Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə134/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   130   131   132   133   134   135   136   137   138

402 

Zənəb  (kos.)  –  Ərəb  sözüdür  və  quyruq,  yəni  Quyruqlu  ul-

duz  (kometa)  deməkdir.  Ġndiyə  qədər  GünəĢin  ətrafında  dövr 

edən iyirmi beĢ min belə ulduz müĢahidə edilmiĢdir. Onlar Gü-

nəĢə  yaxın  olduqları zaman “quyruqları” daha uzun olur. 1943-

cü  ildə  müĢahidə  edilmiĢ  ən  böyük  kometanın  “quyruğu”nun 

uzunluğu 198 milyon km.-dir. 

SalmıĢdı Mərrixi Zənəb kəməndə, 

Zühəlin gözüylə Rəs düĢmüĢ bəndə (Xġ-150). 

Astrologiyaya  görə,  Ay  Zənəb  üqdəsində  uğursuzluğa  dü-

çardır. Buna görə üqdəsi Ayın boğazında zəhərdir. 



Zənəbin ağzından alaraq zəhər 

Ayın boğazına onu tökdülər (Ġ-593). 

Beytin  mənası:  Ay  Zənəb  nöqtəsinə  çatanda  artıq  gözə  gö-

rünmür, batır. 



Zəng  (top.)  –  Zəngibar  (bax)  toponiminin  qısaldılmıĢ  for-

ması. 


“Qifli-Rumu” əgər oxusa bollu, 

Rum, Zəng xəznəsinə açardı yolu (Xġ-168). 



Zəngan  (top.)  –  Mənbələrdə  Zəncan  kimi  də  göstərilən  bu 

yaĢayıĢ  məntəqəsi  o  dövrdə  Ġraqla  Azərbaycan  (Naxçıvan)  ara-

sındakı ərazidə yerləĢirdi. 

Pələngə Ģir dedi: - Məsəldir, biĢəkk, 

Ya Zəngana gedər, ya doğar eĢĢək (Xġ-151). 

Zəngə-ġaviran (et.) – Daranın məĢhur sərkərdələrindən biri 

olan Fəribərzdin mənsub olduğu nəslin adı. 

Məclisdə vardı bir adlı pəhləvan, 

Həsəbi, nəsəbi, Zəngə-ġaviran (Ġ-124). 

    Bu ad iki sözdən ibarətdir: Zəngə, ġaviran. “Zəngə” sözü, 

bəlkə də, “qara adam” mənasında olan farsca “zəngi” və ya “qo-

ca, cəng” mənasında olan “jəng” sözü ilə əlaqədardır. ġaviran və 

ya ġaburan isə Rzaqulu  xan Hidayətə  görə,  Gəncə ilə Dərbənd 

arasında  bir  Ģəhər  imiĢ.  Bizə  elə  gəlir  ki,  “Zəngə-ġaviran”  adı 

“ġaviranlı qoca pəhləvan”, “ġaviran Zəngi” və ya “ġaviran pəh-

ləvanı” (Ərəb Zəngi adında olduğu kimi) mənasında iĢlənmiĢdir. 



403 

Zəngibar  (top.)  –  Afrikanın  Ģərq  sahilində  Hind  okeanında 

bir  adadır.  Həmin  adanın  qərb  hissəsində  bu  adda  bir  Ģəhər  də 

vardır. Ekvator xəttinə çox yaxın olduğu üçün havası çox istidir. 

Öz mixəyi ilə çox məĢhurdur. Hazırda Tanzaniya respublikasına 

daxildir. ġair “Zəngibar” dedikdə ölkəni yox, Zəngibar ölkəsinin 

Ģahını nəzərdə tutur. 

Orda Xütən Ģahı, burda Zəngibar 

Xosrovun adına qədəh tutdular (Xġ-224). 

Gecə  Zəngibara, səhərin açılması  isə Zəngibardan çıxan  ka-

fura bənzədilmiĢdir. 

Gündüz qarğa rəngli qara gecədən 

ÇıxmıĢ Zəngibardan kafur kimi Ģən (Ġ-240). 

Burada ağlıq mənasında olan kafur  Zəngibarda  və HəbəĢis-

tanda istehsal edilir. Yəni səhər açılmıĢdır. 



Zəracə  (an.)  –  Zəngibar  ordusundan  çıxan  nəhəng  bir  pəh-

ləvanın adı. 



Zəracə adlı bir qara pəhləvan 

Ortaya atıldı, oxudu meydan (Ġ-84). 



Zəravənd (an.) – Bəhram Gurun birinci vəziri Nərsinin bö-

yük oğlu. “Zəravənd” adı “zər” (farsca qızıl, qızıl sikkə demək-

dir)  və  qan  damarı,  küp,  dəlil,  sübut  və  s.  mənalar  bildirən 

“avənd” sözlərindən düzəlmiĢdir. 

Böyük oğlu ğözəl bir fərzənd idi

El bilir adını – Zəravənd idi (YG-114). 



ZərdüĢt  (məc.  ag.)  –  AtəĢpərəstlərin  peyğəmbəri,  atəĢpə-

rəstlik  dininin  banisi sayılır. ZərdüĢt  guya Azərbaycanın  ən qə-

dim  Ģəhərlərindən  olan  Muğanda  doğulmuĢ  və  əslən  azərbay-

canlıdır.  Bəzi  əfsanələrə  görə,  Cənubi  Azərbaycanın  Urmiyə 

Ģəhərində  zühur  etmiĢdir.  Bəziləri  onu  əfsanəvi,  bəziləri  isə 

tarixi Ģəxsiyyət hesab edirlər. 

ZərdüĢt  (ZərdəĢt,  ZartəĢt,  ZardəĢt,  Zaroastr)  peyğəmbərin  nə 

zaman yaĢadığı dəqiq məlum deyildir. Ehtimala görə, eramızdan 7 

əsr əvvəl, yaxud e. ə. YI əsrdə yaĢamıĢ, Ġran Ģahı I Daranın müasiri 

olmuĢdur. Rəvayətə görə, 30 il Savalan dağında tərkidünya həyat 

keçirmiĢ, “Avesta”(“Əbəs-tağ”) adlı kitab yazmıĢdır.  



404 

Məlumdur ki, tədqiqatlar ZərdüĢtün e.ə. VI əsrdə  yaĢadığını 

qeyd  edirlər.  Zənnimizcə,  AtəĢpərəstlik  dininin  tarixi  isə  çox 

qədimdir. Ən qədim insanlar oda, GünəĢə inanırdılar. Yəqin ki, 

onlar  oda  sitayiĢ  zamanı  müəyyən  dualar  da  oxuyurdular. 

Demək,  ZərdüĢtə  qədər  “Avesta”nın  ayrı-ayrı  hissələri  mövcud 

olmuĢdur.  ZərdüĢt  isə  onları  ilk  dəfə  bütövlükdə  qələmə  almıĢ 

və  alimlərin  ZərdüĢt  tərəfindən  qələmə  alınmasına  Ģübhə  edil-

məyən 17-ci nəğmələri də oraya əlavə etmiĢdir. 

ZərdüĢt  dövrünün  hökmdarı  GəĢtasbın  yanına  gələrək  pey-

ğəmbərlik iddiasında  olduğunu bildirmiĢdir. Guya elə bir mad-

də düzəltmiĢ imiĢ ki, insan bədəninə sürtdükdə atəĢ ona təsir et-

mirmiĢ.  Odu  əlində  saxlamaq  və  zəbanə  çəkən  atəĢin  içində 

dayanmaq onun möcüzəsi imiĢ. Onun belə bir möcüzəsini görüb 

GəĢtasb  və  onun  oğlu  Ġsfəndiyar  ZərdüĢtün  adı  ilə  bağlı  olan 

zərdüĢtiliyi – atəĢpərəstliyi qəbul etmiĢlər.  

Yeri gəlmiĢkən qeyd edək ki, odun insanı yandırmaması üçün 

hazırlanan  maddə  indi  də  mövcuddur.  MəĢhur  Çili  Ģairi  Pablo 

Neruda bununla əlaqədar Çində gördüyü bir hadisə haqqında yazır: 

“1929-cu il. Gecədir. Bir izdiham görünür. Müsəlman bayramıdır. 

Küçənin  ortasında  uzun  xəndək  qazılıb,  içi  közlə  dolu.  Yaxın-

laĢıram.  Xəndəkdəki  gözün  istisi  üzümü  qarsır.  Gözlənilmədən 

qəribə bir Ģəxs görünür. Dörd kiĢi çiyinlərində üz-gözü qırmızı və 

ağ rənglərlə zolaqlanmıĢ bir məxluqu ortaya gətirdilər. Sonra onu 

yerə  qoyurlar.  Və  bu  məxluq  közün  üstü  ilə  yeriməyə  baĢlayır, 

ayaqlarını yerə döyə-döyə çağırır: - Allah! Allah! Bu səhnəni görən 

adamlar  mat-məəttəl  yerlərində  donub  qalırlar.  Kahinsə  sağ-

salamat  çatır  xəndəyin  axırına.  Bu  vaxt  bir  nəfər  irəli  çıxır, 

səndəllərini  bir  kənara  ataraq  həmin  yolu  ayaqyalın  keçir.  Ondan 

sonra  könüllülər  bir-birinin  ardınca  meydana  çıxırlar.  Bəziləri 

xəndəyin  ortasında  dayanıb  “Allah!  Allah!”  –  çığıra-çığıra,  əl-qol 

ata-ata,  gözlərini  bərəldə-bərəldə  dabanlarıyla  közü  əzir.  Heç  kəs 

yanmır.  Bəlkə də,  yanırlar,  amma  yandıqlarını  kənardan heç  cürə 

bilmək olmur” (“Azərbaycan”, № 4. 1987. səh.145). 

ZərdüĢt  Misirin,  ġamın,  Rumun  və  Hindistanın  bir  çox 

alimləri  ilə  təmasda  olmuĢ  və  onlardan  bir  sıra  “sehrikarlıqlar” 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə