151
rini axtarırıq və hamının baxışları lazımi istiqamətə yönəlməklə, bilaixtiyar bir nöqtəyə cəmləndi; biz də
oraya baxdıq və monastırın ortasındakı səkkizguşəli quyuya açılan hündür pəncərələrin birinin altında
boş masa gördük.
Soyuq noyabr günü olmasına baxmayaraq, yazı zalında ilıq hava vardı. Yazı zalının kifayət qədər istilik
qalxan mətbəxin istündə yerləşməsi təsadüfi deyildi; xüsusən də mətbəxdəki iki sobanın bacaları qərb və
cənub qüllələrinin içindəki iki dolama pilləkənə dayaq verən sütunun içindən keçdiyi üçün. Böyük zalın
əks tərəfindəki şimal qülləsinə gəlincə, burada pilləkən əlmasa da, yaxşıca qızdırılmış və ətrafına xoş bir
istilik yayan böyük bir buxarı vardı. Bundan başqa, yerə bolluca saman döşənmişdi: bu, həm
ayaqlarımızı qızdırır, həm də hərəkət edərkən ayaq səslərimizi boğurdu. Deyilənlərdən aydın olur ki, ən
ız qızdırılan yer zalın şərq tərəfi idi, doğrudan da, zaldakı masaların sayı çalışan rahiblərin sayından çox
olduğundan, rahiblərin sərq tərəfdəki masalarda oturmaqdan qaçdığını gördüm. Daha sonra şərq
qülləsindəki pilləkənin həm aşağıya - mətbəxə enən, həm də yuxarıya - kitabxanaya qalxan yeganə
pilləkən olduğunu görüncə, düşündüm: zalın belə qeyri-bərabər qızdırılması rahibləri həmişə bu
pilləkəndən uzaq tutmaq, buraya maraq göstərməkdən yayındırmaq və kitabxanaçının kitabxanaya
girişini daha asanlıqla nəzarətdə saxlamaq məqsədi ilə, incə bir ustalıqla hesablanmaıuışdırmı? Bəlkə də
bir meymun kimi ustadımı yamsılamaq istədiyim üçün şübhələrimdə ifrata varırdım, zira dərhal özüm
özümə etiraz edib, bu hesabın yayda işə yaramayacağını düşündüm, amma yenə də öz-özümə dedim:
yayda məhz bu tərəfə günəş işığı daha çox düşür və deməli, yenə də hamı buradan uzaqda oturmağa
çalışacaqdır.
Mərhum Vcnansionun masası buxarının qarşısında yerləşirdi və ən rahat yerlərdən biriydi. Mən o
dövrdə ömrümün çox az hissəsini yazı zalında keçirmişdim, amma sonralar həyatımın çox hissəsi orada
keçdi; bu səbəbdən uzun qış günlərində, barmaqlar qələm tutmaqdan key imiş, baş barmaqsa əzilmiş
kimi sı-
152
zıldadığı zaman (normal temperaturda belə, altı saat yazı yazdıqdan sonra əksər adamların barmaqları
“rahib qıcolması” ilə keyiyərək ağrı verir) masa arxasında oturmağın yazıçılara, başlıq yazanlara və
araşdırmaçılara necə cismani ağrılar çəkdirdiyini bilirəm. Bu səbəbdən də, müxtəlif əlyazmaların kənarla-
rında, dözülməz ağrının və səbirsizliyin əlamətləri kimi mirzələr tərəfindən yazılmış belə ifadələrə tez-tez
rast gəlinir: “Şükür olsun sənə, Tanrım, tezliklə hava qaralacaq” və ya “Ah, bir parç şərab olsa!” Yaxud
“Bu gün hava soyuq, heç nə görünmür, perqamcnt kələ-kötür, yazı bilinmir”. Köhnə bir məsəldə deyilir:
qələmi üç barmaq tutur, bütün bədənsə çalışır. Həm çalışır, həm yorulur, həm də ağrıyır.
Amma mən Venansionun masası haqqında danışırdım. Səkkizguşəli quyunun pəncərələri altına
düzülmüş, araşdırmaçılara aynlan o biri masalar kimi bu da kiçik bir masaydı. Eşiyə baxan pəncərələr
boyunca sıralanmış, miniatürçülərə və kitab üzü köçürənlərə aynlan masalar isə daha böyük idi. Amma
Venansionun da masasının üstündə kitab rəhləsi vardı - ehtimal ki, üzü köçürülmək üçün monastırın aldığı
hansı əlyazmasındansa istifadə edirmiş. Masanın altındakı alçaq rəfin üstünə cildlənməmiş vərəqlər
tökülmüşdü, hamısı da latınca yazıldığından, bunlar Venansionun son tərcümələri olmalıydı. Xətt aydın
deyildi, vərəqlər kitaba yerləşməzdi. Görünür, bunlar üzköçürənlərə, ya da miniatürçülərə veriləcəkdi.
Onları oxumaq çox çətin idi. Burada bir neçə yunanca kitab da vardı. Daha bir yunanca kitab açıq halda
rəhlənin üstünə qoyulmuşdu. Son günlər Venansio bu əsərin tərcüməsi üstündə çalışırdı. O dövrdə mən
hələ yunan dilini bilmirdim, lakin ustadım dedi ki, bu kitab eşşəyə çevrilmiş kişi haqqında hekayədir və
Lukian adlı bir yazıçı tərəfindən qələmə alınmışdır. Mən Apuleyin yazdığı və rahibliyə hazırlaşanların
oxuması qəti qadağan edilmiş oxşar bir hekayəni xatırladım.
“Venansio belə bir kitabı nə üçün tərcümə edirdi?” - Vilhelm bizə yaxınlaşan Berenqardan soruşdu.
“Tərcümə Milanlı senyor tərəfindən monastıra sifariş edildi; əvəzində monastır şərqdəki bəzi
bağlardan şərab istehsal etmək
153
hüququ qazanacaqdır”. - Bercnqar əli ilə uzağı göstərdi. Lakin dərhal davam etdi, - “düşünməyin ki,
monastırımız ticarətlə məşğuldur. Amma bu dəyərli kitabı Bizans imperatorundan almış Venesiya
dojunun külliyyatından götürən sifarişçi bizə kitabın üzünü çıxarmaq hüququnu da verib, buna görə də
tərcümənin bir surəti kitabxanamızda qalacaqdır”.
“Deməli, kitabxananızda bütpərəstlərin əsərlərinə də yer var?” - Vilhelm soruşdu.
“Kitabxana həm həqiqətlərə, həm də yalanlara qucaq açır”, - çiynimizin arxasından səs eşidildi. Bu
Xorxe idi. Onun gözlənilməz gəlişindən yenə heyrətləndim (sonrakı günlər daha tez- tez
heyrətlənəcəkdim). Qoca yerin altından çıxırdı sanki, biz onu yox, o bizi görürmüş kimi. Çiyinlərimi
çəkdim - kor adamın yazı zalında nə işi vardı? - lakin tezliklə əmin oldum ki, Xorxe harada aş, orada
başdır, o, abbadığın hər yerində anlaşılmaz şəkildə peyda olur. Yazı zalında da kifayət qədər çox zaman
keçirərdi; sobanın yanında oturub, sanki zalda baş verən hər şeyə nəzarət edirdi. Bir dəfə mən kitabxanada
olanda bərkdən qışqırdı: “Kim gəlir?” - və döndü. Mən heç bir səs eşitməmişdim, amma bir azdan,
doğrudan da, ayaq səsləri qalın samanlığın içində eşidilməz olan Malaxia içəriyə girdi. Rahiblər Xorxeyə
dərin hörmət duyurdular; ilahiyyata dair qaranlıq məsələləri onunla müzakirə edir və hansısa heyvan,
yaxud övliyanın rəsmdə necə təsvir olunmasını onunla məsləhətləşirdilər. O isə işığı sönmüş gözlərini
boşluğa dikir, yaddaşında canlı qalmış səhifələri vərəqləyirmiş kimi, saxta peyğəmbərlərin yepiskoplar
kimi geyinməli olduğunu, ancaq onların ağzından qurbağalar çıxdığını söyləyir ya da səmavi Yerusəlimin
divarlarının hansı daşlarla bəzədildiyini, yaxud arimaspların' xəritədə keşiş İohannın torpaqlarının
yaxınlığında göstərilməli olduğunu deyirdi. Bu zaman təsvir ediləcək əcaibliklərin çox da cəlbedici
olmamasını və tanınacaq rəmz şəklində göstərilməsinin yetərli
88
88
Arimasplar - təkgözlü mifik skif xalqı (Herodota, Pomponi Meleyə, Avl Helliyə görə)
Dostları ilə paylaş: |