160
Necə olsa da, bu qınayıcı sözlər çox sərt deyilmişdi. Vilhelm diliuzunluq etsə də, indi də Xorxe
hamının yanında onun ağzından söz yox, yel çıxdığını deyirdi! Yaşlı bir rahibin dilindən çıxmış bu ağır
cavabın yazı zalını dərhal tərk etməyimiz iiçün bir çağırış olub-olmadığını düşündüm. Amma az öncə
davakarlıq edən Vilhelmin birdən-birə mülayimləşdiyini görüb təəccübləndim. “Üzr istəyirəm, möhtərəm
Xorxe. Ağzım düşüncələrimə xəyanət etdi. Sizə hörmətsizlik etmək istəmirdim. Bəlkə də siz haqlısınız,
mən yanılıram”.
Belə mütiliyi və nəzakəti gözləməyən Xorxe həm bağışladığını, həm də məmnun qaldığını bildirən
mırıltıyaoxşar bir səs çıxardı və yerinə dönməli oldu. Mübahisə zamanı ətrafımıza toplaşmış rahiblər
masalarının yanma qayıtdılar. Vilhelm yenidən Venansionun masası qarşısında diz çökdü və kağız-
kuğuzu eşələməyə başladı. O, müticəsinə üzrxahlıq etmək bahasına bir neçə an qazandı və bu bir neçə
anda gördükləri, onun növbəti gecə axtarışlarının istiqamətini müəyyənləşdirdi.
Amma doğrudan da, bu sakitlik bir neçə an çəkdi. Dərhal Bensio qələmini Venansionun masası üstündə
unutduğunu bəhanə edərək, bizə yaxınlaşdı və Vilhelmin qulağına onunla təcili danışmaq istədyini
pıçıldayaraq, hamamxananın arxasında görüş təyin etdi. Vilhelm əvvəlcə onun getməsini istəyib, az sonra
özünün də gələcəyini dedi. Bir az tərəddüd etdikdən sonra masasında oturub kataloqlara baxa-baxa baş
verənləri izləyən Malaxianı çağırdı və abbatın verdiyi səlahiyyətləri (“abbat” sözünü xüsusi vurğu ilə dedi)
yerinə yetirə bilmək üçün Venansionun masasına gözətçi qoymasını rica etdi; çünki bütün gün özü gələnə
qədər o masaya heç kimin yaxınlaşmamasını təhqiqat üçün zəruri sayırdı. Bütün bunları uca səslə dedi;
beləcə, yalnız Malaxianın rahibləri izləməli olduğunu deməklə qalmayıb, rahiblərdən də Malaxianı
gözdən qoymamalarını istədi. Kitabxanaçının itaət etməkdən başqa çarəsi qalmadı, Vilhelm isə məni də
çağırıb, oradan çıxdı.
Bağçadan keçib xəstəxananın yanında yerləşən hamamxanaya yaxınlaşanda Vilhelm mənə dedi:
161
"Məncə buradakıların çoxu Venansionun masası üstündə, ya
da altında yerləşən bir şeyi tapacağımdan
qorxur”.
“Bu, nə ola bilər?”
“Mənə elə gəlir ki, bunu tapmağıma mane olmaq istəyənlər də nə olduğunu bilmirlər”.
“Deməli, Bensionin bizə deyəcəyi bir şey yoxdur, onun məqsədi bizi yazı zalından uzaqlaşdırmaqdır?”
“İndi öyrənərik”, - Vilhelm cavab verdi. Doğrudan da, çox keçmədən Bensio gəlib çıxdı.
1 6 2
İKİNCİ GÜN
G Ü N O R T A ,
Bensio monastırın həyatı haqqında
çox da xoşagəlimli olmayan qəribə sözlər danışır
Bensionun danışdıqları çox qarmaqarışıq idi. Doğrudan da, elə görünürdü ki, bizi yalnız yazı zalından
uzaqlaşdırmaq üçün buraya çağırmışdı; amma inandırıcı bir bəhanə uydura bilmədiyi üçün ona məlum
olan həqiqətin parçalarını bizə danışırdı.
O dedi ki, səhər-səhər dilinə qıfıl vurmağı qərara almışdı, amma indi daha soyuqqanlılıqla düşündüyü
üçün Vilhelmin bütün həqiqətləri bilməsinin zəruri olduğunu anlayır. Gülüş haqqında o məşhur söhbət
əsnasında Berenqar “Afrikanın sərhədi” sözünü işlətmişdi. Bu nədir? Kitabxana sirlərlə, xüsusən do
rahiblərin oxuması üçün heç zaman verilməyən məxfi kitablarla doludur. Bensio Vilhelmin həyati
varlıqların ağlın süzgəcindən keçirilməsinə aid sözlərindən çox təsirlənmişdi. O - Bensio bir tədqiqatçı-
rahibə kitabxanadakı bütün kitablara baxma haqqının verilməsinə daim inanırdı; filosof Abclyarı məhkum
edən Suasson Dini Şurasına lənətlər yağdırırdı; o danışdıqca, həyatını bəlağət elminə həsr edən bu gənc
rahibin müstəqillik həsrəti ilə alışıb-yandığına və monastır intizamının elmə can atan ağılları zəncirləmək
üçün qoyduğu qadağalarla barışmadığına əmin olduq. Şəxsən mən hər şeylə çox maraqlanan insanlara heç
zaman inanmamağı üstün tuturdum; ancaq anlayırdım ki, ustadımın bu keyfiyyətdən çox xoşu gəlir - buna
görə də Bensionun fikirləri ilə razılaşdığını və dərdinə şərik olduğunu gördüm. Əlqərəz, Bensio bizə dedi
ki, Adelmo və Venansionun Berenqarla hansı sirlər barədə danışdıqlarını bilmir; amma bu zavallıların acı
taleyi kitabxananın gizlində necə idarə olunduğuna işıq salacaqsa, heç də üzülməyəcəyini və ipin ucundan
tutmuş ustadımın kələfi açacağına, bununla da abbatı,
1 6 3
rahiblərin zehni fəaliyyətə olan meylini buxovlamış kəndirləri yumşaltmağa inandıracağına ümid etdiyini
söylədi. Sonra əlavə etdi ki, zehinlərini kitabxananın bağnnda saxlanılan fövqəladə biliklərlə bəsləmək
üçün, onun kimi bəzi rahiblər də dünyanın an uzaq ölkələrindən buraya gəlmişlər.
Bensionun bu zaman tamamilə səmimi olduğunu və təhqiqatdan, doğrudan da, dediklərini gözlədiyini
düşünürəm. Lakin eyni zamanda, Vilhelmin hiss etdiyi kimi, hər şeydən əvvəl, içini didib-dağıdan
marağını söndürmək üçün Venansionun masasını ilk olaraq özü axtarmaq, özü eşələmək istəyirdi. Və bizi
az bir müddətə də olsa, masadan uzaqlaşdırmaq üçün bəzi mühüm məlumatları verməkdən çəkinmədi.
Berenqar artıq bir çox rahibin bildiyi kimi Adelmoya duyduğu xəstə bir ehtirasın əsiri idi - hansı ki,
belə bir ehtiras üzündən Sodom və Homorra camaatı Tanrı qəzəbinə tuş gəlmişdi. Bensio bəlkə də mənim
yeniyetmə olduğumu nəzərə alaraq, bu sözləri işlətməklə kifayətləndi. Amma yeniyetməliyini monastır
divarları arasında keçirən hər kəs ismətli və pak bir ömür yaşasa da, bu cür ehtiras haqqında edilən
söhbətlərdən qaçmağın mümkün olmadığım və belə ehtirasın quluna çevrilərək, hər cür bədxahlığa hazır
olan birinin qurduğu tələyə düşməmək üçün böyük ehtiyatlılıq tələb olunduğunu bilir. Hələ yeniyetmə bir
rahib olmağıma baxmayaraq, Melkdəki öz monastırımızda yaşlı bir rahibdən, adətən, kilsəyə mənsub
olmayan kişilərin qadınlara həsr etdiyi şeirlər yazılmış məktublar almamışdımmı? Rahiblik andı bizi qadın
bədəni deyilən o qüsurlar bataqlığından uzaq tutar və iyrəndirər, amma tez-tez başqa günahların girdabına
da sürükləyər. Bu qoca çağımda dalğın baxışlarım, kilsə xorunun yarıqaranlığında yeniyetmə bir rahibin
tük bitməmiş, qızlannkı kimi təmiz və yumşaq üzünə dikilincə, gündüz şeytanının məni hələ də
həyəcanlandırdığım özüm özümdən necə gizləyə bilərəm?
Bunları çoxdan etdiyim seçimə - özümü monastır həyatına həsr etməyimə şübhə kölgəsi salmaq üçün
deyil, bu müqəddəs yükün ağırlığına tab gətirməyib, günaha batanları, az da olsa, haqlı çıxarmaq üçün
söyləyirəm. Bəlkə də Berenqarın iyrənc
Dostları ilə paylaş: |