Aygün Dağıstan qızı Şabandayeva



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix21.10.2017
ölçüsü2,93 Kb.
#6376
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
22 
zonada  inkişaf  tapmış  palıd  meşəsi  altında  qəhvəyi  dağ-meşə 
torpaqları,  orta  dağlıq  qurşağında  fıstıq  meşəsi  altında  tünd  qo-
nur dağ-meşə torpaqları və nəhayət  yüksək dağlıq qurşaqda isə 
açıq  qonur  dağ-meşə  torpaqları  inkişaf  etmişdir.  Dağ  meşələri 
xüsusilə meyilli yamaclarda torpağı yuyulmadan mühafizə edib, 
dağ çaylarında su rejimini nizama salır, qarların tədricən ərimə-
sinə  səbəb  olmaqla  suyun  torpağa  hopmasını  təmin  edir  və  bu-
xarlanmanın  qarşısını  alır.  Meşə  ilə  örtülü  dik  yamaclara  belə 
yağmurlar  düşdükdə,  o  torpağa  hoparaq  səthi  su  axımı  əmələ 
gəlməsinin qarşısını alır. Meşə örtüyü həmçinin bulaqların suyu-
nu nizama  salır. 
Alçaq dağlıq zonadan aşağı endikcə meşələr kollarla əvəz 
olunur. Kolluqların arasında bəzən xırda boylu  ağaclara da rast 
gəlinir. Aşağı zonada kolluqların çox geniş  yayılması meşələrin 
qırılması  ilə  əlaqədardır.  Meşə  ağaclarının  seyrək  olduğu  və 
kolluqlar inkişaf etmiş yerlərdə isə bitkilərin torpaqqoruyucu və 
sutənzimedici rolu çox zəifdir. 
Meşələrin  sistemsiz  olaraq  qırılması  nəticəsində  vaxtı  ilə 
böyük təsərrüfat əhəmiyyəti olan yüksək, sıx və bonitetli meşə-
lər hazırda kolluqlar şəklini  almış  və bir çox  yerlərdə  qaratikan 
kolları  ilə  əvəz  olunmuşdur.  Zurnabad,  Mirzik,  Azad,  Sarı  su, 
Əbləh, Qozluq və s. kəndlərin ərazisində bu cür hallara daha çox 
təsadüf  edilir.  Meşələri  qırıb  yerində  kənd  təsərrüfatı  bitkilərini 
əkmək  üçün  istifadə  edilməsi  nəticəsində  meşələrin  sahələri 
xeyli  azalmışdır.  Meşə  altından  çıxmış  ərazidə  bozqırlaşma 
prosesi  getmiş  və  aridləşmə  üçün  əlverişli  şərait  yaranmışdır. 
Bölgədə  yerləşən    Göygöl  ətrafında  respublikada  ən  nadir  olan 
kox  şamı  yayılmışdır  ki,  bu  da  dövlət  tərəfindən  qorunub  sax-
lanılır.  Müşahidələrimiz  göstərdi  ki,  şam  meşəsi  bir  də  Mirzik 
kəndinin  ətrafında  vardır  ki,  bunu  da  süni  surətdə  1932-ci  ildə 
salmışlar. Meşənin sahəsi isə 2 hektara qədərdir.  
Tədqiqat  aparılan  zonada  alçaq  dağlıq  qurşaqda  aşağıda 
dağ  kserofit  bitkiləri  geniş  yayılmışdır.  Bu  qurşaq  alçaq  dağlıq 
ilə  dağ  ətəyi  sahələrdə,  yarımsəhra  qurşağı  ilə  birləşib  qarışıq 
bitkilər qrupu  əmələ gətirir. Qarışıq bitkilər zonası rayonun əra-


 
23 
zisində  500-800  m  və  ondan  bir  qədər  də  yüksək  olan  sahələri 
əhatə edir. 
Dağ  kserofitlərinin,  bir  cinsli  olmayıb  qarışıq  qruplar 
əmələ gətirməsi rayonun torpaq örtüyü və yamacların quruluşu, 
cəhətləri, relyefi və s. ilə çox sıx surətdə əlaqədardır. Burada dağ 
kserofitləri  yarımsəhra  bitkilərinə  nisbətən  çox  zəngindir. 
Əsasən hündür boylu otlar və müxtəlif növlü kolluqlar geniş yer 
tutur. 
Rayon ərazisində Qozluq, Zurnabad, Topalhəsənli, Murut, 
Hacı  qayası,  Kürəkçay,  Gəncəçay,  Qoşqarçay  hövzəsinin  aşağı 
hissəsində əsasən dağ kserofit bitlkiləri yayılmışdır. Dağ kserofit 
bitkilərindən ən çox burada gəvən, südlübiyan, kəklikotu, ağ ot, 
murdarça və s. yayılmışdır. 
Tədqiqat  apardığmız  zonanın  şimal  qurtaracağında  yarım-
səhra  bitkiləri  inkişaf  etmişdir.  Bu  zonada  torpaqda    rütubətin 
çatışmaması,  yay  aylarında  temperaturun  yüksək  olması, 
rütubətin  buxarlanması  və  torpağın  şorlaşması  bitki  örtüyünün 
dəyişməsinə təsir edən əsas amillərdəndir.  
Ərazidə  olan  yarımsəhra  bitkilərinin  vegetasiya  dövrü 
havanın  fəsillər  üzrə  dəyişməsi    ilə  əlaqədardır.  Yazın  əvvəllə-
rində  yağışların çox yağması ilə əlaqədar olaraq efemer bitkilər 
sürətlə  böyüyüb  yaşıllaşırlar.  Aprelin  axırlarında  və  mayın 
əvvəllərində isə bunlar öz vegetasiya dövrlərini başa vurub tələf 
olurlar. Bu dövrdə çoxillik otlar, yovşan və qaraçal öz inkişafını 
davam  etdirirlər.  Bölgədə  yarımsəhra  bitkilərindən  ən  çox 
yovşan və qaraçal yayılmışdır. 
Tədqiqat apardığımız bölgənin çay vadilərində də müxtəlif 
bitki qrupları inkişaf etmişdir. Bu bitkilər iki qrupa bölünür. 
1.Su basar və çay sahili meşələr 
2.Çay vadisi çəmən bitkiləri 
Subasar  və  çay  sahili  meşələr  əsasən  ərazi  daxilində  axan 
Kürəkçay,  Gəncəçay,  Qoşqarçayın  axını  boyunca  yayılmışdır. 
Bundan  başqa  buradan  axan  kiçik  çayların  da  vadilərində  bəzi 
ağac növləri yayılmışdır. Subasarda və çay sahillərində yayılmış 
ağaclardan:  söyüd,  iydə,  qoz,  armud,  alma,  tut  və  bəzi  meyvə 
ağaclarını  göstərmək  olar.  Çay  vadilərində  isə  çəmən  bitki-


 
24 
lərindən  çim,vəhşi  yonca,  palış,  alma  çiçəyi,  cil  və  s.  bu  kimi 
bitkilər yayılmışdır. 
Yuxarıda qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, 
bitkilər  torpağı  yuyulmaqdan  qoruyub,  onun  əmələ  gəlməsində 
və  münbitliyinin  qorunub  saxlanılmasında  mühüm  rol  oynayır. 
Lakin təbii bitki örtüyünün məhv edilməsi və ağacların qırılması 
eroziyanın  baş  verməsinə  şərait  yaradır.  Belə  hadisəyə  isə 
Azərbaycanın  başqa  dağlıq  və  dağətəyi  rayonlarında  olduğu 
kimi, Kiçik Qafqazın şimal-şərq yamacında, o cümlədən Göygöl 
bölgəsində də rast gəlinir. 
Hazırda  Azərbaycan  Respublikası  höküməti  respublika 
təbiətinin  qorunması,  meşələrin  bərpası  üçün  ciddi  ölçülər 
götürür və respublikada böyük bərpa işləri aparır.  
 
1.6 Hidroqrafik şəbəkə 
Göygöl  və  Daşkəsən  rayonlarının  ərazisi  Kiçik  Qafqazın 
şimal  və  şimal-şərq  yamaclarında  yerləşmişdir.  Ərazidən  axan 
çaylar  əsasən  Murovdağ  silsiləsinin  şimal  yamacından  qi-
dalanırlar. Ərazinin müasir hidroqrafik şəbəkəsi uzun dövrlər ər-
zində bir sıra dəyişikliklərə uğrayaraq, indiki vəziyyəti almışdır. 
Ərazidə  axan  çaylar  dağlıq  zonadan  çıxdıqdan  sonra  heç 
bir  qol  qəbul  etmirlər.  Onların  region  ərazisində  böyük  kənd 
təsərrüfat  əhəmiyyəti  vardır.  Belə  ki,  bu  çayların  sularından 
bütünlüklə  böyük  əkinçilik  potensiyalına  malik  olan  düzən 
zonanın torpaqları suvarılır. 
Qəbul edilmiş əlamətlər və həmçinin ümumi fiziki-coğrafi 
şəraitinə  görə  Azərbaycan  Respublikası  12  hidroloji  regiona 
bölünür.  Rayon  ərazisindən  axan  çaylar  2  hidroloji  zona 
daxilində birləşmişlər. Birinci-az axan çaylar zonasıdır (5-1/can. 
km
2
).  Bu  zona    şimaldan  Gəncə  şəhəri  enliyindən,  cənubdan 
alçaq və orta dağlıq zonası arasından keçən xətt ilə sərhədlənir. 
İkinci-orta  axan  çaylar  zonadır  ki,  (25-5  l/san.km
2
)  bu  bütün-
lüklə orta və yüksək dağlıq hissəni əhatə edir. 
Ərazinin ən böyük çaylarından olan Kürəkçay, Qoşqar və 
Gəncəçayı  göstərmək  olar.  Bu  çaylar  Murovdağ  və  Şahdağ  sil-
siləsinin ensiz suayrıcı  yalından başlayaraq, şimal istiqamətində 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə