1 1 7
min məram və məqsədi monastırın nizamnaməsinə zidd olmayacaqsa. Belə hallarda ona Baş rahibə
müraciət etmək lazımdır.
Şam yeməyi bitincə rahiblər axşam duası üçün xora getməyə hazırlaşdılar. Yenidən kukollarını
üzlərinə endirdilər və qapının önündə bir-birinin arxasınca sıraya düzüldülər. Sonra məzarlığın yanından
bir-bir keçərək, xorun şimal qapısına tərəf yollandılar.
Biz abbatla birlikdə çıxdıq. “Bu saatlarda Binanın qapıları bağlamrmı?” - Vilhelm soruşdu.
“Xidmətçilər yeməkxana və mətbəxi təmizlədikdən dərhal sonra kitabxanaçı şəxsən özü bütün qapıları
içəridən kilidləyib rəzəsini çəkir”.
“İçəridən? Bəs özü necə çıxacaq?”
Abbat bir anlığa gözlərini Vilhelmə zillədi. Sonra ciddiləşdi və tərs-tərs dedi: “O, əlbəttə, mətbəxdə
yatmır”. Və addımlarını yeyinlətdi.
“Bəs belə imiş! - Vilhelm qulağıma pıçıldadı. - Deməli, bir çıxış qapısı da var, amma bunu bizim
bilməyimiz lazım deyildir”. Onun çıxardığı nəticədən qürrələnib gülümsədim. Amma o deyindi: “Gülmə.
Gördün ki, bu divarlar arasında gülmək insana yaxşı ad qazandırmır”.
Biz xora girdik. İki insan boyunda, böyük bir bürünc üçayaq üstündə yalnız bir çıraq yanırdı. Rahiblər
kürsülərdə oturdular, v aız Müqəddəs Qriqoridən moizə oxudu.
Sonra abbat işarə verdi və keşiş oxudu: “İlahi, bizə rəhm et”. Abbat cavab verdi: “Köməyimiz
Tanrıdandır” və hamı xorla dedi: “Yeri və göyü Yaradan”. Sonra zəburdan ayələr oxudular: "Sənə
səsləndiyim zaman mənim haqlı olduğumu eşit, ey Tanrım” və “Tanrım, bütün qəlbimlə sənə şükr edirəm”
və “Tanrını mədh edin, ey bəndələr, Tanrının adlarını mədh edin”.
Biz xordakı sıralarda oturmamışdıq, baş nefdə dayanmışdıq. Əuradan biz, Malaxianın qaranlıqda, yan
tərəfdəki sovməədən qəflətən çıxdığını gördük.
“O yeri yadında saxla, - Vilhelm dedi, - yəqin ki, orada Binaya aparan bir keçid var”.
118
“Məzarlığın altındanmı?”
“Niyə də olmasın? Düşün bir... burada mütləq sümüklərin toplandığı bir yer olmalıdır. Çünki yüz illər
boyunca ölmüş rahiblərin hamısını bir parça torpaqda dəfn etmək mümkün deyil”.
“Siz, doğrudanmı, gecə vaxtı kitabxanaya girmək istəyirsiniz?” - qorxudan titrəyə-titrəyə soruşdum.
“Ölmüş rahiblərin, ilanların, sirli çıraqların olduğu yerəmi?.. Yazıq Adso. Yox, oğlum, getməyəcəyəm.
Bu barədə bu gün düşünmüşdüm, amma maraqlandığım üçün deyil, Adelmonun necə öldüyünü
aydınlaşdırmaqdan ötrü. Lakin indi, sənə dediyim kimi, əlimdə daha məntiqli izahlar varkən, hər şeyi
ölçüb-biçdim və olduğum yerin qanunlarına hörmət etməyi qərara aldım”.
“Onda bu keçid nəyinizə lazımdır?”
“Çünki idrak yalnız mümkün və lazım olanı deyil, mümkün olanı, amma lazım olmayanı da əhatə edir.
Məhz buna görə şüşə ustasına bu gün söyləmişdim ki, müdrik açdığı sirləri gizlətməyə borcludur - başqa
insanlar onlardan şər niyyətlə istifadə etməsinlər deyə. Lakin bu sirləri açmaq lazımdır. Zənnimcə, bu
kitabxana - sirlərin gizli qaldığı bir yerdir”.
Bu sözləri dedikdən sonra kilsədən çıxdı, çünki ayin də bitmişdi. İkimiz də çox yorulduğumuz üçün
hücrəmizə çəkildik. Vilhelmin zarafatla “gor” adlandırdığı oyuğa girdim və dərhal yuxuya getdim.
İKİNCİ GÜN
120
G E C Ə Y A R I S I ,
Qısa sürən, bir neçə saatlıq mistik sevinc
qanlı bir hadisəylə sona çatır
Bəzən şeytanın, bəzən də çarmıxa çəkilmiş Məsihin rəmzi olan xoruz bütün heyvanlardan hiyləgərdir.
Ordenimizdə sübh çağı banlamağa tənbəllik edən xoruzları da xatırlayırlar. Həm də qış günlərində
gecəyarısı duası gecənin zil qaranlığında, bütün təbiət yuxuda olarkən edilir; rahib isə qaranlıqda qalxıb
gecə boyunca uzun müddət dualar edərək, günün doğuşunu gözləməyə və zülməti həqiqi etiqadla
qovmağa borcludur. Bunun üçün də, müdrik qaydalara görə gecələr oyaq qalan rahiblər, qardaşları kimi
yataqlarına uzanmadan, keçən zamanı ölçməyə imkan verəcək sayda zəbur ayələrini uyğun bir şəkildə
oxumalıdırlar. Beləcə, digər rahiblərə ayrılan yuxu saatı bitincə, onların oyanmaları üçün işarə verirlər.
O gecə biz də bu rahiblər tərəfindən oyandınldıq. Onlar zəng çala-çala yataqxanaya və zəvvar
müsafırxanasma girdilər. Onlardan biri hücrə-hücrə dolaşıb ucadan deyirdi: “Tanrımızı mədh edək”,
hücrələrdən isə cavab verirdilər: “Tanrıya şükr olsun”.
Vilhelmlə mən benediktin adətincə hərəkət etdik: yarım saatdan az bir vaxt içində yeni günü
qarşılamağa hazırlaşdıq; sonra xora girdik, burada müridlərin ustadları ilə birlikdə gəlişini gözləyən
rahiblər üzüqoylu səcdəyə düşüb, zəburdan ilk on beş ayəni oxuyurdular. Sonra hamı öz yerində oturdu
və xor oxudu: “Uca Tanrım, dodaqlarımı aç ki, sənə mədhiyyələr söyləyə bilim”. Səsləri bir körpənin
fəryadı kimi kilsənin hündür tavanına doğru ucaldı. İki rahib kürsüyə çıxıb doxsan dördüncü ayəni
oxumağa başladı: “Gəlin, Tanrıya nəğmələr qoşaq”, bunun ardınca başqa ayələr oxundu. Yenilənmiş bir
inancla alovlandı qəlbim.
121
Rahiblər yerlərində donub-qalmışdılar: eyni cübbəli və eyni kukollu altmış nəfər, üçayaqdan yayılan
alovla zəif işıqlanmış altmış kölgə, Uca Tanrını canfəşanlıqla mədh edən altmış səs. Onların cənnət
qapılarının astanasındakı kimi bu ecazkar ahəngdarlığının içində əzab çəkə-çəkə öz-özümdən soruşdum:
doğrudanmı, bu monastır müəmmalı sirlər, onları açmaq üçün qanunsuz cəhdlər və dəhşətli təhdidlərlə
dolu bir yer ola bilər? Zira abbatliq həmin anda mənə övliyalar məclisi, məziyyətlər məkanı, müdriklik
gəmisi, elm dəryası, idrak qülləsi, həlimlik malikanəsi, dözüm qalası, müqəddəslik buxurdanı kimi
görünürdü.
Altı məzamirin ardından əhdi-cədid oxundu. Bir neçə rahibi yuxu basmışdı, gecə növbətçilərindən biri
mürgüləyənləri oyatmaq üçün kiçik bir çıraqla aralıqda dolaşırdı. Kimsə yuxuya getmiş halda
yaxalansaydı, cəza olaraq çırağı götürüb, əvvəlki rahibin əvəzinə cərgələri dolaşırdı. Sonra daha altı
məzamir oxundu. Baş rahib hamıya xeyir-dua verdi, həftəlik ibadətə məsul olan rahib dua oxudu və hamı
dərin düşüncə anı içində mehrabın qarşısında diz çökdü. Bütün ruhu dincliklə dolduran mistik coşqunluq
saatlarını bizim kimi yaşamayanlar o dəqiqələrin ləzzətini anlaya bilməzlər. Nəhayət, kukollar aşağı
endirildi və hamı yerinə qayıdıb, vüqarla ucadan “Te Deum oxudu. Məni şübhələrimdən xilas etdiyi üçün
və monastırdakı ilk günün ağırlığını qəlbimdən çıxardığına görə hamı ilə birlikdə böyük bir sevinc içində
Tanrıya şükürlər etdim. “Biz hamımız zəif və acizik, - öz-özümə dedim, - hətta bu qədər təmiz və vicdanlı
dindarlar arasında da, İblis xırda inciklik və bədxahlıq toxumları səpə bilər. Amma hamı Tanrı Atanın adı
ilə birləşsə və Məsihin endirdiyi nemətlərə ehtiramlar göstərsə, bütün bunlar güclü iman küləyinin
dağıtdığı tüstü kimi, yox olub gedər”.
Gecə yarısı ayinindən alaqaranlıq duasına qədər rahib, hətta gecə uzun da olsa, hücrəsinə qayıtmır.
Rahibliyə hazırlaşanlar məzamir oxumaq üçün ustadları ilə birlikdə iclas zalına girdilər. Bir neçə rahib
ibadət ləvazimatlarını sahmana salmaq üçün kil-
Sənə, Tanrım (latınca) - xristianlarda qədim şükranlıq ifadəsi (tərc.)
Dostları ilə paylaş: |