14
Müəllifl ik hüququ ideyalara, metodlara, proseslərə, sistemlərə,
üsullara, konsepsiyalara, kəşfl ərə, riyazi anlayışlara və ya
faktlara şamil edilmir.
Müəllifl ik hüququnun obyekti olmayan əsərlər hansılardır?
Rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları,
qanunvericilik, inzibati və məhkəmə xarakterli digər
mətnlər), həmçinin onların rəsmi tərcümələri;
Dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər,
himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və
nişanları);
Xalq yaradıcılığı (folklor) nümunələri;
Günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə
informasiya xarakterli məlumatlar.
Müəllifl ik hüququnun qüvvədə olma müddəti
Müəllifl ik hüququ əsər yaradıldığ
ı
andan yaranır və
“Müəllifl ik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulan hallar istisna
olmaqla müəllifi n bütün həyatı boyu və onun ölümündən sonra
70 il müddətində qüvvədə qalır.
Müəllifl ik hüquqlarının qüvvədə olduğu müddətdə əsərə
müstəsna müəllifl ik hüquqlarının sahibləri onu Azərbaycan
Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan
keçirə bilərlər.
15
Beynəlxalq müəllif-hüquq qanunvericiliyi
Hər bir qanunvericilik sistemi əsas etibarı ilə milli olur.
İnzibati idarəçiliyi Müəllif Hüquqları Agentliyi tərəfi ndən
həyata keçirilən və əqli mülkiyyətin ən mühüm sahəsi olan
müəllifl
ik hüququ və əlaqəli hüquqlarla bağlı məsələləri
tənzimləyən “Müəllifl ik hüququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikasının Qanunu qorunmanı yalnız milli
səviyyədə təmin edir. Buna baxmayaraq, müəllif hüquqlarının
qorunmasını beynəlxalq səviyyədə tənzimləyən bir sıra
beynəlxalq konvensiyalar mövcuddur (məs. “Ədəbi və bədii
Əlaqəli hüquqlar nədir?
Əlaqəli hüquqlar müəllifl ik hüquqları ilə təmasda olan,
yəni müəllifl ik hüquqlarından törəmə hüquqlardır və qorunma
müddəti nisbətən məhduddur: əlaqəli hüquqlar 50 il qorunur.
Əlaqəli hüquqlar aşağıdakılara şamil olunur:
ifaçılara (artistlərə
və musiqiçilərə ifalarına
münasibətdə);
fonoqram istehsalçılarına (audio-video disklərində
səsyazmalarına münasibətdə);
efi r yayımı təşkilatlarına (onların radio və televiziya
verilişlərinə münasibətdə).
əlaqəli hüquqların əsas xüsusiyyəti müəllifl ik hüququn-
dan törəməsi və ondan asılılığıdır, bu səbəbdən əlaqəli
hüquqlar müəllifl ik hüququna riayət etməklə tanınır.
əlaqəli hüquqların yaranması və həyata keçirilməsi
üçün hər hansı formal qayda tələb olunmur.
fonoqram istehsalçısının və (və ya) ifaçının öz
hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma
nişanından istifadə etmək hüququ vardır; bu nişan
fonoqramın hər nüsxəsində və (və ya) onun içinə
qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur:
dairəyə alınmış p latın hərfi - p;
əlaqəli hüquqların sahibinin adı;
16
əsərlərin mühafi zəsi haqqında Bern Konvensiyası, “İfaçıların,
fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının
mühafi zəsi haqqında” Roma Konvensiyası və s.).
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar
(bunları bəzən “yığım cəmiyyətləri” adlandırırlar)
“Müəllifl
ik hüququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəllifl ər
və əlaqəli hüquqların sahibləri özlərinin əmlak hüquqlarını fərdi
qaydada həyata keçirə bilmədikdə (kütləvi ifa, o cümlədən
radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə
surətçıxarma, reprosurətçıxarma və başqa hallar) onların əmlak
hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla
bilər. Bu cür təşkilatlar müəllifl ər və əlaqəli hüquqların sahibləri
tərəfi ndən yaradılır.
Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların
kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər.
Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə
etmək səlahiyyətini bilavasitə müəllifl ik hüququnun və əlaqəli
hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında
və ya bu təşkilatlara üzv olmaqla verirlər.
Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış əmlak
hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Müəllif
Hüquqları Agentliyində akkreditasiyadan keçirilir keçirilir və
müəllif-hüquq qanunvericiliyi baxımından onların fəaliyyətinə
Agentlik tərəfi ndən nəzarət olunur.
Unutmayın ki:
Müəllifi n və ya müəllifl ik hüquqlarının digər sahibinin
razılığı olmadan və müəllif qonorarı ödəmədən fi ziki şəxsin
qanuni dərc edilmiş əsərdən, gəlir götürmədən ancaq şəxsi
məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir. Lakin
memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin,
həmçinin məlumat bazalarının və ya onların əsas hissələrinin
surətinin, kompüter proqramlarının (kompyuter proqramından
istifadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hallar
17
istisna olmaqla), kitabların (bütövlükdə), not mətnlərinin və
təsviri sənət əsərlərinin orijinallarının reprosurətinin və ya
müəllifi n maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı
surətçıxarmaya icazə verilmir.
Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın
gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə
münasibətdə müəllifl ərin, ifaçıların və audiovizual əsər
istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və
fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır.
Müstəsna müəllifl ik hüquqlarının sahibinin əsərə öz
hüquqlarını bildirməsi üçün əsərin hər bir nüsxəsində göstərilən
üç ünsürdən istifadə etmək hüququ vardır: dairəyə alınmış ©
işarəsi, hüquq sahibinin adı və əsərin ilk dəfə dərc edildiyi il.
Tərcümələr, ədəbi əsərin kinofi lm şəklində ekranlaşdırılması
və ya musiqili aranjeman kimi törəmə əsərlər (məs. hər hansı
məşhur əsərin digər ifaçı tərəfi ndən yeni üslubda ifa edilməsi)
də müəllifl ik hüququ ilə qorunur.
Sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş
memarlıq, fotoqrafi ya, təsviri sənət əsərlərinin surətinin
çıxarılmasına (məs. heykəlin fotoşəklinin çəkilməsi) icazə
verilir.
Əgər proqram təminatı birdən çox kompyuterdə istifadə
edilirsə, bu zaman hər bir kompyuter üçün lisenziya tələb
olunur.
Qanuni dərc edilmiş əsərlərdən qısa parçaları elmi, tədris
və digər məqsədlər üçün sitat şəklində istifadə etməyə, habelə
məhkəmə və inzibati işlərin aparılması üçün lazım olan həcmdə
əsərlərin surətinin çıxarılmasına icazə verilir. Bu halda müəllifi n
razılığı tələb olunmur və qonorar ödənilmir. Lakin istifadə
zamanı əsərin müəllifi nin adı və götürülmə mənbəyi mütləq
göstərilməlidir.
Dostları ilə paylaş: |