Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə68/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   64   65   66   67   68   69   70   71   ...   175

229

onu vəftiz etmələrini istədi. Fəqət Çobanlar ona cavab verdilər: “Öz xalqını amansızca qılıncdan keçirdin,

indi də öz canını qurtarmaq istəyirsən?” Və onu tikə-tikə etdilər, amma uşaqlara aman verib, sonra onları

vəftiz suyuna çəkdilər. Daha sonra yol boyunca qətliamlar törədərək, Karkassona tərəf getdilər. Bu zaman

kral Fransisk anlamağa başladı ki, Çobanlar artıq hədlərini aşıblar və bütün şəhərlərdə onlara müqavimət

göstərməyi və kralın bərabərhüquqlu təbəəsi kimi, hər bir şəhərdə yəhudiləri qorumağı əmr etdi.

Bəs nə üçün kral həmin dövrdə yəhudilərə qarşı mərhəmətli olmuşdu? Bəlkə də sayları durmadan

artan Çobanların nələr törədə biləcəklərini qəfildən anlamağa başlamışdı. Bu zaman onun gözlənilmədən

hətta yəhudilərə yazığı da gəlmişdi, üstəlik yəhudilər dövlət iqtisadiyyatı üçün çox faydalı idilər; həm də

Çobanlardan qurtulmağın da vaxtı çatmışdı ki, bütün mömin xristianlar onların işlədikləri günahlara

ağlamaq üçün bir səbəb tapa bilsinlər. Lakin xristianların çoxu krala boyun əymədi və yəhudilərin həmişə

xristianlara düşmən olduğuna inandıqları üçün onları müdafiə etməyin doğru olmadığını düşündülər.

Ancaq əsas səbəb o idi ki, əksər şəhərlərin əhalisi yəhudilərə borclu idi və heç kim də öz borcunu ödəmək

istəmirdi; buna görə də yəhudiləri öz təsərrüfatlarını ağıllı surətdə idarə etdikləri üçün cəzalandırmağa

gələn Çobanların davranışından hamı razı idi. Bir müddətdən sonra, kral Çobanlara yardım göstərilməsini

qadağan etdi və bunu pozan hər kəsə ölüm cəzasının verilməsini




230

buyurdu. O, güclü qoşun toplayıb, Çobanların üstünə yeridi; çoxu öldürüldü, bəziləri meşələrə qaçıb

qurtulsalar da, məhrumiyyətlər üzündən öldülər. Bir sözlə, hamısı qırılıb məhv edildi. Kralın adamları

Çobanlardan iyirmi-otuz nəfər yaxalayıb, onları ən yüksək ağaclardan asdılar ki, cəsədləri əbədi ibrət dərsi

olsun və bundan sonra heç kim krallığın asayişini pozmağa cəsarət etməsin.

Heyrətamiz olan, Salvatorun bu hadisələri şanlı qəhrəmanlıq hekayəsi kimi anlatmasıydı. O, doğrudan

da inanırdı ki, Çobanlar güruhunun məqsədi Məsihin Müqəddəs Məzarını ələ keçirmək və onu kafirlərin

əlindən qurtarmaqdı; bu müqəddəs işin Fransa kralı Müqəddəs Lüdoviqin səltənətində, Münzəvi Pyerin

və Müqəddəs Bernardin dövründə həyata keçirildiyinə onu inandırmaq qətiyyən mümkün deyildi. Hər

necə olsa da, Salvator kafirlərə qoşulmamış və fransız torpaqlarından dərhal uzaqlaşmağı daha üstün

tutmuşdu. O, Novara bölgəsindən keçdiyini dedi. Amma orada baş verənlər haqqında çox tutqun danışdı.

Nəhayət o, Kazala gəlib çıxmış və burada minoritləıin monastırına girmişdi (dediklərindən məlum idi ki,

Remigioya məhz burada rast gəlmişdi). Papa tərəfindən təqib edilən minoritlər, Ubertinonun dediyi kimi,

məhz bu zaman öz orden libaslarını çıxararaq və başqa ordenlərin monastırlarına sığınaraq, tonqalda

yandırılmaqdan xilas olmuşdular. Salvator ol işlərində mahir olduğundan (ilk vaxtlar tənha dolaşdığı

zamanlarda öz bacarığından pis məqsədlərlə, sonra isə Məsih sevgisi ilə rahiblik etdiyi dövrdə övliyalar

xatirinə istifadə etmişdi) kelar dərhal onu öz köməkçisi və müvəkkili təyin etdi. O zamandan bəri ordenə

xidmət etməyin qayğısına qalmadan, daha çox mətbəx və anbarla məşğul olaraq, burada qalmasının səbəbi

də elə bu idi. Nəhayət burada, oğurlamadan istədiyi qədər yeyib-içmək və tonqalda yandırılmaqdan

qorxmadan Tanrını mədh etmək ona nəsib olmuşdu.

Salvatorun udqunmaqla çeynəmək arasında danışdığı hekayə belə idi; onun nələr uydurduğunu və

əksinə, nələr haqqında susub danışmadığını tapmaqsa mənim işim idi.

Yalnız onun keçmişinə təəccübləndiyim üçün deyil, həm də danışdığı hekayə - o illərin İtaliyasını

cəlbedici və anlaşılmaz edən bir çox hadisə və davranışların müxtəsər məzmunu kimi göründüyü üçün

maraqla Salvatora baxdım.

Onun hekayəsi nədən bəhs edirdi? İşlədiyi cinayətin müdhişliyinə göz yumaraq öldürməyi bacaran

nainsaf insanın təbiətindən. Amma o zamanlar müqəddəs buyruğu tapdalayan hər şey, mənə eyni günahlar

kimi göründüyünə baxmayaraq, eşitdiyim bəzi məsələləri dərk etməyə başlayırdım. İnsan qələbəliyinin

qiyam zamanı törətdiyi qətllərlə (özünü unutmaq dərəcəsinə çatmış insanlardan ibarət coşmuş kütlə,

adətən, Tanrı buyruğunu Şeytan fitnəsi ilə qarışdırır), bir caninin soyuqqanlılıqla, düşünülmüş surətdə,

gizlicə və hiyləgərliklə işlədiyi cinayət ayrı-ayrı davranışlardır. Mən əmin idim ki, Salvator qatil ola

bilməzdi.

Lakin abbatın üstüörtülü şəkildə dediyi bəzi şeyləri öyrənmək istəyirdim. Həm də rahib Dolçino

haqqında qaranlıq eyhamlar ağlımdan çıxmırdı. Sanki iki gün boyunca eşitdiyim bütün söhbətlərin

üstündə onun kölgəsi dolaşırdı.

Buna görə də birdən soruşdum: “Rahib Dolçino ilə rastlaşdınmı?”




231

Salvator özünü çox qəribə apardı. Gözləri hədəqəsindən çıxdı - sanki daha geniş açılmaq istəyirdi - və

dalbadal xaç vurmağa başladı, bu dəfə doğrudan da, anlamadığım qırıq-qırıq sözlərlə donquldandı. Nəyisə

inkar edirmiş kimi görünürdü. Bu ana qədər mənə etibar etmiş, hətta deyərdim ki, dostyana münasibət

göstərmişdi. Amma indi mənə qatı nifrətlə baxırdı. Sonra bir bəhanə uydurub, aradan çıxdı.

Bu lap ağ oldu! Hətta adı çəkiləndə insanların dəhşətə düşdüyü bu sirli rahib kimiydi axı? Bütün

varlığımı bürüyən bu maraqdan qurtula biməyəcəyimi anlayırdım. Birdən ağlıma gözəl bir fikir gəldi.

Ubertino! Bu adı ilk dəfə ondan eşitmişdim. Monastırda olduğumuz ilk günün axşamı onunla söhbət

edəndə bu adı özü dilinə gətirmişdi. O, əlbəttə ki, yarıqardaşların və digər rahiblərin çox da uzaq olmayan

o tutqun zamanlardaki




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə