Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə63/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   59   60   61   62   63   64   65   66   ...   175

210

“Hə, Adso, di tez ol, - Vilhelm deyirdi. - Hər şey yaxşıdır, hər şey qaydasındadır...”

“Ehtiyatlı ol, - deyə dəhşətlə pıçıldadım, - Orada əjdaha var...”

“Əjdaha-zad yoxdur. Masanın altında tapdım səni, sayıqlayırdın; gözəl bir Müztərib İncili masanın

üstünə qoyulmuşdu: günəşə bürünmüş qadının əjdaha ilə qarşılaşdığı səhifə açıq idi. Amma ətrafa

yayılmış  iydən  bildim  ki,  pis  qoxu  ilə  nəfəs  almısan  və  dərhal  səni  oradan  çıxardım.  Mənim  də  başım

ağrıdı”.

“Bəs orada gördüklərim..”

“Sən heç nə görmədin. Orada bihuşedici bitkilər tüstülənirdi. İyindən tanıdım. Bundan ərəblər istifadə

edirlər. Bəlkə də Dağ Qocasının öz həşşaşilərinə

107

 tapşırığa yollamazdan öncə iylətdiyi otlardandır. Bax,



xəyalat görməyin əsrarını tapdıq. Kimsə xoşagəlməz ziyarətçiləri kitabxananın şeytani qüvvələrlə

qorunduğuna inandırmaq üçün gecələr bu bitkilərdən yandırır. Hə, sənin gözlərinə nə göründü?”

Gördüyüm dəhşətdən yaddaşımda qalanlan qarışıq şəkildə ona danışdım. Vilhelm gülümsədi:

“Bunların yarısı kitabda gördüklərinin təxəyyülündoki davamı, yarısı da gizli qorxularının və boğulmuş

istəklərinin səsidir. Bitkilərin bihuşedici təsiri ilə bunlar hərəkətə gəlir. Sabah bu barədə Severinlə danı-

şaram. O, çox şey bilir, amma bunu büruzə vermək istəmir... Bunlar bitkidir, yalnız bitki. Şüşəçinin bizə

danışdığı cadugər əməllərindən əsər-əlamət belə yoxdur. Bitkilər, güzgülər... Müdrikliyin gizlin yeri çox

hiyləgərcəsinə qorunur. Bu kitabxanada biliklər işığa deyil, qaranlığa vəsilədir. Bu, mənim xoşuma

gəlmir. Kitabxananın qorunması kimi müqəddəs iş pozğun bir

112


112

Həşşaşilər (assassinlər) - orta əsrlər xronikasma görə VII-VIII əsrlərdə  şiə məzhəbinin üzvləri (sonradan fars və

suriyalı ismaililər, o cümlədən fədailər - “özlərini qurban verənlər” də bu məzhəbdən yaranmışdır). Assassinlər çox vaxt

narkotiklərdən məst olmuş halda öz hökmdarları Həsən ibn Sobbahın (“Dağ Qocası”) əmrlərini yerinə yetirirdilər. Bu

zaman qəhrəmanlıq möcüzələri göstərərək, özlərini fəda edirdilər.




211

ağıla həvalə edilib... Sənin üçün çətin bir gün oldu, Adso. Özündə deyilsən. Geri qayıtmalıyıq. Sənə su və

təmiz hava lazımdır. Bu pəncərələri açmağa çalışmaq da mənasızdır. Çox hündürdədir, bəlkə də illərdir

açılmır... Onlar Adelmonun özünü buradan aşağı ata biləcəyini necə düşünə biliblər?”

Beləcə, Vilhelm geri qayıtmağı  əmr etdi. Sanki bu asanmış! Aşağıya düşən pilləkənin yalnız bir

qüllədə - şərq qülləsində olduğunu bilirdik. Amma o an biz haradaydıq? Bütün təsəvvürümüzü itirmişdik.

Kor-koranə gəzib dolaşırdıq, getdikcə buradan çıxmağın mümkün olmadığına inanırdıq. Ayağımı zorla

sürüyür, səntirləyə-səntirləyə yeriyirdim, az qala ögüyəcəkdim. Vilhelm məndən ötrü narahat idi və indi

biliyinin heç bir işə yaramadığından özünün özünə acığı tutmuşdu. Lakin mənə - daha doğrusu, özünə -

təsəlli verirdi; - bu arada, onun ağlına növbəti gecə üçün gözəl bir fikir gəldi. Əgər bu gecə kitabxanadan

çıxa bilsəydik, özümüzlə taxta kömür parçası, ya da başqa bir boyayıcı maddə götürüb, yenidən buraya

gələcək və divarlarda işarələr qoyaraq gəzəcəkdik.

“Hər hansı bir labirintdən çıxış yolunu tapmaq üçün, - Vilhelm bəlağətlə dedi, - yalnız bir üsul vardır.

Daha öncə heç görmədiyimiz hər yeni qovşaqda çıxdığımız keçidi üç xaçla işarələyirik. Əgər xaçlarla

işarələdiyimiz, yəni artıq olduğumuz qovşağa bir də gəlib çıxsaq, bizi buraya gətirən keçidə yalnız bir

işarə qoyuruq. Əgər bütün keçidlər işarələnmişsə, deməli - geri qayıtmaq lazımdır. Amma qovşaqda hələ

işarələnməmiş keçidlər qalmışdırsa, bunlardan hər hansı birini seçib, onu iki xaçla işarələmək lazımdır.

Yalnız bir xaçla işarələnmiş keçidə girərkən, buraya daha iki işarə qoymaq lazımdır; beləcə, bu keçidin

üç işarəsi olur. Əgər üç işarəli keçidə heç zaman girməsən və sərəncamında üç xaçla işarələnməmiş, heç

olmasa, bir yol qalmışsa, labirinti bütünlüklə gəzmiş olarsan...”

“Bunları haradan bilirsiniz? Labirintlərə aid bilikləri öyrənmisinizmi?”

“Yox. Bir zamanlar oxuduğum qədim bir mətni xatırladım”.

“Bütün bunlar yerinə yetirilsə - labirintdən çıxmaq olarmı?”

“Heç zaman. Bildiyim qədər. Buna baxmayaraq, yoxlamalıyıq. Həm də üstəlik, sabah göz şüşələrim

də olacaq və kitablarla özüm məşğul ola biləcəyəm. Bəlkə lövhələrdəki yazılar bizi azdıran zaman kitablar

kömək edəcək - yol göstərəcək”.

“Gözlükləriniz olacaq? Onları necə tapacaqsınız?”

“Tapacağam - demədim. Yenilərini hazırlayacağam. Zənnimcə, şüşəçi də belə cihazlar düzəltməyi

öyrənmək üçün fürsət gözləyir. Əlbəttə ki, şüşələrlə işləmək üçün alətləri olarsa. Şüşələrə gəlincə,

emalatxanada nə qədər desən, vardır”.

Beləcə, çıxış yolu axtarıb dolaşarkən, yeni bir otağa gəlib çıxdıq. Birdən otağın ortasında görünməz

bir əlin üzümə toxunduğunu və yanağımı oxşadığını hiss etdim. Kimsə inildəyirdi - bu, nə heyvan səsi idi,

nə də insan səsi. Onunla yanaşı üçüncü otaqdan da eyni inilti səsləri eşidildi. Sanki bir kabus otaqların

içində dolaşırdı. Düşünürdüm ki, kitabxanadakı gözlənilməz hadisələrə artıq öyrəşmişəm. Fəqət bu çox

dəhşətli idi. Geriyə doğru sıçradım. Görünür, Vilhelm də eyni şeyi hiss etmişdi, çünki əlini yanağına çəkə-

çəkə yerində donub-qalmışdı və çırağı qaldıraraq ətrafına baxırdı.




212

Sonra çırağa diqqətlə baxaraq, əlini lap yuxarı qaldırdı, bu zaman alov nədənsə daha canlı titrəməyə

başladı. Bir az düşünüb, bir barmağını tüpürcəyi ilə yaşladı və onu qarşısında tutdu.

“Hər şey aydındır”, - qarşı-qarşıya olan iki divarın üstündə təxminən insan boyu hündürlüyündə

yerləşən iki deşiyi mənə göstərib, razı-razı dedi. Əlini yaxınlaşdırınca, bu iki incə yarıqdan süzülən hava

şırnağını - çöldən gələn soyuq havanı hiss etmək çətin deyildi. Qulağını dayayınca da boğuq bir uğultu

eşidirdin. Bu, yarığa doğru cuman qəzəbli qış küləyinin səsi idi.

“Kitabxanada havalandırma olmalıdır, - Vilhelm dedi. - Yoxsa, burada adam havasızlıqdan boğular,

xüsusən də yayda. Bundan başqa, deşiklərin sayəsində perqamentlərin qurumaması üçün zəruri olan

rütubətlilik də əldə edilir. Lakin inşaatçıların hiyləsi bununla bitmir. Onlar deşikləri xüsusi bucaq altında

yerləşdirməklə, küləkli gecələrdə bu yarıqlardan içəri girən hava axınlarının başqa axınlarla toqquşub,

yanaşı yerləşən otaqların içində, az öncə eşitdiyimiz iniltiləri çıxararaq dövr etməsinə nail olmuşlar. Bu

səslər güzgülərin və bitkilərin təsiri ilə birləşincə, buranı yaxşı tanımadan içəri girən bizim kimi

ağılsızların qorxusunu daha da artırır. Hətta biz də bir an kabusların üzümüzə üfürdüyünü zənn etdik... Nə

üçün bu hadisə ilə yalnız indi qarşılaşdıq? Görünür, bayırda külək əsmirdi. Deməli, labirintin daha bir

müəmmasının sirri tapıldı... Amma buradan necə çıxacağımızı hələ də bilmirik”.

Belə söhbətlər edə-edə hamısı eyni görünən divar yazılarına baxıb əlimizi yelləyərək, çarəsiz halda

otaqları dolaşırdıq. Yeni bir yeddiguşəlu zala rast gəldik, ona bitişik otaqlarda yenə dövrə vurduq - heç nə

alınmadı, çıxışı tapmadıq. Gəldiyimiz yolla geri döndük; harada olduğumuzu anlamağa çalışmadan təxmi-

nən bir saat gəzib-dolaşdıq. Bir an gəldi, Vilhelm öz məğlubiyyətini etiraf etməyə məcbur oldu. Otaqların

birində yatıb, ertəsi gün Malaxianın bizi tapacağına ümid etməkdən başqa çarəmiz qalmamışdı. Şərəfli

işimizin rüsvayçı sonuna yaxınlaşarkən - birdən özümüzü pilləkənin olduğu ycddigüşəli ilk otaqda gör-

dük. Tanrıya ürəkdən şükrlər edərək, sevincdən özümüzü unutmuş halda pillələrlə aşağı endik.

Mətbəxə girər-girməz ocağın arxasından keçib, sümükxananın yerləşdiyi dəhlizlə qaçdıq - and içirəm

ki, bu quru kəllələrin qorxunc diş qıcırtıları sevimli dostlarımın təbəssümü kimi görünürdü mənə. Yenidən

kilsəyə girib, şimal tərəfdəki qapıdan çıxdıq və xoşbəxt halda qəbir daşlarının üstündə oturduq. Qış

gecəsinin təmiz havasını ilahi şərbət kimi içimizə çəkirdik. Ətrafımızda ulduzlar parıldayırdı və

kitabxananın bütün dəhşətləri çox uzaqlara çəkilmişdi.

“Dünya nə gözəl, labirintlorsə nə çirkindir”, - fərəhlə dedim.

“Labirintlərdən necə çıxmağın bir qaydası olsaydı, dünya nə gözəl olardı”, - deyə ustadım cavab verdi.

“Əcəba, saat neçədir?” - dedim.

“Mən zaman duyğusunu itirmişəm. Amma gecəyarısı duası üçün zənglər çalınmadan hücrəmizdə

olsaq, yaxşıdır”.

Biz kilsənin sol divarı boyunca gedib, darvazanı keçdik (Vəhydə adları keçən qocaların qorxunc

surətlərini yenidən görməmək üçün üzümü çevirdim, super thronos viginti quatour) və həyətə girib, zəvvar

müsafırxanasına tərəf yollandıq.




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə