164
günahına bəraət qazandırmaq üçün. Lakin Bensionun söhbətindən aydın olurdu ki, günahkar rahib öz
məqsədinə ən ləyaqətsiz yolla - başqalarının şərəf və vicdanlarının imkan vermədiyini onlardan
zorakılıqla, hədələrlə tələb edərək məqsədinə nail olurmuş.
Beləcə, rahiblər Berenqarın, görünür, çox yaraşıqlı olan Adelmoya yönəltdiyi sevgi dolu incə
baxışlarını çoxdan idi ki, lağa qoyurdular. Öz işinə aludə olmuş Adelmo isə Berenqarın ehtiraslı əzablarına
əhəmiyyət verməyərək, onu zövqdən məhrum edirdi. Amma kim bilir? Bəlkə də ruhunun dərinliklərində
eyni rüsvayçılığa o da meylli idi. Necə olsa da, Bensio onun Berenqarla söhbətini xəlvətcə dinləmişdi.
Berenqar Adelmonun öyrənmək istədiyi bir sirri açıqlamaq üçün ona ən çirkin sövdələşmə təklif etmişdi.
Düşünürəm ki, bu iyrənc təklifin mahiyyəti ən məsum oxucuma da aydındır. Bensio bizə, Adelmonun
hətta yüngüllük hissi ilə bununla razılaşdığını dedi. “Sanki, - deyə Bensio bizi inandırmağa çalışırdı, -
Adelmo başqa bir şey arzulamırdı, boğuq şəhvətini söndürməyə imkan verən və düşkünlüyünə bəraət
qazandıran kənar bir səbəbin ortaya çıxmasına çox sevinirdi. Beləliklə, - Bensio sonra dedi, - Berenqarın
sirri hansısa elmi kəşfə aid idi; yalnız bu zaman Adelmo cismani günaha boyun əyib, zehnin ali istəyinə -
elmlərə yiyələnməyə imkan qazandığı üçün yolundan aza bilərdi. Elə o özü də, - deyə Bensio
gülümsəyərək davam etdi, - elmə olan şiddətli yanğısından dəfələrlə əzab çəkmişdi, bunu söndürmək üçün
öz cisminin istəklərinə zidd olsa da, başqalarının şəhvani istəklərinə tabe olmağa razılaşardı”.
“Məgər sizin də, - o, Vilhelmə dedi, - illərlə axtardığınız bir kitabı əldə etmək üçün nalayiq hərəkətlərə
yol verdiyiniz anlar yoxdurmu?”
“Müdrik və comərd II Silvester də öz zamanında, dəqiq yadımda deyil, Stasinin, ya da Lukianın
əsərinə görə çox qiymətli səmavi qlobus vermişdi”, - Vilhelm dedi. Sonra düşünərək əlavə etdi: “Amma
bu, sadəcə bir kürəydi, şərəfi deyildi”.
Bensio ağlını topladı və həyəcanından həddini aşdığını etiraf etdi. Sonra söhbətinə davam etdi. O,
Adelmonun ölümündən əwəlki gecə marağa düşdüyündən onların ikisini də izləmişdi. Axşam duasından
sonra onların yataqxanaya birlikdə getdiyini zörmüş və öz hücrəsinin qapısını aralayaraq uzun müddət
oturub gözləmişdi. Onların hücrələri çox yaxındaydı. Adelmonun hər tərəf yuxuya və səssizliyə qərq
olarkən Berenqarın hücrəsinin qapısından sivişərək içəri girdiyini açıq-aşkar görmüşdü.
O - Bensio - gözünə yuxu getmədiyi üçün gözləmiş və nəhayət, Berenqarın qapısının yenidən açıldığını
eşitmişdi. Adelmo hücrədən, demək olar ki, qaçaraq çıxmış, dostu isə onu saxlamaq üçün əlindən gələni
etmişdi. Berenqar Adelmonun arxasınca alt mərtəbəyə qədər qaçmışdı. Bensio ayağının ucunda
yürüyərək, oğrun-oğrun onların dalınca düşmüş və alt mərtəbənin dəhlizinidə Berenqarı görmüşdü. O,
Xorxenin qapısı önündəki küncə sıxılaraq, titrəyə-titrəyə gözlərini qapıya dikmişdi. Və Bensio
Adelmonun qoca və möhtərəm rahibin ayaqlarına düşərək, işlədiyi günahı etiraf etdiyini anlamışdı.
Berenqar isə bu sirrin tövbə ilə möhürlənsə də, aşkara çıxdığını dərk etdiyindən tir-tir əsirdi.
Sonra Adelmo üzü kətan kimi ağarmış halda Xorxenin hücrəsindən çıxmış və onunla danışmağa
çalışan Berenqarı itələyərək, yataqxanadan uzaqlaşmışdı. Kilsə apsidinin ətrafına dolanıb, xorun gecələr
həmişə açıq qalan şimal qapısından içəri girmişdi. Bəlkə də dua etmək istəyirdi. Berenqar da onun ar-
xasınca qaçmış, amma qapıdan içəri keçməmişdi. Buna cəsarət etməmiş və məzarlıqda əllərini ovuşdura-
ovuşdura gəzmişdi.
Bensio yaxınlıqda dördüncü bir adamın dolaşdığını gördükdə çaşqınlıqdan özünü itirmişdi. Bu adam
da onun kimi Berenqarla Adelmonu izləmiş və bu zaman Bensionun varlığından xəbəri olmamışdı. Bensio
məzarlığın yanındakı bir palıd ağacının gövdəsinə sıxılıb qalmışdı. Dördüncü adam Venansio idi. Onu
görən Berenqar əyilmiş və qəbirlərin arasında gizlənmişdi. Venansio isə, Adelmonun arxasınca kilsəyə
girmişdi.
166
Lakin sonra Bensio aşkara çıxacağından qorxaraq izləməkdən əl çəkmiş və yataqxanaya qayıtmışdı.
Ertəsi gün səhər Adelmonun meyiti uçurumun dibində tapılmışdı. Bensio bundan artıq heç nə bilmirdi.
Yemək saatı yaxınlaşırdı. Bensio sağollaşıb ayrıldı. Ustadım onu saxlamaq istəmədi. Biz
hamamxananın arxasında bir az durduq və sonra Bensiodan öyrəndiklərimizi düşünə-düşünə bir neçə
dəqiqə bağçada gəzdik.
“Murdarçadır, - Vilhelm, hətta qış fəslində çılpaq gövdəsindən tanıdığı bir bitkinin üzərinə əyilərək,
birdən dedi. - Qabıqlarından hazırlanmış həlim babasilin dərmanıdır. Bu bitkiyə isə aretium lappa deyilir.
Yaxşı təmizlənmiş köklərindən hazırlanan sıyıq ckzemanı müalicə edər”.
“Siz Severindən daha biliklisiniz, - deyə cavab verdim, - amma indi eşitdiklərimiz haqqında nə
düşündüyünüzü bilmək istəyirəm”.
“Əziz Adso, indi sən öz beyninlə düşünməyə başlamalısan... Mən deyərdim ki, Bensio bizə yalan
danışmırdı. Onun danışdıqları, Bcrcnqarın sübh çağı bizə dediyi yuxuyabonzər sözlərinə uyğun gəlir.
Müqayisə edək. Berenqar və Adelmo çirkin bir iş görürlər... Bundan biz də şübhələnirdik. Berenqar, çox
təəssüf ki, hələ də məxfi qalan o sirri Adelmoya açır. Adelmo isə əxlaq və təbiət qaydalarını tapdalayaraq,
günah işlədikdən sonra yalnız bir şeyi düşünə bilərdi - günahlarını bağışlatmaq üçün kiminsə yanına gedib
tövbəkarlıq etməliydi. O, Xorxenin yanına qaçır. O da çox sərt xasiyyəti olduğundan... - bayaq biz də
bunun şahidi olduq - Adelmonu möhkəm danlayır. Bəlkə də tövbəsini qəbul etmir. Bəlkə də günahını
bağışlasa belə, onun üzərinə gücünün çatmayacağı cərimələr və tənbehlər qoyur. Bunu bilmirik. Xorxe də
bunu bizə heç zaman söyləməz. Bir şey aydındır: Xorxe ilə söhbətdən sonra Adelmo kilsəyə qaçır, meh-
rabın önündə diz çökür, lakin bundan sonra da peşmanlıq hissi onu tərk etmir. Məhz bu zaman onun
qarşısına Venansio çıxır. Onların nə danışdıqları bizə məlum deyil, amma çox ehtimal ki, Adelmo
Berenqarın hədiyyə etdiyi (ya da nəyinsə qarşılığında
Dostları ilə paylaş: |