Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə47/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   43   44   45   46   47   48   49   50   ...   175
    Bu səhifədəki naviqasiya:
  • Pyer

157

Amma o, bu övliyanın ifadələrinin spiritualiter salsa' olduğunu da deyir”, - Vilhelm cavab verdi.

Bunlar gülünc yox, çevik və fəndgir ifadələrdir. Müqəddəs Evfraim rahiblərin gülüşünə qarşı bir tezis yazdı və

özünün “De kabitu et conversatione monachorum”



2

 şsərində ədəbsizlikdən və masqaraçılıqdan zəhərli ilanlardan

qaçırmışcasına uzaqlaşmağı tələb edir!”

“Amma Hildebert gülüşü qadağan etmirdi: “Ağır zəhmətdən sccra əylənməyə də icazə verilir, ancaq

müəyyən səviyyədə”. Solsberili İohann da adi zarafatın, mülayim şənliyin əleyhinə çıxmırdı. Və nəhayət, gülüşün

axmaqlara xas olduğunu deməklə sizin Qaydalara dayaq olan Ekklesiastın başqa şeirlərində deyilir ki, sakit ruhun

səssiz gülüşünə izin verilmişdir”.

"Ruh yalnız həqiqəti düşünərkən sakitdir və xeyirxah işlərdən sevinir; həqiqətə və xeyirxah işlərəsə gülməzlər.

Bax buna görə Məsih gülmürdü. Gülüş - şübhələrin qaynağıdır”.

'Bəzən şübhələnmək də doğrudur”.

'Belə düşünmürəm. Şübhə duyan hər kəs möhtərəm bir şəxsə - müqəddəs ataya, yaxud üləmaya üz tutmalıdır -

bu zaman bütün şübhələri dağılar... Parisli məntiqçilər kimi, siz də müxtəlif mübahisəli nəzəriyyələrin əsirisiniz...

Amma Müqəddəs Bernard bütün suallara öz mühakiməsi ilə “bu belədir” yaxud ""belə deyildir” şəklində cavab

verən və bununla da idrakı İncili-Şərifin ziyasından məhrum, soyuq və cansız məntiqə tabe etmək istəyən xədim

Abelyarın

3

 öhdəsindən gəlməyi yaxşı bacardı. Əlbəttə ki, onun çox təhlükəli fikirlərini qəbul edən şəxs, hər kəsin



itaət etməli olduğu vahid və əbədi olan ən uca həqiqətə gülən cahilə də fürsət tanıyır. Beləcə, gülüşə təslim olmuş

cahil bəm də Deus non est



4

 demiş olur”.

Duzlu, məzəli (latınca)

“Rahib əxlaqı və nitqi haqqında” (latınca)



Pyer Abelyar  - XI əsrdə yaşamış fransız ilahiyyatçısı və filosofu. Notr-Dam kilsə məclisinin üzvü Fulbertin qardaşı qızı

Fteloisə aşiq olub onunla gizlicə evləndiyi üçün Fulbert onu axtalatdırmışdı.

* Tanrı yoxdur (latınca)



158

“Möhtərəm Xorxe, mənə elə gəlir ki, Abelyarın axtalandığını deməklə, haqsızlıq edirsiniz, zira onun

bu acınacaqlı vəziyyətə başqalarının əclaflığı ucbatından düşdüyünü siz də bilirsiniz...

“Yox, öz günahlarına görə. İnsan ağlına bu qədər güvəndiyindən. İnsan ağlını tərifləyib göylərə

qaldırmaq xətrinə, sadə adamların inancı lağa qoyuldu, ilahi sirlərin üstü açıldı (ən azından buna cəhd

edildi; buna can atan axmaqlardır!); ən uca təsəvvürlərə aid şübhələr soyuqqanlılıqla müzakirəyə qoyuldu;

belə şübhələrin açıqlanmasının deyil, ört-basdır edilməsinin zəruri olduğunu düşünən müqəddəs atalar ələ

salındı”.

“Sizinlə razı deyiləm, möhtərəm Xorxe. Tanrı Müqəddəs İncilin bizi qərar verməkdə sərbəst buraxdığı

qaranlıqlar üstündə ağlımızı çalışdırmağı istəyir. Əgər bizdən hər hansı bir müddəaya inanmağımızı

istəyirlərsə, hər şeydən əvvəl onun məqbul olub-olmadığını düşünmək lazımdır, zira ağlımız Tanrı nuru

ilə xəlq olunub və bizim ağlımıza xoş gələn, İlahi mərama zidd ola bilməz; eyni zamanda biz, İlahi məramı

bənzətmələr yolu ilə, çox vaxt da ağlımızın yürüdə bildiyi mühakimələr üzündən, əks bənzərliklər, yəni

ziddiyyətlər vasitəsi ilə anlayırıq. Beləcə, siz də görürsünüz ki, mücərrəd baxışlardan xilas olmaq üçün -

gülüş ən yaxşı vasitədir. Gülüş - bədxahların kəmağıllığını faş etməklə onları cəzalandırmağa da kömək

edər. Deyirlər ki, kafirlər Müqəddəs Mavrı qaynar suya atdığı zaman o, suyun soyuq olduğundan

şikayətlənirmiş; bütpərəstlərin şəhər rəisi suyun istiliyini yoxlamaq üçünaxmaqlığı üzündən, əlini qaynar

qazana salaraq yandırmışdır. Müqəddəs şəhidin din düşmənlərini gülünc vəziyyətə salan gözəl yalanı!”

Xorxe dodağını büzdü. “Bəzən vaizlərin danışdığı hədislərdə də cəfəngiyata rast gəlinir. Qaynar suya

atılan övliya Məsih naminə əzab çəkər, fəryad qoparmaqdan özünü saxlayar, daha kafirlərlə uşaq oyunu

oynamaz!”

“Görürsünüzmü? - Vilhelm dedi. - Sizin fıkrinizcə, bu hekayə ağlasığmaz görünür və buna görə də

onun gülünc olduğunu hesab edirsiniz! Deməli, siz dodaqlarınızı qaçırmadan, səssiz



159

də olsa, vaizə gülürsünüz və məni bu hekayəni ciddi qəbul etməməyə çağırırsınız. Siz gülüşə gülürsünüz.

Amma yenə də gülürsünüz”.

Xorxe narazılıqla əlini yellətdi. “Gülüşə aid zarafatlar etməklə, məni boş mübahisəyə çəkmək

istəyirsiniz. Amma Məsihin heç zaman gülmədiyini siz də bilirsiniz”.

“Əmin deyiləm. İlk daşı atmaq üçün fəriseyləri çağırıb, vergi olaraq ödənəcək sikkənin üzərində kimin

rəsminin olduğunu soruşarkən, yaxud sözlərlə oynayıb “Tu es Petrus”

91

 deyərkən, Məsihin məzəli

sözlərlə günahkarları utandırmaq və tərəfdarlarını ruhlandırmaq istədiyinə inanıram. O, Kayafla da zarafat

edib demişdi: “Sən də dedin”. Yeremiyanın kitabını təfsir edən İeronim

92 93

 “Ayıbın ifşa olunsun deyə,



üzün dalma çevriləcək” cümləsini belə şərh edir: “Özünə gəlib islah olunman üçün dalın və ayıbın açılıb

göstəriləcək”. Deməli, Tanrı da cəzalandırmaq istədiklərini karıxdırmaq üçün bəzən kinayəli sözlərdən

istifadə edir. Əlbəttə, xatırlayarsınız ki, klyunilərlə sistersianlar arasındakı mübarizənin ən gərgin

dövründə, Klyuni tərəfdarları sistersianları gülünc vəziyyətə salmaq üçün onların alt tumanı geymədikləri

haqqında şayiələr yaymışdılar. “Axmaqlıq aynası”nda Kəhər adlı eşşək narahat olur ki, gecə vaxtı külək

adyalları uçurub aparsa və rahiblər öz ayıb yerlərini görsələr, nə baş verər...”

Ətrafda dayanmış rahiblər güldülər. Xorxe özündən çıxdı: “Yetər! Mənim qardaşlarımı axmaqlar

güruhuna çevirirsiniz. Camaatın könlünü almaq üçün fransiskanların belə axmaq uydurmalardan istifadə

etdiyini bilirəm. Mənsə, öz vaizlərinizin ayıb sözlər haqqında dediklərini təkrarlayıram: "Tum podex

carmen extulit horridulum ”

3



91

 A) Sən daşsan; B) Sən Pyotrsan (latınca - daş deməkdir, həm də ad bildirir)



1

 İeronim (330-410) - kilsə atalarından biri, İncilin təfsirçisi və Bibliyanın latıncaya tərcümanı

93

 Pis səslər daldan çıxar (latınca)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə