Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə55/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   51   52   53   54   55   56   57   58   ...   175

183

hənnəmin var olduğunu deyən kardinalın səhv etdiyini insanlara göstərmək üçün də. Düzünü desəm, evləri

ən çox ona görə viran qoyurlar ki, bizim çobanlan olduğumuz sürülər yer üzündəki cəhənnəmdə yaşayırlar.

Üstəlik, siz çox gözəl bilirsiniz ki, onlar keşişlikdən məhrum edilmiş bolqar keşişlərinin moizələri ilə

Liprando atanın təlimini fərqləndirə bilmədikləri kimi, imperatorluq amirləri və onlann xidmətçiləri də

spiritualları bidətçilərdən ayıra bilmirlər. Hibellin knyazları düşməni əzmək üçün tez-tez xalq arasında

katarların döyüş ruhunu təbliğ edirdilər. Zənnimcə, bu yaxşı deyildi. Sonra bunlar baş verdi. Həm din

xadimləri, həm də hibellin knyazları sadə insanlardan ibarət çox qızğın və təhlükəli dindarlardan

qurtulmaq üçün onlardan bir hissəsinin adma digərlərinin batil inanclarını yazaraq, hər iki dəstəni də

tonqalda yandırdılar. Mən özüm gördüm, Abbone, sizə and içirəm, yepiskoplarla dostluq etməyən, təmiz

qəlblə yoxsul və ismətli həyat sürən ləyaqətli insanların, elə bu yepiskoplar tərəfindən zinakarlıqda,

uşaqbazlıqda, cadugərlikdə günahlandırılaraq imperatorluq, ya da şəhər (hadisə müstəqil şəhərlərdə baş

verərdisə) hakimlərinə təslim edildiklərini öz gözlərimlə gördüm; belə cinayətlərdə istənilən adamı

günahlandırmaq olar, amma mənim yaxşı tanıdığım bu həlim və fəzilətli insanları deyil. Deməli, sadə

insanlar - qəssablıq ət kimidir; lazım olanda, onları düşmənin üzərinə göndərirlər, fayda verməyəndə isə

qurban edilirlər”.

“Deməli belə, - Abbat açıq-aşkar istehza ilə dedi. - Rahib Dolçinonu öz başkəsənləri ilə, Herard

Seqalellini qaniçən quldurları ilə indi necə adlandıraq? Bədxah katarlar, yoxsa ləyaqətli yarıqardaşlar?

Heyvanlarla cinsi əlaqədə olan boqomillər, yoxsa islahatçı patarenlər? Bununla nə demək istəyirsiniz,

rahib Vilhelm? Siz ki kafirlər haqqında, onlardan biri sayılacaq qədər çox şey bilirsiniz, sizcə, həqiqət

kimin tərəfindədir?”

“Çox vaxt həqiqət heç kimin tərəfində olmur”, - Vilhelm məyus-məyus dedi.

“Bax görürsünüz? Siz də artıq kafiri dindardan ayıra bilmirsiniz. Amma mənim əlimdə, heç olmasa,

möhkəm qaydalar var.




184

Mən bilirəm ki, bidətçilər — Tanrı bəndələrini idarə edən nizamı təhlükə altına qoyanlardır. Və imperatoru

ona görə dəstəkləyirəm ki, bu nizamı təmin edən odur. Papanın əleyhinə ona görə çıxıram ki, dini

hakimiyyəti şəhər yepiskoplarına verir, onlarsa tüccarlar və sənətkarlarla birləşərək nizamı pozurlar. Onlar

nizamı saxlamağa qadir deyillər. Amma biz bu qayda-qanunları uzun illər boyunca qoruduq. Bidətçilərə

gəlincə, onlar üçün bir qaydam var. Onlara münasibətdə Sito yepiskopu Amaldo Amalrik tərəfindən

verilmiş cavabı üstün tuturam. Bidətçi əhval-ruhiyyədə günahlandırılan Bczye şəhərinin sakinləri ilə necə

davranacaqlarını ondan soruşduqda belə demişdi: “Hamısını öldürün! Tann öz tərəfdarlarını tanıyar”.

Vilhelm gözlərini aşağı dikdi və uzun müddət cavab vermədi. Sonra dedi: “Bezye şəhəri ələ keçirildi,

bizimkilər nə mənsəbə, nə yaşa, nə cinsə baxdılar; iyirmi minə yaxın insan qılıncdan keçirildi. Qiyam

yatırıldıqdan sonra şəhər qarət edildi və yandırıldı”.

“Müqəddəs müharibə də - müharibədir”.

“Müqəddəs müharibə də - müharibədir. Buna görə də mənə elə gəlir ki, müqəddəs müharibələr

olmamalıdır. Mən özüm də italyan şəhərlərini bir-birinin ardınca yandırıb viran qoyan Lüdoviqin

maraqlarını qorumaq üçün buradayam. Ümumiyyətlə, mən çox qəribə  şəkildə  ən müəmmalı ittifaqlara

cəlb olundum. Spiritualların imperatorla ittifaqı - müəmma; imperatorun, ali hakimiyyətin xalqa məxsus

olduğunu deyən Marsilio ilə ittifaqı da - müəmma. Müqəddəs ata, məqsədlərimiz və adətlərimiz bu qədər

fərqli ikən, bizim də ittifaqımız - bir müəmmadır. Lakin bizim iki ortaq məqsədimiz var. Danışıqların

uğurlu keçməsi və qatilin ortaya çıxan İması. Bir-birimizə kömək etməyə çalışmalıyıq”.

Abbat qollarını açdı: “Vilhelm qardaş, bir-birimizi sülh öpüşlərinə qərq edək. Sizin kimi bilikli insanla

fiqhin müxtəlif tərəflərini, əxlaqa aid incə məsələləri uzun müddət müzakirə edə bilərdim. Lakin

mübahisənin coşqunluğuna qapılmayaq, özümüzü Parisdəki ustadlara bənzətməyək. Siz haqlısınız, bizim




185

ortaq və mühüm bir məqsədimiz var. Gəlin, qarşılıqlı sülh içində bu məqsədə doğru gedək. Bütün bunları

danışmağımın səbəbi, arada qarşılıqlı bağın olmasına inanmağımdır, anlayırsınızmı? Yaxud daha doğrusu,

törədilən cinayətlərlə sizin ordeninizə mənsub rahiblərin nəzəri baxışları arasında əlaqəni başqalarının

qura biləcəyini düşünməyimdir... Buna görə də sizi xəbərdar etmək istədim... Biz avinyonluların istənilən

ittiham və şübhələrini öncədən görməyə borcluyuq”.

“Zati-alilərinizin mənim axtarışlarıma istiqamət verdiyini də düşünməliyəmmi? Siz elə hesab edirsiniz

ki, burada baş verən cinayətlərin əsasında rahiblərdən birinin bidətçi keçmişi ilə bağlı qaranlıq məqamlar

dayanır?”

Abbat heç bir ifadə oxunmayan üzünü Vilhelmə tərəf çevirdi və bir neçə anlığa susaraq ona baxdı.

Sonra dedi: “Bu qəmgin əhvalatda təhqiqatçı - sizsiniz. Siz şübhələnməlisiniz. Şübhənin haqsız olduğuna

siz qərar verməlisiniz. Mənsə burada yalnız baş rahibəm. Bunu da əlavə edim ki, hər hansı rahibimin

qaranlıq keçmişinə aid dəlil və sübutlarım olsaydı, alaq otunu özüm təmizlərdim. Mənim bildiklərimi, siz

də bilirsiniz. Mənim bilmədiklərimi isə məharətiniz sayəsində siz öyrənəcəksiniz. Amma nə olur-olsun,

hər zaman ilk növbədə mənə məlumat verin”. Sağollaşıb kilsədən çıxdı.

“Əziz Adso, iş getdikcə çətinləşir, - Vilhelm tutqun üzlə dedi. - Biz hansısa əlyazmasının dalınca

qaçarkən, hər şeylə maraqlanan rahiblərin mübahisələrində iştirak edərkən, həddən artıq ehtiraslı olan bəzi

rahiblərin sərgüzəştlərini öyrənərkən... indi də başqa bir iz, demək olar ki, tamamilə başqa bir iz meydana

çıxır... Demək, bu kelar... Onunla birlikdə Salvator adlı o qəribə heyvan da buraya gəlib... Yaxşı. Amma

indi dincəlmək lazımdır, çünki gecə oyaq qalmalıyıq”.

“Demək, hələ də siz bu gecə kitabxanaya girmək istəyirsiniz? Bu ilk izdən əl çəkmək istəmirsiniz?”

“Əlbəttə ki yox. Kim sübut etmişdir ki, burada iki ayrı iz var? Üstəlik, kelann tarixçəsi abbatın boş

şübhəsi də ola bilər”.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə