Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə36/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   32   33   34   35   36   37   38   39   ...   175

122

sədə qaldı, amma əksər rahiblər həyətə çıxıb, səssizlik içində dərin düşüncəyə dalmış halda gəzişməyə

başladılar. Vilhelmlə mən də belə etdik. Xidmətçilər yatmışdılar və biz hava işıqlanmamışkən alaqaranlıq

ayini üçün kilsəyə qayıdanda onlar hələ yuxuda idilər.

Məzamirlərin oxunmasına başlandı; onlardan biri - cümə axşamları üçün nəzərdə tutulanı elə dəhşətli

idi ki, əvvəlki qorxular yenidən ruhumu bürüdü. Belə sərt sözlərin məhz bu günə aid olacağından təşvişə

düşdüm: “Günahkar özünün şəhvətli ruhu ilə öyünür; kibrindən Tanrıya məhəl qoymur; onun dodaqları

lənət, yalan və hiyləgərliklə doludur; dilinin altında əzab və fəlakət yatır”. Nizamnaməyə görə mədhiyyə

məzamirlərindən sonra, Əhdi-cədiddən Məhşər bölümünün oxunması həyəcanımı daha da artırdı; bir gün

əvvəl qəlbimə və gözlərimə hakim kəsilmiş qapı fiqurları yenidən yaddaşımda canlandı. Amma

responsoriyalar' da, münacatlar da, himnlər də bitdi və  İncili-Şərifin oxunmasına başlandı. Bu zaman

xorun pəncərələrinin arxasında, mehrabın düz altında ağımtıl işıq göründü. Gecənin qaranlığında solğun

görünən rəngbərəng şüşələr canlanmağa başladı. Amma dan yeri sökülməmişdi hələ; çünki belə olsaydı,

rahiblər oxuyardılar: “Müqəddəsliyin ecazkar işığı olan Tanrı” və “Günün parıltılı işığı doğdu artıq”. Qış

şəfəqinin ilk ürkək işıltısıydı bu; lakin kilsə nefinin içində zülmətin yerini alan bu incə panitı qəlbimin

yenidən fərəhlə dolmasına yetərdi.

Biz müqəddəs kəlamlar oxuyur, xalqları aydınlığa çıxarmaq üçün göndərilmiş Sözə şahidlik edirdik,

və mənə elə gəldi ki, gün işığı öz möhtəşəm parıltısı ilə bütün məbədə yayılır. Hələ görünməyən işıq sanki

bizim dualarımızdan saçılırdı - tavanın çarpaz tirləri arasında açılmış xoş  ətirli, sirli bir zanbaq kimi.

“Sözlə anladılması mümkün olmayan bu sevinc anı üçün şükürlər olsun sənə Tanrım!” - səssizcə dua

etdim və öz-özümdən soruşdum: “Nədən qorxursan, ay axmaq?” Birdən şimal qapısı

82

82



responsoriyalar (ibadət zamanı) - antifonal, yəni iki xorun növbəli oxuması zamanı cavab partiyası


123

tərəfdən səs-küy eşidildi. İşə başlayan nökərlərin müqəddəs ayini belə həyasızlıqla pozduqlarından

heyrətə düşdüm. Lakin üç donuzotaran qorxmuş halda məbədə girib, abbata nəsə pıçıldadı. Abbat,

güman ki, ayini pozmaq istəmədiyindən əlinin hə-

rəkəti ilə onları sakitləşdirməyə çalışdı. Amma başqa xidmətçilər də gəldilər, səslər daha da ucaldı.

“Orada ölü var, ölü!” - kimsə qışqırdı, o birilər isə ona: “Ölü rahib! Başmaqlarını görmədinmi?” - deyə,

cavab verdilər.

Dua edənlər susdular. Abbat kelara dalınca gəlməsini işarə edərək, tələsə-tələsə çıxdı. Vilhelm də

keların ardınca getdi, sonra isə başqa rahiblər də yerlərindən qalxaraq həyətə qaçdılar.

Səma işıqlanmışdı, yeri örtmüş qar ovalığı daha da aydınladırdı. Xor yerinin arxa tərəfində, tövlələrin

qarşısında, dünən axşam donuz qanı ilə doldurulmuş böyük bir çəlləyin içindən xaç şəklində əcaib bir

şey sallanırdı - qarğaları qorxutmaq üçün yerə basdırılan iki şüvülün üstünə atılmış əsgi-üsgü kimi.

Amma bunlar insan ayaqları idi; başı qanla dolu çəlləyin içinə soxulmuş bir adamın ayaqları.

Baş rahib cəsədin (təəssüf, aydın idi ki, canlı insan belə rüsvayçı vəziyyətdə qala bilməzdi) iyrənc

horramn içindən çıxarılmasını buyurdu. Donuzotaranlar çəkinə-çəkinə çəlləyin kənarına yaxınlaşdılar,

qana bulaşa-bulaşa qanlı cəsədin ayağından yapışıb dartdılar. Dünən mənə dedikləri kimi, yaxşıca

qarışdırılıb soyuqda qoyulmuş təzə qan hələ laxtalanmamışdı. Amma

indi cəsədin üstündə bir andaca qatılaşaraq, zavallının libasına yapışmış və üzünü tanınmaz hala

gətirmişdi. Xidmətçi su gətirib bədbəxtin üzünə tökdü. Başqa biri əyilib əsgi ilə onun üzünü sildi. Və

gözlərimizin qarşısına dünən talesiz Adelmonun masası yanında söhbət etdiyimiz, qədim yunanlar

barədə bilik sahibi Salvemekli Venansionun bəyaz üzü açıldı.

“Adelmo bəlkə də özünü öldürmüşdür, - Vilhelm cəsədin üzünə baxaraq dedi. - Amma bu, şübhəsiz,

belə deyil. Qəza nəticəsində sürüşüb çəlləyin içinə yıxılmasını düşünmək də çətindir”.

Abbat ona tərəf yaxınlaşdı: “Vilhelm qardaş! Görürsünüz,

abbatlıqda nəsə baş verir. Sizin bütün məharətinizə ehtiyacımız var. Sizi and verirəm, tez hərəkət edin!”



“O, ibadət zamanı xorda idimi?” - Vilhelm başı ilə cəsədi göstərərək soruşdu.

“Yox, - abbat dedi. - Onun yerinin boş olduğunu gördüm”.

“Daha kim yox idi?”

“Məncə, heç kim. Görmədim”.

Vilhelm növbəti sualı verməzdən əvvəl bir qədər düşündü və abbatdan başqa heç kimin eşitməməsi

üçün pıçıltı ilə dedi: “Berenqar yerində idimi?”

Baş rahib yalnız özünə məlum olan səbəblərdən duyduğu şübhəni ustadımın da hiss etdiyini görüb,

dilxor olduğunu bütün görkəmi ilə bəlli edərək, dəhşət içində heyrətlə ona baxdı. Sonra cəld dedi:

“Yerindəydi. O, birinci sırada dayanır, mənim düz sağımda”.

“Əlbəttə ki, - Vilhelm dedi, - bütün bunların heç bir mənası yoxdur. Zənnimcə, heç kim xora girmək

üçün apsidin

83

 arxasına keçməmişdir. Deməli, cəsəd bir neçə saatdır ki, buradadır. Ən azı, hamı yatmağa



getdikdən bu yana”.

“Doğrudur. İlk xidmətçilər dan yeri söküləndə qalxırlar. Buna görə də onu yalnız indi tapıblar”.

Vilhelm ölüyə tərəf əyildi, sanki meyitə baxdığı birinci dəfə deyildi. Yanındakı  əsgini suya batırıb,

Venansionun üzünü yaxşı-yaxşı sildi. Bu zaman rahiblər dəhşət içində ağı deyə-deyə bir yerə yığışdılar.

Abbat onlara sakitləşməyi əmr etdi. Ölülərin müayinə edilməsinə məsul olan Severin rahiblərin arasından

çıxıb, ustadıma yaxınlaşdı və onunla birlikdə cəsədə tərəf əyildi. Mən nə danışdıqlarını eşitmək və

Vilhelmə suya batırılmış təzə əsgi vermək üçün qorxumu və ikrahımı boğaraq, daha da yaxınlaşdım.

“Heç boğulmuş adam gördünmü?” - Vilhelm soruşdu.

“Dəfələrlə, - Severin cavab verdi. - Nə demək istədiyini anlayıram. Boğulanların üzü belə olmur, şişir”.

“Deməli, onu çəlləyin içinə ölmüş vəziyyətdə atıblar”.

“Bəs nə üçün?”

83

apsid - kilsə divarlarında yarımqövs şəklində çıxıntı

124



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə