Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə34/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   30   31   32   33   34   35   36   37   ...   175

114

mir. Əlbəttə ki, mən qannqululann sığınacaq yerinə çevrilmiş monastırlar haqqında danışmıram. Amma

tövbə və məziyyətlərə əməl edən, yorucu zehni əməklə məşğul olan rahiblərə, həddindən artıq olmasa da,

bol yemək verilir. Bununla yanaşı, abbatların süfrəsi ümumi süfrədən həmişə fərqlənir. Çünki möhtərəm

qonaqlar bu süfrənin arxasına keçər, abbatlar isə torpaqlarının yetirdiyi məhsulları, anbarlarının zənginliyi

və aşpazlarının məharəti ilə fəxr edərlər.

Rahiblər hər zamankı kimi dinib-danışmadan, səssizlik içində yeyirdilər, yalnız zərurət yarandıqda

benediktinlərin barmaq əlifbasından istifadə edərək, bir-birini anlamağa çalışırdılar. Əvvəlcə baş rahibin

masasına yeməklər gətirildi, bundan dərhal sonra rahibliyə hazırlaşanlara və on gənc rahiblərə yemək

paylanıldı.

Baş rahibin yanında bizimlə birlikdə Malaxia, kelar və iki ən yaşlı rahib - yazı zalında gördüyümüz

qoca kor - Burqoslu Xorxe və qocalıb əldən düşmüş Qrottaferratlı Alinardo - haradasa yüz yaşında taqətsiz

və topal, fikrimcə, ağlını itirmiş bir qoca. Abbat dedi ki, o, rahibliyə bu monastırda hazırlaşmış və həmişə

burada yaşamışdır. Beləcə, ömrünün, ən azı, səksən ilini burada keçirmişdir. Baş rahib bütün bunları pıçıltı

ilə dedi, sonra ordenin qaydalanna hörmət edərək tamamilə susdu və səssizlik içində moizəni dinlədi.

Lakin mən artıq demişdim ki, abbatın masasında müəyyən sərbəstliyə yol verilirdi. Biz verilən yeməklər

haqqında tərifli sözlər dedik, abbatsa cavabında zeytun yağının və şərabın keyfiyyətini təriflədi. Bu zaman

bizə  şərab süzərək, nizamnamənin bəzi hissələrindən sitat gətirib dedi ki, Müqəddəs Yaradan, əlbəttə,

rahiblərin şərab içməsini bəyənmir, lakin günümüzdə onları  şərab içmoməyə inandırmaq mümkün

olmadığından, heç olmasa, doyunca içməmələri lazımdır, zira Ekklesiast da xəbərdarlıq edir ki, şərab - ən

dindar insanları da yoldan çıxara bilər. Benedikt “bizim zamanımızda” deyərkən, indi çox uzaqlarda qalan

öz zamanını nəzərdə tuturdu. Monastırda şam yeməyi yediyimiz günlər - mənəvi düşkünlüyün tüğyan

etdiyi dövrlər idi, bu barədə daha nə deyəsən! (Bu sətir-



1 1 5

ləri yazdığım dövrdən, öz zamanımdan söz etmirəm, yalnız Melkdəki rahiblərin pivə düşkünü olduqlarını

deməklə kifayətlənəcəyəm...). Əlqərəz, həddimizi aşmasaq da, ləzzətlə içdik.

Şişdə bişirilmiş təzə donuz əti gətirildi; başqa yeməklərin heyvan piyində, yaxud bitki yağında deyil,

dağın dənizə baxan ətəyində monastırın sahib olduğu torpaqlardan əldə edilən saf zeytun yağında

bişirildiyini gördüm. Abbat, mətbəxdə qızardılarkən gördüyüm, xüsusi olaraq onun üçün bişirilmiş

toyuqdan bizə də daddırdı. O, əlində ustadımın göz şüşələrinin haçasına oxşayan, çox nadir bir əşya -

dəmir çəngəl tutmuşdu. Alicənab ailədən çıxan abbat, görünür, əllərini yağlı yeməklərə bulaşdırmaq

istəmirdi; hətta bizə də öz çəngəlini təklif edib, heç olmasa, əti bununla böyük qabdan götürərək,

boşqablarımıza qoymağı məsləhət gördü. Mən imtina etdim, amma Vilhelm çəngəli həvəslə aldı və

əsilzadələrə xas olan bu aləti çox rahatlıqla işlətdi. Ehtimal ki, ustadım bütün fransiskanların savadsız və

aşağı təbəqədən olmadığını isbatlamaq üçün belə etdi.

Bütün bu gözəl yeməklərdən o qədər məmnun olmuşdum ki, uzun sürən yolçuluğumuzdan sonra, nə

tapsaydıq, onu da yeyərdik) davam etməkdə olan moizəyə diqqət verə bilmədim. Xorxenin razı-razı

mırtıldanmağı məni ayıltdı. Bu mırtıldanmanın hər yemək zamanı oxunan qaydalara aid olduğunu

anladım. Qaydaların bir bölməsinə qulaq verincə, Xorxenin nə səbəbdən məmnun olduğunu başa düşdüm.

Vaiz belə oxuyurdu: “Peyğəmbərimizdən örnək götürək; o deyir ki, dilimlə günah işlətməmək üçün

yolumdan dönməyəcəyəm; günahkar ağzıma qıfıl vurdum, belimi bükdüm, dilsiz oldum, özümü alçaltdım,

lal oldum, hətta doğru sözləri danışmaqdan belə çəkindim. Əgər peyğəmbərimiz bu bölümdə bizə

susqunluq sevgisindən ötrü bəzən caiz sözləri danışmaqdan çəkinməyi belə öyrədirsə, yasaq sözləri dilə

gətirməkdən daha çox qorxmalıyıq! Zira bu günahın cəzası daha ağır olacaq!” Və davam etdi: “Amma biz

əllaməliyi, boşboğazlığı və cəfəngiyatı hər zaman, hər yerdə amansızca təqib edərik və müridlərimizin

belə söhbətlər üçün ağzını açmasına izn vermərik!”



116

“Bu sözlər bayaq haqqında danışdığımız haşiyələrə də aiddir!” - Xorxe özünü saxlaya bilmədi və

astadan dedi. - Xətib İohann deyirdi ki, Məsih heç zaman gülməmişdir!”

“O, insanın təbiətində olan heç bir şeyi yasaqlamırdı, - Vilhelm dedi. - Zira gülüş, ilahiyyatçıların

dediyi kimi, insana xas olan xüsusiyyətdir”.

“Heç bir yerdə yazılmamışdır ki, o gülüb, baxmayaraq ki, bunu bacarardı”, - deyə Xorxe, Nəğməkar

Pyotrdan sitat gətirərək, onun sözünü sərt şəkildə kəsdi.

“Ye, çoxdan bişdi”, - Vilhelm pıçıltı ilə dedi.

“Hanı?” - Xorxe, yeni təamın gətirildiyini düşünərək, soruşdu.

“Ambrosiyə görə bu sözləri Müqəddəs Lavrenti qızmış dəmirin üstündə işgəncələrə məruz qalarkən,

cəlladlardan onu başqa böyrü üstə çevirmələrini istədiyi zaman demişdir; bunu Prudensi' də “Şəhid

əklilləri haqqında” kitabında xatırlayır, - Vilhelm övliyasayağı görkəmlə dedi. - Deməli, Müqəddəs

Lavrenti zarafatı xoşlayırdı və özü do zarafat etməyi bacarırdı - düşmənlərini alçaltmaq üçün olsa da”.

“Bu sübut edir ki, gülüş - ölümə və bədənin çürüməsinə olduqca yaxındır”, - deyə Xorxe qəzəbindən

xırıldadı. Etiraf etməliyəm ki, bu, çox məntiqi cavab idi.

Bu zaman abbat qaydaları xatırladaraq, mülayim şəkildə bizi səssizliyə dəvət etdi. Susduq. Şam

yeməyi sona çatırdı. Abbat ayağa qalxıb, Vilhelmi rahiblərə təqdim etdi. Onun təcrübəsini, biliyini və

şöhrətini tərifləyərək dedi ki, Vilhelmə Adelmonun ölümünü araşdırmaq üçün səlahiyyət verilib; rahiblər

onun suallarına cavab verməli və nökərlərindən də eyni cür davranmağı tələb etməlidirlər. Və ona təhqiqat

aparmaqda hər cür köməklik göstərilməsini tapşırdı. Bir şərtlə ki, - abbat əlavə etdi, - Vilhel-Prudensi

(Avreli II Klemens, tox. 348-410) - İspaniyada anadan olmuş Roma xristian şairi, alleqorik əsərlərin və

şəhidlər haqqında poemanın - “Peristefanon”un (“Əklillər haqqında kitab”) müəllifi




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə