Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə43/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   39   40   41   42   43   44   45   46   ...   175

mərasiminə rast gəlmişdik. Camaat ilk dəfə onlara övliyalar kimi baxırdı, sonra isə onların kafir

olduqlarını pıçıldamağa başladılar. Amma hər dəfə eyni adamlardan söhbət gedirdi. Onlar

yalnız ayıb yerlərini örtərək - görünür, hər cür utanc hissinə qalib gəlmişdilər - şəhərin küçələrindən

keçirdilər. Hər birinin əlində xam dəridən qamçı vardı və qan çıxanadək öz çiyinlərinə vururdular;

Xilaskarın əzablarını gözləri ilə görmüş kimi bolca göz yaşı axıdıb, ağılar söyləyərək Məsihdən mərhəmət

və Məryəm Anadan yardım diləyirdilər. Yalnız gündüzlər deyil, gecələr də  əllərində  şam, hətta qışın

şaxtasında da çılpaq halda bir yerə toplaşaraq kilsələri gəzir, əllərində bayraqlar və  şamlar tutmuş

yepiskopların ardınca mehrabların önündə yerə sərilirdilər. Yalnız aşağı təbəqədən olan sadə insanlar

deyil, əsilzadə qadınlar və tacirlər də... Onların fədakar etirafçılar və tövbəkarlıq mücahidləri olduqlarını

anladım: oğurluq edənlər götürdükləri şeyləri geri qaytarırdılar, günahkarlar tövbə edirdilər...

Lakin Vilhelm onlara laqeydcə baxıb dedi ki, bu, həqiqi tövbəkarlıq deyildir. Və bunu sübh çağı dediyi

sözlərlə izah etdi: böyük tövbəkarlıq və təmizlənmək dövrü sona çatdı, gördüklərimiz isə kütlənin

ehtirasını müəyyən bir çərçivəyə salmaq üçün bizlərin etdiyi cəhdlərdir; doğrudan da, küfr olan və hər

kəsə qorxu aşılayan başqa bir tövbəkarlıq istəyinə düşməsinlər. Lakin bu iki tövbəkarlıq arasındakı fərqi,

əgər vardısa da, görə bilmədim. Zənnimcə, fərq bunların davranışları ilə deyil, müqəddəs kilsənin bu və

ya digər davranışlara hansı nöqteyi-nəzərlə : axması ilə müəyyənləşirdi.

Ubertino ilə mübahisəmizi dönə-dönə xatırlayırdım. Vilhelm onun mistik olsa da, həqiqi inancı ilə

bidətçilərin pozğun inancları arasında fərqin, demək olar ki, olmadığını söyləməklə insafsızlıq edirdi.

Əlbəttə ki, Ubertino bundan bərk incimişdi; fərqi görə bilən hər kəs onun yerində olsaydı, özünü təhqir

edilmiş sayardı. Belə nəticəyə gəldim ki, Ubertino küfrlə iman arasındakı fərqi məhz görə bildiyi üçün

bidətçilərdən fərqlənir. Vilhelm isə, yəqin, bu fərqi görə bilməyi unutduğu üçün inkvizitor vəzifəsindən

ayrılmışdı. Məhz buna görə o, mənə sirli rahib




146

Dolçino haqqında danışa bilmədi. “Amma belədirsə, - öz-özümə dedim, - deməli, Vilhelm Tannnın

mərhəməti və hikmətindən məhrum olmuşdur, zira bu hikmət nəinki şərlə xeyir arasındakı fərqi anlamağı

öyrədir, hətta mühakimə etmək bacarığı da bəxş edir”. Ubertino və Montefalklı Klara (ətrafı günahkarlarla

dolu olsa da) məhz ayırd edə bildikləri üçün övliya olaraq qalmışdılar. Müqəddəslik - elə bu qabiliyyətə

malik olmaqdır.

Lakin Tanrı Vilhelmi nə üçün bu qabiliyyətdən məhrum etmişdi? Axı onun çox iti zəkası vardı və

təbiət hadisələrinə aid olan hər bir şeydə ən xırda fərqi, ən kiçik oxşarlığı ayırd edə bilirdi...

İçəriyə daha bir rahib girəndə mən bu düşüncələrə qərq olmuşdum, Vilhelm isə sakitcə südünü içirdi.

O salamlaşdı: dünən yazı zalında gördüyümüz, üzündə daim eyni bir ifadə olan İskəndəriyyəli Aymaro

idi. O, sanki insan nəslinin fani olmasından təəccüblənə bilmirdi, üzündə bu kosmik fəlakətə laqeydlik

ifadəsi vardı.

“Hə, Vilhelm qardaş, bizim dəlixanaya alışa bildinizmi?”

“Zənn edirdim ki, bura məziyyət və elm baxımından ən dəyərli insanların məskənidir”, - Vilhelm

təmkinlə cavab verdi.

“Əvvəllər belə idi. Həm abbatlar abbat idi, həm də kitabxanaçılar kitabxanaçı. İndi isə...Siz özünüz də

gördünüz, - o, barmağı ilə yuxarı mərtəbəni göstərdi. - Gözləri korun gözlərinə oxşayan yarıölü alman

gözləri ölü gözlərinə bənzəyən kor ispana can-başla qulaq asır; sanki Dəccal hər an gələ bilər. Qədim

perqamentləri qazıyaraq pozurlar, yeniləri nədənsə buraya gəlib çıxmır. Biz burada oturmuşuq, əsl həyatsa

aşağıda, şəhərlərdədir. Bir zamanlar dünya monastırlarımızdan idarə olunurdu. İndi isə baxın, imperatora

dostları ilə düşmənlərini burada görüşdürmək daha sərfəlidir. Missiyanızla bağlı bəzi şeylər bizə

məlumdur, rahiblər daim boşboğazlıqla məşğuldur, başqa işləri yoxdur... Amma ölkədəki vəziyyətə hakim

olmaq üçün imperator monastırları vecinə də almır, şəhərlərdə qalır. Biz burada dən üyüdürük, quşları

yemləyirik. Şəhərlərdə isə qumaşı maral




dərisinə dəyişirlər, maral dərisini ədviyyat dolu çuvallarla dəyiş-düyüş edirlər, sonra da hamısını yaxşı

pullara satırlar. Biz r.ımizi qoruyuruq, onlar isə sərvət üstünə sərvət yığırlar. Kitablar da eləcə. Onların

kitabları bizimkilərdən daha gözəldir”

Əlbəttə, dünya daim yenilənir. Amma burada abbatın gülsün nədir?”

Q günahkardır. Kitabxananı əcnəbilərin əlinə verdi, bütün m: rastın isə kitabxanam qorumaq üçün bir

qalaya çevirdi. Müqəddəs Benediktin rahibləri bu italyan yüksəkliklərində bütün italyanlara dayaq

olmalıdır, italyanlar ölkələrinin taleyini özləri həll etməlidirlər. Bunun əvəzinə... indi hətta papadan

məhrum olan italyan şəhərləri nə ilə yaşayır? Ticarətlə məşğul olurlar, zənginləşirlər. Onlar fransız

kralından da zəngindirlər. Deməli, biz də onlardan nümunə götürməliyik. Nəyi bacarırıq? Kitablarımı?

Eləsə, kitablarla məşğul olmaq və onları dünyanın bütün universitetlərinə göndərmək lazımdır. Və

vadilərdə nələr baş verdiyini öyrənmək lazımdır... Vəzifənizə olan bütün hörmətimə rəğmən, Vilhelm

qardaş, mən imperatoru nəzərdə tutmuram. Amma boloniyalıların və florensiyalıların nə ilə məşğul

olduqlarını öyrənmək lazımdır. İtaliyadan Provansa gedib-gələn zəvvarlarla tüccarların yoluna buradan

nəzarət edə bilərik. Kitabına sadə xalq dilində yazılmış  ədəbiyyatla da məşğul olmalıdır, latınca

yazılmayan yeni kitablara da diqqət yetirilməlidir... Bunun əvəzində isə bir ovuc əcnəbi bizimlə istədiyi

kimi davranır və kitabxananı qədim qaydalarla idarə edir, sanki Klyunidə baş rahib hələ də mehriban

Odiyondur...”

“Amma abbat italyandır axı”, - Vilhelm dedi.

“Abbatın heç bir əhəmiyyəti yoxdur, - Aymaro vərdiş etdiyi təbəssümlə dedi. - Onun başı kitab

rəfləridir. Böcəklərin gəmirdiyi kitab rəfləri. Papanın acığına abbatlığı yarıqardaşlarla doldurub...

Möhtərəm Vilhelm, sizin müqəddəs ordeninizi təhqir edən dönüklərdən bəhs edirəm... İmperatora

yarınmaq üçün isə şimal ölkələrinin hamısından buraya rahiblər çağırır, sanki özümüzdə gözəl mirzələr,

yunan və ərəb dillərini bilənlər yox-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə