11
Dini əsatirə görə, Adəm peygəmbər Allahın tikdiyi bu cavan,
təzəcə bəzənmiĢ dünya evi divarının birinci layı, Məhəmməd
peyğəmbər isə axırıncı kərpici və bəzəyidir. Beytlərin məzmunu
Məhəmmədin hədisindən alınmiĢdır: “Mənimlə məndən əvvəlki
peyğəmbərlərin məsəli ona bənzəyir ki, bir kiĢi ev tikir, onu bi-
tirir, bəzəyir, lakin birçə daĢının tağından (frontonundan) baĢqa.
Mən peyğəmbərlərin sonu olaraq haman damın tağıyam”.
Cənnətdən dünyaya atıldıqdan sonra, Adəm öz günahını baĢa
düĢdü və günahını etiraf edərək bağıĢlanmaq üçün Allaha yalvar-
dı. Allah tərəfindən bağıĢlandıqdan sonra o, peyğəmbər də oldu.
“Günahkaram” deyənin nə qorxusu, nə dərdi?!
Etirafı Adəmi peyğəmbərə döndərdi (SX-70).
Adəm, Adəm (tək. ag. ) – ġair Adəm peyğəmbər haqqındakı
fikirlərini daha da təsirli etmək üçün onun adını təkrar edir.
Cansız buğda nəydi ki, elə alçaldı Adəm,
Buğdanın sinəsitək lüt-üryan qaldı Adəm (SX-70).
Burada Adəm peyğəmbərin buğda yeyəndən sonra Cənnət-
dən çıxarılması və Yer kürəsinə düĢdükdən sonra buğda kimi
çılpaq qalmasına iĢarə olunur.
ġair insanlara da məsləhət görür ki, tamahkarlıqda Adəmə
oxĢamasınlar.
Adəm tamah saldığı buğdaya göz dikmə sən (SX-70).
Adəmin asqırığı (xat. on. birləĢmə) – Adəm peyğəmbərin
asqırığı ilə Ġsa peyğəmbərin dünyaya gəlməsinə iĢarə olunur.
ġaha xütbə oxumaq natiqlərə nəsibdir,
Adəm Ġsa xətrinə asqırığı kəsibdir (SX-132).
Dövlət baĢçısına xeyir-dua deyib xütbə oxumaq yalnız dili
qılınc kimi iti və fəsahətli olan Ģəxsə həvalə olunur. Adəm asqı-
rığı isə Ġsa peyğəmbərə nəsib olur. Dini əsatirə görə, Adəmin
birinci asqırığını Cəbrail (bax) gizlədərək onu Məryəmin (bax)
libasının qoluna üfürüb və bunun da nəticəsində Məryəmdən
Ġsayi-Məsih dünyaya gəlib.
Adəmin can kimiyasi (məc. on. birləĢmə) – Məhəmməd
peyğəmbər Adəmin can kimiyasına bənzədilir.
12
Mənada Adəmin can kimiyası
Surətdə aləmin göz tutiyası (Xġ-29).
Yəni hələ Adəm peyğəmbər dünyaya gəlməmiĢdən qabaq
Məhəmməd peyğəmbər mövcud olmuĢdur. Adəmin can kimi-
yası Məhəmməd tərəfindən yoğrulmuĢdur.
Adəm, Qüds, Kəbə (xat. on.) – Ölüm ayağında olan Ġskəndər
keçmiĢ igidliklərini xatırlayarkən Adəm kimi Qüdsü (bax) və Kə-
bəni (bax) ələ almasını da yada salır, özünü Adəmə bənzədir.
Adəmtək Qüdsdə elədim məskən,
Kəbə həlqəsinə əl yetirdim mən (Ġ-584).
Adəm, Məhəmməd (müq. ag.) – ġair Adəmi Məhəmməd
peyğəmbərlə müqayisə edir və üstünlüyü Məhəmmədə verir.
Ġlk zərbəni vurmağa Adəm çıxdı irəli,
Qələbə əzmi ilə əsdi çövkənli əli.
Sünbülü görən kimi, atı üstünə cumdu,
Topu ala bilmədi, ah, bu necə hücumdu? (SX-39).
Yəni: Adəm Allahın sözünə qulaq asmayıb buğda yediyi
üçün ilk anda peyğəmbərlik topunu ala bilmədi. Məhəmməd isə
belə səhvlərə yol vermədi.
Cənnətdən torpağa gəldisə Adəm,
O qoydu torpaqdan cənnətə qədəm (Ġ-414).
Yəni: Məhəmməd Adəm peyğəmbərdən də yüksəkdir. Adəm
Cənnətdən çıxarılıb Yerə qovulduğu halda, Məhəmməd pey-
ğəmbər Yerdən Cənnətə getmiĢdir. Burada Məhəmməd peyğəm-
bərin BehiĢti görməsinə iĢarə olunur.
Adəm, Nuh (müq. ag.) – Həm Adəm, həm də Nuh peyğəm-
bər insanların ulu babaları hesab olunur. Guya Adəm peyğəm-
bərdən meydana gələn insanlar Nuh tufanı zamanı məhv olmuĢ-
dur. Ġndiki insanların ulu babası ona görə Huh peyğəmbər hesab
olunur ki, guya onlar Nuhun xilas etdiyi ən yaxın qohum-qardaĢ-
larından törəmiĢlər. Adəm və Nuh adlarının yanaĢı iĢlənməsinin
əsas səbəbi də məhz bindan ibarətdir. ġair buna görə də Məhəm-
məd peyğəmbəri eyni zamanda onların ikisi ilə də müqayisə edir.
Adəmin də, Nuhun da kələfləri dolaĢdı,
O dolaĢıq düyünü sənin əllərin açdı (SX-38).
13
Dini əsatirə görə, Adəm Cənnətdən buğda yeyib günaha bat-
dıqdan sonra onun tövbəsi yalnız Məhəmmədin Ģəfaəti nəticə-
sində qəbul olmuĢdur.
Adil (an.) – Ərəbcə ədalətli, insaflı, düz iĢ görən mənasında
iĢlənən bu söz NuĢirəvanın (bax) ləqəbidir.
Ülviyyət aləmində yenə də Ģahdır özü,
ġan-Ģöhrət sikkəsinə yazıldı “adil” sözü (SX-78).
Afaq (an.) – Nizami Gəncəvinin həyat yoldaĢı. Onu Dərbənd
Ģahı Nizamiyə töhfə göndərmiĢdi. ġairin Afaqla keçirdiyi illər
həyatının ən xoĢbəxt çağları olmuĢdur. Afaq sonralar ġirin ob-
razının yaranmasında mühüm rol oynadı.
Qıpçaq bütüm təki ox kimi süzdü,
Afaq sevgilimin sanki özüydü (Xġ-343).
Afitab (məc. kos.) – Farsca GünəĢ deməkdir. Məhin Banu
öz əsil-nəsəbini Afitaba bənzədir.
Əgər o aydırsa, biz afitabıq (Xġ-119).
Axsitan (an.) – ġirvanĢah III Mənuçöhrün oğlu Axsitan
ġirvanın 19-cu Ģahı olmuĢdur. Onun hakimyyəti (1160-1203) il-
lərində ġirvan Ġraq Səlcuqilərindən asılı vəziyyətdə olsa da,
Axsitan ölkənin istiqlaliyyəti uğrunda bir sıra müharibələr apar-
mıĢ və qələbələr çalmıĢdır. Ölkənin siyasi, iqtisadi və mədəni
həyatında müəyyən dəyiĢikliklər yaratmıĢdır. Nizami Gəncəvi
“Leyli və Məcnun” poemasını onun sifariĢi ilə yazmıĢdır (11-
154-156; 4-135-144).
Adın Axsitandır, özün söz bilən,
Göydəki günəĢin ağasısan sən (LM-51).
Ağ bağ (top.) – Bərdədə Ģah bağı. “Böyük bağ” deməkdir.
Sübh açıldı, Xosrov qalxdı ayağa,
Oradan yollandı birbaĢ Ağ bağa (Xġ-100).
Türk xalqlarında, o cümlədən azərbaycanlılarda ağ rəng ta
qədim zamanlardan xoĢbəxtlik, iĢıqlıq, azadlıq, yaxĢı gün, səa-
dət mənalarında iĢlənmiĢdir. Rəng adı bildirməkdən əlavə, “ağ”
həm də böyük, nəhəng, igid, qoçaq, qorxmaz, cəsarətli və s. ki-
mi mənalarını da bildirmiĢdir. Elə buna görə də türk xalqlarında
ağ komponentli xüsusi adlar daha çoxdur.
Dostları ilə paylaş: |