh.143, hədis: 7.
2 . “Kafi” 8-ci cild, səh.177.


140                                                                          Яхлаг сайясиндя саьлам щяйат 
geyimlərini çirkləndirməsi kimi) təbii işinə görə  bərk 
narahat olur, bəzən onu ağır cəzalarla tənbeh edərək, 
hətta döyürlər. Halbuki belə işlərə görə, nə əsəbiləşmək, 
nə də uşağı danlayıb-döymək lazımdır.
Adətən, uşaqların qabların əhəmiyyəti, onların yerə 
düşdükdə sınıb-sınmama ehtimalı haqda kifayət qədər 
məlumatı olmur, yaxud bütün bunları bildiyi təqdirdə, 
onlarda tam psixoloji hazırlıq hələ yaranmayıb, yaxud 
da acizlikləri ucbatından baş verir.
Əgər biz özümüz də hal-hazırda onları qoruyub-
saxlayırıqsa, uşaqlıq çağlarımızdakı 
sınaq və 
təcrübələrimiz sayəsindədir. Çünki uşaqlıq çağları 
başdan-başa sınaq və insanın  ətraf mühitlə tanışlığı 
üçün  ən gözəl dövrdür. Belə ki, əgər özümüzü uşağın 
yerinə qoysaq, onun bizim nəzərimizə böyük günah 
və  xəta görünən işləri nə günahdır, nə  də  xəta! Bu 
təcrübəni böyüklər üzərində  də apara bilərik. Məsələn, 
çox vaxt dostlar bir sıra bəyənilməz adətlərinə görə 
dostluqlarını qırmağa məcbur olurlar. Lakin onların hər 
biri digərinin  əhval-ruhiyyəsindən, yaşadığı  və  tərbiyə 
gördüyü mühitdən xəbərdar olsaydı, ondakı nöqsanları 
təbii qarşılayardı. Yaxud qonşunun ucadan danışığı 
bizi narahat edir və onun səviyyəsi, hansı mühitdə 
böyüyüb yaşa dolması  və  tərbiyəsini nəzərə aldıqda, 
elə də müqəssir görünməyəcək. Yəni xəta və səhvlərini 
həddən artıq böyütməyəcəyik. Amma burada səhvə 
yol verilməsin. Biz bununla (“cəbrilər” kimi) hər kəsin 
əməllərində xətasız olduğunu demək və hər şeyi qeyri-
ixtiyari və xarici amillərin üstünə atmaq və ya tərbiyənin 
zəruriliyini inkar etmək istəmirik. Bu o demək deyil ki, 
insanlar özbaşına olub, istədikləri kimi rəftar edə bilərlər. 


Айятуллащ ял-цзма Мякарим Ширази                                                                   141
Əksinə, insan belə halları nəzərə almaqla yaranan ixtilaf 
və etirazların həlli üçün hazırlıq tapır,  ətrafında baş 
verənləri asanlıqla qarşılayır. Təəssüf ki, insanlar kiçik 
fikirayrılığı  nəticəsində  bəzən bir-birindən küsür, çox 
sadə anlaşılmazlıqları həll edə bilmirlər.
2. Əfv və güzəşt
Gündəlik qarşılaşdığımız hadisələr içrə  səhv və 
xətadan insanların haqlarının pozulması halları daha 
çox təsadüf olunur. Əgər hər kəs “intiqam” almaq 
fikrinə düşsəydi, ictimai durumu saxlamaq qeyri-
mümkün olardı. Çünki insanın istənilən vaxt intiqam 
hissini idarə edib, normal saxlaması çətin məsələdir və 
adətən, getdikcə şiddətli forma alır. Hətta onun idarə 
olunub normal vəziyyətdə saxlandığı  təqdirdə belə, 
yenə cani ilə cinayətə məruz qalanın ilk əvvəl baş verən 
cinayət hadisəsinə baxışı eyni cür olmur. Məsələn, 
qarşı  tərəf hətta insafla intiqam almağa çalışsa belə, 
yenə onun baxışında ədalət bərpa olunmamış görünür 
və buna görə də onu yeni bir qisasa sövq etdikcə, ixtilaf 
və çəkişmələr də uzanır. Keçmişdə və indinin özündə 
davam edən əksər qəbilə-tayfa ixtilaflarının səbəbi məhz 
həmin məsələdir. Yəni hər kəs başqasının cinayətini 
ağır cinayətlə cavablandırdıqca, dava-dalaşlar da sona 
çatmır. Burada fitnə odunu söndürə bilən yeganə amil 
güzəşt, əfv və hər hansı qarşıdurmadan çəkinməkdir.
Qeyd edək ki, əfv və güzəşt ixtilaf və  ədavətə 
son qoymaqla bərabər  şəxsin özünə insani-əxlaqi bir 
keyfiyyət kimi faydalı olub, gələcəkdə onu məruz 
qala biləcəyi bir çox zərər və zədələrdən uzaqlaşdırır, 
rahat edir. Əgər düzgün araşdırsaq, görəcəyik ki, qisas 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə