Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə44/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   40   41   42   43   44   45   46   47   ...   175

148

dur, sanki Florensiyada və Pizada zəngin və savadlı tacir oğulları yoxdur; atalarına hakimiyyətlərini və

qüdrətlərini möhkəmlətmək təminatı verilsə, onlar könüllü olaraq ordenə girəcəklər. Lakin bizim

monastırımızda yeni dövrün gəlişi bir şeylə hiss olunur - bu almanlar ixtiyar sahibi olunca... ey mərhəmətli

Tanrım, dilimi qoru, onların ədəbsizliyi haqqında danışmayım!” “Monastırda ədəbsiz şeylər də olurmu?”

- Vilhelm özünə süd süzərək, dalğın-dalğın dedi.

“Nə  də  olsa,  rahib  də  kişidir,  -  Aymaro  dedi.  Bir  az  susub  əlavə  etdi,  -  düzdür,  burada  kişi,

göründüyündən daha azdır. Lakin bu, bizim aramızda qalmalıdır... Əlbəttə ki, mən sizə heç nə

deməmişəm...”

“Çox maraqlıdır, - Vilhelm dedi. - Bu, yalnız sizin fikrinizdir, yoxsa başqaları da belə düşünür?”

“Çox adam, mənim kimi düşünür. Çoxları zavallı Adelmonun ölümünə acıyır. Amma kitabxanada

lazım olduğundan artıq gəzib-dolaşan biri uçuruma düşsəydi... üzülməzdilər...”

“Nə demək istəyirsiniz?”

“Mən onsuz da çox danışdım. Burada hamımız həddən artıq çox danışırıq. Yəqin, siz də bunun fərqinə

varmışınız. Bir tərəfdən susmaq qaydalarına tamamilə  əməl edilmir, digər tərəfdən bu qaydalara

həddindən artıq riayət edilir. Lakin burada nə danışmağa, nə də susmağa ehtiyac vardır. Burada iş görmək,

hərəkət etmək lazımdır. Ordenimizin qızıl dövründə  əgər bir abbat - abbatliq məziyyətlərinə sahib

deyildisə, bir qədəh zəhərli şərab - onu əvəz edə biləcək adamın yolunu açardı. Lakin mən sizinlə öz

düşüncələrimi bölüşdüm, Vilhelm qardaş, əlbəttə ki, abbatın... yaxud digər rahib qardaşlarımın haqqında

dedi-qodu etmək istəyimdən deyil... Tanrı qorusun! Xoşbəxtlikdən dedi-qodu etmək kimi pis xasiyyətim

yoxdur. Sadəcə, abbat mənim... yaxud məsələn, Tivolili Pasifıko, ya da Sent-Albanolu Pyetro haqqında

təhqiqat aparmağınızı istəmiş olsaydı, heç xoşuma gəlməzdi. Kitabxananın sirlərinə bələd deyilik. Amma

bunu istəyərdik. Heç olmasa, bəzi şeyləri ayırd etmək üçün. Biz sevi-



149

nirik ki, bu ilan yuvasını ortaya çıxarmaq - məhz sizə, neçə-neçə kafiri tonqalda yandırmış bir adama nəsib

olacaq”.

“Mən heç zaman heç kimi tonqalda yandırmamışam”, - Vilhelm quru səslə cavab verdi.

“Bunu sözgəlişi dedim, - Aymaro gülümsəyib dedi. - Ovunuz uğurlu olsun, Vilhelm qardaş, xüsusən

də gecələr”.

"Bəs nə üçün gündüzlər yox?”

“Çünki, burada gündüzlər cismi müalicəvi otlarla sağaldırdılar, gecələr isə beyinləri zəhərli otlarla

xəstələndirirlər. Adelmonun kiminsə əli ilə uçuruma yuvarlandığına, ya da kiminsə Venansionu qanda

boğduğuna inanmayın. Yox. Burada rahiblərin icraya gedəcəklərinə, nə edəcəklərinə və nə oxuyacaqlarına

özlərinin qərar verməsini istəməyən kimsə var. Və bu adam kitabxana ilə həddən artıq maraqlananların

ağlını çaşdırmaq üçün cəhənnəm qüvvələrini və şeytanla əlaqədə olan cadugərləri köməyə çağırır...”

‘Siz nəbatatçı atadanmı bəhs edirsiniz?”

“Sant-Emmeranlı Severin öz işini gözəl bilir... Lakin o da, almandır... elə Malaxia da almandır...” - və

Aymaro dedi-qodudan zəhləsi getdiyini növbəti dəfə isbatlayıb, çalışmaq üçün yuxarı çıxdı.

“O, nə demək istəyirdi?” - soruşdum.

“Hər şey. Həm də heç nə. Monastırların əksəriyyəti – rahiblərin hakimiyyət uğrunda mübarizə apardığı

yerlərdir. Melkdə də belədir; yəqin ki, sən hələ yeniyetmə olduğun üçün bunu ayırd etməmisən. Lakin

sənin vətənində monastırın idarəetməsini ələ keçirmək imperatorla birbaşa danışıqlar apara biləcək bir

mövqeyə sahib olmaq deməkdir. Bu ölkədə isə vəziyyət başqadır, imperator hətta Romaya gəlsə belə,

yenə uzaqdadır. Saraylar yoxdur, indi hətta papa sarayı da yoxdur. Burada şəhərlər var, bunu sən də mütləq

görəcəksən”.

“Bu şəhərləri artıq görmüşəm və çox heyrətlənmişəm. İtalıyadakı şəhər - mənim vətənimdəki şəhərlərə

bənzəmir. Yalnız məskunlaşmaq yeri deyil, eyni zamanda, qərarların qəbul olunduğu yerdir. Burada hamı

daim meydanlardadır. Şəhər magis-



150

tratları imperatordan, yaxud papadan da nüfuzludur. Şəhərlərin hər biri... bir şahlıq kimidir...”

‘‘Şahlıq edənlər isə tacirlərdir. Gücləri isə puldadır. İtaliyada pullar sənin, yaxud mənim ölkəmdəki

kimi işləmir. Əlbəttə ki, pul hər yerdə puldur, lakin bizdə həyat, əhəmiyyətli dərəcədə mal mübadiləsi ilə

idarə olunur. Biz xoruz, buğda dolu kisələr, oraq, araba alırıq, ya da dəyişirik; pul bizə yalnız bu mallan

əldə etmək üçün lazımdır. İtalyan şəhərlərində isə, bəlkə də görübsən, hər şey əksinədir: mallar pul

qazanmaq üçün istifadə olunur. Ruhanilər, yepiskoplar, hətta dini ordenlər də həyatlarını pul üzərində

qurmağa məcburdurlar. Məhz bu səbəbdən burada hakimiyyət əleyhinə qiyam pul əleyhinə üsyana və

yoxsulluğa çağırışa çevrilir; puldan məhrum olanlar hakimiyyətə qarşı mübarizə aparırlar; yoxsulluğa

çağırış böyük bir gərginliyə və dirənişə səbəb olur; bütün şəhər - yepiskopdan tutmuş magistrata qədər

yoxsulluğu həddən artıq təbliğ edənləri şəxsi düşmənləri kimi qəbul edirlər. Kimsə  şeytan nəcisinin

üfunətindən danışarsa, inkvizitorlar dərhal şeytanın qoxusunu duyurlar. İndi Aymaronun nə demək

istədiyini anlayarsan. Ordenin qızıl dövründə bir benediktin monastırı çobanların dindarlar sürüsünü idarə

etdiyi bir yüksəklik idi. Aymaro köhnə  ənənəni geri qaytarmaq istəyir. Lakin indi sürünün həyatı

dəyişmişdir; monastır sürünün yeni vərdişlərini mənimsəyərsə və özü də dəyişməyi bacararsa, keçmiş

ənənələri (keçmiş şöhrətini və qüdrətini) geri qaytara bilər. Bu gün sürünü qanlı qılınclar və sirli əfsunlar

deyil, qüdrətli pullar idarə etdiyi üçün Aymaro istəyir ki, monastırın bütün emalatxanaları, o cümlədən

kitabxana da məhsuldar işləsin və gəlir gətirsin”.

“Bəs bunların qətllərlə... ya da qətllə nə əlaqəsi var?”

“Hələ bilmirəm. İndi yuxarı qalxmalıyam. Gedək mənimlə”.

Rahiblər artıq işləməyə başlamışdılar. Yazı zalında sakitlik hökm sürürdü - amma bu, könüllü

çalışanların istəyindən yaranan sükut deyildi. Bizdən az öncə gəlmiş Berenqar gözlərini bizə zilləmişdi.

O biri rahiblər də başlarını qaldırıb baxdılar. Hamıya məlum idi ki, biz burada Venansionun ölümünün

sirlə-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə