1 9 0
“Min ilin tamam olmasından üç yüz il keçib, amma yırtıcı hələ gəlməyib”.
“Dəccal min il tamam olunca gəlməz. Min il tamam olur - möminlərin şahlığı başlayır. Sonra Dəccal
gəlib möminləri qovur, sonra da son döyüş olacaq...”
“Amma möminlər min il hökm edəcəklər, - Vilhelm dedi. - Ya onlar Məsihin ölümündən sonra min
il boyunca hökm etdilər, belə olduqda Dəccal artıq gəlməliydi. Ya da onların şahlığı hələ başlamayıb, və
deməli, Dəccalın gəlişinə hələ çox qalıb...” “Minillik Məsihin ölümündən deyil, Konstantinin bəxşişin-
dən hesablanır. Min il indi tamam olur...”
“Yəni indi möminlərin şahlığıdırmı?”
“Bilmirəm. Mən artıq heç nə bilmirəm. Yorulmuşam. Hesablamaq çox çətindir. Liebanlı Beat hər şeyi
hesablamışdır. Xorxedən soruş, o gəncdir, yaddaşı yaxşıdır... Lakin vaxt yetişdi. Yeddi surun səsini
eşitmədinmi?”
“Hansı yeddi surun?”
“Yoxsa birinci oğlanın necə öldüyünü eşitmədinmi? Miniatürçünü deyirəm. Birinci mələk ilk suru
çaldı və yerə qanla qarışıq od və dolu yağdı. İkinci mələk suru üflədi və dənizin üçdə biri qana döndü...
İkinci oğlan qan dənizində boğulmadımı? Üçüncü suru gözlə! Ölümə sular səbəb olacaq. Tanrı bizi cəza-
landırır. Monastırdan xaricdəki bütün dünyanı batil inanclar bürüdü; deyilənə görə Roma taxtında pozğun
bir papa oturub; müqədddəs çörəklə cadu edir, balıqlarını yemləyir... Bizim də içimizdən biri andı pozdu,
labirintin möhürünü qırdı...”
“Haradan bilirsiniz?”
“Bilirəm. Eşitmişəm. Hamı monastıra günahın girdiyini pıçıldayır. Paxla varmı səndə?”
Mənə verilən bu sualdan çox karıxdım. “Məndə paxla yoxdur...” - ürkəkcə dedim.
“Gələn dəfə paxla gətir mənə. Onları ağzımda saxlayıram. Görürsən, dişlərim yoxdur. Onları ağzımda
yumşalana qədər saxlayıram. Paxla tüpürcəyi qovur, aqua fons vitae'. Sabah mənə paxla gətirərsən?”
96
96
Su - həyat mənbəyidir (latınca)
1 9 1
“Sabah mütləq sizə paxla gətirərəm” - dedim. Amma qoca artıq mürgüləyirdi. Onun yanından
ayrılıb yeməkxanaya getdik.
“Onun dedikləri haqqında nə düşünürsünüz?” – ustadımdan soruşdum.
“O, yüz yaşlı qocaların müqəddəs ağılsızlığı içindədir. Onun sözlərində nəyin həqiqət, nəyinsə yanlış
olduğunu dərhal ayırd etmək çətindir. Amma düşünürəm ki, Binaya gedən yolu doğru göstərmişdir.
Dünən gecə Malaxianın haradan çıxdığını gördüm. O sovməədə, doğrudan da, üzərinə kəllə sümükləri
yapışdırılmış daş mehrab var. Gecə baxarıq”.
1 9 2
İKİNCİ GÜN
A X Ş A M ,
Vilhelmh Adso Binaya girirlər; müəmmalı
casusla qarşılaşırlar; üzərində gizli hərflərlə tilsim yazılmış
kağız tapırlar və bir anlığa görünüb, qeyb olan
kitaba rast gəlirlər; qarşıdakı fəsillərdə bu kitabın axtarışı sürəcəkdir ;
xoşagəlməz hadisələrin sonunda Vilhelmin eynəkləri oğurlanır
Şam yeməyi qəmgin sükut içində keçdi. Venansionun cəsədinin tapılmasından on iki saatdan bir az
çox ötmüşdü. Onun boş qalmış yerinə hamı oğrun-oğrun baxırdı. Axşam duasının vaxtı gəlincə, xor yerinə
cərgə ilə gedən rahiblər alayı daha çox dəfn mərasimini xatırladırdı. Biz üçüncü mehraba göz qoymaq
üçün köndələn nefdə dayanıb, ayini izləyirdik. Kilsə az işıqlandırılmışdı deyə, Malaxia qaranlıqdan çıxıb
öz yerini tutarkən, biz onun haradan gəldiyini yenə də müəyyənləşdirə bilmədik. Buna baxmayaraq,
qaranlığa çəkilib, yan nefdə gizləndik ki, ayindən sonra heç kim bizi görməsin. Bürüncoyimin altında
yemək zamanı mətbəxdən çırpışdırdığım çıraq vardı. Onu bütün gecəni yanan bürünc üçayaqdan
alışdırmağı düşünürdüm. Çırağa yeni fitil qoymuş və çoxlu yağ tökmüşdüm. Əldə etdiyim işıq uzun
müddətə çatardı.
Qarşıdakı macəra məni o qədər həyəcanlandırmışdı ki, ayini izləyə bilmədim. Nə zaman qurtardığının
da fərqinə varmadım. Rahiblər kukollarını üzlərinə endirdilər və öz hücrələrinə tərəf sıra ilə yavaş-yavaş
getdilər. Kilsə boş qaldı. Ətrafa lampanın titrək işığı düşürdü.
“İndi, - Vilhelm dedi, - iş başına”.
Biz üçüncü sovməoyə yaxınlaşdıq. Mehrabın altındakı daşlara quru kəllələr yapışdırılmışdı. Dərin göz
çuxurları dəhşət saçırdı. Onlara incə şəkildə yonulmuş baldır sümükləri dayaq verirdi. Vilhelm
Alinardodan eşitdiyi sözləri astadan təkrarladı:
193
“Sağdan dördüncü kəllə, gözlərinə bas...” - və barmaqlarını əti tökülmüş üzün göz çuxurlarına
soxdu. Cırıltı səsi eşidildi, mehrab yerindən tərpənərək gizli bir oxun ətrafında fırlandı və qarşımızda
qaranlıq keçid açıldı. Çırağın işığında rütubətli pillələr gördük. Aşağı enməzdən əvvəl gizli girişin
qapısını arxamızdan bağlayıb-bağlamamağı məsləhətləşdik. “Bağlamasaq yaxşıdır, - Vilhelm dedi. -
Məlum deyil içəridən aça biləcəyik, ya yox. Təqibdən qurtulmağımıza bu kömək etməz. Gecələr yeraltı
girişdən keçən şəxs, onu açmağı yaxşı bilir. Necə olsa, bizi tapacaqlar”.
On pillə aşağı endikdən sonra dərin bir keçidə düşdük. Divarlarda eninə qazılmış oyuqlar vardı,
sonralar bunu bir çox zirzəmidə gördüm. Lakin o zaman ömrümdə ilk dəfə idi ki, sümüklərin saxlandığı
yerə girirdim və çox qorxmuşdum. Rahiblərin sümükləri yüz illər boyunca torpaqdan qazılıb çıxarılmış
və oyuqlara yığılmışdı. Sümüklər ayırd edildiyindən, oyuqların bəzisində xırda sümüklər, digərində isə
kəllələr vardı; dığırlanıb düşməsinlər deyə, piramida şəklində səliqə ilə bir-birinin üstünə qoyulmuşdu.
Bu çox vahiməli səhnə idi, xüsusən də çırağımın titrək işığında. Oyuqların birində yalnız əllər gördüm -
barmaqları əbədi olaraq bir-birinə keçmiş bır yığın əl.
Birdən dəhşətlə çığırdım. Bu sümüklər məzarlığında bir canlının varlığını hiss etdim. Ciyildəyib
vurnuxurdu.
“Siçovullardır”, - ustadım məni sakitləşdirib dedi.
“Burada nə gəzirlər?”
“Bizim kimi buradan keçirlər. Çünki sümük məzarlığından Binaya və deməli, mətbəxə yol gedir.
Həmçinin ləzzətli kitablar olan kitabxanaya da. Malaxianın daim iztirablı görkəminin səbəbini indi
anlaya bilərsən. O, gündə iki dəfə buradan keçir. Doğrudan da, güləcək halı yoxdur”.
“Bəs nə üçün İncildə Məsihin gülməyindən bəhs edilmir? - deyə yersizcə soruşdum. - Xorxenin
dedikləri həqiqətdirmi?”
“Bir çox insan Məsihin gülüb-gülmədiyini bilmək istəmişdir. Məni bu məsələ az maraqlandırır.
Zənnimcə, heç zaman gülməmişdir; çünki 0, Tanrının Oğlu idi və hər şeyi əvvəlcədən
Dostları ilə paylaş: |