Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə60/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   56   57   58   59   60   61   62   63   ...   175

200

Tələsə-tələsə xaç vurdum. “Bəs bir az öncə bizimlə dava etmək istəyən kim idi? Bensio?”

“Bensio, Venansionun masasında nə olduğunu öyrənmək üçün yanıb-yaxılır... Fəqət zənnimcə, belə

fitnələrə baş vurmaq onun əlindən gəlməz. Həm də o, bizimlə müttəfiq olmaq istəmişdi... Bir də ki, Binaya

gecə vaxtı girməyə onun cürəti çatmaz...”

“Deməli, Berenqar? Ya da Malaxia?”

“Berenqar. Belə əməllər ondan çıxar. Həm də... o, kitabxanaya cavabdehdir. Açdığı sirr nəticəsində

Venansionun məxfi kitabı əldə etdiyinə inanır. Bunun üçün də əzab çəkir. Yəqin ki, Berenqar həmin kitabı

yerinə qoymaq istəyirmiş. Kitabxanaya çıxmasına imkan vermədik. Düşünürəm ki, o indi kitabı monas-

tırda bir yerdə gizlətmişdir. Tanrı yardım edərsə, kitabı yerinə qoymaq istərkən onu yaxalaya bilərik...”

'“Amma Malaxia da eyni səbəblərdən ötrü belə edərdi...” “Güman etmirəm. Venansionun masasını

eşələmək üçün Malaxianın kifayət qədər vaxtı olmuşdur. Binanı kilidləmək üçün o, burada tək qalır. Bu

barədə çox fikirləşsəm də, ona mane ola bilməyəcəyimi anladım. İndi biz görürük ki, mənim əndişələrim

əbəs yerə imiş: Venansionun masasını axtaran o deyildir. Nəticə çıxaraq: Venansionun kitabxanaya girib

oradan nə isə götürdüyünü Malaxia bilmir. Bunu Berenqar və Bensio... bir də sənlə mən bilirik.

Adelmonun etirafından sonra Xorxenin də məlumatı ola bilərdi, amma dolama pilləkənlə sürətlə enən,

əlbəttə ki, o deyildi...”

“Deməli, ya Berenqardır, ya da Bensio”.

“Bəs nə üçün Tivolili Pasifiko, yaxud bu gün söhbət etdiyimiz başqa rahiblərdən biri olmasın? Ya da

şüşələrimi hansı məqsədlə istifadə etdiyimi bilən Nikola? Ya da bizə naməlum olan səbəblərlə gecələr

monastırda gəzib-dolaşan bu qəribə Salvator? Əsaslı səbəblər olmadan şübhəlilərin sayını azaltmaq lazım

deyildir. Yalnız bir istiqamətdə axtanş aparmağımızı Bensio istəyir. Kim bilir - bəlkə də Bensio üçün belə

sərfəlidir?”



“Amma o, düz adama oxşayır”.

“Əlbəttə. Lakin unutma, əsl təhqiqatçmın ilk vəzifəsi - məhz düz adamlara oxşayanlardan

şübhələnməkdir”.

“Təhqiqatçılıq - yaramaz işdir”, - dedim.

“Mən də bunun üçün onu atdım. Amma görürsən - bəzən köhnə peşə də kara gəlir. Haydı,

kitabxanaya gedək”.




202

İKİNCİ GÜN

G E C Ə ,

Vilheltn və Adso, nəhayət, labirintə girirlər;

qəribə görüntülər görür və hər bir labirintdə olduğu kimi

yolu itirirlər

Biz yenidən yuxarı qalxdıq, bu dəfə  şərqdəki pilləkənlə, çünki bu pilləkən yazı zalından keçməklə

kitabxananın yerləşdiyi üst mərtəbəyə də çıxırdı. Çırağı yuxarı qaldıraraq qarşımızda tutmuşdum.

Alinardonun labirint haqqında dediklərini xatırladım və dəhşətli şeylərlə üz-üzə gəlməyə hazırlaşdım.

Yasaq edilmiş yerə girdikdə toz və kif iyi verən, yeddiguşəli, kiçik və pəncərəsiz otaqda olduğumuzu

görüncə çox təəccübləndim. Sonralar görəcəkdim ki, üst mərtəbəni bütünlüklə bu qoxu bürümüşdü. Bir

sözlə, vahiməyə düşmək üçün heç bir səbəb yox idi.

Dediyim kimi, otağın yeddi divarı vardı. Bunların yalnız dördündə daşlarla divara hörülmüş iki kiçik

sütun arasında, yuxarısı yarımdairəvi tağ  şəklində olan geniş keçidlər vardı. Bütöv divarlar boyunca

yerləşdirilmiş böyük dolab və rəflərə səliqə ilə kitablar yığılmışdı. Hər birinin üstündə rəqəm yazılmış

lövhə vardı. Bu rəqəmlərin, kataloqda gördüyümüz rəqəmlərlə eyni olduğuna şübhə yox idi. Otağın

ortasında üstü yenə kitablarla dolu olan masa qoyulmuşdu. Bütün kitabların üstündə nazik toz təbəqəsi

vardı - deməli, onları müntəzəm olaraq silib təmizləyirdilər. Döşəmə də nisbətən təmiz idi. Divarların

birində, tağın üstündə iri hərflərlə yazılmışdı: Apocalypsis İesu Christi'. Hərflər köhnə olsa da, yazı

silinməmişdi. Sonralar gördük ki, buna xüsusi üsulla nail olunurdu: hərflər daşın üzərində

99

99



İsa Məsihin vəhyi (latınca)


203

oyularaq yazılır, sonra bu oyuqların içorisi boyalarla doldurulurdu. Belə işləmələrə kilsələrdə tez-tez rast

gəlinir.

Tağlı keçidlərin birindən içəri girdik. Özümüzü şüşə əvəzinə gips təbəqələrlə örtülmüş təkpəncərəli,

iki divarı bütöv, bir divarında isə az öncə içindən keçdiyimiz otaq kimi keçidi olan başqa bir otaqda

gördük. Buradan isə iki divarı bütöv, bir divarında pəncərə, bir divarında isə keçid olan başqa bir otağa

girilirdi. Hər iki otaqda da birinci otaqda gördüyümüzə bənzər, eyni hərflərlə yazılmış, lakin məzmunca

fərqli olan yazılar vardı. Birincisi belə idi: “Super thronos viginti quatuor”'  ,  ikinci  otaqda  isə  belə

yazılmışdı: “Nometı illi ırıors"

100 101

. Bu iki otaq birinci otaqdan həm kiçik, həm də onun kimi yeddiguşəli

yox, dördkünc idi. Lakin əşyalar fərqli deyildi: kitab dolu rəflər və ortada bir masa.

Üçüncü otağa girdik. Bura boş idi: kitablar və yazılı lövhələr yox idi. Fəqət pəncərənin altında daş

mehrab vardı. Biri indicə çıxdığımız, biri ilk girdiyimiz yeddiguşəli otağa açılan, üçüncüsü isə bizi yeni

bir otağa çıxaran üç qapı vardı. Bu yeni otaq da əvvəlkilərə oxşayırdı, lakin lövhənin üstündə başqa

kəlmələr yazılmışdı: “Obscuratus est sol et aer”



102

. Buradan “Facta est grando et ignis”

103

 yazılmış

növbəti otağa keçid vardı. Bu otaqda isə başqa qapı yox idi, yəni bura girdikdən sonra irəliyə getmək

mümkün deyildi, yalnız geriyə yol vardı.

“İndi düşünək, - Vilhelm dedi. - Hər birinin bir pəncərəsi olan dördkünc, daha doğrusu, trapesiya

şəklində beş otaq... Bu otaqlar pilləkəni olan, yeddiguşəli, pəncərəsiz otağı əhatələyir... Çox sadədir, əziz

Adso. Biz şərq qülləsindəyik. Hər bir qüllənin xaricdən beş divarı və beş pəncərəsi vardır. Vəssalam. Bu

boş otaq, doğrudan da, şərq tərəfə baxır - kilsənin xonı kimi - və sübh çağı günəşin şəfəqləri ilk öncə

mehrabı işıqlandırır. Zən-

100


Taxtların üstündə iyirmi dörd qoca (latınca)

101


Onun adı ölüm (latınca)

102


Günəş və hava qaraldı (latınca)

103


Od və dolu yağdı (latınca)


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə