Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə136/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   130   131   132   133   134   135   136   137   138

408 

Zərrə, GünəĢ (qoĢa məc. ap. və kos.) – ġair metaforik Ģəkil-

də özünü zərrəyə, Qızıl Arslanı isə GünəĢə bənzədir. 



Zərrə gedən kimi böyük günəĢə 

BaĢımı, boynumu yerə əyərək 

Dedim nisar edim bunları gərək (Xġ-369). 

Ziqar  davası (xron.)  – Ərəb və  Ġran qoĢunları arasında ge-

dən  davanın  adı.  Ehtimal  etmək  olar  ki,  bu  dava  629-cu  ildə 

(Çünki  Xosrov  Pərviz  628-ci  ildə  öldürülmüĢ,  yerinə  ġiruyə 

keçmiĢdi.  ġiruyə  isə  cəmi  9  ay  hökmdar  olmuĢdur)  baĢ  vermiĢ 

və  məĢhur Mədain Ģəhəri də bu davada darmadağın edilmiĢdir. 

Sasanilər  sülaləsinə  də  bu  davada  son  qoyulmuĢdur.  ġapur  isə 

Sasanilərin sonuncu hökmdarı olmuĢdur. 

Dəclədə dəmirdən bir körpü vardı 

CoĢğun sellər gəlib onu apardı (Xġ-356). 

Məlumdur ki, bu dəmir körpü Dəclə çayının hər iki sahilində 

yerləĢən Mədain Ģəhərini birləĢdirirdi. 

Ziqar davasında sındı qoĢunu, 

Göyərçinlər çaldı ovçu quĢunu (Xġ-359). 

Burada  metaforik  Ģəkildə  Ərəb  ordusu  göyərçinə,  Ġran  or-

dusu isə ovçu quĢuna bənzədilmiĢdir. 



Zindərud  (top.)  –  Ġsfahanda  böyük  bir  çaydır.  Buna  Zən-

dərud, Zayəndərud, Rudi- Nəsim-Bahar da deyirlər. 



Zindərud nəhrindən Xuzanə qədər 

Çalğının səsindən canlandı yerlər (Ġ-182). 



Zöhhak  (xat.  an.)  –  Qədim  Ġran  əfsanələrinə  görə,  PiĢ-

dadiyan  sülaləsinin  Y  hökmdarı  sayılır.  Ərəb  olduğu  üçün  onu 

Zöhhak Tazi (ərəb) adlandırırlar. Guya onun çiyinlərində iki ilan 

varmıĢ.  O,  hər  gün  iki  nəfər  uĢağı  öldürtdürüb,  beynini  həmin  

ilanlara yedirdərmiĢ. Nəhayət, Gaveyi-Ahəngərin (bax) baĢçılığı 

ilə xalq bu zalıma qarĢı üsyan etmiĢ, onu taxtdan salıb, Firudini 

(bax)  Ģah  seçmiĢdilər.  ġərq  ədəbiyyatında  Zöhhak  qəddarlıq, 

zülm rəmzi, Gavə isə üsyançı kimi iĢlədılır. 

Gəlsə səninlə iĢrət Firudinin adına, 

BaĢı, beyni yem olsun Zöhhak ilanlarına (SX-43). 




409 

Yəni  əgər  sənin  (Ərzincan  hakimi  Bəhram  Ģahın)  iĢrətinə 

gəlmək Firudinin arına gəlsə, qoy onun beyni Zöhhak ilanlarına 

yem olsun. 

Ġnsan  qanı  axıdılacaq  səhərin  açılması  və  GünəĢ  Zöhhaka 

bənzədilir. 

Elə ki, o qara ilan büküldü

Ağ nəfəsli Zöhhak – günəĢ də güldü (LM-129). 



Zəhhak,  Firidun  (qoĢa məc. an.) –  Qizil Arslanın  düĢmən-

ləri Zöhhaka, onun köməkçiləri isə Firiduna bənzədilir. 



Zöhhakın ilanı səni çalarsa, 

Nə qəm, Firiduntək köməkçin varsa... (SX-44). 



Zöhhak, ilan (qoĢa məc. an., ap.) – ġair dünyanı Zöhhaka(Bu 

qaniçən dünya sənin qatilin olmaq üçün öz belindən bir ilan yarat-

dı), ġiruyəni isə (bax) Zöhhakın belindən çıxan ilana bənzətmiĢdir. 

Dünya Zöhhak kimi qan içəndir, qan! 

Sənə öz arxandan yaratdı ilan (Xġ-336). 

Zöhhak ilanı (məc. zo.) – Ġki haçalı nizələr Zöhhakın çiyin-

lərindən çıxan iki ilana bənzədılır. 

Qalxdı hər pəhləvan, hər igid əsgər

Zöhhak ilanına döndü nizələr (LM-129). 

Burada  Nofəlin(bax)  Leylinin  atası  ilə  döyüĢə  baĢladığı  an 

təsvir olunmuĢdur. 

Zöhrə (kos.) – Venera planeti. Ona Karvanqıran da deyilir. 

Zöhrə eyni zamanda eĢq ilahəsinin adıdır. Qədim nücum elminə 

görə, Zöhrə ulduzu Ģənlik və çalğı ulduzu hesab olunur. 

Təbəssüm qəmi qovdu, açıldı, güldü çöhrə, 

Gecələri nəğməkar, müğənni oldu Zöhrə (SX-23). 

Zöhrə ulduzu nəğməkara, müğənniyə bənzədılmiĢdir. 

Dini rəvayətə görə, guya parlaq Zöhrə planetinə gümüĢü rən-

gi Məhəmməd peyğəmbər vermiĢdir.  

“Dön məhtab rəngində sən də ol” – deyə, 

GümüĢ pərdə çəkdi parlaq Zöhrəyə (YG-27). 

Dini əfsanələrə görə, Zöhrə əvvəllər bir qız olmuĢdur. Harut 

və  Marut  (bax)  adlı  mələklər  ona  vurulduğu,  günah  iĢlər  görüb 




410 

Babildə  quyuya  salındıqdan  sonra,  Zöhrə  də  göyə  aparılıb  ul-

duza çevrilmiĢdir. 

Zöhrə yerdə bədnamlıq adı alan deyildi, 

Harut hələ Babilə qanad çalan deyildi (SX-101). 

Sonuncu misrada Babil deyildikdə Ģəhərin özü yox, Harut və 

Marutun salındığı quyu nəzərdə tutulur. 

Zöhrə  planeti  Mizan(Tərəzi)  bürcündə  yerləĢdiyi  üçün  ona 

Çəkici, Tərəziçi ləqəbi verilmiĢdir. 

Gecənin siqlətini ölçməkdəmi qərəzi? 

Zöhrə onu çəkirdi əllərində tərəzi (SX-30). 

Beytin  mənası  belədir:  Məhəmməd  peyğəmbərin  qədr-qiy-

mətini dərk etmək üçün Çəkici, Tərəziçi Zöhrə Tərəzi bürcündə 

onun vəznini ölçmüĢdür. 

Yerdə gilə qarıĢsın ayın nurlu haləsi, 

Sınsın Zühəl daĢıyla Zöhrənin piyaləsi (SX-25). 

Ay  mücrüsünü  yerə  vur  və  Zühəlin  daĢı  ilə  Zöhrənin  eyĢ-

iĢrət qədəhini sındır. Yəni cismani aləmin nizamını dağıt. 

 

Fələk kəcavəsinə göz olmuĢdu gözüylə, 



Ay, Zöhrə məĢəlini gətirirdi özüylə (SX-29). 

Məhəmməd  peyğəmbər  meraca  gedərkən,  guya  məĢəl  kimi 

Ay və Zöhrəni də özü ilə gəzdirirdi. 

ġair döğma vətəni olan Gəncəni də Zöhrə ulduzuna bənzədir. 



Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə

Onu belə ucaldan ülvi sözümdür məncə (SX-52). 

Yəni  Gəncənin  Zöhrəsi  olan ruhum göylərdə  yerləĢən Tərə-

zidə(Mizan bürcündə) əsl sənət sözlərini ölçür. 

Zöhrə metaforik Ģəkildə çalğıçı və xanəndəyə bənzədilmiĢdir. 

Sehirli rübabını tez ələ aldı Zöhrə, 

Mizrabı sınanacan oxudu, çaldı Zöhrə (SX-64). 

Zöhrə nəğmə deyib salmıĢdı haray (Xġ-127). 

Zöhrə ulduzu sevinclə qızıl cam qaldıran Ģəxsə bənzədilir. 

Sevinclə qaldırdı Zöhrə qızıl cam 

Xəvərnəq üstündə gəzəndə Bəhram (YG-63). 

Zöhrə planeti kəndxudaya bənzədılır. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə