27
Moskvada yerləşən Avrasiya Patent Təşkilatına müraciət
edilə bilər. Bir iddia ərizəsi verməklə 9 müxtəlif ölkədə onun
mühafi zəsini təmin etmək imkanını yaradır. Avrasiya patentləri
haqqında daha ətrafl ı məlumatı www.eapo.org vebsaytında
əldə etmək mümkündür.
Beynəlxalq qorunma (PCT ərizələri)
Cenevrədə yerləşən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı
(ÜƏMT) Patent Kooperasiya haqqında Müqavilə (PCT)
əsaslanan çərçivəsində beynəlxalq patent ərizələrinin işlənməsi
verilməsi mümkündür. “PCT” ərizəsi ilə hər hansı ixtira
razıllaşmaya PCT-yə üzv olan 141-ə qədər dövlətin ərazisində
verilməsi mümkündür. Azərbaycanda patentlərin qeydiyyatına
dair ətrafl ı məlumatı Patent şöbəsindən əldə etmək olar.
Bunları yadda saxlayın!
Əvvəl qeydiyyatdan keç, sonra danış! Ərizə təqdim olun-
duqdan əvvəl hamıya hər hansı formada artıq bəlli olan ixtira
patentləşdirilə bilməz. Üçüncü şəxslər ixtiranı ərizə təqdim ol-
unduqdan sonra inkişaf etdirə bilər.
Patentlər elmi tədqiqat və tikinti-layihə işlərinə etibarlı in-
vestisiya qoyuluşlarını təmin edir. Patentləşdirmək hüququnun
təqdim edilməsinə əvəz olaraq patentdəki informasiyanın
açıqlanması tələb olunur. Bu isə texnoloji inkişaf boyunca
müəyyən nəzarətin həyata keçirilməsinə imkan yaradır və öz
növbəsində elmi tədqiqata və texnoloji tərəqqiyə öz töhfəsini
verən yüksək səviyyəli şəffafl ığın yaranmasına səbəb olur.
İxtiranı patentləşdirmək üçün ödənişlər ərizənin tipindən
və ya müdafi ə üçün təyin edilən ölkələrin sayından asılı deyil.
Dəyişən qiymət yalnız patent sənədlərinin tərcüməsində
müşahidə olunur; belə ki, beynəlxalq səviyyəli danışıqlar
(məs. “PCT” (qeyd: Patent Kooperasiya haqqında Müqavilə)
Patentinin əldə edilməsi üçün) bu yaxınlarda belə xərclərin
xeyli azaldılması yollarını artıq axtarıb tapmışdır.
28
Sənaye nümunələri
Sənaye nümunələri nə üçün qorunmalıdır?
Dizayn (tərtibat) bizim hisslərimizə toxunur, emosiyalarımıza
təsir göstərir, bənzərsizlik yaradır və bir şeyi digərindən
fərqləndirir. Bu səbəblərə görə dizayn həlledici marketinq
amillərindən biri sayılır və dünyada dizayn saxtakarlığı
artıq piratçılığın daha üstün tutulan formalarından birinə
çevrilmişdir.
Praktiki üstünlüklər hansılardır?
Sənaye nümunələrinin mühafi zəsi ilə bağlı qanunvericilik
digər şəxslərə eyni və ya oxşar sənaye nümunəsindən
kommersiya məqsədləri üçün istifadəni qadağan edir. «İstifadə»
dedikdə, sənaye nümunəsini istehsal etmək (hazırlamaq),
saxlamaq, satış üçün təklif etmək, idxal və ixrac etmək, yaxud
bu məqsədlər üçün sadəcə onu əldə etmək başa düşülür.
Sənaye nümunəsi nədir?
“Sənaye nümunəsi” dedikdə, məhsulun, yaxud onun
bir və ya bir neçə hissəsinin zahiri görkəmi başa düşülür.
Zahiri görkəmi forması xətlərin, konturların, rənglərin və
səthlərin qaydaya salınması və ya istifadə edilən materialla
səciyyələndirilir. Başqa sözlə, yalnız obyektin zahiri görkəmi
dizayn hüquqları ilə qorunur. Nümunələr bunlardır: mətbəx dəsti
və diş fırçaları kimi istehlak malları, lokomotiv və ya istismar
qurğuları kimi bədii-konstruktiv həllər, saat siferblatları, parçalar
və ya avtomobil şassisinin hissələri kimi bədii həllər.
Heç bir qorunmanın olmaması
Qoruna bilməyən sənaye nümunələri bunlardır: müstəsna
olaraq hər hansı funksiyanın texniki gerçəkləşdirilməsinin
nəticəsi (məs. vint üzərindəki yivlər) və ya milli qanunvericiliyə
(məs. orden və medalların müdafi əsi), milli razılaşmaya, dövlət
siyasətinə və ya mənəviyyata zidd olanlar.
Mühafi zəyə həmçinin birmənalı şəkildə istehsalat metodları
(məs. geyim mallarının istehsalının spesifi k yolu), əməli (tətbiqi)
məqsədlər (məs. məntiqi blok-sxem və ya istehsalat prosesi
29
kimi) və texniki funksiyalar daxil deyil. Bunlar ixtiralar kimi
mühafi zə olunur.
Qorunmanın müddəti
Sənaye nümunəsi maksimum 10 il müddətinə qoruna oluna
bilər. Bu müddət sənaye nümunəsinin qeydiyyatı üçün ərizənin
Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsində
rəsmi qeydiyyata alındığı gündən başlayır.
Mühafi zə üçün tələbləri
Yaradılan sənaye nümunələri yalnız aşağıdakı hallarda qoruna
oluna bilər:
Sənaye nümunəsi yeni olduqda. “Yeni” dedikdə, heç
bir oxşar bədii ya bədii-konstruktiv həllinin ərizənin
depozit kimi qeydə alınmasından əvvəl dərc edilməməsi
nəzərdə tutulur.
Sənayə nümunası orijinal olduqda. “Orijinal” dedikdə
sənaye nümunəsi digər sənaye nümunəsi fərqli vacib
xüsusiyyətlərə malik olması başa düşülür.
Sənayedə tətbiq edilə bilən olduqda. “Sənaye
baxımından tətbiq edilə bilən” dedikdə, məhsulun
təkrar istehsal oluna bilməsi nəzərdə tutulur.
Maraqların ziddiyyət təşkil etdiyi hallarda, məhkəmə
ziddiyyətə səbəb olan amillərə dair düzgün qərar
çıxarmağa borcludur.
İxtiranı patentləşdirmək üçün ödənişlər ərizənin tipindən
və ya müdafi ə üçün təyin edilən ölkələrin sayından asılı deyil.
Dəyişən qiymət yalnız patent sənədlərinin tərcüməsində
müşahidə olunur; belə ki, beynəlxalq səviyyəli danışıqlar
(məs. “PCT” (qeyd: Patent Kooperasiya haqqında Müqavilə)
Patentinin əldə edilməsi üçün) bu yaxınlarda belə xərclərin
xeyli azaldılması yollarını artıq axtarıb tapmışdır.