Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə137/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   130   131   132   133   134   135   136   137   138

411 

Dövrün kəndxudası Zöhrə olanda, 

O zamana handa, kədər, qəm handa? (YG-101). 

Zöhrə planeti metaforik Ģəkildə qorxudan ödünü qusan ada-

ma bənzədilir. 

Qorxudan ödünü Zöhrə qusurdu (YG-117). 

ġair Zöhrə(planet) və zöhrə(öd) omofonundan mahiranə söz 

oyunu  düzəltmiĢdir.  Yəni  Bəhram  o  qədər  qan  tökdü  ki,  Zöh-

rənin  qorxusundan  bağrı  yarıldı  və  öd  qusdu.  AĢağıda  isə  Ģair 

özünü Zöhrə planetinə bənzədir. 



Zöhrətək çəkiyə qoyaram dirhəm (Ġ-38). 

Zöhrənin  evi  Tərəzi  bürcüdür.  Yəni  mən  də  söz  dirhəmini 

(gümüĢü)  Zöhrə  kimi  tərəzidə  çəkirəm.  ġair  aĢağıda  isə  Çin 

xaqanının  Ġskəndərə  bağıĢladığı  Taysız  gözəli  çalıb-oxumaqda 

Zöhrəyə bənzətmiĢdir. 

Üçüncü, yox səsdə ona bir bədəl, 

ġən, Ģaqraq nəğməsi Zöhrədən gözəl (Ġ-308). 

ġair  “ġərəfnamə”nin  hər  bir  nəğməsini  Zöhrə  ulduzundan 

üstün tutur. 

Sazına bağladım elə incə tel

OlmuĢ hər nəğməsi Zöhrədən gözəl (Ġ-394). 

Zöhrə,  Babil (qoĢa məc. on.) – Ġskəndər öz ordusunu Ġran-

dan çıxarmaq istəyəndə Ģair Ġskəndəri Zöhrəyə, Ġranı isə Babilə 

bənzədir. 

Zöhrətək Babildən parladı öncə, 

Haruti kəsləri təmizləyincə... (Ġ-174). 



Zöhrə,  Harut  (qoĢa  məc.  on.)  –  “ġair”  eyni  vaxtda  Harut 

sehri  açan  sənətkara  və  eĢq  ilahəsi,  Ģənlik,  çalğı  hamisi  hesab 

edilən Zöhrəyə bənzədilir. 

ġair – adı dillərə uçub qonan sənətkar 

Məncə, Zöhrə özüdür, Harut sehri açandır (SX-50). 

ġair Əflatunu da metaforik Ģəkildə Zöhrə və Haruta bənzədir. 

ġahın sarayına çatdı bu xəbər 

Ki, Zöhrə Harutla bəhsə giriblər (Ġ-469). 

Yəni:  Saraya  xəbər  çatdı  ki,  Əflatun  Harut  kimi  Zöhrə  ilə 

çalğı meydanında deyiĢməkdədir. 




412 

Zöhrə, Mərrix (qoĢa məc. kos.) – Zöhrə məĢuqa, Mərrix isə 

aĢiqə  bənzədilir.  Birinci  gözəllik,  sevinc,  Ģadlıq,  parlaqlıq, 

ikincisi isə qırmızılığına görə iĢlədilmiĢdir. 

MəĢuq – Ģəkər dodaqlı, aĢiq – badam gözlüdü, 



Zöhrə, Mərrix eĢqdən ixtilatlı, sözlüdü (SX-63). 

Zöhrə,  Mizan (qoĢa məc. kos.) – Zöhrə ulduzu Mizan bür-

cündə  yerləĢdiyi  üçün  yanaĢı  iĢlədilir  və  eyni  zamanda  Gəncə 

Mizan bürcünə yüksələn Zöhrəyə bənzədilir. 

Zöhrə təki ucalıb Mizan bürcünə Gəncə (SX-52). 

AĢağıdakı beytdə isə ġirinin rəfiqələri Zöhrəyə, onların hərə-

kətləri isə Mizan bürcünə bənzədilir. 

Açıb Zöhrə kimi əl-qol hər biri, 



Mizana qoyurdu orda dəyəri (Xġ-108). 

Zöhrə (Venera) səyyarəsi öz hərəkəti zamanı Tərəzi (Mizan) 

bürcündən  keçdiyi  üçün  Nizami  “Zöhrə  kimi  mizana  qoyurdu” 

bədii  təĢbehini  iĢlətmiĢdir.  Digər  tərəfdən  Zöhrə  əsatirə  görə 

gözəllik  və  məhəbbət  ilahəsi  hesab  edildiyindən  ġirini  əhatə 

edən gözəllər ona bənzədilmiĢdir. 



Zöhrə, MüĢtəri (qoĢa məc. kos.) – Zöhrə və MüĢtəri ulduz-

ları Allahın quluna bənzədilir. 



Zöhrə, MüĢtəritək sənin qulun var

Adınla baĢlanır aləmdə adlar (LM-187). 

“Yeddi  gözəl” poemasında Qala gözəli Zöhrəyə, onun aĢiqi 

isə MüĢtəriyə bənzədilir. 



Zöhrəydi, aĢiqi parlaq MüĢtəri

Hüsnü batil etdi Ģamı, Ģəkəri (YG-192). 

Ġskəndərin NüĢabə ilə oturduğu məclisdə musiqiçi Zöhrəyə, 

parıldayan Ģərab kuzələri isə MüĢtəriyə bənzədilir. 

Çalanın Zöhrətək oynayır qəlbi, 

Kuzələr parıldar MüĢtəri kimi (Ġ-225). 

Zöhrə  ulduzu  Yaxın  ġərqin  klassik  Ģairlərinin  əsərlərində 

göylərin çalğıçısı sayılır. Zöhrənin dəfi buna iĢarədir. 

Kosmoqrafiya MüĢtəri ulduzu üzərində qara xətlər olduğunu 

göstərir. MüĢtərinin bu xətlərini qədimdə yazı saymıĢlar. ġairin 




413 

əsərdə  iĢlətdiyi  “MüĢtərinin  dəftəri”  ifadəsi  də  məhz  bununla 

əlaqədardır. 

Ġkinci tərəfdən, MüĢtərinin Zöhrə ilə bir bürcdə qarĢılaĢması, 

qədim astroloqların fikrincə, xoĢbəxtlik əlamətidir. 

Taleyim açıldı, oldum bəxtəvər



Zöhrə dəf göndərdi, MüĢtəri dəftər (Ġ-418). 

Bu  beytdə  Zöhrənin  dəfi  -  əyləncəli,  zövq  verən  Ģeirlər, 

MüĢtərinin dəftəri isə xoĢbəxtlik kitabı deməkdir ki, bu da “Ġq-

balnamə”yə  iĢarədir.  Nizami  demək  istəyir  ki,  bu  kitabda  həm 

zövq, sevinc, həm də səadət yolunu tapmaq olar. 

Zöhrə, Sur, MüĢtəri, Qövs (qrup məc. kos.) – Bəhram Gur 

taxta  çıxarkən,  bu  planetlərin  yer  dəyiĢmələri  gələcəkdə  fira-

vanlıq olacağı ilə əlaqələndirilir. 

Zöhrə Sura keçdi, MüĢtəri Qövsə

Bu ev ziynətlənib, döndü Firdovsə (YG-94). 

Zöhrə planeti Sur (Öküz) bürcü, MüĢtəri (Yupiter) isə Qövs 

bürcünə  yaxınlaĢmağı  Ģənlik,  çalıb-oynamaq,  nemət  bolluğu, 

rifah əlamətidir. Firdovs isə BehiĢt, Cənnət deməkdir. 

Zöhrə,  Süheyl  (qoĢa  məc.  kos.)  –  ġair  Qala  gözəlini  (bax) 

Zöhrəyə, Rus Ģahzadəsini isə Süheylə bənzədir. 

ġah toy məclisində saçırdı Ģəkər, 

Zöhrəylə Süheylə kəbin kəsdilər (YG-207). 

Zöhrə,  Tərəzi  (qoĢa  məc.  kos.)  –  Zöhrə  ulduzu  Tərəzi 

(Mizan)  bürcündə  yerləĢdiyi  üçün  Ģair  bundan  istifadə  edərək 

qüvvətli  məcazlar  qrupu  yaratmıĢdır.  Çəkici,  tərəziçi  ləqəbi 

daĢıyan Zöhrə ulduzu, guya Mizan bürcündə dayanıb, merac za-

manı Məhəmməd peyğəmbərin qədr-qiymətinin vəznini ölçür. 

Gecənin siqlətini ölçməkdəmi qərəzi? 



Zöhrə onu çəkirdi əllərində Tərəzi (SX-30). 

Zöhrə,  Ülkər,  Ay,  Ütarid  (qrup  məc.  kos.)  –  Bu  səma 

cisimləri metaforik Ģəkildə Xosrovla ġirinin kef məclisində iĢti-

rak edənlərə bənzədilmiĢdir. 

Zöhrə nəğmə deyib salmıĢdı haray, 

Yarı tutulmuĢdu bir həftəlik ay

 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə