186
Biz zəvvar müsafırxanasına yollandıq. Astanaya çatınca dayandı və bayaqkı söhbətinə davam edirmiş
kimi dedi: “Əslində abbat Adelmonun ölümünü araşdırmağı məndən xahiş edəndə, gənc rahiblərinin
arasındakı çirkin əlaqələri nəzərdə tuturdu. Lakin indi Venansio öldükdən sonra, yeni-yeni şübhələr üzə
çıxdı. Bəlkə də abbat sirrin açarının - kitabxanada olduğunu hiss etmişdir. Amma mənim orada təhqiqat
aparmağıma yol vermək istəmir. Buna görə də diqqətimi Binadan uzaqlaşdırmaq üçün məni kelarla
məşğul olmağa təhrik edir...”
“Bəs nə üçün istəməsin ki...”
“Artıq suallar vermə. Abbat lap əvvəldən mənə kitabxananın qadağa altında olduğunu dedi. Görünür,
bunun üçün səbəbləri vardır. Bəlkə o da Adelmonun ölümünə dəxli olduğunu zənn etmədiyi başqa bir
hadisəyə qarışmışdır. Lakin indi qalmaqalın böyüdüyünü və ona da gəlib çata biləcəyini görür. Buna görə
də həqiqətin üzə çıxmasını - ya da ən azından onu mənim üzə çıxarmağımı istəmir”.
“Belədirsə... deməli, biz Tanrının tərk etdiyi bir yerdəyik...” - ümidsizcə dedim.
“Tanrının razı qaldığı çoxmu yer görmüsən?” - Vilhelm boyunun hündürlüyündən baxaraq soruşdu.
Sonra məni dincəlməyə göndərdi. Yatağıma uzanarkən, atamın məni nahaq yerə dünyanı gəzib-
dolaşmağa göndərdiyini düşündüm, zira dünya bildiyimdən daha çox mürəkkəbdir. Çox öyrənmək lazım
gəlirdi.
“Məni aslanın ağzından qoru, Tanrım”, - yuxuya gedərkən dua etdim.
İKİNCİ GÜN
G Ü N B A T A N Ç A Ğ I N D A N S O N R A ,
Bu qısa fəsildə qoca Alinardo labirintə dair və oraya necə
girmək barədə çox maraqlı məlumatlar danışır
Mən yuxudan ayılanda axşam yeməyinin vaxtı çatmışdı. Beynim dumanlanmışdı, özümü ölgün hiss
edirdim, çünki gündüz yuxusu cismani günah kimidir: nə qədər çox dadırsansa, o qədər çox istəyirsən;
eyni zamanda həm toxluqdan, həm də aclıqdan əzab çəkirsən. Vilhelm hücrədə yox idi - yəqin ki, çoxdan
ayağa qalxmışdı. Monastırı gəzib-dolaşdım və onu Binadan çıxarkən gördüm. Mənə yazı zalında
olduğunu, kataloqları vərəqlədiyini, rahiblərin işinə göz qoyduğunu və Venansionun masasına
yaxınlaşmağa çalışdığını dedi. Lakin yazı zalında olanların hamısı sözləşmişlər kimi, müxtəlif bəhanələrlə
onu masaya yaxın buraxmaq istəməmişdilər. Əvvəlcə Malaxia qiymətli miniatürləri göstərməklə onu
məşğul etmişdi. Sonra Bensio cəfəng şeylər danışaraq, qır-saqqız olub yapışmışdı. Nəhayət, onlardan
yaxasını qurtarıb Venansionun masasına oturduqda, Berenqar peyda olub, öz köməyini təklif etmişdi;
ondan qurtulmaq isə əsla mümkün deyildi.
Axırda Malaxia ustadımın Venansioya aid yazıları araşdırmaq niyyətinin ciddi olduğunu görüncə,
mərhumun masasını eşələmək üçün əvvəlcə baş rahibdən rüsxət almasını ona açıqca söyləmişdi; o özü
kitabxanaçı olsa da, intizam qaydalarına duyduğu hörmətdən ötrü, mərhuma aid olan əşyalara
toxunmamışdı. Eyni zamanda Vilhelmin göstərişinə də əməl olunurdu - yəni mərhumun masasına heç kim
toxunmurdu və abbat qərar verənə qədər heç kim toxunmayacaqdı. Vilhelm monastırın istənilən yerində
təhqiqat aparmaq üçün abbatın ona səlahiyyət verdiyini demişdi. Malaxia cavab olaraq qərəzli sayılacaq
tərzdə yazı
188
zalında, ya da Tanrı qorusun, kitabxanada axtarış aparmaq üçün ixtiyar verilib-verilməməsini soruşmuşdu.
Vilhelm anlamışdı ki, Vcnansionun yazıları ətrafındakı bu vurnuxma və müəmmalar, onlarla tanış olmaq
istəyini dəfələrlə artırsa da, Malaxia ilə höcətləşməyə dəyməz. Elə bu gecə oraya qayıtmağa necə qətiyyət-
lə qərar vermişdisə - baxmayaraq ki məlum deyildi hansı yolla - vəziyyəti mürəkkəbləşdirməməyi üstün
tutmuşdu. Bununla belə, əgər həqiqəti öyrənmək arzusundan qaynaqlanmasaydı, yersiz sayılacaq və hətta
qınanılacaq bir intiqam hissinin qəlbinə çökmüş olduğunu etiraf etmək lazımdır.
Yeməkxanaya girmədən, payız axşamının soyuq havasında yuxunun gətirdiyi məstliyi qovmaq üçün
kilsənin həyətində gəzişməyə başladıq. Bir neçə rahib də dərin düşüncələrə dalmış halda ətrafımızda
dolaşırdı. Həyətə bitişik bağçada son illər cismani ağrılardan əzab çəkən - kilsədə dua etdiyi vaxtlardan
başqa günün böyük bir hissəsini təmiz havada keçirən, əldən düşmüş Qrottaferratlı Alinardonu gördük:
soyuğa məhəl qoymadan sütunlann kənarında lal-dinməz oturmuşdu. Vilhelm ona salam verdi. Qoca
kiminsə ona müraciət etdiyini görüb çox sevindi.
“Aydın bir gündür”, - Vilhelm dedi.
“Tanrının mərhəməti sayəsində”, - qoca cavab verdi.
“Səma aydın, fəqət, yer üzü qaranlıqdır, - Vilhelm davam etdi. - Venansionu tanıyırdınızmı?”
“Hansı Venansionu? - qoca soruşdu. - Hə, ölən rahibi? Monastırda yırtıcı dolaşır”.
“Hansı yırtıcı?”
“Dənizdən çıxan yırtıcı heyvan. Yeddibaşlı, onbuynuzlu; on buynuzunda on çələng, başlarında üç küfr
söz. Bəbirə bənzəyən bir heyvan, ayaqları ayınınkı kimi, cəhəngi aslan ağzına bənzər... Mən bu yırtıcını
gördüm...”
“Harada? Kitabxanadamı?”
“Kitabxanada? Nə üçün kitabxanada? Mən çoxdandır ki, yazı zalına getmirəm. Kitabxanada heç
zaman olmamışam. Kitabxanaya heç kim girə bilməz. Kitabxanaya girənləri bilirəm...”
189
“Kimi? Malaxianı və Berenqarı?”
“Yox, yox... - qoca birdən şən səslə gülməyə başladı. - Əvvəllər. Malaxiadan əvvəlki kitabxanaçını,
illər öncə...”
“Onun adı nə idi?”
“Xatırlamıram. O öləndə, Malaxia hələ gənc idi. Malaxianm ustadından əvvəlki isə - kitabxana
köməkçisiydi, mən gənc idim o zaman... Amma kitabxanaya heç zaman girməmişəm. Labirint var orada”.
“Kitabxana labirintdəmi yerləşir?”
“Bu labirint çox böyükdür, dünya labirintinin rəmzidir, - qoca səlis sözlərlə dedi. - Girişi geniş və
cəlbedicidir; içəri girən hər kəs ölür. Heç kim çıxa bilməz. Herkules sütunlarının arxasında gəzmək lazım
deyil...”
“Binanın qapıları kilidliykən kitabxanaya necə girildiyini bilmirsiniz demək?”
“Nə üçün bilmirəm? - qoca gülərək dedi. - Bunu çoxları bilir. İnsan sümüklərinin saxlandığı yerdən
keçərsən. Sümüklərin saxlandığı yerdən keçmək olar. Amma sümüklərin saxlandığı yerdən keçmək
istəməzsən. Ölü rahiblər növbə çəkirlər”.
“Növbə çəkən kimlərdir - sümükxanadakı ölülər, yoxsa gecələr kitabxanada şamlarla dolaşanlar?”
“Şamlarla? - qoca təəccüblə soruşdu. - Belə şey eşitməmişəm. Yox, ölülər - sümük məzarlığında
olanlar. Sümüklər yavaş-yavaş məzarlıqdan çıxıb, girişdə növbə çəkirlər. Son heç sümüklərin saxlandığı
yerə açılan sovməədəki mehrabı görmədinmi?”
“Köndələn nefı keçdikdən sonra, soldan üçüncü mehrabmı?”
“Üçüncü. Bəlkə də üçüncü. Mehrab daşında sür-sümük qoyulmuş olan. Sağdan dördüncü kəllə.
Gözlərinə bas. Özünü sümüklərin saxlandığı yerdə görərsən. Amma oraya getmə. Mən heç vaxt getmədim.
Baş rahib izn vermir”.
“Bəs yırtıcı? Yırtıcı heyvanı harada gördünüz?”
“Hansı yırtıcını? Hə, Dəccalı... Tezliklə gələcək. Min il tamam oldu, gözləyirik onu”.
Dostları ilə paylaş: |