Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə28/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   24   25   26   27   28   29   30   31   ...   175

95

beli kimi pul-pul qadınlar; kərtənkələ burunlu iynəcələrlə bir-birinə birləşmiş ikibaşlı  əjdahalar,

kentavrlar, fillər, mantihorlar, budaqlarda uzanmış kürəkayaqlılar, quyruqlarından oxatanlar çıxan

qrifonlar, sonsuz uzunluqda boyunları olan, cəhənnəmdən çıxmış bədheybətlər, insanabənzər heyvanlar

və heyvanabənzər insanlar cərgəsi, cırtdanlar dəstəsi - və bunlarla eyni səhifədəcə kənd təsərrüfatını əks

etdirən səhnələr elə ecazkar canlılıqla təsvir olunmuşdu ki, rəsmləri canlı sanmaq olardı: həm biçinin

qızğın çağı, həm yerin şumlanması, həm məhsulun yığılması, həm otun biçilməsi, həm yunun

qurudulması, həm toxumun səpilməsi; və bütün bunların arasında oxlarla silahlanmış tülkülər və çaqqallar

meymunların qoruduğu çoxqülləli bir şəhərin divarlarına dırmaşırdı. Hansı adınsa baş hərfi olan L

qıvrılaraq səhifənin aşağısında əjdaha quyruğu yaradırdı, “Verba” sözünün ilk hərfi olan V-nin

gövdəsindən üzüm salxımları kimi bir-birinə dolanmış minlərlə ilan çıxır, bu ilanlardan da budağın

yarpaqları kimi yeni ilanlar sallanırdı.

Məzamirin yanında, bir az əvvəl tamamlandığı açıqca bilinən, ovcumun içinə sığa biləcək qədər qcyri-

adi kiçik ölçüdə gözəl bir dua kitabı vardı. Xırda yazılar və haşiyə rəsmləri ilk baxışdan zorla ayırd edilirdi,

kitabın bütün gözəlliklərini görmək üçün gözə daha yaxın tutulması gərəkdi. Rəssamın belə kiçik təsviri

bu qədər aydınlıqla çəkə bilməsi üçün hansı fövqəladə alətdən istifadə etdiyini yalnız düşünə bilərdin.

Bütün səhifələrin kənarları qeyri-adi gözəlliklə yazılmış hərflərdən sanki onların təbii bir uzantısı olaraq

doğan kiçik rəsmlərlə dolmuşdu: su pəriləri, qaçan marallar, ağızlarından od püskürən əjdahalar, yazıların

hər yerindən soxulcan kimi çıxan əlsiz insan gövdələri. Bir yerdə üç ardıcıl sətirdə təkrarlanan üç “Pakdır,

Pakdır, Pakdır” sözlərinə birləşmiş şəkildə insan başlı üç gözəl heyvan rəsmi çəkilmişdi; bunların ikisi bir

öpüşlə birləşmək üçün biri aşağı, digəri yuxarıya doğru əyilmişdi; səhifənin bu yerində rəsmə haqq

qazandıracaq, açıq-aşkar olmasa da, gizli və dərin bir emi məzmun olduğuna inanmasaydım, heç tərəddüd

etmədən bu öpüşü ədəbsiz və utancverici deyə, tərif edərdim.



96

Bu vərəqlərə heyranlıq və gülüş içində baxırdım, çünki rəsmlər müqəddəs kəlamların yanında təsvir

olunsalar da, adamı bilaixtiyar güldürürdü. Rahib Vilhelm də onlara gülümsəyərək baxırdı: “Mənim

ölkəmdə bunlara “bcybvinlər” deyirlər”.

“Qallar isə “babucnlor” deyir, - Malaxia dilləndi. - Adelmo, doğrudan da, rəssamlığı sizin ölkənizdə

öyrənmişdir, sonra isə sənətini Fransada təkmilləşdirmişdir. Babuinlor - Afrika meymunlarıdır. Qalaların

qüllələr ucunda dayandığı, yerinsə göy üzündə olduğu, tərsinə dönmüş bir dünyanın məxluqları”.

Mənə doğma olan yerlərin dilində eşitdiyim şeir parçasını xatırladım və onu söyləməkdən özümü

saxlaya bilmədim:

Alter Wundcr si geswigen, das Herde Himel hat uberstigen, das suit is ver ein Wunder

wigcn

73

Malaxia həmin sətirdən davam etdi:



Erd ob un Himel unter

das sult ir hen besunder

Ver aller Wundcr cin Wunder

74

“Afərin, - kitabxanaçı məni təriflədi, - Adso, doğrudan da, bu rəsmlər göy qazın üstündə gedilən



yerlərdən, qartalların çayda balıq ovladıqları, ayıların səmada şahinləri qovduqları, xərçənglərin

göyərçinlər üstündə uçduqları, üç divin siçan tələsinə düşdükləri və xoruz tərəfindən dimdiklondikləri

yerlərdən bəhs edir”.

73

  Başqa möcüzələr anılmasın,



Göy üzünə hakim oldu yer üzü,

Tək möcüzə budur (əski almanca)



74

 Buludlar ayaqlar altında,

Yer buludların üzərində,

Möcüzələr bir-birinin ardınca (əski almanca)




97

Onun dodaqlarına solğun təbəssüm çökdü. Söhbətə çəkinə-çəkinə qulaq asan digər rahiblər,

kitabxanaçının iznini gözləyirlərmiş kimi, zavallı Adelmonu tərifləyib, onun ən məzəli rəsmlərini bir-

birinə göstərərək, gülməkdən uğunub getdilər. Arxamızdan sərt və ciddi bir səs eşidiləndə qəhqəhələr hələ

kəsilməmişdi:

“Boş və gülməli sözlər danışmaq sizə yaraşmaz!”

Döndük. Danışan, illərin ağırlığı altında beli bükülmüş, yalnız saçları deyil, dərisi və göz bəbəkləri də

qar kimi bəmbəyaz olan qoca bir rahib idi. Kor olduğunu anladım. Amma səsində amiranəlik vardı,

qocalıqdan beli bükülsə də, əlləri və ayaqları güclü idi. Bizi görürmüş kimi dayanmışdı, sonralar da onun

sanki görmə qabiliyyətini itirməmişcəsinə hərəkət etdiyini və danışdığını gördüın. Nitqindən elə

görünürdü ki, o, həm də peyğəmbərlik lütfünə sahibdir.

“Gördüyünüz bu yaşı və biliyi ilə şərəflənmiş insan, - Malaxia Vilhelmə dedi. - Burqoslu Xorxedir.

Qrottaferratlı Alinardodan sonra o, monastırda yaşca hamıdan böyükdür, başqa rahiblər tövbə edərkən

gizli saxladıqları günahlarını ona açırlar. - Sonra üzünü qocaya çevirib davam etdi, - Sizin qarşınızda

qonağımız Baskervilli rahib Vilhelmdir”.

“İnanıram ki, mənim iradımdan acıqlanmadınız, - qoca qırıq-qırıq dedi. - Qardaşlarımın gülünc şeylərə

necə güldüklərini eşitdim və onlara qaydalarımızdan birini xatırlatmaq istədim. Zira susqunluq andına

görə rahib hətta gözəl sözlər danışmaqdan çəkinməlidirsə pis sözlərdən çəkinməsi daha çox lazımdır.

Məzamir yazarı da belə deyir. Pis sözlər kimi, pis surətlər də var. Bunlar Yaradana iftira atan, onun

dünyanı necə xəlq etdiyini təhrif edən, dünyanın indiyə qədər necə olduğunu və sonsuzadək necə olacağını

tamamilə tərsinə göstərən surətlərdir. Amma dediklərim sizə aid deyil, siz başqa ordendən gəlirsiniz; eşit-

diyimə görə o ordendə ən yersiz əyləncə də xoş qarşılanır”. O, benediktinlər arasında Assizli Müqəddəs

Fransiskin qəribəlikləri haqqında yayılmış şayiələrə, bəlkə də fransiskan şəcərəsinin ən qəribə zoğları olan

yarıqardaşların və spiritualların davranış-




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə