Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə52/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   48   49   50   51   52   53   54   55   ...   175

174

üzü arasında vasitəçiyə və hökmdarların müşavirinə çevrilərək güclənmişdi.

Tanrı bəndələrinin çobanlara (yəni ruhanilər), köpəklərə (yəni döyüşçülər) və sürüyə (sadə xalq)

bölündüyünü çox eşitmişdim. Lakin tezliklə anladım ki, bu fikri müxtəlif cür şərh etmək olar. Məsələn,

benediktinlər üç zümrədən deyil, hakimiyyətin iki böyük qolundan tez-tez bəhs edirdilər. Biri dünyəvi

işlərin, digəri isə səmavi işlərin idarə olunması ilə məşğul idi. Dünyəvi işlərə gəlincə, ruhanilər,

hökmdarlar və sadə camaat arasında qarşılıqlı üçlü münasibət, doğrudan da, var idi; amma bu üçlüyün

üzərində - Tanrının bəndələri ilə göy üzü arasında bir bağ olan ordo monachorum' hökmranlıq etməli idi.

Sürünün, yaxud qoyunların artıq xeyirxah və sadiq camaatdan deyil, cahil və eyibli - tüccar və əsnafdan

ibarət olduğu iri şəhərləri əsarət altında saxlayan rəislərlə, yaxud keşişlər və yepiskoplar kimi dünyəvi din

adamları ilə rahiblərin heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, benediktinlər sadə xalqın dünyəvi ruhanilər

tərəfindən idarə olunmasına etiraz etmirdilər, lakin ruhanilər üçün belə idarəetmənin əsasları və qanunları

rahibliyi inkişaf etdirməli idi; rahiblər səmavi hakimiyyətin mənbəyi ilə birbaşa ittifaqda olduqları kimi,

dünyəvi hakimiyyətin mənbəyi ilə, yəni imperatorluqla da bilavasitə əlaqədə idilər. Zənnimcə, benediktin

abbatları məhz buna görə imperatorluğu möhkəmlətməyə çalışır və inkişaf edən şəhərlərə (yepiskopların

tacirlərlə ittifaqda olduğu) qarşı mübarizədə ona yardım edirdilər, bunun xatirinə, benediktinlər fikirlərini

bölüşmədikləri spiritual-fransiskanları qoruyurdular ki, papanın qəddarlığına qarşı mübarizədə onların

varlığından yararlana bilsinlər. Düşündüm ki, abbat məhz bu səbəblərə görə imperatorun elçisi olan

Vilhelmlə əməkdaşlıq etməyə və fransiskan ordeni ilə papa kuriyası arasında vasitəçi olmağa hazırdır. İş

onda idi ki, kilsənin birliyinə təhlükə olan ixtilafın qızğın vaxtında, papa İohann tərəfindən dəfələrlə

Avinyona çağırılmış Sczcnalı Mikele, ordeninin papadan tamamilə

95

95



 Rahiblər sinfi (latınca)


175

qopmasını istəmədiyindən, nəhayət, dəvəti qəbul etmişdi. Mikele - fransiskan ordeninin generalı - papa

ilə münasibətləri kəsdikdən sonra öz ordeninin başında uzun müddət qala bilməyəcəyini dərk edərək, papa

ilə münasibətləri yoluna qoymaq və ordenin mövqelərini möhkəmlətmək üçün Avinyona gəlməyi

düşünürdü.

Amma bir çoxları papanın Mikcleni Fransaya çağırmaqla, tələ hazırladığından və onu bidətçilikdə

günahlandırıb, məhkəməyə verəcəyindən şübhələnirdi. Buna görə də, Mikeleyə məsləhət görmüşdülər ki,

Avinyona getməzdən əvvəl ilkin danışıqlar aparsın. Marsilionun fikri daha yaxşı hesab edildi - imperator

tərəfdarlarının nöqteyi-nəzərini təmsil etmək üçün Mikele ilə birlikdə imperator sərdarını da göndərmək.

Bu, qoca Kahoru inandırmaqdan çox, Mikcleni qorumaq üçün lazım idi; belə olardısa, Mikele imperator

heyətinin bir üzvü kimi, kinli papanın tələsinə asanlıqla düşməzdi.

Lakin bu fikrin do saysız çətinlikləri vardı və hazırlıq tədbirləri görmək lazım idi. Buna görə də

tərəflərin mövqelərini aydınlaşdırmaq və gələcək görüşün şərtlərini, xüsusən də, italyan tərəfinin

təhlükəsizliyinə zəmanət verilməsini müzakirə etmək məqsədi ilə imperator heyətinin üzvləri ilə papa

kuriyasının səlahiyyətli nümayəndələri arasında ilkin danışıqların aparılması haqqında fikir meydana

çıxdı. Bu ilkin görüşü hazırlamaq və keçirmək üçün Baskervilli Vilhelmə səlahiyyətlər verildi. Vilhelm

təhlükəsizliyə zəmanət barədə, papa tərəfi ilə razılığa gələrdisə, daha sonra Avinyonda imperatorluğun

ilahiyyatçıları adından çıxış edəcəkdi. Lakin bunun çətin olacağı əvvəlcədən məlum idi, çünki Mikeleni

asanlıqla sındırmaq üçün onun Avinyona təklikdə gəlməsini istəyən papa İtaliyaya göndərdiyi elçilərə

göstəriş vermişdi ki, imperator təmsilçilərinin papa sarayına yollanması fikrinin qarşısını mümkün qədər

alsınlar.

Hələlik Vilhelm hər cəhətdən böyük ustalıqla hərəkət edirdi. Müxtəlif monastırların abbatları ilə

çoxsaylı danışıqlar apardıqdan sonra (dolanbac yollarla getməyimizin səbəbi do bu idi), indi olduğumuz

monastırı seçmişdi. Bir tərəfdən, buradakı ab-




176

batın imperatora olan sədaqətini hamı bilirdi. Digər tərəfdən isə o, qeyri-adi siyasi məharəti sayəsində

papa sarayında da pis qarşılanmırdı. Beləcə, məhz bu abbatliq, hər iki tərəfin nümayəndələrinin görüşə

biləcəyi mükəmməl bitərəf ərazi sayıla bilərdi.

Lakin papanın fəndləri hələ bitməmişdi. Elçilərinin monastır divarları arxasında abbatm hökmünə itaət

etməyə məcbur olacaqlarını yaxşı bilirdi. Ancaq indi, elçiləri arasında dünyəvi ruhanilərin

nümayəndələrinin də olduğunu bəhanə gətirməklə, papa öz təmsilçilərini abbatm tabeçiliyinə verməməyə

çalışırdı. Guya imperator tərəfdarlarının tələ quracağından qorxduğu üçün papa yeni şərtlər irəli sürdü:

onun müvəkkillərinin mühafizəsi fransız kralının oxçu dəstəsinə tapşırılmalı və dəstə papanın etibar etdiyi

şəxsə tabe olmalı idi. Bu barədə Bobbioda, Vilhelmin papa təmsilçisi ilə söhbəti zamanı, az da olsa, eşit-

mişdim. Yadımdadır, söhbət bu dəstənin səlahiyyətlərinin müəyyənləşdirilməsindən gedirdi, yəni “papa

elçilərinin təhlükəsizliyinin təmin edilməsi” deyərkən, nəyin nəzərdə tutulduğunu açıqlamaq tələb

olunurdu. Nəhayət, avinyonluların təklif etdiyi ifadə kifayət qədər məntiqli olduğu üçün qəbul edildi.

Buna uyğun olaraq, silahlı  əsgərlər və sərkərdələr “papa təmsilçilərinin həyatını hər hansı  şəkildə

təhlükəyə atmağa, yaxud zorakılıqlar törətməklə onların qərarlarına və davranışlarına təsir etməyə çalışan

hər kəs” haqqında hökm vermək hüququ qazanmış oldular. O zaman bu razılaşma bizə sırf rəsmiyyətçilik

kimi görünürdü. Amma indi monastırdakı son hadisələrdən sonra abbat ciddi surətdə təşvişə düşdüyündən,

öz narahatlığını Vilhelmlə bölüşdü. Əgər papanın elçiləri gələnə qədər iki cinayətin müqəssiri ortaya

çıxarılmasa (ertəsi gün üçüncü cinayət baş verdikdə, abbatm təşvişi daha da artacaqdı), bu divarlar

arasında zorakılıq törətməklə papa müvəkkillərinin qərarlarına və davranışlarına təsir edə biləcək birisinin

dolaşmaqda olduğunu etiraf etmək lazım gələcəkdi.

Törədilən cinayətləri gizlətməyə çalışmağın mənası yox idi, zira yeni bir cinayət baş versəydi, papa

elçiləri özlərinə qarşı sui-qəsd hazırlandığından şübhələnəcəkdilər. Deməli, iki ehti-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə