Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə59/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   55   56   57   58   59   60   61   62   ...   175

197

“Şüşələr onun nəyinə lazımdır?”

“Çünki bu sirli kağız barəsində danışdıqlarımızı eşitmişdi! O, bu kağızın əhəmiyyətli olduğunu bilir.

Şüşələrsiz onu oxuya bilməyəcəyimi düşünmüşdür. Həm də kağızı başqalarına göstərməyəcəyimə də

əmindir. İndi heç bir fərqi yoxdur - kağız məndədir, ya yox”.

“Amma eynəkləriniz haqqında haradan bilirdi?”

“Birincisi, onların haqqında mən özüm şüşə ustasına danışmışdım. İkincisi isə, bu gün səhər yazı

zalında Venansionun kağızlarına baxmaq üçün onları taxmışdım. Deməli, artıq çox adam bilir ki, bu cihaz

mənə oxumaq üçün lazımdır. Doğrudan da, adi əlyazmasını bəlkə də onlarsız hələ oxuya bilərəm, amma

bunu yox, - deyə o, sirli perqamenti yenidən açdı, - çox kiçik yunan hərfləri ilə yazılmışdır, yuxarı hissəsi

isə, ümumiyyətlə, anlaşılmazdır”.

O,  vərəqi  yenə  də  alova  sarı  tutdu  və  gizli  işarələr  -  sanki  sehrin  gücü  ilə  -  daha  aydın  görünməyə

başladı. “Venansio mühüm məlumatları gizlətmək istəmişdir və buna görə də görünməz, lakin isidildikdə

üzə çıxan mürəkkəblə yazmışdır. Bəlkə də limon şirəsidir... Təəssüf ki, onun hansı maddədən istifadə

etdiyini bilmirik. Yazılar yenidən yox ola bilər. Qulaq as. Sənin gözlərin daha itidir. Bu işarələrin üzünü

cəld köçür. Amma dəqiqliklə. Çalış ki, işarələr bir az da böyük olsun”. Onun tapşırığım yerinə yetirdim -

heç nə anlamadan işarələrin üzünü köçürdüm. Tilsimə oxşayan dörd-beş sətirlik yazı alındı. Qarşımızdakı

müəmma haqqında oxucuda təsəvvür yaratmaq üçün bir neçə ilk işarəni bura yazıram:

Mən yazıb qurtardıqdan sonra Vilhelm vərəqi gözlərindən bir az uzaqda tutdu ki, oxuya bilsin. “Bu,

məxfi əlifbadır. Yozmaq lazımdır, - dedi. - Yəqin ki, işarələr pis yazılmışdır, sənsə onu daha da korladın.

Lakin anlamaq olur ki, bunlar bürc işa-



rələridir. Bax, bu birinci sətirdə... deməli... - O, vərəqi bir az da kənarda tutub, gözlərini qıydı. - Hə...

Oxatan, Günəş, Merkuri, Əqrəb...”

“Bunlar nə deməkdir?”

“Əgər sadəlövh biri yazmışsa, ən geniş yayılan bürc əlifbasından istifadə etmiş olmalıdır: Günəş - A,

Yupiter - B... Bu zaman ilk sətir belə olardı... Yoxlayaq. Yaz... RAİQASVL... - O duruxub qaldı. - Yox,

bunun heç bir mənası yoxdur. Həm də Venansio o qədər də sadəlövh deyildi. O, yeni bir açar yaradaraq,

buna uyğun olaraq hərflərin yerini dəyişmişdir. Biz bu açarı tapacağıq”.

“Axı necə?” - heyranlıqla soruşdum.

“Ərəb üsulunun köməyi ilə. Kriptoqrafıya

97

 üzrə  ən gözəl əsərlər kafirlərin qələmindən çıxıb.



Oksfordda bir neçəsini oxumuşam... Biliklərə yiyələnməyin yolunun dilləri öyrənməkdən keçdiyini deyən

Bekon min dəfə haqlı idi. Əbu Bəkr Əhməd bin Əli bin Vaşiyyə  ən-Nəbatinin yüz illər öncə yazdığı

“Mömin müsəlmanın qədim yazıların sirrini açmağa duyduğu coşqun istək haqqında” adlı kitabda

cadugərlikdə zəruri olduğu qədər ordular, yaxud şahlar və onların elçiləri arasında xəbərləşmədə də

faydalı olan gizli əlifbaları necə tərtib və ayırd etmək haqqında çoxlu tövsiyələr vardır. Bu barədə ərəblərin

başqa kitablarında da ağıllı məsləhətlərə rast gəlmişəm. Məsələn, bir hərfi başqa hərflə dəyişmək, sözü

tərsinə yazmaq, sözün iki hərfini saxlamaqla qalanlarını tərsinə yazmaq. Bundan başqa, hərflərin yerinə

başqa işarələr də, məsələn, bürc işarələri də qoyula bilər. Bu zaman əvvəlcə əlifbanın hərfləri, sonra isə

məxfi əlifbanın hərfləri rəqəmlərlə işarələnir, daha sonra uyğun gələn rəqəmlər tutuşdurulur...”

“Venansionun hansı üsuldan istifadə etdiyini isə bilmirik...”

“Hamısını yoxlamaq lazımdır... Başqalarını da... Gizli məktubun şifrəsini tapmaq üçün, ilk növbədə,

burada nə yazıldığını təxmin etmək lazımdır”.

“Amma bundan sonra şifroni tapmağa lüzum yoxdur ki!” - gülərək dedim.

“Elə demə. İlk sözlərin necə ola biləcəyini təsəvvür etmək lazımdır. Sonra isə bunlardan çıxardığın

97

kriptoqrafıya - gizli yazılar, şifrlər haqqında elm

198



qaydanın mətnin geridə qalan hissəsinə uyğun gəlib-gəlmədiyini yoxlamalısan. Məsələn... bu yazıda,

Afrikanın sərhədinə gedən yolun göstərilməsi şübhəsizdir. Demək olar ki, buna əminəm. Ahəngliyin sa-

yəsində... İlk üç kəlməni özün tapmağa çalış. Hərflərə baxma, onların sayına fikir ver... IIIIIIII IIIII

IIIIIII... Bu sözləri iki-üç hərfdən ibarət hecalara bölək. Nə alınacaq? Ta-ta-ta, ta-ta, ta-ta- ta... Ağlına bir

şey gəlmədimi?”

“Yox... heç nə...”

“Amma mənim ağlıma Secretum finiş africae' gəlir...Baxaq. Axırıncı kəlmədə birinci və altıncı hərflər

eyni olmalıdır. Doğrudan da, belədir: hər ikisi Yer üzünün işarəsidir. Birinci sözün ilk hərfi - S - ikinci

sözün son hərfi ilə eyni olmalıdır... Gözəl. Bu da uyğun gəlir. Qız bürcünün işarəsi. Deyəsən, biz düzgün

yoldayıq. Fəqət bu, təsadüflər zənciri də ola bilər. Qanunauyğunluğu axtarmaq lazımdır”.

“Harada axtaraq?”

“Beynimizdə. Düşünüb tapmalı, sonra da yoxlamalıyıq. Amma bunun üçün günlər lazımdır. Amma

uzun sürməz. Çünki elə bir gizli dil yoxdur ki, səbr və bacarığın qarşısında dayana bilsin, bunu unutma.

Lakin indi vaxtımız yoxdur. Kitabxanaya baxmalıyıq. Bundan başqa, göz şüşələrim olmadan yazının

ikinci hissəsini oxuya bilməyəcəyəm və əfsuslar olsun ki, sən də mənə kömək edə bilməzsən, zira sənin

fikrincə...”

“Ellinlilərin yazısını oxumaq olduqca çətindir...” - onun sözünü acizanə şəkildə tamamladım.

“Tamamilə doğrudur. Bax görürsən Bekon nə qədər haqlı imiş? Öyrən! Lakin ruhdan düşməyək.

Perqamenti və sənin yazılarını götürüb, kitabxanaya qalxaq. İndi şeytanın bölük-bölük orduları da

qarşımızı kəsə bilməz”.

98

98

Afrikanın sərhədinin sirri (latınca)



199


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə